Gözəl İslam / Arıqlamaq üçün praktik bilgilər

Arıqlamaq üçün praktik bilgilər

Sual: Arıqlamaq üçün nə tövsiyə edərdiniz?

CAVAB             

Necə ki, doğru bir Müsəlman haramlardan çəkinirsə, arıqlamaq istəyən də kökəldən qidalardan çəkinməsi lazımdır. Beyinin hər vaxt arıqlamağa hazır olması lazımdır. Arıqlamaq istəyən şəxsin önünə qoyulan nəfis bir paxlava üçün, “Xeyr mən yemərəm” deyəcək əzmə sahib olması lazımdır. Nəfsinin çəkdiyi qidalardan imtina edə bilməzsə, pəhrizindən fayda görməz. 

Mədəni kiçiltmədən tutulan bütün pəhrizlərin təsiri çox az olar, iradəsini itirdiyi an daha çox yeyib içməsinə, daha çox kilo almasına səbəb olar. Hər şeydən əvvəl mədəni böyüdəcək və ya mövcud böyük şəkli dolduracaq qədər çox yeyib içməsi lazımdır.

Pəhrizdə əsas bədənə lazım olan qidaları, mineralları, vitaminləri tam olaraq almaq lazımdır, amma xərclənən kalori alınan kaloridən çox olması lazımdır.

Arıqlayarkən bədənin səhhətinə xələl gəlməməsi, hər gün kafi zülal miqdarını mütləq qəbul etmək lazımdır. Yeməklərin zülalla zəngin olması lazımdır. Ən faydalı zülal yumurta ağında, sonra balıq, süd, ət və paxlalılarda mövcuddur. Zülalın itkisi ilə olan arıqlama əslində bədəndən suyun tükənməsidir. Normal pəhrizə riayət edilən zaman, itirilən su vücud tərəfindən saxlanılır və əvvəlki çəki bərpa edilir. Ayrıca bədənin əzələ quruluşu da əriyərək bədənin zəifləməsinə səbəb olar. 

Arıqlamaq müvəqqəti bir üsul deyil, ömür boyu riayət edəcək bir işdir. Arzu olunan çəki əldə etdikdən sonra, ən az 6 ay bu çəki qorunmazsa, pəhrizə riayət edilməməsilə əvvəlki çəki geri dönər və hətta aşar. 

Əməl olunması lazım olan tədbirlər aşağıdakılardır:

[Bu yazı həkim və diyetoloqların nəzarətindən keçmişdir. ]

 

22-04-2020, 10:55
Geri