Gözəl İslam / Lağa qoymaq

Lağa qoymaq

Sual: Müsəlmanları lağa qoyanlara qarşı necə davranmalıyıq?

CAVAB

İmam Rəbbani həzrətləri buyurur ki:

Hindistandakı İslam düşmənlərinin azğınlarını görürük. Müsəlmanlara lağ edirlər. Müsəlmanları pisləyirlər. Əllərinə fürsət düşərsə, gücləri çatarsa, Müsəlmanlara hər işgəncəni edərlər. Hətta hamısını öldürərlər. Yaxud onları dindən, imandan ayırarlar. İslam tərbiyəsini, əxlaqını, həyasını, şərəfini yox edərlər. O halda Müsəlmanların bu azğın kafirlərə uymamaları, bunlardan kənar durmalı, bunlara aldanmamaları, bunun üçün Allahu təaladan həya etmələri lazımdır. “Həya imandandır” buyuruldu. Müsəlman olan belə çirkin işlərdən kənar durmalıdır. İslam düşmənlərini, Allahın əmirlərini lağa qoyanları, halala, harama əməl etməyənləri zərərli bilməlidir.  Bunları aşağı tutmalıdır. Bunlara yardımı dəyə biləcək hər hərəkətdən çəkinməlidir.

Bir şəxsin Müsəlman olmasının əlaməti, İslam düşmənlərini tanıması, onlara aldanmaması, sözlərini dinləməməsidir. Allahu təala Qurani-kərimdə, Tövbə surəsi 28-ci ayətində kafirlərə Nəcs, yəni pis dedi. 95-ci ayətində də Rics buyurdu. Rics də pis deməkdir. Bunun üçün Müsəlmanların onları lağa qoyan kafirləri pis və zərərli bilmələri lazımdır. Bunu bildikdə onlarla dostluq etməz, onları sevməzlər, onlardan kənar durarlar. Onlarla birlikdə olmağa nifrət edərlər. Belə kafirlərlə məsləhətləşmək, işləri onlara danışıb onların sözü ilə hərəkət etmək, bu din düşmənlərinə qiymət vermək kimi çıxar. Həm də onları çox yüksəltmək kimi çıxar.

Onlardan yardım, şəfa gözləmək və hələ onlar vasitəsi ilə dua və ibadət etmək boş-boşuna çalışmaqdır. Mömin surəsinin 50-ci ayətində və Rad surəsinin 14-cü ayətində məalən, “Kafirlərin duaları ancaq dəlalətdir” buyuruldu. Yəni, İslam düşmənlərinin duaları qəbul olmaz, heç bir fayda verməz. Kafirlər vasitəsi ilə edilən duaları Allahu təala heç bir zaman qəbul etməz. Belə duaların Müsəlmanlara faydası olmaz. Yalnız o dinsizlərə qiymət verilmiş olar. Onlar dua edərkən bütlərini, Allahın düşmənlərini vəsilə edərlər. Onlardan dua gözləmənin pisliyinin, çirkinliyinin hara qədər uzandığını, Müsəlmanlığın təməlindən yıxılıb, qoxusunun belə qalmayacağını buradan anlamaq lazımdır.

Böyüklərdən biri buyurur ki:

“Sizdən biriniz divanə olmayınca tam Müsəlman ola bilməzsiniz.” Burada (Divanə olmaq), İslamiyyəti yaymaq üçün çalışmaq, çapalamaq və bu zaman öz faydasını və zərərini ağlına belə gətirməmək deməkdir. Müsəlmanlığa toxunmasın, hər nə olursa olsun, olmayan da olmasın! Yetər ki, Müsəlmanlığa bir zərər dəyməsin! Müsəlmanlıq demək, Allahu təalanın və onun Peyğəmbərinin razı olduğu, bəyəndiyi şeylər deməkdir. “Allahu təalanın razı olduğu şeydən daha qiymətli nə ola bilər?”  (C1, m.163)

Küfrə aparan sözlər

Mötəbər kitablarda buyurulur ki:

Küfrə səbəb olan bir sözü təhdid edilmədən söyləyənin imanı gedər. Çünki hər müsəlmanın bilməli olduğu şeyləri öyrənməsi fərzdir. Bilməməsi üzr olmaz, böyük günahdır. Küfrə girənin əvvəlki ibadətləri yox olar. Tövbə edərsə geri gəlməz. Tövbə üçün yalnız kəlmeyi-şəhadət söyləmək kifayət deyildir, küfrə səbəb olan şeydən də tövbə etmək lazımdır. (Bəriqa, Hadika)

Burhanəddini Mərqinani həzrətləri, “Qurani-kərimi zəngurə ilə oxuyan hafizə, nə gözəl oxudun deyənin imanı gedər. Təcdidi iman və təcdidi nikah lazım olur” buyurdu. (Dürr-ül müntəka)

Əbu Nasri Dəbbusi həzrətləri, Qadi Zahirəddini Xarəzmi həzrətlərindən nəqlən buyurur ki:

“Bir müğənnini dinləyən və ya hər hansı bir haram işi görən kimsə, haram olduğuna inanaraq və ya inanmayaraq buna nə gözəldir desə, imanı gedər. (Müjdəci Mək. 266)

Kafirlərin ibadət olaraq etdikləri və kafirlik əlaməti olan, İslamiyyəti inkar etmək, inanmamaq əlaməti olan və qəbul etməməyimiz vacib olan şeyləri edən və onlardan istifadə edən kafir olar. Bunlardan məşhur olanlarını bilməyərək və ya zarafat olaraq hər kəsi güldürmək üçün edən də kafir olar. (Birqivi vəsiyyətnaməsi)

Zəruri olan və təvatür ilə bildirilmiş olan din bilgilərinə inanmayan kafir olar. İnanmamağı göstərən hər söz, istər zarafat olaraq, istərsə könüldən olmayaraq olsun küfr olar. (Miləl-nihal)

Küfrə səbəb olan bir işi etmək küfr olar. Məsələn, belinə zünnar deyilən keşiş qurşağını bağlamaq və küfrə məxsus bir şey geyinmək də belədir. Bunlardan  əyləncə üçün, başqalarını güldürmək üçün, zarafat üçün istifadə etmək də küfrə səbəb olar. Etiqadının doğru olması fayda verməz. (Bəriqa)

Miftah-ül cənnə-də deyir ki:

Filan müsəlman mənim gözümdə yəhudi kimidir demək küfrdür. Axirətdə olacaq şeylərlə lağ etmək küfrdür. Qəbirdəki və qiyamətdəki əzablara ağla, fənnə uyğun deyildir deyərək inanmamaq, faiz halal olsaydı demək, İslam bilgilərini və din alimlərini aşağılamaq da küfrdür.

Ağıllı, bilgili, ədəbiyyatçı olduğunu göstərmək üçün və ya yanındakıları güldürmək, sevindirmək və ya lağ etmək üçün deyilən sözlərdə küfrə düşməkdən çox qorxmalıdır. Bir kimsə kiçik günah işləsə, ona tövbə et deyildiyi zaman, “tövbə edəcək bir şey etmədim ki..” desə, kafir olar.

 “Filan şey, filankəsdə yoxdur, varsa kafir olum” deyə, and içsə, o şey o kəsdə olsun və ya olmasın, o kəs kafir olum dediyi üçün küfrə girmişdir. Kafirlərin ibadətləri, İslamiyyətə uyğun olmayan işləri gözəldir demək də küfrdür.

Bir qadın belinə bir qara ip bağlasa, “bu nədir” desələr, “zünnardır” desə kafir olar. 

Elm məclisində nə işim var və ya din adamlarının sözü nəyə yarar demək küfr olar. Biri digərinə, gəl fiqh kitabını oxuyaq desə, o da, “Mən elmi neynirəm” desə, elmə əhəmiyyət vermədiyi üçün kafir olar. (Miftah-ül cənnə) 

Sual: Bəziləri din ilə, Allah ilə lağ edir. Çirkin iftiralar edir. Belə bir kimsə tövbə edərsə bağışlanırmı?

CAVAB

Əlbəttə, ən azğın kafir peşman olub sidq ilə, ixlas ilə Kəlmeyi-şəhadət gətirərsə tərtəmiz müsəlman olar. Bütün günahları bağışlanar. Dini lağa qoyanın etdiyi isə cəzasız qalmaz. Qurani-kərimdə məalən buyurulur ki:

“Allaha qarşı yalan uyduranların üzləri qiyamətdə qapqara olacaqdır.” [Zümər 60]   

 

14-03-2018, 15:49
Geri