Gözəl İslam / Qeybət və iftira etmək böyük günah olması ilə yanaşı, dinləmək də haramdır.

Qeybət və iftira etmək böyük günah olması ilə yanaşı, dinləmək də haramdır.

Sual: İnsanlarda olan xəta və qüsurları onların arxasından demək, başqalarına bunları danışmaq dinimizə görə zərərlidirmi?

Cavab: Qeybət, bir Müsəlmanın və ya qeyri-müsəlmanın gizli bir qüsurunu arxasından söyləməkdir. Qeybət etmək haramdır, böyük günahlardandır. Bir insanı pisləmək qeybət sayılır. Qeybət və iftira etmək böyük günah olması ilə yanaşı, dinləmək də haramdır.

Qeybət insanın savablarının azalmasına, başqasının günahlarının özünə verilməsinə səbəb olur. Bunları hər zaman düşünmək insanın qeybət etməsinə mane olar. Qeybət, üç cürdür:

Birincisi, mən qeybət etmədim, onda olan şeyi dedim, deyir. Belə söyləmək küfürdür. Çünki harama halal demiş sayılır.

İkincisi, qeybət olunana eşitdirməkdir, böyük haramdır. Tövbə etməklə əfv edilməz. O adamla halallaşmaq da lazımdır.

Üçüncüsü, qeybət olunanın bundan xəbəri olmaz. Tövbə və istiğfar etməklə, ona xeyir dua etməklə əfv olar.

Yanında qeybət edildiyini eşidən adam dərhal buna mane olmalıdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Din qardaşına onun xəbəri olmadan yardım edən insana, Allahü təala dünyada və axirətdə yardım edər.”

“Yanında, din qardaşının qeybəti edildikdə, gücü çatdığı halda ona yardım etməyən adamın günahı dünyada və axirətdə ona yetər.”

“Bir insan dünyada din qardaşının namusunu qoruyarsa, Allahü təala bir mələk göndərərək onu Cəhənnəm əzabından qoruyar.”

Qeybət edilərkən, orada olan şəxs, qorxmursa söz ilə, qorxarsa qəlbində rədd etməsə, qeybət günahına ortaq olar. Bunu, mümkündürsə sözü kəsməklə və yaxud qalxıb getməklə edə bilər. Əli ilə, başıyla, gözüylə etiraz etməsi kafi deyil. Açıq-aşkar, “sus” deməsi lazımdır.

Qeybət etməyin kəffarəti kədərlənmək, tövbə etmək və onunla halallaşmaqdır. Peşman olmadan halallaşmaq riya sayılır, bu da ayrı bir günahdır. Vəfat etmiş birini və qeyri-müsəlmana qeybət etməyin də haram olduğu İbni Abidində yazılmışdır.

4-07-2022, 12:46
Geri