Gözəl İslam / Yaxşılığına şahidlik etmək

Yaxşılığına şahidlik etmək

Sual: Qırx Müsəlmanın pis bir insan üçün yaxşılığına şahidlik etsə, Allahın o pis  insanı əfv etdiyi doğrudur?

CAVAB

Bəli, o mömin pis olsa da şahidlər bu yaxşıdır desə, Allahu təala onları xəcalətli etməz, onun pis işlərini bildiyi halda, yalnız Müsəlmanların yaxşı deməsi səbəbiylə əfv edər. O halda yaxşı yoldaşlarımızı çoxaltmağa və yaxşılarla birlikdə olmağa çalışmağımız lazımdır! Hədisi-şəriflərdə buyurulur ki:

“Yaxşılığına dörd Müsəlmanın şahidlik etdiyi mömini Allahu təala Cənnətə qoyar.” [Buxari]

“Bir Müsəlmanın yaxşı olduğuna dörd qonşusu şahidlik edərsə, Allahu təala, “Mən sizin şahidliyinizi qəbul etdim. Onun bilmədiyiniz [pis] şeylərini də əfv etdim.” buyurar.”  [Əbu Yala]

“Bir möminin cənazəsində qırx Müsəlman olsa, Allahu təala o qırx adamı bu Müsəlmana şəfaətçi edər.” [Müslim]

İmam Şafii həzrətləri də, “Qırx Müsəlmanın içində övliya bir şəxs olar. Övliyanın duası məqbuldur” buyurur. Yaxşıların arasındakı pis də xilas olar. Bir hədisi-şərif məali:

“Mələklər Allahı ananlarla qarşılaşar. Allahu təala mələklərə, “Şahid olun, bunları əfv etdim” buyurar. Mələklər, “İçlərində başqa bir iş üçün gələn pis biri var. Onu da əfv etdinmi ya Rəbbi?” deyərlər. Allah, “Bəli, onu da əfv etdim. Yaxşılarla birlikdə olan pis olmaz” buyurar.” [Buxari, Müslim]

Muhamməd Məsum həzrətləri də buyurur ki: Allahu təalanın sevgili qullarını tanıyıb sevənlər hər nə qədər qorxusuz və lazımlı ədəblərdən uzaq olsalar da əzizdirlər. (1/88)

Yaxşıların arasına girən bir çox casusların hidayətə qovuşduğu çox eşidilmişdir. Allahu təala bir camaatı əfv edəndə içindəki pisləri ayırmaz, onları da əfv edər. Bir hədisi-şərifdə, “Allahu təala bir camaata rəhmət edəndə, içindəki pis olanı ayırmaqdan həya edər” buyurulmuşdur. (Əbuş-şeyx)

 

 

                                                  

14-03-2018, 14:07
Geri