Gözəl İslam / Yalan söyləmək

Yalan söyləmək

Sual: Yalan söyləməyin dinimizdəki yeri nədir?

CAVAB

Yalan söyləmək böyük günahdır. Bir ayəti-kərimə məali belədir:

“Yalan söyləyənlər, böhtan atanlar, ancaq Allahu təalanın ayələrinə inanmayanlardır. Onlar əsl yalançılardır.” [Nəhl 105]

Yalan, günahların ən çirkini, ayıbların ən pisi, qəlbləri qaraldan bütün pisliklərin başıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yalan, nifaq qapılarından biridir.”  [İbni Adiy]

“Mömin hər səhvə düşə bilər, amma xainlik edə və yalan söyləyə bilməz.” [Bəzzar]

“Doğru olun, doğruluq yaxşılığa, yaxşılıq isə Cənnətə çəkər. Yalandan çəkinin, yalan fücura, fücur isə Cəhənnəmə aparar.” [Buxari]

“Sözlə çıxarılan fitnə, qılıncla çıxarılan fitnə kimidir. Yalan danışmaq, böhtan atmaq ilə çıxarılan fitnə, qılıncla çıxarılan fitnədən də pisdir.” [İbni Macə]

Tacirlərin çoxu günahkardır! Çox and içərək günaha girərlər və yalan söyləyərək alış-veriş edərlər.” [Hakim]

“Aldadan Cəhənnəmdədir.” [Tabərani]

“Yalan yerə and böyük günahdır.” [Buxari]

“Məsləhətləşənə yalan söyləyən ona xəyanət etmiş olur.” [İbni Cərir]

“Ən böyük günah yalan yerə and içməkdir.” [Buxari]

Peyğəmbər əfəndimiz yalan söyləyənin ağzının bir tərəfdən qulağına qədər dəmir çəngəllə cırılacağını, digər tərəfə keçəndə, əvvəlki cırılan tərəfin yaxşı olacağını, sonra yaxşı olan tərəfin təkrar cırılaraq bu şəkildə Qiyamətə qədər qəbrində əzabın davam edəcəyini bildirmişdir. (Buxari)

Bir gənc Peyğəmbər əfəndimizə üç böyük günaha tutulduğunu bildirdi. Bunlardan biri yalan idi. Peyğəmbər əfəndimiz, “Yalanı mənim üçün tərk et!” buyurdu. Gənc, yaxşı deyərək getdi. Bir günahı işləyəcəyi vaxt, “Əgər bu günahı etsəm, Rəsulullah soruşduğu vaxt, bəli desəm günahım meydana çıxar. Xeyr desəm, yalan söyləmiş, verdiyim sözü tutmamış olaram” deyə düşündü. Beləcə digər iki günahı da tərk etdi. (Şirə)

Böyüklər buyurur ki:

Oğlum, yalandan çəkin, o sərçə əti kimi dadlıdır. Ondan az kimsə xilas olar. (Loğman Həkim)

Allah qatından ən böyük səhv, yalan danışmaqdır. (Həzrəti Əli)

Yalançı ilə xəsis Cəhənnəmə girər, amma hansı daha dərinə atılar, bilmirəm. (Şabi)

“Doğru ilə yalan, biri digərini çıxarana qədər qəlbdə boğuşar. (Malik ibn Dinar)

Daxili zahirinə, sözünün işinə uyğun gəlməməsi nifaqdandır. Nifaqın təməli isə yalandır. (Həsəni Bəsri)

Əshabi-kiram qatında yalandan daha pis bir şey yoxdu, çünki onlar yalanla imanın bir arada ola bilməyəcəyini bilirdilər. (Həzrəti Aişə)

Sual: Birini üzməmək, qəlbini qırmamaq üçün məsələn, başqa şəhərdə yaşayan anam sağlamlığımızı soruşduğu vaxt, xəstə olsam belə “çox yaxşıyam” deyirəm. Xəstə olduğumu söyləsəm kədərlənib narahat olur. Yaxşıyam deməyim caizdirmi?

CAVAB

Caizdir, günah deyildir.

Sual: Bir nəfər yemək ikram edib soruşsa (və ya soruşmadan), heç bəyənmədiyimiz halda “çox gözəldir, əllərinizə sağlıq” deməsi caizdir?

CAVAB

Caizdir.

Sual: Eyni söhbət o adamın qiyabında olsa, məsələn, ev sahibindən ayrıldıqdan sonra biri “yemək necə idi, bəyəndinmi” deyə soruşsa, bəyənməsək də “Bəli, gözəldi” demək caizdir?

CAVAB

Caizdir.

Sual: Fransada ali təhsil alıram. Xüsusilə namazımı qıla bilmək üçün bəzən məktəbdə yalan söyləmək məcburiyyətində qalıram. Bu yalan caizdir?

CAVAB

Fransa kimi İslamiyyət ilə idarə edilməyən yerlərdə, özümüzə zərəri gələcəksə idarəçilərə yalan söyləmək caiz olur. Namaz qıldın və məktəbə gecikdin, harada idin deyiləndə, doğru söyləsək bir zərər gəlmə vəziyyəti varsa yalan söyləyə bilərik, bu dinimizin əmridir. Hətta məcbur qalanda küfrü səbəb olan söz belə deyilə bilər, önəmli olan özümüzə zərər gəlməməsidir.

Müşriklər, Həzrəti Əmmara, atasına və anasına [Süməyyə Xatına] işgəncə edib isti qumun içinə basdırar və üzərində ət bişəcək qədər isti daşları bədəninə düzərdilər. Sonra, “Lat və Uzza bütü, Muhammədin dinindən yaxşıdır, de” deməyə məcbur edərdilər. Deməyəndə də işgəncəni artırırdılar. Bir dəfə də Rəsuli Əkrəm, “Səbir edin, ey Yasər əhli! Sizə vəd edilən yer Cənnətdir” buyurdu. Yasərlərin müşriklərdən gördüyü işgəncə dillərə dastan olmuşdur. İşgəncəyə məruz qalmadığı günləri yox idi. Bir gün Həzrəti Süməyyəni iki dəvənin arxasına bağlayıb işgəncə edirdilər. Nəhayət Əbu Cəhlin qamçılarına dözə bilməyib şəhid oldu. Həzrəti Yasəri də şiddətli işgəncə ilə öldürdülər. İslamda ilk şəhid olan onlardır. Həzrəti Əmmar kafirlərin dediklərini məcbur qalaraq söylədi. Rəsuli-Əkrəm əfəndimizə, Əmmar kafir oldu, dedilər. Buyurdu ki:

“Xeyr, o kafir olmaz. Başdan ayağa qədər iman ilə doludur.” [İbni Macə]

“Allahu təala imanı Əmmarın təpədən dırnağa bütün bədəninə sindirtmişdir. İman onun ət və qanına qarışmışdır. O, haqq harada isə orada yer alar. Onun bədənindən hər hansı bir şey yeməsi Cəhənnəmə yaraşmaz.” [İbni Asakir]

Əmmar ibn Yasər iki vəziyyətlə qarşılaşdığında mütləq ən doğru olanını seçər.” [İbni Macə]

Həzrəti Əmmarı sərbəst buraxdılar. Rəsulullah əfəndimiz mübarək əli ilə gözünün yaşını silib təsəlli verdi. Bu hadisədən sonra Nəhl surəsinin, “Allaha küfr edənlərə şiddətli əzab vardır. Ancaq qəlbinə iman yerləşmiş olduğu halda [küfrə] məcbur edilib, yalnız dili ilə söyləyənlər müstəsna” məalindəki 106-cı ayət nazil oldu. Rəsulullah əfəndimiz də Həzrəti Əmmara “Müşriklər əziyyət edərsə, yenə belə söylə” buyurdu.

Sual: Üstü örtülü və kinayəli danışmaq olar?

CAVAB

Tariz (üstü örtülü) və kinayəli ifadədən istifadə etməkdə zərər yoxdur. Tariz, üstü örtülü şəkildə bir sözü, bir mənanı qarşısındakına izah etməkdir. Məsələn, bir şəxs xəsisdirsə, ona “Sən xəsissən” deməyib “Xəsislik pis bir şeydir” deməkdir.

Kinayə, məqsədi bağlı bir şəkildə bilavasitə olaraq izah etməkdir. Məsələn, “Filankəsin qapısı hər kəsə açıqdır” deyiləndə bu kimsənin qonaqpərvər olduğu aydın olur. Peyğəmbər əfəndimiz qoca bir qadına, “Qoca qadınlar Cənnətə girə bilməz” buyurduğu zaman qadın kədərləndi. Bunun üzərinə , “Sən o gün qoca olmazsan” buyurdu. Yəni, Cənnətdəki bütün qadınların gənc olacağını bildirdi.

İnsanın yalan söyləmək məcburiyyətində olduğu vaxt tariz və kinayəli ifadədən istifadə etməsində zərər yoxdur. Məsələn, bir kimsəni evdən axtarsalar, o kimsənin də təcili işi olduğu üçün getmək istəməsə, oğluna, “Hərdən atam filan kitabxanaya gedir” desə günah olmaz. Yaxud atası bağçada isə, “Atam evdə yoxdur” desə yenə zərəri yoxdur. Fəqət, səbəbsiz belə etməsi uyğun olmaz. Məsələn, əlindəki gözəl bir qələmi görüb, “Bu qələmi sənə filan  alim verdi?” deyə soruşana, o alimin qələmi vermədiyi halda, “Allah o alimdən razı olsun” demək uyğun olmaz. Çünki belə deməklə qələmi alimin verdiyinə işarə edilir.

Sual: “Üzünü görən Cənnətlik” və ya “Üzünü görən hacı olur” deyilir. Belə söyləmək olar?

CAVAB

Hər ikisini də söyləmək caiz olmaz. Çünki bunları söyləmək yalan olar. Bir kimsəni görməklə hacı və ya Cənnətlik olunmaz. Peyğəmbər əleyhissəlamı belə görən kimsənin imanı yox isə Cənnətlik ola bilməz. Zarafat olaraq və ya məcaz olaraq da belə şeyləri söyləməmək lazımdır!

Sual: Ticarətlə məşğul oluram. Bəzən and içir, yalan deyirəm. Nə etməyimi tövsiyə edərsiniz?

CAVAB

Hər müsəlman özünə edilməsini istəmədiyi şeyi, kafirlərə də etməməsi lazımdır!

Satılan malı çox tərifləməmək lazımdır! Çünki, həm yalan söyləmiş, həm aldatmış, həm də zülm etmiş olar. Hətta, doğru olaraq da müştərinin bildiyi şeyi söyləməməsi lazımdır! Çünki, bu da faydasız söz olur. Qiyamətdə hər sözdən sual olunacaqdır.

And ilə satmağa gələndə isə, yalan yerə and içmək haramdır. Yəni, böyük günahdır. Doğru and içərsə az bir şey üçün Allahu təalanın adını söyləmək hörmətsizlik olar. Hədisi-şəriflərdə buyuruldu ki:

“Alver edərkən, vallah belədir, billah elə deyil deyə and içən kimsəyə və “bu gün get, sabah gəl” deyərək sözündə durmayan ustaya təəssüflər olsun!” [Deyləmi]

“Malını and içərək bəyəndirməyə çalışan kimsəyə qiyamətdə mərhəmət edilməz.” [İ.Qəzali]

Sual: Yalan yerə and içərək  başqasının haqqını almaq günah deyilmi?

CAVAB

Yalan yerə edilən anda andı-qamus deyilir. Günaha, Cəhənnəmə səbəb olan and deməkdir. Peyğəmbər əfəndimizdən, “Andı-qamus”un nə olduğu soruşulduğu vaxt, “Yalan yerə and içərək Müsəlmanın malını almaqdır” buyurdu. (Buxari)

Yalan yerə and içərək birinin malını almaq böyük günahlardandır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir müsəlmanın malını haqsız olaraq almaq üçün yalan yerə and içən Haqq təalanın qəzəbinə uğrayar.” [Buxari]

“Birinin malını almaq üçün yalan yerə and içən Allahu təalanın hüzuruna cüzzamlı bir facir olaraq çıxar.” [İbni Macə]

[Facir, fitnəçi, fəsadçı, günahkar kimsədir.]

“Yalan yerə and içmək evləri xaraba edər.” [Beyhəqı]

“Yalan yerə and içən Cəhənnəmə gedəcəkdir.” [Hakim]

“Yalan yerə and malın yox olmasına səbəb olar.” [Bəzzar]

“Yalan yerə and içərək bir müsəlmanın malını alana Cənnət haram, Cəhənnəm vacib olar.” [Hakim]

Yalan yerə and içərək başqasının malını alan kimsə peşman olarsa aldığı malı sahibinə, sahibi ölmüş isə varislərinə verməsi lazımdır! Varisləri də yoxsa kasıblara verməsi lazımdır! Malını aldığı şəxslərlə halallaşması və onlara dua etməsi lazımdır.

Yalanın caiz olduğu yerlər

Sual: Yalan hansı hallarda caizdir?

CAVAB

Yalan söyləmək haramdır, çox böyük günahdır. Ölməmək üçün leş yemək caiz olduğu kimi, ölümdən xilas olmaq üçün yalan söyləmək də caizdir. (Hadiqa)

Həzrəti Sevban buyurdu ki: “Hər yalan günahdır. Ancaq bir Müsəlmana faydası toxunan və ya bir Müsəlmanın zərərini aradan qaldıran yalan bundan istisnadır.”

Yalanın caiz olduğu yerlərdən bəziləri bunlardır:

“Hərb hiylədir.” [İbni Sünni, İbni Lal]

Üç gündən sonra incik qalmaq günahdır. İncik olan iki Müsəlmanı barışdırmaq üçün yalan söyləməsi  caizdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“İki nəfəri barışdırmaq nafilə namaz, oruc və sədəqədən daha fəzilətlidir.” [Tirmizi]

“İki nəfərin arasını düzəltmək və xeyirli iş üçün deyilən söz yalan sayılmaz.” [Müslim]

“İki Müsəlmanı barışdırmaq üçün bir-birlərinə yaxşı söz gətirmək yalan sayılmaz.” [İbni Lal]

Peyğəmbər əfəndimiz gülümsədiyi vaxt, Həzrəti Ömər səbəbini sual edincə, buyurdu ki:

“Ümmətimdən iki adam Allahu təalanın hüzuruna çıxdı. Biri dedi ki:

Allahu təala buyurar:

Allahu təala haqq sahibinə buyurar:

Bu arada Peyğəmbər əfəndimiz ağlayaraq “O gün elə dəhşətli bir gündür ki, o gün başqalarının günahlarını yüklənmək bir yana dursun, insan öz  günahının yükünü çəkə bilməz.”

Allahu təala haqq sahibinə buyurar:

Haqq sahibi baxdıqdan sonra deyər ki:

Allahu təala buyurar ki:

Peyğəmbər əfəndimiz davam edərək buyurdu ki:

“Allahdan qorxun və aralarınızı düzəltməyə çalışın! Çünki Allahu təala qiyamət günündə sizin aralarınızı düzəldər.” [Haraiti]

Araları pozulmaq üzrə olan iki Müsəlmanın aralarının açılmasını önləmək üçün yalan söyləmək caiz olar. Yaxşılığa vəsilə olan yalan fitnəyə səbəb olan doğrudan məqbuldur.

Ər-xanım bir-birlərini idarə etmək üçün yalan söyləyə bilər. Hədisi-şəriflərdə buyuruldu ki:

Həyat yoldaşını idarə etmək üçün yalan söyləmək caizdir.” [İbni Lal]

Ər-xanım bir-birlərini idarə etmək üçün yalan söyləyərsə günah olmaz.” [Müslim]

İbni Ərkam həzrətləri Həzrəti Ömərə, “Xanımım məni sevmir. Sevmədiyini də üzümə qarşı söylədi. Belə bir xanım ilə yaşamaq istəmirəm” dedi. Həzrəti Ömər, qadına “Nə üçün ərinizin üzünə qarşı elə söylədiniz” buyurdu. “Yalan söyləməmək üçün. Yoxsa burada yalana icazə vardı?” dedi. Həzrəti Ömər, “Əlbəttə burada yalan söyləməyə icazə vardır. Bir qadın ərini sevməsə də onu üzməmək üçün, yalan söyləyərsə günah olmaz” buyurdu.

Bir dostumuz bəyənib bir qalstuk alsa və ya bir paltar tikdirsə, bizim xoşumuza gəlməsə də, bu paltar sizə çox yaraşır demək, caiz olan yalana aid olur. Bir Müsəlmanı sevindirmək üçün bir bəhanə axtarmaq lazımdır. Bir hədisi-şərif məali belədir:

“Fərzlərdən sonra Allahu təalanın ən çox sevdiyi iş bir mömini sevindirməkdir.” [Tabərani]

Ümumiyyətlə qadınlar bəzəyə düşkündür, geyimlərinə diqqət edərlər. Aldığı bir paltar üçün, “Bu paltar sənə nə qədər də gözəl yaraşır” demək yalan olmaz. Çünki dinimiz xanımla yaxşı yola getmək üçün yalan danışmağı caiz görmüşdür. Hələ haqlı bir təqdiri əsirgəmək axmaqlıqdır.

Müsəlman gəncin biri böhtana uğrayar. Sonunda edama məhkum olar. Edam saatını gözləyərkən ona böhtan atanlara bu arada hökmdara ağzına gələn sözləri deyib söyər. Bu acı sözlər bir müddət davam edər. Hökmdar saraydan bu fəryadları eşidər. Fəqət ara uzaq olduğu üçün nə söylədiyini anlaya bilməz.

İki vəzirinin yanına gedən hökmdar, bu gəncin nələr söylədiyini soruşar. Birinci vəzir, “Hökmdarım bu gənc, “Allah əfv edənləri əziz edər” hədisi-şərifini söyləyir, “Əfv edənlərin yeri Cənnətdirdeyir. Sizdən əfv tələb edirdi” deyər.  Bu söz hökmdarın xoşuna gələr. “Bu gənci əfv etdim, sərbəst buraxın” deyər. İkinci vəzir dərhal deyər: Hökmdarımız, bu vəziriniz şəxsi-alinizə qarşı yalan söyləyir. Gənc əfv istəmir, sizə söyür” deyər. Hökmdar deyər ki: “Ay vəzir, sən yersiz doğru söyləməklə, iki adamın ölümünə səbəb olmaq istəyirsən. Bu vəzirin yalanı isə bir canı qurtarmışdır. Unutma ki, iş bitirən yalan, fitnəyə səbəb olan doğrudan yaxşıdır.”  

Hökmdar yersiz doğru söyləyən vəziri vəzifəsindən azad edər, yerində yalan söyləyərək bir günahsızı edamdan qurtaran vəziri də özünə baş vəzir təyin edər. 

Biz satıcı olsaq, bir kasıb gəlib bir malı almaq istəsə, fəqət bahalı olsa, biz o malı on manata almış isək, kasıba biz bu malı beş manata aldıq, bir manat mənfəət ilə altı manata sizə sata bilərik desək bu caizdir, günah olmaz.

Ər-xanımdan biri digərinə sən haqlısan deyərsə hər zaman yola gedərlər. İkisi də mən haqlıyam deyərsə dolanışıq olmaz. İkisi də sən haqlısan deyərsə, o vaxt o evdə ilahi eşq başlayar. Hədisi-şərifdə buyuruldu ki:

“Allah rizası üçün əfv edəni Allahu təala yüksəldər.” [Müslim]

Daha bunun kimi şeylərdə yalan söyləmək caizdir. Məsələn, spirtli içki içən və ya başqa bir günah işləyən kimsəyə sən günah işləyirsənmi deyə soruşduqlarında, pis örnək olmamaq üçün, xeyr günah işləmədim deyə bilər. Bir hədisi-şərif məali:

“Pis şeylər edən, bunları gizləməyə çalışsın!” [Hakim]

Böyüklər yalan söyləmək məcuriyyətində qalanda sözün mənasını dəyişdirərək doğru söyləməyi seçmişdirlər. Məsələn, Muaz ibn Cəbəl həzrətləri vəzifəsindən qayıdanda xanımı, “Bu qədər çalışdın, zəkat yığdın, bizə nə gətirdin?” dedi. O da, “Məni güdən vardı, bir şey gətirə bilmədim” dedi. O, güdən Allahu təalanı qəsd etdi. Xanımı isə, Həzrəti Ömərin ona nəzarət edən birini göndərdiyini zənn etdi.  Xanımı Həzrəti Ömərin evinə gedib, hirslənərək, “Muaz, Rəsulullahın və Əbu Bəkiri Siddiqin yanında əmin idi. Siz nə üçün ona nəzarət etdirirsiniz?” dedi. Həzrəti Ömər Həzrəti Muazdan işin əslini öyrənəndə, xanımına bir miqdar hədiyyə göndərdi.

Quyruqlu yalan uyduranlar

Sual: Yalanın caiz olduğu yerlər var. Bəziləri bundan sui-istifadə edərək nə quyruqlu yalanlar uydurur. Ana-atasına və yaxınlarına qarşı ağla-sığmaz yalanlar uydurur. Bəzən də yalanı meydana çıxınca zarafat etdim deyir. Yalan dinimizdə böyük günah deyildir?

CAVAB

Yalan Qurani-kərimdə də hədisi-şəriflərdə də böyük günah olaraq bildirilir. Bir ayəti-kərimə məali belədir:

“Allahın ayələrinə inanmayanlar ancaq yalan uydurar.” [Nəhl 105]

Görüldüyü kimi yalan söyləmək imana ziddir.  Dörd hədisi-şərif məali belədir:

“Yalan imana ziddir.” [Beyhəqı]

“Yalan münafiqlik əlamətidir.” [Buxari]

Kimdəsə bu üç şeydən biri olan varsa, namaz qılsa da, oruc tutsa da münafiqdir: Yalan söyləmək, sözündə durmamaq, əmanətə xəyanət.” [Buxari, Əbu Davud]

“Mömində hər xasiyyət ola bilər. Amma xain olmaz və yalan danışmaz.”  [İbni Əbu Şeybə, Bəzzar]

Yalanın zərərləri ilə əlaqədar bir neçə hədisi-şərif məalidə belədir:

“Yalan Cəhənnəm qapılarından bir qapıdır.” [Hatib]

“Yalandan çəkinin! Çünki yalan günaha, günah da Cəhənnəmə aparar.” [Buxari]

“Yalan ruzini azaldar.” [İsfəhani, Əbuşşeyx]

“Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət və yalan söyləməz.” [Tirmizi]

Güldürmək üçün zarafatdan da olsa yalan söyləmək də caiz deyildir. Bir hədisi-şərif məali:

“İnsanları güldürmək üçün yalan söyləyənlərə təəssüflər olsun!” [Əbu Davud]

Həzrəti Abdullah ibn Amir buyurur:

Mən kiçik ikən Rəsuli-Əkrəm evimizə gəlmişdi. Oynamağa gedərkən anam mənə, “Abdullah gəl sənə bir şey verəcəyəm” dedi. Rəsuli-Əkrəm, “Ona nə verəcəksən?” buyurdu. Anam da “Xurma verəcəyəm” dedi. Bunun üzərinə Peyğəmbər əfəndimiz buyurdu ki:

“Əgər bir şey verməyib aldatmaq üçün söyləsəydin yalan günahı yazılardı.” [Şirə]

Yalan olmaz

Sual: Bir şeyi 15 manata alan kimsə 10 manat ilə 5 manat verdiyini düşünərək, 10 manat verdim desə yalan söyləmiş olar?

CAVAB

Xeyr, yalan söyləmiş olmaz, çünki 10 manat verdiyi yalan deyildir. Digər verdiyi 5 manatı söyləməmiş olar, yalan olmur. Yenə bunun kimi, 15 xurma yemiş olan birinə neçə xurma yedin deyə soruşsalar, o da 10 dənə xurma yedim desə, yalan söyləmiş olmaz, yalnız yediyi 5 dənəni söyləməmiş olar. (F. Hindiyyə)

Bunun kimi biz satıcı olsaq, bir kasıb da gəlib bəyəndiyi bir malı almaq istəsə, fəqət ona bahalı gəlsə, biz o malı 10 manata aldığımız halda, “Bu mala 5 manat verdik, sizə 6 manata sata bilərik” desək caiz olar, günah olmaz.

Yenə bunun kimi səbəblərlə kölənin əfəndisinə, atanın oğluna və ya oğulun atasına etdiyi şahidliklər etibarlı olmaz. Məsələn ata bir kimsəyə 10 çubuq vursa, o kimsədə ataya 5 çubuq vursa, oğluna and etdirsələr, o da, “Vallah bu adamın atama 5 çubuq vurduğunu gördüm” desə doğru söyləmiş olar, yalan olmaz. Söylədiyi doğru, fəqət gizlədikləri də vardır. Başqa şeyləri gizləməsi, ayrı bir mövzudur. Atasının vurduğu çubuq, böyük və qalın ola bilər. Adamın çubuğu incə ola bilər. Bunlar soruşulmazsa, şahid söyləməzsə yalan olmaz.

Sualda da belə bir incəlik var. Bir 5 manat, bir də 10 manat vermişdir. Birini söyləməyib, verdiyi 10 manatı söyləməsi yalan deyildir.

Yalan yerə and edilməz

Sual: Dinimizdə, “Zərurətlər haramları mübah qılar” qaydası olduğu halda, S. Əbədiyyədə, “Zərurətlər olsa da, yalan yerə and içmək caiz olmaz. Təriz, yəni iki mənalı söz söyləyib and edilər.” deyilir. Zərurətlər haramları niyə mübah qılmır?

CAVAB

Tariz söyləyərək bu işdən xilas olma imkanı varkən yalan yerə and içmək caiz olmaz. Tariz yəni iki mənaya gələn kəliməylə söyləmək caiz olar. Məsələn, bir kimsənin atasını quldurlar aparmağa gəlsələr, atası bağçada və ya qonşuda isə, “Vallah atam evdə yoxdur. O adətən filan kitabxanaya gedir” desə, yalan danışmamış olar. Beləcə quldurlardan xilas olmuş olar.

Gözəl yalan, pis doğru

Sual: Halal olan yalanla, haram olan doğru nədir? Gözəl yalana və çirkin doğruya bir örnək verərsiniz?

CAVAB

Yalan söyləmək haramdır, amma hərbdə düşməmə qarşı halal, hətta yerinə görə fərz olur. Möminləri zərərdən qurtarmaq üçün, dinini qorumaq, İslamiyyətin bir əmrini yerinə yetirmək üçün olarsa savabdır. Fitnəyə səbəb olan doğru isə günahdır. “Fitnə çıxaran doğru söz günahdır” “Fitnəyə mane olan yalan fitnəyə səbəb olan doğrudan yaxşıdır” deyilmişdir.

Yalan söyləmək

Sual: Müdir katibinə, “Kim axtararsa axtarsın, müdir burda yoxdur deyərsən, yoxsa işinə son verərəm” deyə təlimat versə, katibin yalan söyləməsinin günahı müdirə aiddir? Deyilsə nə etmək lazımdır?

CAVAB

Yalan söyləmək məcburiyyətində olan kimsənin tariz və kinayəli ifadədən istifadə etməsi lazımdır. Tariz iki mənaya gələn söz deməkdir. Belə çətin vəziyyətlərdə telefonda müdiri soruşanlara, masanın üzərinə əlini qoyub, “Müdir burda yoxdur” deməsi lazımdır, müdir masanın üstündə olmadığı üçün yalan söyləməmiş olar. Müdirin də əmrini yerinə yetirmiş olar. Məcbur qalmadıqca belə işlərdə çalışmamaq lazımdır. 

Təvazö üçün yalan deyilməz

Sual: Bəziləri, “Böyük şəxslər təvazö göstərmək üçün yalan söyləyə bilərlər. Məsələn, “Mənim günahım çoxdur” demələri belədir. Əslində “Siz çox günahkarsınız” demək istəyirlər” deyirlər. Bu səhv deyil?

CAVAB

Əlbəttə səhvdir. Böyük şəxslər zarafat və ya təvazö üçün də olsa əsla yalan danışmazlar. Mövlana Xalidi Bağdadi həzrətləri bir beytində, “Günahlarım çox dağ kimi, üzüm qara qətran kimi” deyir. Əlbəttə doğru söyləyir. Amma onların günah dedikləri işləri bizim yaxşı işlərimizdən də qiymətlidir. İmam Rəbbani həzrətləri də buyurur ki:

İbadətlərini, yaxşılıqlarını qüsurlu, xarab görməyə nail olan bir kimsə, elə bir hala gələr ki, sağ çiynindəki yaxşılıqları yazan mələyin heç bir şey yazmadığını zənn edər. Çünki yazacağı bir yaxşılıq etdiyini görməməkdədir. Sol çiynindəki pislikləri yazan mələyin dayanmadan yazdığını zənn edər. Çünki etdiklərinin hamısının çirkin və pis olduğunu görür. Bu hala qovuşan arifə hər kəsin anlaya bilməyəcəyi və anlada bilməyəcəyi yaxşılıqlar ehsan olunur. (2/53)

“Sözünün əri olan mürid belədir ki, sol çiynindəki mələk, iyirmi il içində, yazacaq bir şey tapa bilməz” buyurulur. Bu qüsurları çox, çox möhtac olan  [İmam Rəbbai həzrətləri] özümü yaxşı anlayıram ki, sağ çiynimdəki mələk iyirmi ildən bəri yazacaq bir yaxşılıq tapa bilməmişdir. Allahu təala bilir ki, bu sözü göstəriş olaraq söyləmirəm. Yenə yaxşı anlayıram ki, Frənk kafiri, məndən qat-qat daha yaxşıdır. Səhvlərlə, qüsurlarla çevrilmişəm və günahlarımın altında əzilmişəm. Etdiyim ibadətləri, yaxşılıqları, sol çiynimdəki mələk yazsa, yeridir. Sol çiynimdəki mələk həmişə yazır. Sağ çiynimdəki isə işsiz, boş dayanır. Sağdakı əməl dəftərim boşdur. Yadlar buna istər inansın, istər inanmasınlar. Əgər, bunun iç üzünü anlamış olsalar, inanarlar. (1/222)

İndi kim İmam Rəbbani həzrətləri yalan söyləyir deyə bilər? “Sağ çiynimdəki mələk savab yazmır” ifadəsi üçün and də edir: “Allahu təala bilir ki, bu sözü riya olaraq söyləmirəm” deyir. Haşa, yalan olsaydı, Allahı şahid göstərmək çox təhlükəli olardı. Bir hədisi-şərif:

“Yalan yerə and içmək ən böyük günahdır.” [Buxari]

Demək ki, “Böyük şəxslər, təvazö üçün yalan söyləyirlər” demək çox pisdir.

14-03-2018, 14:10
Geri