Gözəl İslam / Az yaxşılığa çox savab

Az yaxşılığa çox savab

Sual: Bir Xoca kiçik bir yaxşılığa dağlar qədər savab, kiçik bir xətaya görə dağlar qədər  günah olmaz deyir, doğrudurmu?

CAVAB

Səhvdir. Allah rizası üçün edilən yaxşılıqların, sədəqənin, zəkatın qarşılığı verənin ixlas dərəcəsinə görə birə ondan birə yeddi yüzə qədər, hətta daha çox olur. Qurani-kərimdə məalən buyurulur ki:

“Mallarını Allah yolunda xərcləyənlərin halı, başaq əkən və hər başağında yüz dənə olan toxuma bənzər. Allah dilədiyinə daha çox da verər. O vasi və alimdir.” [Bəqərə 261]

[Vasi, güc və qüdrət sahibidir, ihsan etdiyi şeylər ona darlıq etməz. Alim, hər şeyi olduğu kimi həqiqət və özü kimi biləndir. İnfaq edənin niyyətini, ixlaslı olub-olmadığını və infaq gücünü bilir.

İnfaq, ehtiyac qarşılama deməkdir.]

Səbir edənlərə veriləcək savab da hesabsızdır. Səbir edənlərə o qədər çox savab verilir ki, bunun miqdarını Allahu təaladan başqa kimsə bilməz. Bir ayət məalı:

“Səbir edənlərə mükafatları hesabsız veriləcəkdir.” [Zümər 10]

Birə yeddi yüz almaq

Hədisi-şəriflərdə isə buyuruldu ki:

Bir yaxşılığa on mislindən 700 mislinə qədər savab verilir. Allahu təala “Ancaq oruc istisna, onun mükafatını mən verərəm” buyurdu.” [İbni Huzeymə]

“Zilhiccənin ilk günlərində tutulan oruc bir il oruc tutmağa, bir gecəsini dəyərləndirmək də Qədir gecəsini dəyərləndirmək kimidir.” [İbni Macə] 

“Zilhiccənin ilk on günündən daha dəyərli gün yoxdur. Bir əmələ yeddi yüz mislinə qədər savab verilir.” [Tərqib]

“Bu günlərin hər biri dəyərli bir günə, Arəfə isə on min günə bərabərdir.” [Beyhəqı]

“Aşura günü qüsl alan, yeni doğulmuş kimi günahlardan təmizlənər.” [Şira]

“Aşura günü zərrə qədər sədəqə verənə Uhud dağı boyda savab verilər.” [Şira]

Allahu təalanın rəhməti, neməti boldur. Zərrə qədər bir yaxşılığa dağ boyda savab verər. Mülk Onundur. Dilədiyinə dilədiyi qədər nemət verər. Heç kim Ondan hesab soruşa bilməz. Savab-günah miqdarını, göylərin böyüklüyünü, uzaqlıqları və axirətdəki zamanları, dünyanın yaradılışını və məxluqların sayını bildirən rəqəmlər, miqdar sayını göstərmək üçün deyil, miqdarın çoxluğunu anlatmaq üçündür. (Mərifətnamə)

 

 

14-03-2018, 15:48
Geri