Gözəl İslam / Halına razı olmaq

Halına razı olmaq

Sual: Görünüşüm çox eybəcər, özümü alçaq hiss edirəm. Nə etməliyəm?

CAVAB

            Səhhət, sağlamlıq, zənginlik, zadəganlıq, gözəllik kimi nemətlərə sahib olmaq və bunlardan yaradılma məqsədinə uyğun istifadə etmək çox yaxşıdır. Fəqət, bunlardan məqsədləri xaricində istifadə edilərsə çox pis olar. Bunlar bir bıçaq kimidir. Yaxşı iş də edilər, pis iş də edilər. İnsana verilən nemət çox olanda şükrü o nisbətdə çətinləşər. Rəbbimiz sizə iki göz vermişdir. Kar və lal deyilsiniz. Əliniz, qolunuz sağlam. Ən mühümü də dəli deyilsiniz, ağılınız var. Hamısından daha mühümü də imanınız var. Daha bizim bilmədiyimiz nə nemətlərə sahibsiniz. Qurani-kərimdə məalən buyuruldu ki:

            “Allahın nemətlərini sayacaq olsanız, bitirə bilməzsiniz.” (Nəhl 18)

            Bu qədər nemətlərə görəsən haqqıyla şükr edirikmi? Sizin halınızda olmayan çox insan vardır. Görəsən bu hallarına şükr edirlər? Sizdə isə, başqalarında olan şikəstlik yoxdur. Bunun üçün şükr edirsinizmi? İnsanlar şükür cəhətindən qəflətdədirlər. O nemət getməyəndə qiymətini bilə bilməz. Nemət içində üzən şükrü asan xatırlaya bilməz. Qurani-kərimdə məalən buyuruldu ki:

            “Qullarım içində haqqıyla şükr edən azdır.” (Səba 13)

            İnsanlar zəif, aciz yaradıldığı üçün səbiri də, şükrü də azdır. Minlərlə nemətə şükür etməz, fəqət bir bəla gələndə fəryad, fəğan edər. Xəstə olub gecə yata bilməzsə, həmişə Allahı xatırlayar. Fəqət sağlam ikən heç Onu xatırlamaz. Müsəlman Allahu təalanın dostudur. Dostluğun əlaməti dostun bəlalarına səbir etməkdir. Qurani-kərimdə məalən buyurulur ki:

            “Kimi müxtəlif nemətə qovuşanda Allahı anmaqdan üz çevirər, (xəstəlik, kasıblıq kimi) bir şər toxunanda da (Allahın rəhmətindən) ümidini kəsər.” (İsra 83)

            “And olsun ki, sizi bir az qorxu, bir az aclıq, mal, can və məhsulun azalmasıyla imtahan edəcəyik. Ey Həbibim, səbir edənlərə (lütfumu, ehsanımı) müjdələ!” (Bəqərə 155)

            Bu ayəti-kərimədəki qorxu Allah qorxusu, hərbdə düşmən qorxusu, aclıq ramazan orucu, qıtlıq malın azalması”, zəkat və malın zərəri, canın azalması xəstəlik, (məhsulun azalması) isə, müxtəlif fəlakətlər üzündən məhsulun azalması və ya məhsul deyilən övladların ölməsi olaraq təsvir edilmişdir.

            İmtahanı qazanmaq üçün səbir etmək lazımdır. Səbir edən böyük nemətlərə qovuşacaqdır. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Allah səbir edəni sevər.” (Taberani)

            “Halına səbir edəni çox sevərəm.” (İ.Qəzali)

            “Səbir, Cənnət xəzinəsidir.” (İ. Qəzali)

            “Səbir imanın yarısıdır.” (Beyheki)

            “Xoşlanılmayan şeyə səbir etməkdə böyük xeyir vardır.” (Tirmizi)

İnsan arzusunun sonu yoxdur

            İnsan arzusunun axırı yoxdur. Hər istədiyinə qovuşmaq istəyər. Hər istədiyinə qovuşmaq, insana hər zaman xoşbəxtlik gətirməz. Onun üçün haqqımızda xeyirli olanı istəmək lazımdır.

            Zənginlik çox yaxşı olmasına baxmayaraq bəzilərinin fəlakətinə səbəb olmuşdur. Sırf pulu üçün öldürülə bilər. 

            Ən lüks bir avtomobilə sahib olan ailəsiylə bir uçurumdan aşağı diyirlənə bilər. Çox ağıllı olan kimsə zəkasının qurbanı ola bilər. Bədənimizdəki bütün orqanlar bizə əmanətdir. Yaradılma məqsədinə uyğun istifadə etmək lazımdır. Məsələn, harama baxan kimsə gözünün şükrünü yerinə yetirmədiyi kimi, üstəlik günah da işləmiş olur. Gözəl söhbət edənin məqsədi, dinləyicilərin təvəccühünü qazanmaq isə dilini xeyrə deyil, şərə istifadə etmiş, özünü dili ilə fəlakətə sürükləmiş olar. Hər üzvdən xeyir üçün istifadə etmək böyük səadət olar. Həzrəti Əbu Bəkir, boş bir şey danışmamaq üçün mübarək ağzına daş qoymuşdur. Onun üçün “Ya xeyr danış, ya da sus” buyurulmuşdur. Həmişə şər danışan üçün dili bir fəlakətdir.

            Hər kişi yaraşıqlı, hər qız da gözəl olmaq istəyər. Hər kəs üçün gözəllik faydalı olmaya bilər. Məsələn, gözəlliyinə güvənib artist olmaq üçün xarici ölkələrə gedən bir çox qızın nə fəlakətlərə məruz qaldığını qəzetlərdə oxuyuruq. Gözəllik mütləq nemət deyildir. Kimisini xoşbəxt etdiyi kimi, kimisini də fəlakətə sürükləyir.  

Qul Allahdan necə razı olar?

            Müsəlmanın etiqadı belədir ki, hər xeyr və şər Allahdandır. Hər işi etdirən Allahu təaladır. Bu iş Allahdan gəldiyinə görə bir müsəlman olaraq bu işə riza göstərmək lazımdır. Çünki, Möminin başına gələn hər bir iş möminin xeyrinədir. Onun üçün vaqə olanda xeyir vardır, buyurulmuşdur. Vaqə olan bir işlə qarşı-qarşıya olan nə qədər çətin olarsa olsun buna razılıq göstərməsi lazımdır.

            Qövmü Musa əleyhissəlama, “Allahu təaladan öyrən, nədən razıdırsa, onu edək” dedi. Vəhy gəldi. Allahu təala belə buyurdu.

            “Qəza və qədərimə razılıq göstərərsəniz, sizdən razı olaram. Mənim razılığım, sizin razılığınıza bağlıdır. Məndən razı olarsanız, sizdən razı olaram.”

            Bir hədisi-şərifdə buyuruldu ki:

            “Allahu təala buyurur ki, mən, qəza və qədərimə razı olandan razı olaram. Razı olmayandan razı olmaram və ona qəzəb edərəm.”

            Yenə Allahu təala buyurur ki:

            “Qəza və qədərimə razı olmayan, bəyənməyən və göndərdiyim bəlalara səbir etməyən, mədən başqa Rəbb axtarsın! Yer üzündə qulum olmasın!” (Tabərani)

            Allahu təala, mənim etdiyim işə razı olmayan özünə başqa Rəbb axtarsın, buyurur. Başqa Rəbb olmadığına görə, ediləcək iş Allahu təalanın hər işinə razı olmaqdır. Onun göndərdiyi bəlalara səbir etmək şərtdir. Peyğəmbər əfəndimiz buyurdu ki:

            “Allahu təala buyurdu: “Bədəninə, övladına və ya malına bir müsibət gələn, səbiri-cəmil ilə qarşılayarsa, (yəni gözəl səbir edərsə) qiyamətdə ona hesab soruşmağa həya edərəm.” (Hakim)

            Gözəl səbir, gələn bəlaya razı olub hər kəsə açıqlamamaq və şikayət etməmək deməkdir. Gözəl səbir edən, dünya və axirətdə qurtuluşa qovuşar. Hədisi-şərifdə buyurulur ki:

            “Dərdini açıqlayan səbir etmiş olmaz.” (İ.Maverdi)

            Allahu təala, “Məndən razı olandan razı olaram” buyurur. Allahu təalanın qəza və qədərinə razı isək, Onun da bizdən razı olduğu aydın olar. Allahu təaladan gələnlərdən razı deyilsək, şikayətçi isək, Ona üsyankar isək, O da bizdən razı deyildir.

            Bir abid şəxsə, gecə yuxusunda, “Sənin Cənnətdəki qonşun bu çobandır” deyilir.  Abid maraq edər, çobanı tapar. Çobanın evində üç gün qonaq qalar. Abid, gecə ibadət edərkən çoban yatar. Abid, çobana deyər ki:

Abid, əlini başına qoyaraq deyər ki:

Bir Abidin də, “Ya Rəbbi, məndən razı ol” deyə dua etdiyini eşidən Rabiyayi-Adviyyə həzrətləri, “Özü Allahdan razı olmadığı halda, Allahın özündən razı olmasını necə istəyər”  buyurdu. “Qul, Allahdan necə razı olar?” deyə soruşdular. “Allahdan gələn nemət və bəlanı eyni gördüyü vaxt” buyurdu. Bəla gələndə də, nemətdəki kimi halı dəyişməmişsə, Rəbbindən razı sayılır.

Sual: Bir qadın, “Ya Rəbbi, məni niyə kişiylə eyni haqlara sahib yaratmadın” desə, küfrə girər?

CAVAB

            Məxluqun Yaradana etiraz etməsi, Onun  işini bəyənməməsi əsla caiz olmaz. Bir neçə örnək:

Bunlar doğuşdan yaradılan vəziyyətdirlər. Heç kimin yaradılışı üçün bir şey deməyə haqqı yoxdur.

Müsəlman, xeyrin və şərin də Allah tərəfindən yaradıldığını bilər. Bir neçə örnək də buna verək:

Nə kişi, digər kişilərlə eyni yaradılmışdır, nə də qadın, digər qadınlarla eyni yaradılmışdır. Allahu təala hər canlını  fərqli yaratmış və hər birinə bir vəzifə vermişdir. Hər kəsin halına və haqqına razı olması lazımdır, razı olmayan böyük üsyan içində olar.

            Bəlkə bir insanın qadın və ya kişi olaraq yaradılması, onun haqqında daha yaxşıdır. Bir ayəti-kərimə məali:

            “Xoşlanmadığınız şey sizin yaxşılığınıza, sevdiyiniz şey də pisliyinizə ola bilər. Siz bilməzsiniz, Allah bilər.” (Bəqərə 216)

Hər halımıza razı olmağımız lazımdır. Çünki Allahu təala qüdsi hədislərdə buyurur ki:

“Mömin başına gələn işdən, xoşlansa da xoşlanmasa da, o iş, onun üçün yaxşıdır.” (İbni Şahin)

            “Kimisinin imanı ancaq zənginliklə salah (doğru, yaxşı yolda olar) tapar. Əgər o kasıb olsaydı, küfrə girərdi. Kimi də, ancaq kasıblıqla salah tapar, əgər zəngin olsaydı, küfrə düşərdi. Kiminin imanı da, ancaq səhhətdə olması ilə tamam olar. Əgər xəstələnsə, küfrə girərdi. Kiminin imanı xəstəlik ilə yetkinləşər. Əgər səhhətdə olsaydı küfrə sürüklənərdi.” (Hatib)

Nə etsək Allah bizdən razı olar?

Sual: Xülasə, nə etsək Allah bizdən razı olar?

CAVAB

            İsrailoğulları buna bənzər bir sualı Musa əleyhissəlama soruşmuşdular. Allahu təala, “Onlar məndən razı olarlarsa, mən də onlardan razı olaram.” buyurdu. Yəni, başına gələn bəlalara dözmək, ona, buna şikayət etməmək, Allahdan gələn hər şeyə razı olmaqdır.

            Musa əleyhissəlam, “Ya Rəbbi ən çox nifrət etdiyin kimdir?” deyə sual etdi. Allahu təala, “Bir qul, məndən xeyirlisini istəyib mən də ona haqqındakı hökmü göndərəndə ona razılıq göstərməyəndir”  buyurdu. Allahu təalanın təqdirinə razı olmaq lazımdır!

14-03-2018, 15:39
Geri