Gözəl İslam / Sirr saxlamaq

Sirr saxlamaq

Sual: Sirr saxlamağın önəmi nədir?

CAVAB

Sirr, gizli qalması və ya hər kəsə söylənməməsi lazım olan şeydir. Başqaları eşidəndə, ya xəcalətli olarıq və ya o işi bacara bilmərik. Bu baxımdan sirr saxlamaq müvəffəqiyyətin önəmli səbəblərindən biridir. Sirr hesab edilən işlərin gizli qalması lazımdır. 

Bir çox dövlət adamı, müvəffəqiyyətlərinin ən mühüm səbəbinin sirr saxlamaq olduğunu bildirmişdir.

Padşahlar daim elə bir yol tutmuşlar və elə həyat sürmüşlər ki, sirlərini heç kim, hətta xanımları da bilməzdi. Fateh Sultan Məhmət Xanın, “Edəcəyim işləri, saqqalımın bir tükü belə bilsə, onu qopardaram” dediyi məşhurdur.

Sirrini söyləyən adətən peşman olar. İnsan söyləmədiyi sözün hakimi, söylədiyi sözün məhkumudur. Hər kəs sirr saxlaya bilməz.

Hikmət əhli deyir ki:

Sirr, insanın əsiridir. Açıqlayarsa, insan ona əsir olar.

Sirrini heç kimə söyləmə! Ağıllıya söyləyərsən, səni zəlil görər. Axmağa söyləyərsən, başqalarına söyləyərək sənə xəyanət edər.

Sirrini söyləyərsən, sənin öz könülünə sığmadı deməkdir. Başqasının könülünə sığmasını necə gözləyərsən? Öz sirrinə sənin könülün dar gələrsə, başqasının könlü geniş gələr deyə heç gözləmə. Otur özünü ayıbla!

Ağıllı kimsə, sirr küpüdür.

Sirrini anlatmağı istəyənə, sirrini söyləmə, sirrini ifşa edər.

Axmağın qəlbi ağzında, ağıllının dili qəlbindədir. [Yəni, axmaq sirr saxlaya bilməz, ağıllı sirri ifşa etməz]

Bir adama deyilən sirr, sirlikdən çıxar.

Açma sirrini dostuna, [dostunun da dostu vardır] o da söyləyər dostuna.

Kərəm sahibi ilə aran açılsa belə,

Yaxşılığını söyləyər, pisliyini gizləyər.

Pislərə gələndə, dostluq sona çatanda,

Yaxşılığını gizləyər, pisliyini söyləyər.

Sirri saxlaya bilən çox az olduğu üçün, sirrimiz başqalarına söyləməyimiz uyğun olmaz. Başqalarının bizə söylədiyi gizli şeyləri də adətən unutmalıyıq, heç kimə söyləməməliyik! Cənabı-Haqqın bir adı da Səttardır. Ayıbları, çirkin işləri gizləyər. İnsanların ayıblarını gizləyən qulunu da sevər. Hədisi-şərifdə buyuruldu ki:

“Yoldaşının ayıbını saxlayan, bir ölünü diriltmiş kimi savab qazanar. Allahu təala belə kimsənin dünya və axirətdə ayıblarını örtər.” [Hakim]

Bir sözün eşidilməsi, o kimsəyə zərər verəcəksə, o kimsə, “Bunu kimsəyə söyləmə” deməsə belə, o sözü saxlaması lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir kimsə, ətrafına baxaraq bir söz söyləyərsə, o söz dinləyənə əmanətdir.” [Tirmizi]

“İki adamdan birinin, digərinin eşidilməsindən xoşlanmadığı, aralarında danışdıqları bir şeyi başqasına söyləməsi halal olmaz.” [Hakim]

“Allah qatında insanların ən pisi, bir-birinin sirrini başqasına söyləyən ər-arvaddır.” [Müslim]

14-03-2018, 15:20
Geri