Gözəl İslam / Şəmatət

Şəmatət

Sual: Bəziləri düşmənlərinə qarğış edirlər və onların başlarına gələn bəlalara sevinirlər. Hətta bu bəlalara öz duasının səbəb olduğunu söyləyənlər belə olur. Belə düşünmək uyğundur?

CAVAB

Hədisi-şərifdə buyuruldu ki:

“Din qardaşınıza şəmatət etməyin! Şəmatət edərsəniz, Allahu təala bəlanı ondan alar sizə verər.” [Tirmizi]

[Şəmatət, başqasına gələn bəlaya, zərərə sevinməkdir.]

Başqa bir hədisi-şərifdə də, tövbə etdiyi pis bir işdən ötəri, o kimsəni ayıblayanın, eyni bəlaya məruz qalacağı bildirilmişdir. (İmam Əhməd)

Zalımın zülmündən, şərindən xilas olmaq üçün onun ölümünə sevinmək şəmatət olmaz. Düşmənin başına gələn ölümdən başqa bəlalara sevinmək şəmatət olar. Hələ bəlaların gəlməsinə özünün səbəb olduğunu düşünərək sevinmək, məsələn? duasının qəbul olduğuna sevinmək daha pisdir. Ucb kimi pis xasiyyətin əmələ gəlməsinə səbəb olar. Ona gələn bəlanın özü üçün məkr və istidrac ola biləcəyini düşünməsi lazımdır. Ondan bəlanın getməsi üçün dua etmək lazımdır. Hədisi-şərifdə, “Möminin din qardaşı üçün arxasından etdiyi xeyr-dua qəbul olar. Bir mələk, Allahu təala bu yaxşılığı sənə də versin, deyər. Mələyin duası rədd edilməz” buyuruldu. Düşmən zalım olub, ona gələn bəla, başqalarına zülm etməsinə mane olarsa, bəlanın gəlməsinə sevinmək şəmatət olmaz, günah olmaz. Din qeyrəti olar. Din qeyrəti imanın qüvvətli olduğunu göstərər. Allah üçün qeyrətlənmək yaxşıdır. Heyvani arzular üçün qeyrətlənmək yaxşı deyildir. Zalıma da bəla gəlməsinə sevinmək yenə yaxşı deyildir. Fəqət, başqalarına zülm etməsinə mane olduğu üçün və digər zalımların da ibrət almaları üçün caiz olur. (İslam Əxlaqı)

Sual: Yoldaşlarımın başına kədərli bir hadisə gəlsə kədərlənə bilmirəm. Hətta sevinirəm. “Yaxşı oldu” deyirəm. Başqasına gələn bəlaya sevinməyin dindəki yeri nədir?

CAVAB

Bu çox pis bir xasiyyətdir. Tövbə, istiğfar etmək lazımdır. Onların yaxşılığı üçün həmişə dua etmək lazımdır. Çünki, eyni işlər sizin də başınıza gələ bilər. Bir hədisi-şərif məali:

“Müsəlman qardaşının məruz qaldığı fəlakətə sevinmə. Allahu təala rəhmət edər, onu, o fəlakətdən  qurtarar, səni dərdə düçar edə bilər.” [Tirmizi]

Bəlaya sevinmək

Sual: Bir hədisi-şərifdə, “Bir kimsə, sevmədiyi birinə bəla, sıxıntı gəldiyi üçün sevinərsə, Allah bu kimsəyə də bu bəlanı verər” buyurulur.  Fasiqlərə, azğınlara və qeyri-müsəlmanlara gələn bəlalara sevinmək də bu hədisi-şərifə daxildir?

CAVAB

Bəli, daxildir. Kafirə belə gələn bəlaya sevinmək doğru deyildir. Daha ölmədən dünyada ikən bu bəlaya uğrayar. Zalımlar xaric, insanlara gələn bəlaya sevinmək, “Oh, nə yaxşı oldu” demək caiz deyildir, fəqət, zalıma bəla gələrsə sevinmək caiz olar. Zalım Əbu Cəhil öləndə, Peyğəmbərimiz sevinmiş, şükür səcdəsi etmişdi. Bir zalım öldüyü zaman sevinməyin caiz olması, məzlumların zülmdən xilas olması üçündür. Zalıma bir bəla gələrsə, bəlkə ibrət alar, zülmdən imtina edə bilər.

14-03-2018, 15:21
Geri