Gözəl İslam / Hər işdə xeyir vardır

Hər işdə xeyir vardır

Sual: İnsanın başına böyük, kiçik bir sıxıntı, bir bəla gəlincə və ya işi tərs gedib gözlədiyi nəticəyə qovuşa bilməyincə, “Haqqımızda xeyirlisi belə imiş. Hər işdə xeyir vardır” deyilir. Bunun xeyirli olduğu haradan bilinir ki, belə deyilir? Bəla üçün də xeyirlisi oldu deyilər?

CAVAB

Möminin başına gələn hər bəla faydalı olduğu üçün elə deyilir. Hədisi-şəriflərdə buyurulur ki:

“Müsəlman üçün Allahu təalanın hər hökmü xeyirdir. Allahu təalanın qəzası hər kəs üçün xeyir deyil, yalnız Müsəlman üçün xeyirdir.” [Əbu Nuaym]

“Hər bəla əfv ediləcək bir günah üçün gələr.” [Əbu Nuaym]

“Möminə gələn hər bəla günahlarına kəffarə olar.” [Buxari]

“Möminin günahları əfv olana qədər bəla gələr.” [Hakim]

Müsəlman Allahu təalanın dostudur. Dostluğun əlaməti isə dostun bəlalarına, sıxıntılarına səbir etməkdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Səbir edənlərə mükafatlar hesabsız olaraq verilər.” [Zumər 10]

Həzrəti Ömər buyurdu ki:

Mənə bir bəla gələrsə, üç cür sevinərəm:

Sonsuz olan Cənnət nemətləri ilə sonsuz olan Cəhənnəm əzabları yanında dünyada çəkilən bir neçə günlük bəlaların, sıxıntıların nə önəmi olar? Bəla nə qədər böyük olsa da keçicidir. Bir insanın, hətta dünyanın ömrü axirətin sonsuzluğu yanında, dəniz yanında bir damcı qədər belə deyildir. Heç sonu olan bir şey sonsuz olan ilə müqayisə edilə bilərmi?

İnsan dünyada bir neçə gün dərd, bəla çəkməzsə, Cənnətin əbədi ləzzətlərinin qiymətini anlamaz və əbədi səhhət və afiyət nemətlərinin qiymətini bilməzdi. Aclıq çəkməyən yeməyin qiymətini anlamaz. Acı çəkməyən rahatlığın qiymətini bilməz. Dünyadakı bəlalar sanki əbədi ləzzəti artırmaq üçündür. [C.2, m. 99] 

Bir hadisə nəticəsi ilə ölçülər. Bir tələbə bütün siniflərini müvəffəqiyyət ilə keçsə son ili çalışmayıb bir neçə il sinifdə qalıb məzun ola bilməsə, əvvəlki müvəffəqiyyətlərinin heç bir qiyməti olmaz və diplom ala bilməz. Tənbəl bir tələbə də bütün siniflərdə müvəffəqiyyətsiz olmasına baxmayaraq hər nə surətlə olarsa olsun, diplom almışsa muradına qovuşmuşdur.

Doğuşdan və ya sonradan şikəst olan kimsə buna səbir edərsə günahları əfv olar, ayrıca böyük bir savaba da qovuşar. Əgər səbir etməzsə, savab ala bilməzsə də, günahları əfv olar. Günahları əfv olan da Cənnətə gedər. Bu vəziyyətlə şikəstlik bir əzab deyil bir nemət olmuş olar.

Bir kimsə dünyanın ən zəngini, ən yaraşıqlısı, ən qüvvətlisi olsa, dünyada istədiyi hər şeyi edə bilsə, lakin, nəticədə imansız ölsə, əbədi əzaba məruz qalar. Bir anlıq rahatlıq üçün sonsuz fəlakətə düşmək nə qədər pisdir.

Görüldüyü kimi nəticə mühümdür. Sonu yaxşı olacaqsa, bir neçə günlük çətinlik mühüm deyildir. Sonu fəlakət olacaqsa, bir neçə günlük rahatlığın da qiyməti yoxdur.

Dünyadakı işlər, ibadətlər, axirətdə çətinlikləri nisbətində dəyər qazanar. Namaz, oruc və həccini rahat bir şəkildə yerinə yetirənlə, çətinlik içində edənin savabı eyni olmaz. Hədisi-şərifdə buyuruldu ki:

“Həccə piyada gedənə yetmiş, miniklə gedənə bir həcc savabı verilər.” [Deyləmi]

Cənabı Haqq yayları sərin, qışı da isti yaratsaydı, insanlar soyuq və istidən sıxılmazdılar. İnsanlar qışın soyuğundan qorunması üçün odun, kömür alırlar. Odun, kömür pulu qazanmaq üçün müxtəlif çətinliklərə dözürlər. Çətinliyin nəticəsi də nemət olduğuna görə qışın soyuğu, yazın istisi möminlərə nemətdir. 

Bir kölənin ibadəti ilə bir əfəndinin ibadətinin dəyəri eyni olmaz. Sıxıntı çəkənin alacağı savab daha böyük olar.

Hədisi-şərifdə buyuruldu ki:

“Bir şəxs Cənnətdə köləsini öz dərəcəsindən çox yüksəkdə görüncə, “Ya Rəbbi, bu mənim köləm ikən məndən çox yüksək dərəcəyə qovuşmuş. Hikməti nədir?” deyəcək, Cənabı Haqq, “Hər ikiniz də əməllərinizə görə dərəcəyə qovuşdunuz” buyuracaqdır.” [Deyləmi]

Bir insan dünyada amir olanda axirətdə məmurlarından yüksək dərəcəyə qovuşacaq deyə bir şey yoxdur. Bir kimsə bütün xidmətlərini xidmətçisinə etdirərsə, əlini isti sudan soyuq suya soxmazsa, heç zəhmət çəkmədən bütün nemətlər ayağına gəlsə, əlbəttə axirətdəki dərəcəsi xidmətçi ilə eyni olmaz. Bu baxımdan işlərin çətinliyi bir nemətdir.

Paltarımız köhnəlməsəydi, bir dəfə yemək yeyincə bir daha acmasaydıq çalışmağa lüzum qalmazdı. Çalışmayıb yatınca da çətinlik olmazdı. Dünya imtahan yeri olduğu üçün möminə dünyada  rahat olmaz. Hədisi-şərifdə, “Dünya möminin zindanıdır” buyuruldu. (Müslim)

Mömin ölmədikcə rahata qovuşa bilməz. Bu həqiqəti bilən mömin şikayət etməz. Sıxıntılara səbir edə bilməzsə nemət olmaqdan çıxar. Səhhət xəstəlikdən, nemət bəladan üstündür. Peyğəmbər əfəndimiz duasında dünya və axirət sıxıntısından Allaha sığınmışdır. Hər Peyğəmbər belə dua edərdi:

“Ey Rəbbimiz, bizə dünyada və axirətdə həsənə ver!” [Bəqərə 201]

[Həsənə yaxşılıq, gözəllik, səhhət və afiyət içində xoşbəxt yaşamaqdır.]

Sual: Səbəblərə sarıldığım halda başımdan sıxıntı əskik olmur, görəsən bu xeyirli bir şeydir? Allahu təalanı sevməyin əlaməti nədir?

CAVAB

“Allahu təala buyurur ki: Mömin başına gələn işdən, xoşlansa da xoşlanmasa da, o iş, onun üçün xeyirlidir.” [İbni Şahin]

“Allahu təalanı sevməyin əlaməti Qurani-kərimi sevməkdir. Qurani-kərimi sevməyin əlaməti Peyğəmbər əfəndimizi sevməkdir. Peyğəmbər əfəndimizi sevməyin əlaməti sünnətə tabe olmaqdır. Sünnətə tabe olmağın əlaməti axirəti sevməkdir.

Axirəti sevməyin əlaməti dünya sevgisini qəlbdən çıxarmaq, dünyadan nifrət etməkdir. Dünyadan nifrət etməyin əlaməti də onu axirətə aparacaq qədər mal ilə kifayətlənmək və axirətə hazırlanmaqdır.”

Sual: Bir bəlaya və ya malınızın tələf olması kimi bir müsibətə məruz qalanda, “Hər işdə xeyir vardır” deyilə bilər?

CAVAB

İnsan bir işin nəticəsinin yaxşımı, pismi olacağını bilə bilməz. Xeyir zənn etdiyi çox şey şərlə nəticələnə bilər. Şər zənn etdiyi çox şey də xeyirlə nəticələnə bilər. Bir ayəti-kərimə məali belədir:

“Xoşlanmadığınız şey sizin yaxşılığınıza, sevdiyiniz şey də pisliyinizə ola bilər. Siz bilməzsiniz, Allah bilər.” [Bəqərə 216]

Müsəlman bilir ki, hər xeyir və şər Allahdandır. Hər işi etdirən Allahu təaladır. Bu iş Allahdan gəldiyinə görə bir Müsəlman olaraq bu işə razılıq göstərmək lazımdır. Çünki möminin başına gələn hər iş möminin xeyrinədir. Onun üçün, “Hər işdə xeyir vardır” buyurulmuşdur. Vaqe olan bir işlə qarşı qarşıya qalanın nə qədər çətin, nə qədər acı olarsa olsun buna razılıq göstərməsi, imtahanı qazanmaq üçün səbir etməsi lazımdır. Səbir edən böyük nemətlərə qovuşar. Bir hədisi-şərifdə, “Allahu təala səbir edəni sevər” buyuruldu. (Tabərani)

Hər işdə xeyir vardır

Sual: İnsanın başına yaxşı və ya pis bir şey gəlincə, “Hər işdə xeyir vardır” deyilir. Belə söyləmək səhv deyilmi?

CAVAB

Əl xayru fi ma vəqaʼa, yəni vaqe olanda xeyir vardır demək, iradə və seçimimizin xaricində və səbəblərə yapışdığımız halda, başımıza nə gələrsə gəlsin səbir etmək, şikayətçi olmamaq lazımdır, səbir etsək nəticəsinin xeyirli olacağını bilmək lazımdır. Yoxsa başa gələn hər şey, onun üçün mütləq xeyrə səbəb olar demək deyildir.

14-03-2018, 15:09
Geri