Gözəl İslam / Malı xeyrə xərcləmək

Malı xeyrə xərcləmək

Sual: Malı xeyrə xərcləmənin fəziləti nədir?

CAVAB

1- Peyğəmbər əfəndimiz, “Elmi olan elmindən, malı olan malından sədəqə versin” buyurur. (İbni Sünni) Az-çox sədəqə vermək lazımdır! Sədəqəni, istəyən dilənçilərə deyil, möhtac olub istəməyən kasıblara vermək lazımdır. Şeytan düşməndir. Əlbəttə malı xeyrə xərcləməyə mane olar.

Hədisi-şərifdə buyuruldu ki:

            “İblis, ən şiddətli adamlarını [xadimlərini] malını xeyrə sərf edənə müsəllət edər” [Tabərani]

Qurani-kərimdə də məalən buyurulur ki:

            “Şeytan, malınızı xeyrə sərf etdirməmək üçün sizi yoxsulluqla qorxudar, xəsis olmanızı istəyər. Allah isə, [xeyrə xərcləyənlərə] məğfirət, lütf, bolluq vəd edər.” [Bəqərə, 268]

            Şeytanın vəsvəsəsinə aldanmayıb Allahu təalanın vədinə can atmaq lazımdır!

2- Bəzi şəxslərin, “Evin, maşının taksidini ödəyə bilmədim, uşaqların məktəb xərci çoxdur” deyərək kömək istəmələri doğru deyildir. Hər kəs ayağını yorğanına görə uzatmalıdır! Peyğəmbər əfəndimiz and içərək, “İstəyənə verdiyim sədəqə atəş olar” buyuranda, Həzrəti Ömər, “Ya Rəsulallah, elə isə nə üçün verirsiniz?” deyə soruşanda, cavabında “Mən xəsislik edə bilmərəm” buyurdu. (Əbu Yala) 

Ayrıca hər zaman istəyən, heç bir zaman çətinlikdən xilas ola bilməz. Hədisi-şəriflərdə buyuruldu ki:

“İstəyən, darlığa düşər.” [İ.Əhməd]

“Dünyanı axirətə dəyişənin çətinliyi heç azalmaz, ehtiyacından xilas ola bilməz, doymaq bilməyən bir həvəsə düçar olar.” [Tabərani]

3- Comərdin imanı qüvvətli, xəsisin imanı isə zəifdir. Hədisi-şərifdə buyuruldu ki:

“Comərdlik iman sağlamlığından irəli gələr. İmanı möhkəm olan Cəhənnəmə girməz. Xəsislik, [imandakı] şübhədən irəli gələr, belə kimsə də Cənnətə girə bilməz.” [Deyləmi]

Bir mələk, “İnfaq edənin (xərcləyənin) malının əvəzini ver, xəsislik edib verməyənin də malını tələf et” deyə dua edər. (İ.Hibban)

            Ayrıca Peyğəmbər əfəndimiz and içərək buyurur ki:

            “Sədəqə verməklə mal əsla əskilməz.” [Tabərani]

            Malımızın azalmayacağı, hətta artacağına zəmanət verildiyinə görə cömərdlikdən qorxmamaq lazımdır! Beləcə imanımız da qüvvətlənmiş olar.

4- Kasıbın az sədəqə verməsi, zənginin çox sədəqə verməsindən daha qiymətlidir. Riya qoxusu varsa sədəqəni gizli vermək lazımdır. “Ya Rəsulallah! Hansı sədəqə daha fəzilətlidir?” deyə soruşulanda, “Az maldan gizli verilən sədəqə” buyurmuşdu, “Əgər sədəqəni açıq versəniz gözəl olar, gizli versəniz, sizin üçün daha xeyirlidir” məalindəki ayəni oxudu. (Tabərani)

Hədisi-şəriflərdə buyuruldu ki:

            “Gizli sədəqə Rəbbin qəzəbini söndürər.” [Asakir]

            “Gənc, sağlam, pul yox ikən, kasıblığa düşmə qorxusu içində verilən sədəqə savab  baxımından daha böyükdür.” [Müslim]

5- Özünün və ya ailə fərdlərinin xəstəliyi olan və ya bir çətinliyə düşən çox sədəqə verməsi lazımdır! Çünki Peyğəmbər əfəndimiz buyurur ki:

“Xəstələrinizi sədəqə ilə müalicə edin. Sədəqə, hər xəstəliyi və bəlanı uzaqlaşdırar.”  [Beyhəqı]

            “Sədəqə verməkdə tələsin, çünki bəla sədəqəni keçə bilməz.”[Beyhəqı]

            “Sədəqə ömrü uzadır, pis ölümdən qoruyur, kibri və öyünməni aradan qaldırır.” [Tabərani]

6- Sədəqənin fəziləti çoxdur. Qohuma baxmaq daha savabdır.    

Hədisi-şəriflərdə buyuruldu ki:

“Çox sədəqə verənin ruzisi çoxalar və duası qəbul olar.” [İbni Macə]

“İnsanda 360 oynaq vardır. Hər gün 360 sədəqə verməsi lazımdır. Birinə yol göstərmək bir sədəqə, zəhmət verən bir şeyi yoldan götürmək bir sədəqə, ehtiyacından artıq  paltarı vermək də bir sədəqə, şəri toxunmaqdan çəkinmək də bir sədəqədir.”  [İbni Sünni]

“Sılai-rəhm (saleh qohum) üçün vermə qapısını açan, bolluğa qovuşar.” [İ.Əhməd]

“Kasıba verilən sədəqə bir sədəqə ikən, qohuma verilən sədəqə, həm sədəqə və həm də sılai-rəhm olmaq üzrə iki sədəqədir.” [Nəsai]

“Sədəqə verməyə mane olana lənət olsun” [İsfəhani]

7- Özünü və ailəsini pərişan edəcək qədər çox sərf etmək də doğru deyildir.

Allahu təala saleh comərdləri tərifləyərkən buyurur ki:

“Onlar, sərf edərkən israf və xəsislik etməz, ikisi arasında orta bir yol tutarlar.” [Furkan 67]

“Allah sənə ehsan etdiyi kimi, sən də ehsan et!” [Qasas 77]

“Ehsanın [yaxşılığın] qarşılığı ancaq ehsan [yaxşılıq] olar.” [Rəhman 60]

“Ana-ataya ehsan edin!” [Nisa 36, Ənam 151, İsra 23]

“Allah ehsan edənləri sevər.” [Əli İmran 134, 148, Maidə 13, 93]

“Allahu təala, ehsan edənlərlə birlikdədir.” [Ənkəbut 69]

“Ehsan edənləri müjdələ!” [Həcc 37]

“Ehsan edənlərə Allahu təalanın rəhməti əlbəttə çox yaxındır.” [Əraf 56]

“Allah muhsinlərin, ehsan edənlərin əcrini zay etməz.” [Töbvə 120, Hud 115]

Həzrəti Yusif və Həzrəti Musaya verilən nemətlər bildirilib sonra buyurulur ki:

“Ehsan edənləri bax biz belə mükafatlandırırıq.” [Yusif 22, Qəsəs 14]

Ehsan etməklə və hədiyyə verməklə əlaqədar hədisi-şəriflərdən bəziləri də belədir:

“Allahu təala ehsan sahibidir. Elə isə siz də ehsan edin!” [İ.Adiy]

“İdarəçilərin ehsanını, ehsan olaraq qaldığı müddətcə alın!” [Əbu Davud]

“Ehsan əhlindən olun!” [Əbu Davud]

“Ömrü ehsandan qeyrisi artırmaz.” [Nəsai]

“Ana-ataya ehsan, ömrü uzadar və pis ölümdən qoruyar.” [Əbu Nuaym]

“Verməyənə ehsan edəni, Allahu təala Cənnətdə qoyar.” [Hakim]

“Ana-atanıza lütf etsəniz, uşaqlarınız da sizə ehsan edər!” [Tabərani]

“Ömrünün uzun və ruzisinin çox olmasını istəyən, ana-atasına ehsan etsin və sılai-rəhm etsin!” [İ.Əhməd]

“Ehsan qapısını açana, Allahu təala dünya və axirət xeyrini verər.” [İbni Cərir]

“Qonşuna ehsan et ki, mömin olasan!” [Tirmizi]

“Hədiyyə Allahu təala tərəfindən göndərilən gözəl bir ruzidir.” [Hakim]

“Hədiyyəni qəbul edən, Allahu təalanın göndərdiyini qəbul etmiş, rədd edən də Onun göndərdiyini rədd etmiş olar.” [Ramuz]

“Allahu təala, “Biz malı insana ibadət etməsi üçün ehsan etdik” buyurdu.” [İ.Əhməd]

Birə yeddi yüz almaq

Allah rizası üçün edilən yaxşılığın, sədəqənin, zəkatın qarşılığı verənin ehsan dərəcəsinə görə, ondan yeddi yüzə qədər, hətta daha çox olar. Qurani-kərimdə məalən buyurulur ki:

            “Mallarını Allah yolunda xərcləyənlərin halı, yeddi başaq bitirən və hər başağında yüz dənə olan bir toxuma bənzəyər. Allah istədiyinə daha çox da verər. O vasi və alimdir.”   [Bəqərə, 260]

            [Vasi, güc və qüdrət sahibidir, ehsan etdiyi şeylər Ona darlıq verməz. Alim, hər şeyi, halıyla, həqiqət və özüylə biləndir. İnfaq edənin niyyətini, ixlaslı olub olmadığını və infaq qüdrətini bilər. İnfaq, ehtiyac qarşılama.]

            Şeytan, malı ya israf etdirərək boşa getməsinə çalışar və ya xəsislik etdirərək, xeyrə xərcləməkdən saxlayar “yoxsul olarsan, əlin daralar” deyə qorxudar. Allah yolunda xərcləməkdən qorxmamaq lazımdır! Qurani-kərimdə məalən buyurulur ki:

            “Şeytan, malınızı xeyrə sərf etməmək üçün sizi yoxsulluqla qorxudub xəsis olmanızı əmr edər. Allah isə, [sədəqə və zəkat versəniz] məğfirət, lütf, bolluq vəd edər.” [Bəqərə, 268]

            Allah yolunda xərcləyənlərə müjdə çoxdur. Allahu təala buyurur ki:

            “Gecə-gündüz, gizli-açıq, Allah yolunda mallarını sərf edənlərin Rəbləri qatından mükafatları vardır. Bunlar üçün qorxu və kədər yoxdur.” [Bəqərə,274]

Yemək yedirmə və ehsan

            Hökmdarın, əlindən gəldiyi qədər çox yemək yedirməsi lazımdır. Peyğəmbər əfəndimiz, “Allahın qullarına çox yemək yedirmək, səltənət və idarənin ömrünü uzadar” “Ən yaxşınız yemək yedirəninizdir” buyurur. İnsan, ehsanın quludur.

Firon hər gün 4.000 qoyun, 400 mal-qara, 200 dəvə kəsdirər, bu nisbətdə halva, şirniyyat, salat hazırladar, bütün Misir xalqı və ordu bu süfrədə hər gün yemək yeyərdi. Firon, belə süfrə sayəsində 400 il yaşadı.

            Həzrəti Musa, “Ya Rəbbi, Fironu həlak et” deyə dua etdi. Haqq Təala, Həzrəti Musaya: “Suda həlak edib onun bütün malını və zənginliyini sənin qövmünün və əsgərinin ruzisi edəcəyəm” buyurdu.

            Həzrəti Musa, Allahu təalanın vədinin gerçəkləşməsini gözləməyə başladı. Fəqət aradan bir neçə il keçməsinə baxmayaraq, Firon ayaqda qalır, o azğınlıqla vaxt keçirirdi.

            Həzrəti Musa, 40 gün oruc tutduqdan sonra Turi Sinaya getdi, Allahu təalaya belə yalvardı:

Allahu təala buyurdu ki:

Firon, Hamana dedi ki:

Bunları öyrənən Həzrəti Musa, beləcə Allahu təalanın vədinin gerçəkləşməsinin yaxın olduğunu anladı. Çünki həddindən artıq qənaət, mülkün çökməsinə əlamətdir. Firon suda boğulduğu gün mətbəxində iki arıq qoyun kəsilmişdi. Haradan haraya gəldi.

Allahu təala Həzrəti İbrahimi, yemək verməsindən və qonaq sevərliyindən dolayı təriflədi.

            Hatimi Tai də comərdliyi və qonaq sevərliyi üzündən təriflənmiş, dillərə dastan olmuşdur. Dünya var olduqca, onun comərdliyindən bəhs edilir.

            Həzrəti Əli, pulu olmadığı halda, bir çox comərdliklər etdi. Allahu təala onu Qurani-kərimdə təriflədi. Qiyamətə qədər onun comərdliyindən, mərdliyindən, cəsurluğundan, söz ediləcəkdir.

            Dünyada heç bir iş, comərdlikdən və yemək verməkdən daha yaxşı deyildir. Hədisi-şəriflərdə, “Allahu təala, comərdə comərd davranar”, “Comərdin imanı qüvvətlidir”“Ən qiymətli əməl, bir möminə yemək yedirmək və ya başqa bir ehtiyacını görmək surətiylə sevindirməkdir” buyurulmuşdur.

            Bir kimsənin neməti varsa və sultan olmasa da, xalq ona hörmət göstərər. Hər gün yemək verməkdə qüsur etməmək lazımdır. Dünyada ad qazanmış və qazanmaqda olan hər kəs bu şöhrəti çörək verməkdən əldə etmişdirlər.

            Nankor və xəsis insanların pisliyi iki cahanda deyilər. Hədisi-şərifdə, “Xəsis və nankor olan Cənnətə girməz” buyurulur. Hər dövrdə, hər yerdə yemək vermək çox yaxşıdır.

14-03-2018, 15:32
Geri