Gözəl İslam / Qəlb qırmaq

Qəlb qırmaq

Sual:  Qəlb qırmağın dindəki önəmi nədir?

CAVAB

İmam Rəbbani həzrətləri buyurur ki:

        Qəlb, Allahu təalanın qonşusudur. Allahu təalaya qəlbin yaxın olduğu qədər heç bir şey yaxın deyildir. Mömin olsun, günahkar olsun, heç bir insanın qəlbini incitmək olmaz. Çünki, günahkar olan qonşunu da qorumaq lazımdır. Çəkinin, çəkinin, qəlb qırmaqdan çox çəkinin! Allahu təalanı ən çox incidən, küfrdən sonra qəlb qırmaq kimi böyük günah yoxdur. Çünki, Allahu təalaya çatan şeylərin ən yaxını olan qəlbdir. İnsanların hamısı Allahu təalanın qullarıdır. Hər hansı bir kimsənin köləsi döyülər, incidilərsə, onun əfəndisi əlbəttə üzülər.  Hər şeyin yeganə Maliki, sahibi olan əfəndinin şanını, böyüklüyünü düşünmək lazımdır. Onun məxluqlardan, ancaq icazə verdiyi, əmr etdiyi qədər istifadə edilə bilər. İcazəsi ilə istifadə etmək onları incitmək olmaz. Hətta, onun əmrini etmək olar. (C.3, M.45)

            Seyid Abdülhakim Arvasi həzrətlərinin vəsiyətnaməsinin son sətiri isə belədir:

Heç kimin qəlbini incitməyin.

Sual: Üzmək, qəlb qırmaqdırmı?

CAVAB

            Təhqir edərək üzmək qəlb qırmaq olar. Hər kədərli şey, qəlb qırmaq olmaz.

Sual: Qəlb qırmağın hökmü nədir?

CAVAB

            Qəlb qırmaq kimi böyük günah yoxdur. (Məktubatı Rəbbani 3/45)

            Qəlb, sırça sarayına bənzəyər. Yəni, çox incə şüşədən edilmiş bir kasa kimidir. Qırılarsa bir daha düzəldilməsi çox çətindir. Hələ salehlərin qəlbinin qırılmasından, ərşi-ilahi titrəyər.

Qəlb qırmağın günahı

Sual: Qəlb qırmağın Kəbəni yetmiş dəfə qırmaqdan daha böyük günah olduğu hədisdə bildirilir. Biz bəlkə yüzlərlə insanın qəlbini qırırıq. O vaxt bizim halımız nə olacaq? Minlərlə Əhli-sünnət kitabı paylayıram, namazlarımı qılıram. Bu xidmət və ibadətlərim boşa gedir?

CAVAB

            Böyük şəxslər, “Tək bir qəlb qırmaq, qazanılan bütün savabları yox edər” buyururlar. Böyük günahlar çoxaldıqca, bir çox savabımızı alıb aparır. Dinimizdə günahdan çəkinmək, savab qazanmaqdan əvvəl gəlir. Bir fərzi işləyərkən haram da işlənəcəksə, o fərz edilməz, təxir edilər. Məsələn, bir qadının məhrəmsiz həccə getməsi haramdır. Həccə getmək də ona fərz ikən, etdiyi həccdən savab ala bilməz. Bu baxımdan axirətdə iflas etmiş vəziyyətə düşməmək üçün günahlardan, xüsusilə qəlb qırmaqdan çox çəkinmək lazımdır. 

14-03-2018, 15:28
Geri