Gözəl İslam / Üzrü qəbul etmək

Üzrü qəbul etmək

 

Sual: Səmimi olmadığını zənn etdiyim kimsənin üzrünü qəbul etmək məcburiyyətindəyəm?

CAVAB

Səmimidirsə, səmimi deyil demək sui-zənn olar. Sui-zənn də haramdır. Etdiyi bir iş üçün üzr istəyib bir daha etməyəcəyini söyləyən şəxs səmimi olmasa da üzrünü qəbul etmək lazımdır.

Üzr istəmək üç cür olur.

1- Etdiyi şeyə bəhanə göstərmək, məsələn, “Unutduğum üçün gələ bilmədim” və ya “Xəstəydim gələ bilmədim” demək kimi. Belə bir üzrü, doğru olub olmadığını araşdırmadan qəbul etmək lazımdır. Üç hədisi-şərif məali belədir:

“Din qardaşının üzrünü qəbul etməyən, Kövsər hovuzundan içə bilməz.”  [Hakim]

“Müsəlman qardaşının üzrünü qəbul etməmək günahdır.” [Əbu Davud]

“Üzrü qəbul etməyən üzr istəyənin günahını yüklənmiş olar.” [İbni Macə]

Bu hədisi-şəriflər din qardaşının pislik etdiyini və üzrünün yalan olduğunu bilməyən kimsə üçündür. Belə kimsənin üzrünü rədd etmək sui-zənn etmək olur.

2- “Etdim, amma bir daha etməm, kaş ki, etməsəydim” demək. Bu, günahını qəbul edib üzr istəməkdir. Müsəlmanın üzrünü qəbul etməmək məkruhdur. Üzrü qəbul etmək və qüsurları əfv etmək, Allahu təalanın sifətlərindəndir. Bir hədisi-şərif məali:

“Allahu təala üzr istəyənin üzrünü qəbul edər.” [Əbu Yala]    

Belə üzrü qəbul etməyənə Allahu təala əzab və qəzəb edər. Mömin, əfv etmək üçün üzr diləməsini gözləyər, münafik ayıbların ortaya çıxmasını istəyər.

3- Etmədim, deyərək inkar etmək. Bu da peşmanlıq əlamətidir. Yalan danışdığını bilərək üzrünü qəbul etmək, o kimsəni əfv etmək olur. Yalan danışaraq üzr istəyən və belə kimsəni əfv etmək, vacib deyil müstəhəbdir. Əfv etmək çox fəzilətlidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Allah rizası üçün əfv edini, Allahu təala yüksəldər.” [Müslim]

“Əfv edin ki, əfv ediləsiniz!” [İ.Əhməd]

“Kobud rəftar edənə nəzakətli olan, zülm edəni əfv edən, verməyənə ehsan edən, özündən uzaqlaşana yaxınlaşan, yüksək dərəcələrə qovuşar.” [Bəzzar]

Allahu təala, acımayana mərhəmət etməz, əfv etməyəni əfv etməz, üzr qəbul etməyənin üzrünü qəbul etməz. O halda, üzrləri qəbul edib, günahları örtməliyik!

Üzr qəbul etməmək

Sual: Qayınanam məndən küsmüşdü. Ərimə, “Yoldaşın əlimi öpər, məndən üzr istəyərsə, evinə gələrəm” demiş. Mən də gedib əlini öpdüm, üzr istədim, fəqət yenə gəlmədi. Üzr qəbul etməməyin dindəki yeri nədir?

CAVAB

          Siz vəzifənizi etmisiniz, başqalarının etdiklərinə qarışmamaq lazımdır. Kim nə edərsə özünə edər.

          Etdiyi bir iş üçün üzr istəyib, bir daha etməyəcəyini söyləyənin, səmimi olmasa da üzrünü qəbul etmək lazımdır. Üç hədisi-şərif məali belədir:

         “Üzr istəyəni qəbul etməyən Kövsər hovuzunun başına çata bilməz.” [Tabərani]

         “Üzr istəməsində səmimi olmasa da din qardaşınızın üzrünü qəbul edin. Belə etməyən Kövsər Hovuzunun başında yanıma gələ bilməz.” [Hakim]

         Dostunuzun bəhanəsini qəbul etməmək günahdır.” [İbni Macə]

14-03-2018, 15:11
Geri