Gözəl İslam / İstişarənin əhəmiyyəti

İstişarənin əhəmiyyəti

Sual: İstişarənin dindəki yeri nədir?

CAVAB

       Bir iş edərkən əhlinə soruşmağa  “məşvərət” və ya “İstişarə” deyilir. İstişarə sünnətdir. Qurani-kərimdə məalən, “Edəcəyin işi əvvəl məşvərət et!”  buyurulur. (Əli İmran 159)

       Yaxşı kəslər təriflənərkən də “İstişarə edərək iş görərlər” buyurulur. (Şura 38)

       Hədisi-şəriflərdə də buyuruldu ki:

            “İstişarə, peşmanlığa qarşı qaladır.” (İ.Maverdi)

            “İstiharə edən məhrum qalmaz, istişarə edən peşman olmaz.” (Tabərani)

            “İnsanı peşman edən öz fikrindəki isrardır.” (İ.Maverdi)

            “Öz düşüncənizə görə hərəkət etməyin!” (Tabərani)

            “Edəcəyi işi əhli ilə istişarə edənə, o işin ən gözəli nəsib olar.” (Tabərani)

Həzrəti Adəm, “İşlərinizi istişarə ilə edin. Əgər mən, qadağan olunmuş meyvə barəində  mələklərlə istişarə etsəydim, müsibətə məruz qalmazdım” buyurur. İstişarə ediləcək şəxslərdə bu vəsflərin olması lazımdır:

“Ağıllıyla məsləhətləşib onu dinləyən, doğrunu tapar, dinləməyən peşman olar.” (İ.Maverdi)

“Tədbirli olan işinin əhli olanla məsləhətləşib, ona görə hərəkət edər.” (Əbu Davud)

            Həzrəti Loğman Həkim də buyurdu ki:

            “Edəcəyin işi, daha əvvəl bunu sınamış, təcrübəli kimsəylə məsləhətləş! Çünki o, özünə bahalı olmuş doğru fikirləri sənə pulsuz verəcək.” (İ.Maverdi)

“Saleh olan alimlərlə istişarə edin!” (Tabərani)

Həzrəti Ömər, “Allahdan qorxanlarla istişarə edin” buyurmuşdur.

Məsləhətləşəcək şəxsin, insanların halını, zamanın və ölkənin şərtlərini bilməsi lazımdır. Bundan başqa, ağılı, fikri qüvvətli, irəlini görən və hətta səhhəti yerində olan kəslərlə istişarə edilər. Belə xüsusiyyətlərə sahib olmayan kəslərlə istişarə etmək günah olar. Peyğəmbər əfəndimiz əshabı ilə istişarə edər, bəzən bir iş üçün, ağıl, təqva, hikmət və təcrübə sahibi on adama məsləhətləşərdi.

Hədisi-şəriflərdə buyuruldu ki:  

“İstişarə edilən güvənilən adamdır, özünə layiq gördüyünü başqasına tövsiyə edər.” (Taberani)

“Məsləhətləşənə, bilərək yalan söyləyən ona xəyanət etmiş olar.” (İbni Cərir)

“Məsləhətləşən köməyə qovuşar. İstişarə edilən əmindir.” (Askəri)

“Məsləhət edilən etibarlı şəxsdir. Bilirsə söyləyər, bilmirsə sükut edər.” (Qudai)

İstişarə ilə edilən iş səhv görünsə də, soruşmadan ediləndən üstündür.

 

            İstişarə sünnətdir, məsləhət edən dağı aşar.

            Məsləhət etməyən yazıq, düz yolda belə çaşar.

 

Bilməmək ayıb deyil, soruşmamaq ayıb olar,

            Əhlinə soruşan adam, həqiqi yolu tapar.

            Məşvərətin tərcuməsi, əhlilə məsləhətləşməkdir.

            Başlamadan bir işə, səbəbə sarılmaqdır.

           

            İstişarə edənlər, heç peşman olmaz əlbət,

            Məsləhət edəcək bir yerin varsa nə böyük nemət.

 

            Çaşqınlıq içindəsən, səndəki bu əziyyət nə?

            Əgər min bilsən də, soruşmalısan bir bilənə.

İstişarə sünnətdir

Sual: Allahu təala edəcəyimiz işləri məsləhətləşərək etməyizi əmr edir. Məsləhətləşərək iş etmək fərzdirmi? Hansı işi kimlərə soruşmaq lazımdır?

CAVAB

       İstişarə, yəni məsləhətləşmək sünnətdir. Unudulmuş, sünnətləri meydana çıxarmaq çox savabdır. Məsləhətləşmək insanı peşman olmaqdan qoruyan bir qala kimidir.

     Məsləhət ediləcək kimsənin, insanların halını, zamanın və ölkənin şərtlərini bilməsi lazımdır. Buna siyasət bilgisi deyilir.

       Bundan başqa ağıllı, fikri qüvvətli, irəlini görən və hətta səhhəti yerində olan kəslərlə istişarə edilər. Belə xüsusiyyətlərə sahib olmayan kəslərlə istişarə etmək günah olar. İstər din, istərsə dünya işlərində bilmədən hökm verənə mələklər lənət edər.

        Bilinən şeydə istişarəyə lüzum yoxdur. Fəqət, bildiyimizi zənn etdiyimiz necə şeylər var ki, bilmədiyimiz meydana çıxır.

        Bir iş nəticəsinə görə qiymətləndirilir. Sonu xeyirlə, yoxsa şərlə bitəcəyini bilə bilmirik. Olmasını şiddətlə arzu etdiyimiz bir iş, bizim üçün çox təhlükəli ola bilər. Əksinə olmamasını istədiyimiz bir iş, bizim üçün çox xeyirli ola bilər. 

        Yuxarıda xüsusiyyətlərini bildirdiyimiz saleh kəslərlə istişarə edəndə, verdikləri cavab ağılımıza çox yatmasa da o işi etməyimiz lazımdır. Çünki əhli ilə məsləhətləşərək edilən işin nəticəsi xeyirli olar. Onun üçün “Məsləhətləşən dağı aşmış, məsləhətləşməyən düz ovada yolu çaşmış” dedikləri kimi, “Məşvərətsiz edilən şeydən xeyr gəlməz” də demişdirlər.(Şirə)

       Öz fikirində inad edən adam bir başqa fikrə möhtac olmaqdan özünü heç bir vaxt xilas edə bilməz. Məsləhət yolunu mənimsəyən adam isə həlakdan qorunmuş olar. Hikmət əhli buyurur ki:

      “İstişarə, doğru yolu tapmağın özüdür!  Hər kim ki, öz fikirini bəyənib başqası ilə istişarəyə möhtac olmadığını düşünsə və istişarəyə lüzum görməsə əlbəttə edəcəyi işdə səhv meydana gələr.”

      İşlərində çətinliklə qarşılaşsan, ağıllı kəslərin fikirlərinə müraciət et. İstişarədən çəkinmə! Öz fikrinlə baş-başa qalıb peşman olmaqdan əlbəttə daha yaxşıdır.

İdarə etməkdə istişarə şəkli

Sual: İdarəçinin istişarə ediləcək şəxslərin hamısı ilə bir araya gələrək, yoxsa hər biri ilə ayrı-ayrı istişarə etməsi daha uyğundur?

CAVAB

    Ərəb, Fars, Hind hökmdarları toplu məsləhətləşməni, yəni həmişə bir araya gələrək istişarə edilməsini seçmişdirlər, “Topluca bir araya gəlinərək istişarə edilməsi lazımdır. Çünki hər kəs öz fikirini açıqlayar. Qarşılıqlı etiraz, tənqid və müzakirələr olar. İddialar isbat edilər. Və ən məqsədəuyğun olan fikir hər kəsin yekdilliyi ilə qəbul edilər. Belə istişarə ümumiyyətlə səhvdən uzaq qalar” demişdirlər.

      Rum və Misir hökmdarları isə fərdi olan məsləhətləşməni seçmişdirlər. “Tək başına olan adam məsələ haqqında zehnində meydana çıxan həll şəklini, heç bir təsir altında qalmadan ortaya qoyar. Beləcə ayrı-ayrı bütün məsləhətçilərin özünə xas fikirləri, idarəçi tərəfindən alınmış olar. Halbuki toplu məsləhətləşmədə şəxslərdən birinin ortaya atdığı fikir, digər şəxsləri təsiri altında buraxar və o birilərinin ona tabe olma ehtimalı meydana çıxar. Bu surətlə hər kəsin o məsələyə aid fikrinin ortaya çıxması imkanı qalmaz” demişdirlər.

      Türk Xaqanları isə, vəziyyətə görə hərəkət edilməsini seçmişlər, əvvəl, tək-tək hər kəsin fikirini almaq, sonra da hamısını yığaraq birlikdə istişarə etmək lazımdır, demişdirlər.

      İdarə etmək bir bağçaya bənzəyir. Bağça sahibi gecə-gündüz o bağçanın baxımına, inkişaf etdirilməsinə nə qədər diqqət edərsə və bu nə dərəcə lüzumlu isə idarənin davamlı bir şəkildə tərbiyəsinə diqqət etmək lazımdır. Bağça sahibi bağçada meydana gələn işə yaramaz tikanları, kolları ayırd edər, bunları bağçanın ətrafını çevirən sərhədə, divarlara yerləşdirər. Beləcə bağçadakı zərərli ot və tikanlar təmizlənərək məhsulun münbit olmalarına səbəb olar. Ayrıca çöldən bağçaya girəcəklərə mane olar.

Qeyd: Müşavirə toplantısının mübarək olması üçün Məhəmməd adında birisinin olması yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:

   “Məşvərət üçün yığılanların arasında Muhamməd adlı bir nəfər yoxdursa, o yığıncaq mübarək olmaz.” (İbni Asakir)

İdarəçinin istişarəsi

Sual: Bir kimsə və ya bir idarəçi istişarə etdikləri şəxslərin fikirlərinə eynilə riayət etməsi lazımdır?

CAVAB

      İstişarə, bir işi edərkən o işin əhli olan kəslərin fikirlərini almaq deməkdir. İstişarə etdikdən sonra, İstişarə etdiyi şəxslərin fikirlərinə tabe olma zərurəti yoxdur. Hansı fikir ağlına yatarsa ona tabe olar. İstişarə edilən kəslərin, “Bizim fikrimizi aldı, fəqət bizim dediklərimizə uymadı” deməyə haqları olmaz. 

       Bunun bir örnəyi Əshabi-kiram zamanında yaşanmışdır. Həzrəti Əbu Bəkir xəlifə ikən, mürtədlərlə hərb etməyə qərar verəndə, Həzrəti Ömər müşavirə keçirillməsini təklif etdi. Həzrəti Əbu Bəkir də irəli gələnlərlə istişarə etdi. Müşavirə heyətindəkilər müxtəlif məqbul səbəblər üzündən döyüşməyi uyğun görmədiklərini ifadə etdilər. Əgər döyüşərlərsə də, əsgərlərin yarısının şəhərdə qalıb, şəhərin əmniyyətini təmin etməsi lazım olduğunu söylədilər. Həzrəti Əbu Bəkir, hamısını dinlədikdən sonra,  “İstişarə edilmişdir, döyüşə qərar verirəm, tək adam qalmadan əsgərlərin hamısının da hərbə getməsini əmr edirəm” buyurdu. Əshabi-kiram, öz fikirlərinə zidd bir qərar alınmasına ən kiçik bir tərs hərəkət göstərmədilər. Çünki istişarə sonunda bu qərar verilmişdir. Onun üçün, idarəçilər, bizimlə görüşüb də bizim düşüncəmizə zidd hərəkət edərsələr, tərs hərəkət etməyimiz caiz olmaz.  

      Əmr üzərinə bütün ordu döyüş meydanında yığıldı. Düşmən ordusu yerin, göyün əsgərlərlə dolu olduğunu görəndə, bunların ən az yarısı da şəhərdə keşik çəkir, deyərək sülh təklifi etməyə, istəniləni verməyə məcbur qaldılar. Həzrəti Əbu Bəkirin bəsirəti, yüksək dahilik sahibi olduğu bu dəfə də daha meydana çıxdı. Müsəlmanlar arasında birlik, bərabərlik pozulmadan kafirlərə qarşı hərbsiz qalibiyyət qazanıldı.

İstişarə hər kəslə edilməz

Sual: İstişarə etdiyimiz kimsə səhv cavab verərsə, istişarənin nə faydası olar?

CAVAB

İstişarə, hər kəslə edilməz. O işin əhli olanla edilər. Bir iş saleh olan əhliylə istişarə edilərkən, soruşan Allah rizası üçün soruşar, cavab verən də Allah rizası üçün, ixlasla cavab verərsə, cavab səhv belə olsa, Allahu təala o işin nəticəsini xeyirə çevirər, yəni o iş mütləq xeyirlə nəticələnər.

Hikmət əhli buyurur ki:

 Salehlərdən soruşmaqdan utanma və onlardan kömək istəməkdən çəkinmə! Həmişə öz düşüncəsi ilə hərəkət edən doğrunu görə bilməz. Ağıllı ilə istişarə qalib olmaqdır, axmaq ilə istişarə məğlub olmaqdır.  Hər sənəti əhlindən öyrən, hər işi də əhlilə məsləhətləş!

Xanımla istişarə

Sual: Qadınla istişarə etməklə əlaqədar hədis varmı?

CAVAB

    Bəli, vardır. Bəhs edilən hədisi-şərif istişarənin əhəmiyyətini bildirir. Qadınlar ümumiyyətlə hissləri ilə qərar verərlər. Onun üçün bunların söylədiklərini ehtiyatla qarşılamaq lazımdır. Kimsə tapılmazsa, qadınlarla da istişarə etmək, amma hissləri ilə danışırsa ehtiyatla qarşılamaq lazımdır. Yenə də onlarla istişarədən uzaq qalmamaq lazımdır.

Soruş qurtul!

Sual: “Soruş qurtul!”  deyilir. Bilinən, faydalı və yaxşı şeyləri də soruşmaq lazımdır?

CAVAB

      Bəli bilinən, faydalı və yaxşı şeyləri də soruşmaq lazımdır. İstişarə etmək, mübah şeyləri edim, etməyim, deyə soruşmaqdır. İstişarə çox önəmlidir. Qurani-kərimdə yaxşılar təriflənərkən, “İstişarə edərək iş görərlər” buyurulur. (Şura 38)

     Dinimizdə üç-beş adam bir araya gələndə, birini əmr yəni başçı seçmək sünnətdir. Əmrə tabe olmaq isə vacib yəni fərzdir. Əmr seçilən kimsə digərlərindən üstün olmaya bilər. Üstün olması şərt deyildir, çünki Peyğəmbər əfəndimizdən üstün heç kim yox idi. Amma Allahu təala ona, “Edəcəyin işi əvvəl məşvərət et!” buyurur. (Əli İmran 159)

     Məsləhətləşiləcək kimsənin, insanların halını, zamanın və ölkənin şərtlərini bilməsi lazımdır. Bundan başqa, ağlı, fikri qüvvətli, irəlini görən və hətta səhhəti yerində olan kəslərlə istişarə edilir. Belə xüsusiyyətlərə sahib olmayan kəslərlə istişarə etmək günah olar. Peyğəmbər əfəndimiz Əshabi ilə istişarə edər, bəzən bir iş üçün ağıl, təqva, hikmət və təcrübə sahibi on adamla məsləhətləşərdi.

       Mübah olan hər işimizi, başçımızla məsləhətləşməyimiz lazımdır. Xüsusilə evlilik, təshil, ev, avtomobil almaq kimi işlərimizi mütləq məsləhətləşməli, verilən cavab görə hərəkət etməliyik. Ən sadəsi, bir ayaqqabı alarkən belə, hansı mağazadan alım, rəngi, şəkli nə olması lazımdır, deyə soruşmağın belə zərəri olmaz. Soruşmaqla onu narahat etmiş olmarıq. Özümüzü sual soruşmağa alışdırmağımız lazımdır. Ev alacaqsaq ev almağın uyğun olub olmayacağını, uyğunsa hansı şəhərdən, hansı məhəllədən almaq lazım olduğunu soruşmağımız lazımdır. Evlənərkən heç bir şərt irəli sürmədən kimi uyğun görərsə onunla evlənmək lazımdır. Əgər soruşanda cavaba uyğun hərəkət edilməyəcəksə heç soruşmamaq daha az xətalı olar.

      Əmir olan, soruşulan suallara, soruşanın axirətini düşünərək cavab verər. “Soruşan Allah rizası üçün soruşar, cavab verən də Allah rizası üçün cavab verərsə, cavab səhv görünsə də, Allahu təala onu xeyirə çevirər” buyurulur. Onun üçün istişarəsiz iş görməmək lazımdır. 

 

Öz fikirində israr

Sual:Məsləhətləşmədən öz ağılına uyğun hərəkət edərək hökm verməyin, öz fikirində israr etməyin dindəki hökmü nədir?

CAVAB

      İstişarə etmədən öz fikri ilə hərəkət edənin sonu fəlakətdir. Çünki Peyğəmbər əfəndimiz (sallallahu  əleyhi  və səlləm), “Öz fikrində israr edən ziyana uğrayar” buyurmuşdur. (Şirə şərhi)

    İmam Əbu Yusifin üzüyündən, “Mən amilə bi-reyihi nədimə” yazılıydı. “Əhlinə məsləhətləşmədən, öz fikiri ilə hərəkət edən peşman olar” deməkdir. Öz fikirində israr etməyib, istişarənin, əhlinə soruşmağın önəmini bildirir. Hələ Qurani-kərimdən öz anladığına tabe olmaq daha böyük fəlakətdir. Bir hədisi-şərifdə, “Qurani-kərimi öz fikriylə açıqlayan kafir olar” buyurulur. (Deyləmi)

       “Mənim fikrim doğrudur” deyə israr etmək, haqqı qəbul etməmək inad olar. İki hədisi-şərif belədir:

      “Allahu təalnın ən sevmədiyi şəxs, haqqı qəbul etməməkdə inad edəndir.” (Buxari)

       “Bilmədiyi mövzuda inad edənə, inadından imtina edənə qədər Allahu təala qəzəb edər.” (İbni Əbid-dünya)

14-03-2018, 15:35
Geri