Gözəl İslam / Saleh insan olmaq üçün

Saleh insan olmaq üçün

Əli Ramiteni həzrətləri buyurur ki: Saleh bir kimsə ola bilmək üçün on şey lazımdır:

  1. Zahiri təmizlik: Xarici görünüşün təmiz olmasıdır. Bu, bütün insanların diqqət edəcəyi xüsuslardandır. Geyim, yemək, içkilərin və istifadə ediləcək bütün əşyaların təmiz olması lazımdır.
  2. Batini təmizlik: Qəlbin yaxşı xasiyyətlərlə dolu olmasıdır. Həsəd etməmək, başqaları haqqında pis düşünməmək, Allah düşmənlərini sevməmək, dostlarını sevmək lazımdır. Qəlb, Allahu təalanın nəzərgahıdı Bu səbəblə qəlbə dünya sevgisi, mədəyə də haram tikə qoymamaq lazımdır. Bir hədisi-şərifdə, “Haram yeyənin duası qəbul olmaz” buyuruldu. Qəlb təmiz olmazsa ibadətlərin ləzzəti alına bilməz, Allahu təalaya aid bilgilərə yəni mərifətə qovuşula bilməz.

** *

Bir hədisi-şərif məali:

“Ağıllı olan dua və ibadət üçün, nəfsini mühasəbə üçün, ayıblarının özünə xəbər verilməsi üçün və ehtiyacları üçün vaxt ayırar. Dilinə sahib olar, zamanından yaxşı istifadə edər, işinə yönələr və ən sağlam dostuna qarşı da ehtiyatlı olar.” [Deyləmi]

***

- Müsəlmanın gülər üzlü olması lazımdır. Üzü turşutmamalıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Mömin qardaşının üzünə qaş-qabaqla baxana mələklər lənət edər.”  [Hatib]

-Hərbdə deyil, sülh zamanında ya olduğumuz kimi görünməliyik və ya göründüyümüz kimi olmalıyıq. Hədisi-şərifdə buyuruldu ki:

“Həqiqi müsəlmanın özü-sözü birdir, işi ilə sözü eynidir, qonşusu da şərrindən əmindir.” [İbni Lal]

- Səhvimizi söyləyəni yaxşı qarşılamalı, ona təşəkkür etməliyik. Hədisi-şərifdə buyuruldu ki:

“Allahdan qorx deyənə, sən əvvəl özünə bax deyəni Allahu təala sevməz.” [Beyhəqı]

-Müsəlmanın örnək insan olması lazımdır, sıxıntı çıxarmaması lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Müsəlman asanlaşdırar, müşkül çıxartmaz.”  [Nəsai]

-Əldən çıxana və ya ələ keçməyənə kədərlənməmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Dünyadan nəsibinə razı olan, nəsib olmayana kədərlənməyən gözəl əxlaqlıdır.” [E.Nuaym]

-Hüzurlu olmaq üçün, dünya nemətləri bizdən az olana baxmaq və halımıza şükr etməyimiz lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Zənginlərin yanına girib çıxmağı azaldın. Bu, Allahu təalanın sizdəki nemətini alçaq görmənizə səbəb olar.” [Hakim]

-Günahları üzündən yıxılıb viran olmuş bir yerə getməmək yaxşı olar. Hədisi-şərifdə buyuruldu ki:

“Həlaka uğramış bir diyara getsəniz, oradan sürətlə keçin.” [Tabərani]

-Həmsöhbətimiz pis biri və ya uşaq olsa, əgər haqq üçün çalışırsa etiraz etməmək lazımdır, onu dəstəkləmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Kiçik, böyük və ya xoşuna getməyən biri, haqqı müdafiə edirsə, sözü haqdırsa qəbul et, batil üçün çalışırsa, sözü batildirsə rədd et!” [Deyləmi]

-Maddi və mənəvi tərəfdən sıxıntı olmadan dua etmək, bəla gəldiyi zaman dua etməkdən üstündür. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yaxşılıqlar fənalıqları aradan qaldırar. Rəbbini rahatlıq və bolluqda ikən zikr edəni [xatırlayanı], Allahu təala da bəla zamanında qurtarar, qoruyar.” [Əbu Nuaym]

“Allahu təalanı o qədər çox zikr edin ki, sizə “məcnun” desinlər.” [Hakim]

“Yeməyi Allahu təalanı zikr edərək, namaz qılaraq əridin.” [Beyhəqı]

-Ölümü xatırlamaq çox yaxşıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ölümü çox xatırlayın, ölümü çox xatırlayanın qəlbi əhya (dirilər) olar, ölümü də asanlaşar.” [Deyləmi]

“Ölümü çox xatırlamaq, insanı dünyadan çəkər, günahlarından sıyırar.” [İbni Lal]

-Qibtə ediləcək kimsənin xüsusiyyətini Peyğəmbər əfəndimiz belə bildirir:

“Bu şəxsə qibtə edilər: Malı azdır, ailəsi namaz qılar, oruc tutar. İbadətini gizlətməyə çalışar. Tanıyanı azdır, məşhur deyildir, barmaqla göstərilməz. Ruzisi yetəcək qədərdir. Buna da səbir edər. Halını kimsə bilməz. Arxasından ağlayanı az, mirası da çox deyildir.”  [Tabərani]

 -Hər kəsə dərd açılmaz, hər kəsdən kömək istənilməz. Hədisi-şərifdə buyuruldu ki:

“Din qardaşında həya, əmanət və sədaqət kimi üç xisləti gördüyün zaman ondan bir şey xahiş edə bilərsən. Bu xüsusiyyətləri yoxsa, bir şey xahiş etmə!” [Deyləmi]

-Allahdan qorxub günahlardan çəkinmək lazımdır, ibadətləri yerinə yetirməyə çalışmaq lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Allaha inanan xilas olar, Onu tanıyan çəkinər [Allahdan qorxar], çəkinən əmin olar. Onu sevən həya edər, verdiyi ruziyə razı olanın gözü tox olar, təvəkkül edənə də kafi gələr.” [Ramuz]

-Xidmət etmək çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Səfərdə bir birliyin əfəndisi onlara xidmət edəndir. Şəhidlik xaric, xidmət etmə savabına heç bir şey çata bilməz.” [Hakim]

“Müsəlmanın işini görən, həcc və umrə etmiş kimi savaba qovuşar.” [Hatib]

-İnsanlarda olan yaxşı və pis xüsusiyyətlər çoxdur. Peyğəmbər əfəndimiz bir neçəsini belə bildirir:

“İnsanların ən pisi tək başına yeyər, ikram etməz, xidmətçini döyər. Bundan daha pisi, insanlardan nifrət edər və onlar da ondan nifrət edər. Bundan daha pisi, şərindən qorxular və yaxşılıq etməz. Bundan daha pisi, dünya üçün axirətini satar, dinini yeyər [dini dünya mənfəətinə alət edər]” [İbni Asakir]

“Ən yaxşınız, əmrlərini yerinə yetirən və nəfsini təmizləyəndir.” [Əbu Yala]

“Ən pisiniz, qışqıraraq danışan, yaxşı danışmaqda çətinlik çəkən və çox söz edəndir. Ən yaxşınız isə əxlaqı ən gözəl olandır.” [Beyhəqı]

“İnsanların ən pisi, qatı qəlbli və kibrli olandır, ən yaxşısı da yaxşı olduğu halda, qiyməti bilinməyən, zəif,  özünə dəyər verilməyəndir, O, “Bu belə olacaq” deyə and içsə, Allahu təala onu yalançı çıxarmaz.” [İ.Əhməd]

-Cənnətlik və Cəhənnəmlik olanın vəsfini Peyğəmbər əfəndimiz belə bildirir:

“Cəhənnəmlik olan kobuddur. Əhlinə, yoldaşına və cəmiyyətə qarşı kobud davranar. Cənnətlik olan isə təvazökar və zahid olar.” [Deyləmi]

-Borc və ya hədiyyə verərək yaxud bir kömək edərək insanları sevindirmək çox savabdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Fərzlərin ədasından sonra Allahu təalanın ən çox sevdiyi iş bir mömini sevindirməkdir.” [Tabərani]

“Mömin qardaşının üzünə təbəssüm etmək sədəqədir.” [C.Saqir]

Bu nəsihətlərə riayət edən dünya və axirətdə xoşbəxt olar.

Kimə dinin əmrlərini etmək asan gələrsə, onun saleh biri olduğu aydın olar. Hədisi-şərifdə buyuruldu ki: “Axirətə aid istədiyinə asan qovuşar, dünyaya aid olana qovuşmaq çətinləşərsə, bil ki, sən yaxşı bir hal üzərindəsən. Bunun tərsi olarsa pis haldasan!” [Beyhəqı]

Sual: Əhli-beytin böyük fəzilətini bilirik. Yaxşı, saleh insanların Allahu təalanın yanındakı dəyəri nədir?

CAVAB

Salehlər əlbəttə çox qiymətlidir. Bir hədisi-şərif məali belədir:

“Hər müttəqi insan əhli-beytdəndir.” [Hakim]

Sual: Hər hansı bir şəxs özünün saleh biri olduğunu anlaya bilər?

CAVAB

Asanlıqla anlayar. Dinimizin əmrlərini yerinə yetirib, qadağalarından çəkinən insan saleh insandır. Kimə dinin əmrlərini yerinə yetirmək asan gələrsə, onun saleh bir şəxs olduğu aydın olur.

14-03-2018, 15:22
Geri