Gözəl İslam / Ana-atanın səksən haqqı

Ana-atanın səksən haqqı

Sual: Ana-atanın haqları nələrdir?

CAVAB

İmam Nəsəfi həzrətləri bildirir:

Ana-atanın övladı üzərində 80-ə qədər haqqı var. 40-ı sağlığında, 40-ı vəfatından sonradır. Sağlığında olan 40 haqdan 10-u bədənlə, 10-u dil ilə, 10-u qəlblə, 10-u da pulladır.

Bədənlə olan haqları:

  1. Qulluqlarında duraraq razılıqlarını almaq. Hədisi-şərifdə buyuruldu ki:

“Ana-atasına qulluq edənin ömrü bərəkətli və uzun olar.” [İslam əxlaqı]

“Ana-atasını dinə uyğun xidmətlərilə razı salan, Allahu təalanı razı etmiş olar, onları qəzəbləndirən, Allahu təalanı qəzəbləndirmiş olar.” [İbni Nəccar]

“Ana-atası yanında qocaldıqları zaman [rizalarını almayıb] Cənnəti qazanmayanın burnu sürtünsün.” [Tirmizi]

Həsən Bəsri həzrətləri Kəbəni təvaf edərkən belində yük olan bir nəfəri görüb dedi ki:

Ana-ataya qulluqda qüsur etməmək lazımdır. Həzrəti İbni Abbas, “Ana-ataya qarşı qüsurlu, gücsüz, aşağı bir kölənin sərt, kobud sahibinə qarşı olan hal üzrə ol!” buyurdu.

Anaya hörmət və qulluq atadan əvvəl gəlir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Anaya edilən yaxşılığın əcri iki mislidir.” [İ. Qəzali]

“Əvvəl anana, sonar atana, bacına, qardaşına və sırası ilə diğər yaxınlarına yaxşılıq elə!” [Nəsai]

“Veysəl Qaraninin qovuşduğu bütün ehsan və dərəcələr anasına etdiyi yaxşılıqlar səbəbiylədir” [R. Nasıhin]

“Ya Rəsulallah, anam müşrikdir. Ona yaxşılıq etməyim caizdirmi?” deyə soruşana, “Bəli, anana yaxşılıq və ehsan et!” buyuruldu. [Əbu Davud]

Hər Peyğəmbər öz anasından da üstündür. Buna baxmayaraq, Peyğəmbərlər də analarına hörmət və qulluq etmişdilər.

Kafir olan ana-ataya qulluq etmək, ehtiyaclarını ödəmək, ziyarətlərinə getmək lazımdır. Küfrə səbəb olan şeyləri etdirəcəkləri qorxusu varsa, ziyarətlərinə getmək olmaz. (Bezzaziyə)

Həzrəti Musa Cənnətdəki qonşusunun kim olduğunu Haqq təaladan soruşub öyrəndikdən sonra yanında gedər. Bir qəssab imiş, ət bişirirdi. Asılmış zənbili aşağı salır, çox zəyif bir qadına ət və su verir. Üstünü, başını təmizləyib, zənbilə qoyardı. Qəssab, “Bu anamdır. Qocalıb bu vəziyyət düşdü. Səhər-axşam belə baxıram” dedi. Qəssabın anasının, “Ya Rəbbi, oğlumu Cənnətdə Musa aleyhissəlama qonşu eylə” dediyini Həzrəti Musa da eşidir. Qəssaba, “Müjdə, Allahu təala səni Musa aleyhissəlama qonşu etdi” buyurur. (Şira)

2- Yaxşılıq etmək. Ana-ataya yaxşılıq və ehsan, övlada fərzdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ana-atasına yaxşılıq edən övlad, Peyğəmbərlə birlikdə Cənnətə girər” [İ. Rafii]

“Ana-atasına yaxşılıq edənin ömrü uzun, ruzisi bərəkətli olar” [İ. Əhməd]

“Ana-atanıza ehsan etsəniz, uşaqlarınız da sizə ehsan edər” [Tabərani]

      “Sən də, malın da  atana aiddir” [İbni Macə]

3- Asi olmamaq, qarşı çıxmamaq. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ana-ataya qarşı çıxmaq böyük günahdır” [Buxari]

“Ana-atasına asi olan Cənnətə girə bilməz.” [Nəsai]

“Ana-atasına qarşı gələnin ömrü bərəkətsiz və qısa olar” [İslam əxlaqı]

İmanı olanlardan Cəhənnəmdən ən son çıxacaq olanlar, Allahu təalanın yolunda olan ana-atasının İslamiyyətə uyğun olan əmrlərinə asi olanlardır.

 

Ana-atanın və heç kimim dinə uyğun olmayan əmri yerinə yetirilməz. Lakin, ana-ata ilə yenə şirin danışmaq, onları incitməmək lazımdır.

Ana-ata kafir isələr onları kilsədən, kef məclislərindən beldə daşıyaraq belə geri gətirmək lazımdır. Lakin, oralara aparmaq olmaz.

Ana-ata zalım olsalar onlara qarşı çıxmaq, onlarla sərt danışmaq caiz deyil. “Anam-atam çox mərhəmətsizdir, onlarla necə rəftar edim”, deyən bir nəfərə Rəsulullah əfəndimiz buyurdu ki:

“Anan səni 9 ay qarnında gəzdirdi. 2 il süd əmizdirdi. Səni böyüdənə qədər qoynunda bəslədi və qucağında gəzdirdi. Atan da səni böyüdənə qədər bir çox zəhmətə qatlandı. Qazancını və ehtiyaclarını təmin etdi. Sənə dinini, imanını öyrətdi. Səni islam tərbiyəsi ilə böyütdü. İndi necə olur ki, mərhəmətsiz olurlar? Bundan daha böyük və qiymətli şəfqət olarmı?” [Ey Oğul Elmihalı]

“Ya Rəsulallah, yaşlı anamı əlimlə yedizdirib, içizdirirəm. Dəstəmazını aldırır, belimdə daşıyıram. Haqqını ödəmiş olurammı?” deyə soruşan bir nəfərə buyurdu ki:

“Xeyr. Yüzdə birini belə ödəyə bilməzsən. O sənə yaşamağın üçün qulluq edirdi, sən isə ölümünü gözləyərək qulluq edirsən. Ancaq, Allahu təala bu az yaxşılığına qarşılıq çox savab ehsan edər” [R. Nasihin]

Bir nəfər, “Ya Rəsulallah, ana-ata övladına zülm etsə də rizalarını almayan Cəhənnəmə girərmi?” deyə soruşanda, cavab olaraq 3 dəfə “Bəli, zülm etsələr də rizalarını almayan Cəhənnəmə gedər” buyurdu. (Beyhəqı)

Beləliklə də ana-ata zalım olsalar, övlada zülm etsələr də, günah işləməyi əmr etsələr də yenə onları üzən söz söyləmək caiz olmaz.

Ana-ata pis belə olsa, yenə onlarla yaxşı rəftar etmək lazımdır. Ziyarətlərini tərk etmək böyük günahdır. Heç olmazsa salam göndərərək, şirin məktub yazaraq, zəng edərək bu günahdan qurtulmaq lazımdır.

Qurani-kərimdə üç şey üç şeylə bildirildi. Biri yerinə yetirilməzsə, ikincisi qəbul olunmaz. Peyğəmbərə itaət edilməzsə, Allaha itaət edilmiş sayılmaz. Ana-ataya şükr edilmədikcə, Allahu təalaya şükr edilmiş sayılmaz. Malın zəkatı verilmədikcə, namazlar qəbul olunmaz. (Təfsiri Muqni)

4- İtaət etmək, qarşı çıxmamaq, günah olmayan əmrlərini yerinə yetirmək.

Həzrəti Musa, Allahu təaladan 9 dəfə nəsihət istədi. Hamısında da ana-ataya itaət edilməsi əmr olundu. Hədisi-şərifdə buyuruldu ki:

“Ana-ataya itaət, Allaha itaətdir, onlara asi olmaq, Allaha asi olmaqdır”. [Tabərani]

Atasına asi olan övladından mürüvvət görməz, muradına qovuşa bilməz, ailəsi ilə yola getməz, evinin dadı qaçar. (Şira)

5- Sərt baxmamaq, şəvqətlə, sevgi ilə baxmaq. Ana-atasına şəfqət və sevgi ilə bir dəfə baxsa, qəbul edilmiş bir həcc savabına qovuşar.

Peyğəmbər əfəndimiz, “Ana-atanın üzünə mərhəmətlə baxana həcc və ümrə savabı yazılır”, buyurduqda, “Gündə min dəfə baxsa da belədir?” deyildi.

Cavab olaraq buyurdu ki: “Gündə yüz min dəfə baxsa da...” [R. Nasihin]

Yenə buyurdu ki:

“Ana-atanın üzünə sevgi ilə baxmaq ibadətdir.” [Əbu Nuaym]

   6- Üzməmək, incitməmək, rizalarını qazanmaq. Hədisi-şərifdə buyuruldu ki:

“Rəbbin rizası, ana-atanın rizasında, qəzəbi də ana-atanın qəzəbindədir.” [Buxari]

 “Ana-atasının rizasını alan möminə Cənnətdən iki qapı, üzənə də Cəhənnəmdən iki qapı açılır” [Beyhəqı]

“Ana-atasını razı edən mömin, nə edirsə etsin Cəhənnəmə girməz, incidən də Cənnətə girməz.” [Şira]

“Haqq təala bəzi günahların cəzasını qiyamətə qədər gecikdirir. Ana-ataya üsyan bundan müstəsnadır.” [Hakim]

Ana-atanı üzmək, onlara əziyyət etmək böyük günahdır. Ana-atanın və ya heç kimin günah olan əmrlərini yerinə yetirmək olmaz. Ana-atanın yeməklərində haram qarışdığı şübhəli olsa, ana-ata bu yeməkdən yeməsi üçün övladını məcbur etsə, övladın bu yeməkdən yeməsi lazımdır. Çünki, şübhəli şeylərdən çəkinmək vəra, ana-atanın rizasını almaq isə vacibdir. Lakin, dinə müxalif olan əmrlərini yerinə yetirmək olmaz. Məsələn, onlar, “içki iç, namaz qılma yoxsa səndən razı olmarıq” desələr də, haram olan şeyləri etmək olmaz. Çünki, “Xaliqə üsyan olan işdə qula itaət edilməz” əmri var. Haqq təala buyurur ki: “Biz insana ana-atası ilə yaxşı rəftar etməsini tövsiyə etdik. Əgər, onlar səni haqqında bilgin olmayan şeyi mənə ortaq qoşmağın üçün məcbur etsələr onlara itaət etmə. [Ankəbut 8]

Ana-atası günah işləyən övlad onlara bir dəfə nəsihət edər. Qəbul etməzlərsə susar. Onlara dua edər. 

7- İznsiz səfərə getməmək.

Həccə gedərkən möhtac olmayan ana-atasından izn almaq sünnətdir. Ana-ata möhtac isələr iznsiz getmək haramdır. Ana-atası möhtac olamayn onlardan iznsiz fərz olan həccə gedə bilər. Lakin, nafilə olan həccə iznsiz gedə bilməz. (Rədd-ül Muxtar)

Cihad üçün izn istəyən birinə Peyğəmbər əfəndimiz ana-atasının sağ olduğunu öyrənincə, “Burada qal, onlara qulluq et, onlara qulluq cihaddır”. (Buxari)

Cihada getmək üçün gələn başqa birisinə də buyurdu ki: “Ananın yanından ayrılma! Cənnət onun ayağı altındadır”. [Nəsai]

            Biri də hicrət etmək üçün gəlib, “Ya Rəsulullah, ana-atamı ağladaraq gəldim” dedi. Peyğəmbər əfəndimiz bu vəziyyətə üzülərək buyurdu ki: “Dərhal get, onları ağlatdığın kimi güldür!” [Əbu Davud]

            Ana-atanı ziyarət etməmək böyük günahdır. Heç olmazsa salam göndərərək, şirin dillə məktub yazaraq bu günahlardan qurtulmaq lazımdır.

8- Hörmət və izzətdə qüsur etməmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Böyüyünü saymayan bizdən deyildir”. [Tirmizi]

            Onları görən kimi ayağa qalxmaq, yanlarına getmək, onlar oturuncaya qədər ayaqda durmaq, iznsiz oturmamaq lazımdır. Oturarkən ədəbli oturmaq, ayağını uzadaraq oturmamaq, ayağı ayağının üstünə aşırmamaq lazımdır. Onlar mənə bir şey demir deyə bunları tərk etməmək lazımdır.

9- Onlarla yolda gedərkən arxalarından getmək. Zərurətsiz önlərində getməmək.

10- Çağırdıqları zaman dərhal qalxıb yanlarına getmək, buyurun demək. Ana-ata çağırınca fərz namazı pozmaq caiz olur isə də ehtiyac yoxsa pozmamaq lazımdır. Sünnətləri pozmaq olar.

Haqq təala buyurdu ki:

“Ya Musa, mənim endimdə çox ağır və böyük günah vardır ki, o da ana-ata övladını çağırınca əmrinə tabe olmamasıdır.” [İslam Əxlaqı]

Dil ilə olan haqları:

1- Yumşaq söyləmək, təvazö etmək. Of belə deməmək. Haqq təala buyurur ki:

             “Biz insana ana-atasına yaxşılıq etməyi tövsiyə etdik.” [Ahqaf 15],

“Rəbbin yalnız özünə qulluq etməyinizi, ana-atanıza da yaxşı davranmağınızı əmr etdi. Onlardan biri və ya ikisi sənin yanında yaşlanarsa, onlara of belə demə, ağır söz söyləmə, onlarla yumşaq və şirin danış, onlara mərhəmət et, təvazö qanadını açıb, “Rəbbim, kiçik ikən məni yetişdirdikləri kimi sən də onlara mərhəmət et” deyə dua et” [İsra 23, 24]

            Həsən Basri həzrətləri buyurdu ki:

            “Alim bir övladın ana-atası kafir olsa, quyudan su çəkmələri üçün ona möhtac olsalar, o da bir neçə qova çəkdikdən sonra of desə, bu səbəblə bütün əməllərinin savabı yox olar”.

2- Danışarkən səsini, onların səsindən yüksək çıxarmamaq lazımdır.

3- Yanlarında çox danışmamaq, ədəbi aşmamaq lazımdır. Ana-ata bildiyi şeyləri desə, yenə eyni şeylərmi deməmək. Heç eşitməmiş kimi can qulağı ilə dinləmək.

4- Qaba, ağır və küçə danışığı ilə söz söyləməmək. Məsələn, iki qardaşı olan biri, digər qardaşını nəzərdə tutub “Oğlun belə etdi. Mən etsəydim qiyaməti qopardardınız” və ya “Ana, nəvəni təpənə çıxardırsan, çox qudurdursan. Sözümüzə qulaq asmır” kimi sözlərlə ana-atanı üzməmək lazımdır. Uşaqları valideynlərinin yanında döyməmək, hirslənməmək lazımdır. Belə şeylər ana-atanı məyus edər.

5- Xanımını onlardan üstün tutmamaq. Peyğəmbər əfəndimiz buyurur ki:

“Xanımını anasından üstün tutana lənət olsun! Onun fərz və digər ibadətləri qəbul olunmaz”. [Şira]

6- Adları ilə çağırmamaq, sözlərini kəsməmək, sözlərinin arasına girməmək. Özünü çoxbilmiş kimi göstərməmək. Ana-ata səhv də söyləsə, elə deyil deyərək etiraz etməmək.

7- Ana-atanın arasını açan söz və hərəkətlərdən uzaq durmaq. Ana-ata ilə oğul və ya qızın arasını açan işlərdən uzaq durmaq. Gəlinləri ana-ata ilə oğullarının arasını açan sözlərdən uzaq durmaq. Peyğəmbər əfəndimiz, “Ana ilə oğulun arasını açana lənət olsun” buyurmuşdur. (Qunyə)

8- Danışarkən et, etmə kimi ifadələrdən istifadə etmək olmaz. Edərsənmi, kimi sözlərdən istifadə edərək xahiş etmək lazımdır.

9- Xeyir-dualarını almaq. Ana-ata duasını qənimət bilməlidir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Üç şəxsin duası qəbul olar. Ana-ata, məzlum və qonağın duası.” [Tirmizi]

“Ana-atanın duası ilahi hicaba çatar, duaları qəbul olar”. [İbni Macə]

10- Bəddualarını almamaq. Hədisi-şəriflərdə buyuruldu ki:

“Ana-atanın övladına və məzlumun zalıma olan bədduaları rədd olunmaz”. [Tirmizi]

“Özünüzə, övladınıza və malınıza bəddua etməyin! Duaların qəbul olunduğu bir saata rast gələrsə, bədduanız qəbul olar.” [Müslim]

Ana-ata çağırdığı zaman hər hansı bir işlə məşğul olsan, dərhal onu tərk edib ana-atanın əmrinə qaç. Ann-atanın duasını almaq istəsən, sənə əmr etdikləri işləri tez və gözəl etməyə çalış. Bu işini bəyənməyib sənə qəzəblənmələrindən və bəddua etmələrindən qorx. Səndən incisələr də onlarla sərt danışma. Tez əllərindən öpərək qəzəblərini sakitləşdir. Ana-atanın qəlblərinə gələni bil. Çünki, sənin səadət və fəlakətin onların qəlblərindən doğan sözdədir. Anan-atan xəstə, ixtiyar isələr onlara kömək elə. Səadətini onlardan alacağın xeyir-duada bil. Əgər onları incidib bəddualarını almısansa, dünya və axirətin ziyan oldu. Atılan ox təkrar geri yaya gəlməz. Onlar həyatda ikən qiymətini bil!

Qəlb ilə olan haqları:

1- Acımaq, mərhəmət etmək. Hədisi-şərifldə buyuruldu ki:

“Mərhəmət etməyənə mərhəmət edilməz, acımayana acınmaz”. [Müslim]

2- Sevmək. Hər fürsətdə ana-atanın əllərini öpmək, sevdiyini hiss etdirmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Anasının ayağını öpən, Cənnətin qapısını öpmüş olur” [Şira]

3- Sevinclərinə sevinmək. Bir şeyə sevinincə “Nə yaxşı oldu, xeyirli olsun” kimi sözlərlə məmnuniyyətini bildirmək lazımdır.

4- Üzüntülərinə üzülmək, dərdləri ilə həmdərd olmaq. Bir şeyə üzülmüşdülərsə, “Keçmiş olsun” deyərək maraqlandığını, üzüldüyünü bildirməyə çalışmaq lazımdır.

5- Çox danışmaqlarından inciməmək. İncisə belə qətiyyən incidiyini hiss etdirməmək.

6- Sitəm və cəfalarına hirslənməmək. Sözlərini heç eşitməmiş kimi hərəkət etmək.

7- Onlardan razı olmaq. Əlindən gəldiyi qədər onların rizalarını almağa çalışmalıdır. Hədisi-şərifdə buyuruldu ki: “Allahu təalanın rizası ana-atanın rizasındadır”. [R. Nasihin] 

8- İncitməkdən çox qorxmaq. İsra surəsinin 23-cü ayəti-kəriməsində ana-ata ilə yaxşı davranmaq, onlara yumşaq və şirin söyləmək əmr edilmişdir. Qəflətə düşüb ana-atanın qəlbini qırarsan, dərhal rizalarını almağa çalış, yalvar və nə edərsən et, onların könlünü al!

9- Nazlanmamaq. Əksinə, onların nazına qatlanmaq lazımdır. Çünki, biz balaca olanda ana-ata bizim nazımızı çox çəkdilər. Nazlanma sırasının onlarda olduğunu unutmamaq lazımdır.

10- Sıxıntı görsə, ölsəydilər qurtulardıq deyə düşünməmək, çox yaşamalarını arzu etmək. Onlar bizdən çox sıxıntı gördükləri halda yaşamağımızı istəmişdirlər. Özləri ac olub bizi doydurmuşdular.

 Mal, pul olan haqları:

1- Özündən əvvəl onlara paltar almaq. Öz yeməklərinin yaxşısını onlara vermək.

2- Uzaqda olarlarsa ziyarətlərinə getmək. Ana-ata və məhrəm qohumları ziyarət etmək vacibdir. Heç olmazsa salam göndərərək, şirin dillə məktub yazaraq bu günahlardan qurtulmaq lazımdır. Ziyarətdə sıra ana, ata, övlad, baba, nənə, qardaş, bacı, bibi, dayı və  xaladır.

3- Birlikdə yemək.

4- İstəklərini soruşmaq, öyrənib yerinə yetirmək.

5- Evlərini təmizləmək, boyamaq, təmir etmək.

6- Pul vermək. Ehtiyacları olar, söyləməzlər bəlkə.

7- Malı, pulu onlara sərbəst etmək. Nə zaman istəsəniz malım, pulum sizə fəda olsun demək, hirslərini bu yolla sakitləşdirmək. Ana-ataya xərclənilən puldan sual olunmaz. Möhtac olan ana-ataya yardır etmək fərzdir. Qurani-kərimdə məalən buyurulur ki:

“Ana-ataya, qohuma, yetimlərə, yoxsullara, yolçulara infaq edin (ehtiyaclarını ödəyin)!” [Bəqara 215]

Kimə infaq edəcəyini soruşan bir nəfərə Rəsulullah əfəndimiz, “Özünə, ana-atana, sonra xanımına və uşaqlarına, xidmətçisinə bundan sonrasını da artıq sən düşün” buyurdu. [Nəsai]

Atası xəstə olub baxacaq heç kimi olmazsa, ərindən izinsiz gedib qulluğunda durar. Müsəlman olmayan ata üçün də belədir. Övlad, zəngin olan atasına baxmağa məcbur deyildir. (Bəzzaziyyə)

Zəngin uşağın kasıb olan ana-atasına nəfəqə verməsi fərzdir. Kasıbın kasıb atasına nəfəqə verməsi fərz deyildir. Kasıb olan ana-atasını öz evində saxlayıb, birlikdə yaşayarlar. (Fətavayı-Hayriyyə)

Ana-atadan birinə yaxşılıq edəcəyin zaman o birisi inciyərsə, ataya hörmət və itaət etmək, anaya qulluq, kömək və ehsan etmək lazımdır.

8- Arada gözəl yemək bişirib dəvət etmək. Ürəkləri istəyər bəlkə deməzlər deyə.

9- Dostlarını dost bilib dəvət edərək qəlblərini oxşamaq. Düşmənlərindən uzaq durmağa çalışmaq.

10- Xəstələndikləri zaman müalicələri üçün məşğul olmaq, dərman almaq. Bir baxıcı, bir xidmətçi tutmaq yerinə, özü şəxsən xidmətlərində durmaq lazımdır.

Vəfatlarından sonrakı 40 haqq:

1- Dəfnlərində cəld hərəkət etmək.

2- Sünnət üzrə yumaq. Bu işi bilən yaxşı insanlara həvalə etmək lazımdır.

3- Sünnət üzrə kəfənləmək.

4- Caiz olmayan kəfən ilə kəfənləməmək.

5- Sünnət olan saya diqqət etmək.

6- Kəfəndə israf etməmək.

7- Halal qazancından kəfən almaq.

8- Cənazə namazını bilirsənsə özün qıldırmalısan.

9- Onlara həmişə dua etmək. Bir hədisi-şərif məalı: “Ana-atasına dua etməyənin ruzisi kəsilir” [Şira]

10- Torpağa özün qoymalısan.

11- Məzarı qazan və işləyənləri məmnun etmək.

12- Yaxşı və saleh insanların yanında dəfn etmək.

13- Pis insanların yanında dəfn etməmək. Çünki, pis qonşulardan onlara sıxıntı gələr.

14- Qəbrin üzərini balığın beli kimi etmək.

15- Kərpicdən istifadə etməmək.

16- Bişmiş kərpiclərdən istifadə etməmək. Mismar, kərpic kimi sobada bişmiş şeyləri qəbrin içində istifadə etmək məkruhdur. Qəbrin üstünü çöldən kərpic, mərmər ilə örtmək cazdir.

17- Torpağı başında sədəqə vermək.

18- Qəbri başında dua etmək. [Sədəqəni və duanı gecikdirməmək lazımdır. Qırxı kimi bidət işlərdən uzaq durmaq lazımdır.]

19- Borclarını ödəmək.

20- Təlkini özün vermək lazımdır.

21- İsqatını dərhal etmək. Ölünün namaz və oruc borcu üçün başqası onun yerinə namaz qıla və oruc tuta bilməz. Hədisi-şəriflərdə buyurul du:

“Başqası yerinə oruc tutmaq və namaz qılmaq olmaz. Lakın, onun orucu və namazı üçün kasıb doyura bilər”. [Nəsai]

22- Məzar daşına caiz olmayan ifadələr yazdırmamaq. Məsələn, Fatihə və ya Bəsmələ yaxud, ayət yazmaq caiz deyildir. Latın hərfləriylə də caiz olanı yazdırmamaq lazımdır. Başqaları uzun illərdən bəri yazırsa da caiz deyil.

23- Vəsiyyətləri yerinə gətirmək. Dinə uyğun deyilsə yerinə yetirmək olmaz.

24- Namazlardan sonra dua edib, savablarını onların ruhlarına göndərmək. Hədisi-şərifdə buyuruldu ki:

“Ana-atasına asi olan, vəfatlarından sonra onlar üçün dua etsə, Allahu təala onu ana-atasına itaət edənlərdən yazar.” [İbni Əbiddünya]

25- Savabı onlara olmaq şərtiylə oruc tutmaq.

26- Savabı onlara olmaq şərtiylə həccə getmək. Alimlərin çoxuna görə ana-ata üçün həcc etmək caizdir. Hədisi-şərifdə buyuruldu ki:

"Ölmüş ana-atası adına həcc edənə, həm özü, həm də ana-atası üçün həcc savabı verilir. Ana-atasının ruhuna müjdə verilir.” [Darə Qutni]

27- Savabı onlara olmaq şərtiylə sədəqə vermək. Hədisi-şəriflərdə buyuruldu ki:

“Sədəqə verərkən savabını müsəlman ana-atamızın ruhuna gedəcəyi kimi savabından heç bir şey əskilmədən sizə də yazılır”. [Tabərani]

28- Qəbirlərini ziyarət edib Qurani-kərim oxumaq lazımdır. Hədisi-şərfdə buyuruldu ki:

“Ana-atasının və ya birisinin qəbrini ixlasla və məğfirət umaraq ziyarət edən, qəbul olunmuş bir həcc savabı alır və bunu adət edənin qəbrini də mələklər ziyarət edər.” [Malik]

29- Qəbirlərini Cümə günləri ziyarət etmək. Hədisi-şərfdə buyuruldu ki:

“Ana-atanın qəbrini Cümə günləri ziyarət edənin günahları bağışlanır, haqlarını ödəmiş olur.” [Tirmizi]

30- Ziyarətdə dua və Qurani-kərim oxumaqla məşğul olmaq və uyğunsuz söz danışmamaq.

31- Sağlıqlarında incimişsələr, övlad saleh olunca razı olarlar. Onların öyrətdikləri yaxşı şeylərlə əməl etdiyi müddətcə savabı onlara da çatar.

32- Onlardan pis bir şey öyrənmiş isələr hər etdiyi şeylərdən onlara da günah və əzab gedər. Bunun üçün onlardan və ya onların vəsitəsi ilə öyrəndiyi pis şeyləri tərk etmək, öz pis əməlləri ilə onlara qəbirdə əzab etdirməmək lazımdır.

33- Ana-atanı söyməmək. Hədisi-şərfdə, “Ana-atanı söymək böyük günahdır” buyuruldu. (Buxari) Yəni, birinin ana-atasını söyərsən, o da sənin ana-atanı söyə bilər.

34- Yaxınları ilə yaxşı davranmaq. Hədisi-şərifdə buyuruldu ki:

“Ölmüş ana-ata üçün dua və istiğfar etmək, borclarını ödəmək, dostlarına ikram etmək, onların yaxınlarını ziyarət etmək, yaxşı davranmaq surətiylə onlara ikram edin”. [Hakim]

35- Dostlarını ziyarət etmək. Hədisi-şərifdə buyuruldu ki:

“Atası öldükdən sonra onun dostlarını ziyarət edən ən gözəl yaxşılığı etmiş olur” [Müslim]

 36- Dostları ilə görüşmək. Hədisi-şərfdə, “Yaxşılıqların ən mükəmməli ata dostu ilə əlaqə saxlamaqdır” buyuruldu.

 37- Ramazan bayramında savabı onlara olmaq üzrə fitr sədəqəsi vermək.

 38- Qurban bayramında savabı onlara olmaq şərtilə qurban kəsmək.

 39- Ana-atanın sevdiyi yeməyi bişirib, kasıblara verib ruhlarını şad etmək.

 40- Pisliklərindən danışmamaq. Hədisi-şərifdə, “Ölülərinizi xeyirlə anın, yaxşılıqlarını deyin, pisliklərini açıqlamayın” buyuruldu. (Tirmizi)

2-04-2018, 13:32
Geri