Gözəl İslam / Gözün səhhəti üçün

Gözün səhhəti üçün

Sual: Göz üçün dərmanlardan çox faydalana bilmədim. Gözün səhhəti üçün nə tövsiyə edilir?

CAVAB

Hər dərman hər kəsə eyni şəkildə təsir etməz. Başqa həkimə də gedib istifadə edilən dərmanları göstərərək başqa dərmanları sınamaq yaxşı olar. Çünki hədisi-şərifdə buyurulur ki:

“Allahu təala hər xəstəliyin dərmanını yaratmışdır. Tək ölümə çarə yoxdur.” [Tabərani]

Göyə, dənizə və yaşıla baxmaq insanı rahatlandırar. Yaşıllığa baxmağın gözə cila verdiyi, gözü qüvvətləndirdiyi, dənizə baxmağın ibadət olduğu, Peyğəmbər əfəndimizin axar suya və yaşıllığa baxmaqdan xoşlandığı hədisi-şəriflə bildirilmişdir. (Əbu Nuaym)

Yenə hədisi-şəriflərdə buyurulur ki:

“Üç şey gözə cila verər: Yaşıllığa, axar suya və gözəl üzə baxmaq.” [Hakim]

“Sürmə çəkmək, yaşıllığa və gözəl üzə baxmaq gözü qüvvətləndirər.” [İ.Süyuti]

“Asqıran zaman “Əlhamdülillah” deyən göz ağrısı görməz.” [Tabərani]

Baxması halal olan kəslərə baxmaq faydalıdır. Yoxsa, yad qadınlara baxmaq gözü zəiflədər, qəlbi qaraldar.

Göz ağrısı üçün Qurani-kərim oxumasını bilməyənin də Mushafa baxması çox faydalıdır. Peyğəmbər əfəndimiz gözü ağrıyanda Cəbrayıl əleyhissalam “Mushafa bax!” dedi. (Şirə)

2-04-2018, 13:41
Geri