Gözəl İslam / Əldəki ziyillər

Əldəki ziyillər

Sual: Bir yaxınımın əlində ziyillər var, dərmanla müalicə edə bilmədik, əksinə böyüdülər. Bir çarəsi varmı?

CAVAB

Ziyil duası aşağıdadır:

Üç ədəd sümbül götürülür və dəni olan yeri ziyillərin üzərinə sürtülür və Taha surəsinin 105-ci, 106-cı və 107-ci ayələri bir dəfə oxunur. Sonra çubuqlar rütubətli bir yerə basdırılır və çürüməyə qoyulur. Çubuqların çürüməsiylə ziyillər də Allahın izni ilə düşər.

İmam Qurtubi həzrətləri buyurur ki:

Özüm və başqa kəslərdə təcrübə etdim faydalı oldu.

2-04-2018, 13:41
Geri