Gözəl İslam / Rüşvət

Rüşvət

Sual: Rüşvətin dindəki yeri nədir?

CAVAB

Dinimiz qəsb edilmiş malı və zülm, oğurluq ilə alınan, rüşvət, faiz, qumar  və digər xəyanət yollarından biri ilə ələ keçən qazancın yeyilməsini və başqalarına yedirilməsini qadağan etmişdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Bir-birinizin mallarını, aranızda [qumar, saxtakarlıq, oğurluq, qəsb, rüşvət kimi] batil səbəblərlə yeməyin!” [Bəqərə 188]

Haqsızı haqlı, səhvi doğru, pisi yaxşı, ləyaqətsizi ləyaqətli göstərmək üçün bir kimsədən pul, mal almaq rüşvətdir. Belə yalnış hərəkət üçün, pul, mal verilməsinə vasitə olmamaq lazımdır! Çünki hədisi-şəriflərdə buyuruldu ki:

“Rüşvət alana, verənə və bunlar arasında rüşvətə vasitə olana da Allah lənət etsin.” [Hakim]

“Rüşvət alan da, verən də Cəhənnəmdədir.” [Tabərani]

Qızın atasının və ya qohumunun, qızı verməyə razı olmaları üçün kürəkəndən istədikləri pul və ya mal rüşvət olur.

Ayaq basdı pulu almaq da rüşvətdir, haramdır.

Layiq olmayan adamları işə almaq üçün rüşvət istəmək, ölkə idarəsini uyğun olmayan şəxslərə həvalə etmək deməkdir. Bu da millətin yıxılmasına səbəb olar.

Bir müəllimin, qabiliyyətsiz bir tələbəni rüşvətlə keçirməsi də, layiq olmayan keyfiyyətsiz, şəxslərin iş  başına keçməsinə vəsilə olur.

Alt sırada olan bir sənədi, rüşvətlə üstə çıxarıb dərhal işini görmək, digər sırası gələn insanların haqlarına təcavüzdür, zülmdür.

Bir həkimin rüşvət alaraq sağlam məmura hesabat verməsi, nizamın pozulmasının, ölkənin yıxılmasının səbəblərindəndir.

Bələdiyyələrin qanunsuz binalara sənəd verməsi və ya sənədsiz tikililərə rüşvət alaraq göz yumması və ya daha başqa şəkildə rüşvət alması vəzifəyə xəyanətdir.

Dinsiz bir şəxs Allahdan qorxmadığı üçün qanunun görmədiyi yerlərdə hər rəzaləti edə bilər. Fəqət, bir müsəlman Allahu təalanın hər vaxt onu gördüyünü bildiyi üçün rüşvətə qarışmaz və digər günahları işləməz. Əgər müsəlman bir kimsə, rüşvət kimi pis işlərə qarışmışsa, Allahdan qorxmadığı və ya az qorxduğu aydın ola bilər. Bunun üçün müsəlman bir kimsənin rüşvət alması, tək özünü günaha soxmaqla qalmaz, eyni zamanda İslamiyyətə də xəyanətdir. Nəticədə, rüşvət bir milləti maddi və mənəvi çökdürən bir xəstəlikdir. Lazımi orqanlara köməkçi olmaq, hər şəxsin vəzifəsidir.

Dinən böyük günah olub bir millətin fəlakətinə səbəb olan rüşvəti aradan qaldırmaq, ancaq İslam əxlaqına sahib olmaqla mümkündür. Çünki əxlaqlı bir müsəlman haqsızlıq etmədiyi kimi, haqsızlığa da razı olmaz. Müsəlmanda Allah qorxusu olduğu üçün rüşvətə vasitə belə olmaqdan, aslandan, ilandan qaçdığı kimi qaçar. Bu baxımdan uşaqlarımızı, gənclərimizi əxlaqlı yetişdirmək, millət olaraq başda gələn vəzifələrimizdən biridir. 

Dövlət məmurlarının vəzifələrini edərkən, vəzifə etdiyi kəslərdən hədiyyə almaları da doğru deyildir. Həzrəti Ömər, dövlət başçısı ikən xanımı ilə bir kəndə gedər. Kəndli qadınlar xanımına müxtəlif hədiyyə verirlər. Evə gəldikləri vaxt, Həzrəti Ömər, xanımına, “Bunları harandan aldın?” deyə soruşar. Xanımı da, “Kəndli qadınlar hədiyyə etdi” deyər. 

Həzrəti Ömər, “Mən xəlifə olmasaydım, sənə bu hədiyyələr verilməzdi. Mən xəlifə deyilkən sənə nə üçün hədiyyə vermirdilər” deyərək, verilən hədiyyələri beytül-mala (dövlət xəzinəsi) verər.

Rüşvət, haqsız qazanc yollarından biridir. Bütün dinlərdə günahdır. Rüşvətin yayılması qiyamət əlamətlərindəndir. Hədisi-şərifdə buyuruldu ki:

“Elə bir vaxt gələcək rüşvət hədiyyə adı altında alınıb veriləcək, ibrət olsun deyə, göz dağı vermək üçün günahsız kəslər öldürüləcəkdir.” [İ.Qəzali]

Rüşvət almaq böyük günahdır. Fəqət malını, canını, haqqını və namusunu qurtarmaq üçün istəməyərək rüşvət vermək caizdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Dinini və namusunu malı ilə qoruya bilən bunu etsin.” [Hakim]

İnsan, şərəfini nə ilə qoruyarsa, o sədəqə olar.” [Əbu Yala]

Sual: Zəngin olmaq, dinini və şərəfini qorumaq üçün pul vermək günahdır?

CAVAB

İslam alimləri “Axır zamanda pul insanın silahıdır. İnsan canını, sağlamlığını, dinini və şərəfini pul ilə qoruyar” buyurmuşdur. Hədisi-şərifdə də, “Axır zamanda zənginlik səadətdir” buyuruldu. Dinini və şərəfini qorumaq üçün pul vermək günah deyildir, əksinə savabdır. Hədisi-şəriflərdə, “Şərəfinizi mal ilə qoruyun!” İnsanın şərəfini qorumaq üçün verdiyi şey özü üçün sədəqə olar” buyuruldu. Hər cür tədbirə baxmayaraq, zəngin ola bilməyən də, halına şükür edib, kasıblığa səbir etməsi lazımdır.

Mal nə qədər çox olarsa hesabı vardır, haramdan qazanılmış isə əzabı vardır. Qurani-kərimdə məalən buyurulur ki:

“O gün, sizə verilən hər nemətdən sorğuya çəkiləcəksiniz.” [Təkasur 8]

Əldəki mal ilə də qürurlanmaq doğru deyildir. Mal gec-tez bir gün yox olacaq, fəqət, hesabı qalacaqdır. Atalarımız deyib ki:

Boşuna qürurlanma, demə varmı mənim kimi!

Tərsdən bir külək əsər, sovurar xırman kimi.

Rüşvət haramdır

Sual: S.Əbədiyyədə “Həcc üçün ayaq basdı pulu, vergi, rüşvət vermək caizdir” deyildiyi üçün dil uzadılır. İşin əsli nədir?

CAVAB

S.Əbədiyyənin böyük qismi İbni Abidin həzrətlərinin Rədd-ül muxtar kitabından alınmışdır. Bu qisim də o kitabdan alınmışdır. S.Əbədiyyədə belə deyilir:

İbni Abidin, beşinci cild, 272-ci səhifədə buyurur ki:

“Rüşvət olaraq tələb edilib alınan mal insanın mülkü olmaz. Verən, geri istəyə bilər. İstəmədən verdi isə, geri istəyə bilməz. Fəqət, alanın qaytarması vacib olar. Bir alimə, ona şəfaət etməsi və ya zülmdən xilas etməsi üçün, əvvəlcədən verilən şey rüşvət olar. Fəqət, sonra verilən hədiyyəsini alması caiz olar. Əvvəldən istəməsi haramdır. Əvvəldən verilən hədiyyəni alması caizdir, deyildi. Xocanın tələbəsindən hədiyyə alması da caizdir deyildi. Dininə, malına, canına zərər gəlməsindən qorxan kimsənin rüşvət verməsi caizdir. Dinini, malını və canını, zalımların zülmündən qorumaq üçün və haqqını qurtarmaq üçün bir şey vermək rüşvət olmaz. Alana günah olar.”  

Dördüncü cild, 300-cü səhifədə hakimin rüşvət alması haram olduğunu izah edərkən buyurulur ki:

Müfti, hakim, vali olmaq üçün rüşvət vermək və birinin haqlı belə olsa, məmura, hakimə rüşvət verməsi və bunların almaları haramdır. Çünki zatən vacib olan şeyi etmək üçün bir şey almaq caiz deyildir. Bu işləri etdikdən sonra, istəmədən verilən hədiyyə rüşvət olmaz. Məmurların zülmündən xilas olmaq və ya haqqını almaq, malını, canını, dinini, namusunu qorumaq üçün məmura və ya vasitəçiyə vermək caizdir. Bunların alması haramdır. Zülm ediləməsi üçün vermək və almaq haramdır.

Məryəm ananı ziyarət üçün Qüdsə gələnlərdən və turistlərdən ayaq basdı pulu və ya başqa isimlə bir şey almaq caiz olmaz. Müsəlman hacıdan ayaq basdı pulu almaq da haramdır. (Kira ödəni bəhsi)

Bütün İslam aləmindən gələn milyonlarla hacının hər birindən yüzlərlə manat rüşvət almaqdan həya etmirlər. Din qardaşı, yüzlərlə manat verməzsə, buna həcc fərzini etdirmirlər. Halbuki Osmanlıların Rədd-ül muxtar kitabında, Qüdsü ziyarətə gələn Xristianlardan ayaq basdı pulu almaq haramdır, deyir. Osmanlılar, kafirlərdən belə ayaq basdı pulu almazdılar. Vəhhabilər isə, Müsəlmandan istəyir. Verməzsə, ibadətə mane olur. (Faydalı Bilgilər kitabı)

Fərzləri edə bilmək və haramlardan xilas ola bilmək üçün verilən mal da rüşvət olmaz. Bunları almaq günah olar. (Halal haram və şübhəli şeylər bəhsi)

Həcc üçün ayaq basdı pulu, vergi, rüşvət vermək caizdir. Malını, canını, haqqını qurtarmaq üçün rüşvət vermək, hər zaman caizdir. Rüşvət istəmək günah olar. (Həcc bəhsi)

Bu ifadələrdən açıqca aydın ola biləcəyi kimi, rüşvətin haramlığı açıqca bildirilir. Həcc ibadətini qurtarmaq üçün, rüşvət verməyin caiz olduğu açıqlanır. S.Əbədiyyəyə İbni Abidindən alınan bilgilərdən dolayı dil uzatmaq, cahillikdən və ya pis niyyətdən başqa bir şey deyildir.

14-03-2018, 15:23
Geri