Gözəl İslam / Nəfsi tərbiyə etmək

Nəfsi tərbiyə etmək

Sual: İnsanlarda nəfs olmasaydı nə olardı?

CAVAB

Nəfsinə tabe olan insan həmişə İslamiyyətin xaricinə çıxar. Heyvanlarda ağıl və nəfs olmadığı üçün ehtiyaclarını tapanda istifadə edərlər. Tək bədənlərinə zərər verən, onları incidən şeylərdən qaçarlar.

İslam dini rahat və hüzur içində yaşamaq üçün lazım olan şeylərdən və dünya ləzzətlərindən faydalı olanları qadağan etmir. Bunların əldə edilməsində və istifadə edilməsində ağla və dinə tabe olmağı əmr edir. İslam dini insanların dünyada da, axirətdə də rahat və hüzur içində yaşamasını istəyir. Bunun üçün ağla tabe olmağı əmr edir. Nəfsə tabe olmağı qadağan edir. Ağıl yaradılmasaydı insan həmişə nəfsinə tabe olar, fəlakətlərə düçar olardı. Nəfs olmasaydı insan yaşaması və mədəni həyat sürməsi üçün çalışmasında qüsur edərdi. Nəfs ilə cihad savabından məhrum qalardı. Mələklərdən daha üstün olma yolu bağlı qalardı. Hədisi-şərifdə buyuruldu ki:

            “Axirətdə olacaqlardan sizin bildiklərinizi heyvanlar bilsəydi, yemək üçün ət tapa bilməzdiniz!” [Beyhəqı]

Yəni, heyvanlar axirətdəki əzabların qorxusundan, yeməkdən, içməkdən kəsilərdilər. Bir dəri, bir sümük qalardı. İnsanda nəfs olmasaydı heyvanlar kimi qorxudan yeyə bilməz, içə bilməz, yaşaya bilməzdilər. İnsanların yaşaya bilmələri, nəfslərinin qəfləti və dünya ləzzətlərinə düşkün olması ilədir. Nəfs, iki tərəfi iti bıçaq kimidir. Həm də zəhərli dərman kimidir. Təbibin tövsiyəsinə görə istifadə edən bundan faydalanar. Çox istifadə edən həlak olar. İslamiyyət, nəfsin həlak edilməsini, yox edilməsini deyil, tərbiyə edilməsini, ondan istifadə edilməsini, əmr edir.  

İnsanlarda nəfs olmasaydı, insanlıq qalmaz, mələklik hasil olardı. Halbuki, bədən bir çox şeylərə möhtacdır. Yemək, içmək, yatmaq, istirahət etmək lazımdır. Süvariyə heyvan lazım olduğu kimi, insana da bədən lazımdır. Heyvana baxmaq lazım olduğu kimi, bədənə qulluq etmək də lazımdır. İbadətlər bədən ilə edilir.

Nəfsin arzuları

İmam Qəzali həzrətləri buyurur ki:

Allahu təala, “Şəhvətlərinizi, [yəni nəfsin arzularını] haramlardan almamağa çalışın və bu cihadda möhkəm olun” buyurur. Bunun üçündür ki, ağılı olanlar, din böyükləri, bu dünyanın bir bazar yeri kimi olduğunu və burada nəfs ilə ticarətdə olduqlarını anlamışdırlar. Bu ticarətdə mənfəət Cənnət, zərər də Cəhənnəmdir. Yəni qazancı əbədi səadət, ziyanı da sonsuz fəlakətdir.

Ağıllılar nəfslərini ticarətdəki ortaq yerinə qoyub lazımı nəsihəti etmişdir. Bunlardan altısı belədir:

Hər nəfəs qiymətli bir cövhər kimidir ki, bunlardan bir xəzinə edilə bilər.

            Ağıllı adam hər gün nəfsinə deməsi lazımdır ki:

“Mənim sərmayəm tək ömrümdür. Bu sərmayə, o qədər qiymətlidir ki, hər çıxan nəfəs heç bir şeylə təkrar ələ keçə bilməz və nəfəslər saylıdır, azalır. Ömür bitəndə, ticarət sona çatar. Ticarətə sarılaq ki, vaxtımız azdır. Günlərimiz o qədər qiymətlidir ki, əcəl gələndə, bir gün icazə istənsə də ələ keçə bilməz. Bu gün bu nemət əlimizdədir. Aman nəfsim, çox diqqət et ki, bu böyük sərmayəni əldən qaçırma! Sonra ağlamaq fayda verməz. Bu gün əcəlin gəldiyini, indi o gündə olduğunu, fərz et! O halda bu günü əldən qaçırmaqdan, bununla səadətə qavuşmamaqdan daha böyük ziyan olarmı? Sabah öləcəkmiş kimi haramdan qaç!” 

Asi nəfsimiz əmrləri etmək istəməz isə də, riyazət çəkmək, istədiklərini verməmək, ona təsir edər. Ona görə də nəfs mühasibatı belə olur. Rəsulullah əfəndimiz, “Ağıllı insan, ölmədən əvvəl hesabını görən, ölümdən sonra ona yarayacaq şeyləri edən kimsədir” “Edəcəyin hər işi, əvvəl düşün, Allahu təalanın razı olduğu, icazə etdiyi bir iş isə, onu et! Belə deyilsə, o işdən qaç!” buyurdu.

Qəlb, ruh ilə nəfs arasındakı bir körpü kimidir. Bacarıqlar, feyzlər qəlbə ruh vasitəsi ilə gələr. Qəlb, hiss orqanlarından da asılıdır. Hiss orqanları nə ilə məşğul olarsa, qəlb ona bağlanar. İnsan gözəl bir şey görəndə, gözəl bir səs eşidəndə, qəlb bunlara bağlanar. Ruha və nəfsə şirin gələnləri sevər. Bu sevgi insanın əlində olmaz. Gözəl, şirin demək qəlbə gözəl, şirin gələn şey deməkdir. İnsan çox vaxt həqiqi gözəlliyi anlaya bilməz. Nəfsə gözəl gələn ilə ruha gözəl gələni qarışdırar. Ruh qüvvətli isə gerçək gözəlliyi anlayıb, onu sevər, bağlanar. Ayəti-kərimələr və hədisi-şəriflər övliyanın sözləri kimi qiymətli şeylər əslində gözəldir. Çox şirindir. Qəlbin nəfsə bağlılığı azalıb nəfsin əlindən xilas olanda, bunları oxuduğu, eşitdiyi vaxt, bunların gözəlliyini anlayar və bağlanar ki, insanın xəbəri olmaz. İbadətləri edincə, Allahu təalanı  sevər.

Qəlbi nəfsin əlindən qurtarmaq üçün nəfsi əzmək, qəlbi qüvvətləndirmək lazımdır. Bu da Rəsulullah əfəndimizə tabe olmaqla olur. Qəlbini nəfsinin pəncəsindən qurtaran şəxs bir övliyanın Rəsulullahın varisi, Allahın sevgili qulu olduğunu anlayar. Allahu təalanı çox sevdiyi üçün Allahu təalanın sevdiyini də çox sevər.

14-03-2018, 15:30
Geri