Gözəl İslam / Çalışmaq ibadətdir

Çalışmaq ibadətdir

Sual: Çalışmaq ibadətdir?

CAVAB

Möminin çalışması ibadətdir. Lakin imansızın çalışması ibadət ola bilməz. Mən namaz qılmıram amma çalışıram, bu da ibadətdir, demək səhvdir. Namaz qılmayanın da çalışması ibadət olmaz.

Kiməsə möhtac olmamaq üçün çalışmaq çox qiymətlidir. Peyğəmbər əfəndimiz Həzrəti Muaz ilə müsafaha (əl ilə salamlaşmaq) edərkən buyurdu ki:

- Ya Muaz, əllərin qabar olmuşdur.

- Bəli ya Rəsulallah, bel əlimdə torpaqla məşğul oluram və bununla da uşaqlarımın ruzisini qazanıram.

Fəxri-kainat əfəndimiz Həzrəti Muazı öpüb buyurdu ki:

- Bu əli Cəhənnəm odu yandırmaz. (Tibyən)

Yenə bir gün bir gənc səhər tezdən işinə gedirdi. Əshabı-kiramdan bəziləri bunu doğru görmədilər. Orada olan Peyğəmbər əfəndimiz buyurdu ki:

“Elə deməyin! Əgər kiməsə möhtac olmamaq, ana-atasını və ailə üzvlərini möhtac etməmək üçün işinə gedirsə hər addımı ibadətdir. Əgər qazanacağı pul ilə öyünmək, kef çəkmək niyyətindədirsə şeytanla bərabərdir.” [Tabərani]

Göründüyü kimi, bir müsəlmanın yaxşı niyyətlə çalışması ibadətdir. Lakin kafirin və hər haramı işləyən kimsənin çalışması ibadət olmaz. Namaza nə lüzum var, çalışmaq da ibadətdir demək çox səhvdir. Belə deyən kafir olar. Namaz qılan, haramlardan qaçan kimsənin yaxşı niyyətlə çalışması ibadətdir. (K. Səadət)

Hər kəsin ruzisi ayrılmışdır

İnsan ruzisini axtardığı kimi ruzi də sahibini axtarar. Çox kasıblar var ki, zənginlərdən daha yaxşı, daha xoşbəxt yaşayır. Allahu təala ondan qorxanlara, dininə bağlananlara ummadığı yerdən ruzi göndərər. Allahu təala insanları yaradarkən ömürləri kimi ruzilərini də təqdir etmişdir. Bu mövzuya aid hədisi-şəriflərdən bəziləri belədir:

“Allahu təala möminin ruzisini ummadığı yerdən verər.” [İ. Hibban]

“Allahdan qorxun, istədiyiniz şeylərə qovuşmaq üçün yaxşı səbəblərə yapışın. Pis səbəblərə yaxınlaşmayın! Heç kim təqdir edilən ruzisinə qovuşmadıqca ölməz". [Hakim]

“Əcəliniz sizi necə təqib edirsə, ruziniz də eləcə təqib edir. Ruzi üçün sıxıntı çəkərsəniz, Allahu təalanın əmrinə uyğun hərəkət edin.” [Tabərani]

“Allah qorxusunu sərməyə edən, ruzisinə ticarətsiz və

“Allahu təalaya tam təvəkkül etsəydiniz, səhər ac gedib axşam tox qayıdan quşlar kimi ruziyə qovuşardınız.” [Tirmizi]

Halal ruziyə qovuşmaq istəyən səbəblərinə yapışmalıdır! Pul qazanmaq malı artırar, lakin ruzini artırmaz. Ruzi muqəddərdir. Yəni qabaqcadan ayrılmışdır. Ruzi maaşa, mala, çalışmağa bağlı deyildir. Lakin Allah əmr etdiyi üçün çalışmaq lazımdır. Çünki, Allahu təalanın işləri səbəblər altında təcəlli edər. Adəti-İlahıyə belədir. Lakin bəzən səbəbə yapışıldığı halda iş hasil olmaya bilər. Yaxud səbəbsiz də hasil ola bilər. Bu mövzuya aid hədisi-şəriflərdən bəziləri belədir:

“Ruzisinin bol olmasını istəyən sılai-rəhm (əqrəbanı və möminləri ziyarət) etsin!” [Buxari]

“Ruzi üçün üzülmə, təqdir edilən [qabaqcadan ayrılmış olan] ruzi səni tapar.” [İsfəhani]

“Zikrin xeyirlisi hafi [gizli] olanı, ruzinin xeyirlisi isə kafi olanıdır.” [Beyhəqı]

“Allahu təala sevdiyinə ruzini kafi [çatacaq qədər] verər.” [Əbuşşeyx]

“Halal qazanmaq üçün sıxıntı çəkənə Cənnət vacib olar.” [İ. Qəzali]

“Ruziyə qovuşan çox həmd etsin!” [Hətib]

Ruzilərin paylanması sübh namazından sonra olur. Mənəvi ruzilərin paylanması isə ikindi namazından sonradır. Bu iki vaxtda yatmamağa diqqət edilməlidir!

Həmd etmək Allahu təalaya şükür etmək deməkdir. Hər nemətin Allahu təaladan gəldiyinə inanmaq lazımdır. Allahu təala Həzrəti Musaya buyurdu ki:

“Verdiyim neməti məndən bilib, özündən bilməyən nemətlərin şükrünü əda etmış olar. Ruzisini öz çalışması ilə bilib, məndən bilməyən isə nemətin şükrünü əda etməmiş olar.” [İ. Qəzali]

Çox qazanmaq üçün çox çalışmaq

Sual: Çox çalışmaq üçün çox qazanmaq dinə ziddirmi?

CAVAB

Özünün və uşaqlarının ehtiyaclarını və borclarını ödəyəcək qədər çalışıb qazanmaq fərzdir. Hədisi-şərifdə buyuruldu ki:

“Çalışıb qazanmaq fərzdir.” [Tabərani]

Uşaqlarının bir illik ehtiyatını toplayacaq qədər çalışmaq mübahdır. Müsəlmanlara yardım üçün, cihad etmək üçün artıq çalışıb qazanmaq müstəhəbdir, yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:

“İnsanların ən yaxşısı insanlara faydalı olanıdır.” [Qudai]

Göstəriş üçün, öyünmək üçün qazanmaq təhrimən məkruhdur. Çalışmaq ruzini artırmaz. Çalışmaq təqdir edilən ruziyə qovuşdurmağa vəsilədir. Ruzini verən Allahu təaladır. Çalışmaq səbəbə yapışmaqdır. Səbəblərə yapışmaq sünnətdir. (Əl-İxtiyar)

Axirət savabı üçün, “çox qazanmaq üçün çox çalışmaq lazımdır” sözü əlbəttə həmişə xoşdur.

Qurani-kərimdə mal üçün xeyir adı verilmış və mal təriflənmişdir. Hədisi-şərifdə buyuruldu ki:

“Bir zaman gələcək ki, insan dinini və dünyasını ancaq pul ilə əlində saxlaya biləcək.” [Tabərani]

Dinimiz pulu deyil, pul sevgisini pisləmişdir.

İbrahim əleyhissəlam Peyğəmbər olub bütə tapınmaqdan çox uzaq olduğu halda, “Ya Rəbbi, məni və övladlarımı bütə tapınmaqdan qoru!” deyərək dua etmişdir. Bütdən məqsəd pul sevgisidir. Deməli, pulu sevmək bütə tapınmağa bənzədilmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Pula tapılan həlak oldu.” [Tirmizi]

“Qızıl və gümüşün [pulun] quluna lənət olsun!” [Tirmizi]

“Pula könül vermək sizdən əvvəlkiləri məhv etdiyi kimi sizi də məhv edə bilər.” [Tabərani]

“Bir zaman gələcək ki, qayğısı mədə, şərəfi mal, qibləsi qadın, dini pul olan kimsələr çıxacaq. Bunlar xalqın şər olanlarıdır.” [Süləmi]

Hədisi-qüdsidə buyuruldu ki:

“Haqq  təala buyurdu ki, “Ey dünya mənə qulluq edənə qulluqçu ol! Sənə qulluq edən də sənin qulluqçun olsun.” [Əbu Nuaym]

Dünya pisdir?

Sual: Dinimizdə dünya nə deməkdir?

CAVAB

Dünya haram və məkruhlardır. Dünya mal, sərvət, dünyalıq, ruzi kimi mənalara da gəlir.

İmami-Rəbbani həzrətləri buyurdu ki:

Dünya, səni Allahu təaladan uzaqlaşdıran şeylər deməkdir. Qadın, övlad, mal, rütbə, mövqe düşüncəsi Allahu təalanı unutduracaq qədər həddən artıq olarsa, dünya olar. Musiqilər, oyunlar, faydasız boş şeylərlə vaxt keçirmək (Qumar, pis yoldaş, pis filmlər, məcmua və romanlar) dünya deməkdir. Din ilə dünyanı birlikdə qazanmaq mümkün deyil. Axirəti qazanmaq istəyənin dünyadan vaz keçməsi lazımdır. 

İndiki zamanda bu dünyanı tamamilə ilə tərk asan deyil. Heç olmasa hökmən tərk etmək yəni tərk etmiş sayılmaq lazımdır. Bu da hər işdə İslamiyyətə uymaq deməkdir. Yeməkdə, içməkdə, geyinməkdə və ev qurmaqda İslamiyyətə uymaq lazımdır.

Dünya axirəti qazanmaq yeridir. Qazanc yeri pislənilməz. Haram qazanc pislənər. Dünyanı pisləyən hədisi-şəriflərə belə tərəfdən  baxmaq lazımdır.

Hədisi-şəriflərdə buyurulur ki:

“Dünya sevgisi bütün xətaların başıdır.” [Hakim]

“Dünya lənətlənmişdir. Yalnız Allah üçün olanlar müstəsnadır.” [İbni Macə]

Dünyanın arxasınca qaçan ac gözlü olar, daim yoxluq içində qıvrılar, işləri çətinləşər, nəsibindən də artıq bir şeyə qovuşa bilməz. Axirət üçün çalışanın da işləri asanlaşar, qəlbi zənginləşər, üz çevirdiyi dünyalıq da ona qarşı təvəccüh edər.” [Tirmizi] 

“Əməli ancaq dünya olanın Haqq qatında dəyəri yoxdur. Onun məşğuliyyəti tükənməz, kasıbçılıqdan qurtara bilməz, zənginliyə qovuşa bilməz, sonu gəlməyən boş işlərlə məşğul olar.” [Tabərani]

“Atəşin odunu yediyi kimi dünya sevgisi də imanınızı yeyər.” [İ. Qəzali]

“Qəlbinizi dünyadan bəhs edərək məşğul etməyin!” [Beyhəqı]

“Dünyanın yüksəltdiyi hər şeyi Allahu təala alçaldar.” [Buxari]

“Allahu təala bir kimsəyə axirəti qazanması üçün dünyanı verər, amma dünya üçün axirəti vermək istəməz.” [Deyləmi]

“Allahu təala dünyanın aqibətini yeyilən yeməyin aqibətinə bənzətmişdir.” [Tabərani]

“Dünyadan üz çevir ki, Allahu təala səni sevsin! Xalqın əlinə baxma ki, səni sevsinlər.” [İbni Macə]

“Dünyanı axirətə dəyişən üç şeyə məruz qalar. Sıxıntısı heç əskilməz, yoxluqdan heç qurtula bilməz və doymaq bilməyən elə bir həvəsə düşər ki, heç bir zaman boş vaxt tapa bilməz.” [Tabərani]

“Cənnəti istəyən xeyirə qaçar, Cəhənnəmdən qorxan haramlardan qaçar. Ölümü gözləyən dünya ləzzətlərini tərk edər. Dünyaya meyl edənə müsibətlər yağar.” [İbni Hibban]

“Allahu təala bir quluna xeyirli bir dilək verəndə onu dünyadan uzaqlaşdırar, axirətə təşviq edər və qüsurlarını onun özünə göstərər.” [Deyləmi]

“Təhsilsiz elmə, rəhbərsiz hidayətə qovuşmaq istəyən dünyadan üz çevirsin!” [İ. Qəzali]

Zənginlik və səltənət

Mal və məqam sahibi olmaq başqa, mal və məqam sevgisi başqadır. Dünya və axirət səadətinə qovuşmaq üçün və insanlara xidmət edə bilmək üçün mal və məqam sahibi olmaq çox yaxşıdır. Bütün dünya bir nəfərin olsa, mala məğrur olmadan dinə uyğun xərcləsə çox böyük savab qazanar. Süleyman əleyhissəlam böyük bir zənginlik və səltənət içində üzdüyü halda Cənabı Haqq Qurani-kərimdə, “O nə yaxşı quldur” deyə tərifləmişdir. (Sad 30)

Peyğəmbər əfəndimizdən sonra insanların ən üstünü olan Həzrəti İbrahimin düzənlikləri dolduran qoyun-keçilərindən əlavə, təkcə yarım milyon sığırı var idi. Mal və mövqeni pis şeylərə istifadə etmək zərərlidir. İnsanı yaxşılıq etməkdən saxlayan bir şey dünyadır. Qurani-kərimdə Cənnətin mövqe ehtirası ilə böyüklük göstərməyən kimsələrə veriləcəyi bildirilmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Lə iləhə illəllah” deyən, dünyanı dindən üstün tutmayana qədər Allahu təalanın qəzəbindən və əzabından qurtular. Dini tərk edib dünyaya [haramlara] bağlanarsa, Allahu təala ona; “Yalan deyirsən” buyurar.” [Hakim]

“Dünya işi üçün üzülən Allahu təalaya qarşı hirslənmiş olar.” [Tabərani]

14-03-2018, 15:47
Geri