Gözəl İslam / Sağlam və çox yaşamaq üçün

Sağlam və çox yaşamaq üçün

Sual: Sağlam olmaq və çox yaşamaq üçün nə etmək lazımdır?

CAVAB

Yaşlı bir alimə, çox yaşamağın sirrini soruşdular. O da, “Biz iki gündə üç dəfə yemək yeyərik. Yeməyi yaxşı bişirər, yaxşı çeynəmədən də udmarıq, acmadan yemərik, hələ iştahımız varkən süfrədən qalxarıq. Səhər yeməyini erkən yeyərik, axşam yeməyini gec yeyərik, tox qarnına yatmarıq” demişdir.

Hikmət əhli şəxslər buyurur ki:

Sağlam və çox yaşamaq üçün, həyat yoldaşına ehtiyac halında yaxınlaş.

Münasibətin çoxu bədənə, azı isə ruha zərər verər. Ayda bir ishal edici bir şey qəbul et, ildə bir dəfə qan aldır.

Çox kədərlənmək və çox şiddətli sevinmək zərərlidir, qanı laxtalaşdıra bilər. Boş dayanmamaq, bir işlə məşğul olmaq lazımdır. Atalarımız demişdir ki:

Ayağın isti saxla, başını sərin,

Bir işlə məşğul ol, düşünmə dərin.

Xəstəliyə səbəb olan şeylər aşağıdakılardır:

Gecə az, gündüz çox yatmaq, tox ikən yemək yemək, sidiyini saxlamaq. Tez-tez cinsi münasibətdə olmaq.

Bu vaxtlarda su içməmək lazımdır:

Hamamdan çıxanda, yuxudan oyananda, cimadan (cinsi münasibət) sonra və tərli ikən.

Ac qarnına su içməmək lazımdır. Suyu yavaş-yavaş əmərək içmək lazımdır. Suyun hamısını bir nəfəsdə içməmək, üç nəfəsdə içmək lazımdır. Nəfəsi suya deyil, stəkanın çölünə vermək lazımdır. Çox soyuq içməmək lazımdır. Gecə yuxudan oyananda su içmək sağlamlığa zərərlidir.  

Ayaqüstə və gedərkən yeməmək lazımdır. Hədisi-şərifdə, “İnsanın qəlbi tarladakı əkin kimidir. Yemək yağış kimidir. Çox su əkini qurutduğu kimi, çox qida qəlbi öldürər” buyuruldu. Çox yemək xəstəliklərin başı, pərhiz edərək az yemək dərmanların başıdır.

Mədənin üçdə birini yeməklərə,üç də birini içkilərə ayırmaq lazımdır. Üçdə birinin hava payı olaraq ayrılması lazımdır. Yeməkdən sonra dişləri misvaq ilə təmizləmək sünnətdir. Az yemək və az yatmaq lazımdır. Tox olaraq yatmamaq lazımdır. Hədisi-şərifdə, “Tox olaraq yatmayın, qəlbiniz qatılaşar” buyuruldu. Ayrıca möminin artığında şəfa vardır. Hədisi-şərifdə buyuruldu ki:

“Möminin artığı şəfadır.” [Fətavai Kübra, El-Mədhal]

“Comərdin yeməyi şəfa, xəsisinki xəstəlikdir.” [Hatib]

Gül qoxlayanda, salavatı-şərifə gətirmək lazımdır. Çünki, Peyğəmbər əfəndimizin mübarək təri gül ətirliydi. Hədisi-şərifdə, “Üç şey bədəni bəsləyər: Gözəl qoxu, yumşaq parçadan gözəl paltar və bal yemək” buyurdu.

Tibbi cəhətdən bədənə zərərli olan şey, dinən də qadağandır. Qışda soyuqda qalıb donmaq, yayda günəş altında çox qalıb xəstələnmək günahdır. Qızmar günəş altında qalmayın, xüsusilə göz sağlamlığı üçün təhlükəli olduğu, kanserogen təsiri olan ultrabənövşəyi şüalarının ozon təbəqəsindən süzülmədən gəldiyi bildirilmişdir. Hədisi-şərifdə buyuruldu ki:

“Günəşdə çox dayanmayın! Günəş paltarı köhnəldər, soldurar, xəstəliyə də səbəb olar.” [Hakim]

Əsrlər əvvəl yaşamış bir təbib deyir ki:

Xəstə olmadıqca dərmandan istifadə etməmək lazımdır!

Budağında yetkinləşmiş meyvəyə və cavan, körpə heyvan ətinə üstünlük vermək lazımdır!

Yeməyin yaxşı bişmiş olması lazımdır. Yeyərkən yaxşıca çeynəmək lazımdır! Canının istədiyi yeməyi yemək lazımdır!

Toxluq, unutqanlığa səbəb olur. Qəlbi kor edər.

Yeməkdən sonra su içməmək lazımdır. Yeməkdən sonra bir saat keçməyində su içmək, bədənə yaxşı deyildir.

Kiçik və böyük dəstəmazı sıxışdırmamaq lazımdır! Sidiyi saxlamaq, məcrası bağlanılan çayın öz ətrafını məhv etməsi kimi bədəni məhv edər. 

Gündüz yeməkdən sonra bir az yatmaq lazımdır!

Axşam yeməyindən sonra az da olsa gəzmədən yatmamaq lazımdır! Ərəblərdə, “Səhər yeməyindən sonra uzan, yat, axşam yeməyindən sonra gəzişsözü məşhurdur. İki hədisi-şərif məali:

“Axşam yeməyini kəsmək qocalığa səbəbdir.” [İbni Adiy]

“Bir ovuc pis xurma ilə də olsa, axşam yeməyini təxirə salmamaq lazımdır!” [Tirmizi]

Səhər yeməyini yemədən çölə çıxmamaq lazımdır! Çünki səhər yeməyi sayəsində mülayim və ciddi olunar, eyni zamanda bazarda görülən hər şeyə canı çəkməmiş olar.   

Hikmət əhli şəxslərdən biri ətli birinə kinayə ilə, “Kürəyindəki məxməri kim toxudu?” deyər. O, “Çörəyin özünü, cavan heyvan ətini yeməklə, mənəkşə ilə yağlanıb yumşaq paltar geyməklə...” deyə cavab verər.

Dörd şey bədəni qüvvətləndirər:

Ət və bal yemək, gözəl ətir vurmaq, cinsi əlaqə olmadan çox yuyunmaq, yumşaq parçadan gözəl paltar geyinmək.

Dörd şey bədəni zəiflədir:

Çox düşünmək, çox turş yemək, ac qarnına çox su içmək, çox əlaqə.

Dörd şey gözü qüvvətləndirər:

Sürmə çəkmək, yaşıllığa, axar suya və halal olan gözəl üzə baxmaq.

Dörd şey gözün nurunu azaldar:

Nəcasətə baxmaq, edam edilənə baxmaq, halalı da olsa, qadının ədəb yerinə baxmaq, Qibləyə arxası dönük oturmaq.

Dörd şey ağlı çoxaldar:

Çox və lazımsız danışmamaq, misvaqdan istifadə etmək, salehlərlə, alimlərlə birlikdə olmaq, günah işləməmək.

Əshabım xəstə olmaz

Sual: S.Əbədiyyədə,  “Əshabım xəstə olmaz! İslam dini xəstə olmamağın yolunu göstərmişdir. Əshabım təmizliyə çox diqqət edər, acmadan bir şey yeməz və doymadan əvvəl süfrədən qalxar!” hədisi bildirilir. Əshab xəstə olmurdusa, niyə öldülər?

CAVAB

Əcəlləri gəldyi üçün öldülər. Hər insan mütləq xəstəlik səbəbiylə ölməz.

“Xəstə olmazlar” hədisi-şərifi şərtsiz deyilmiş, ümumi bir ifadədir. Yəni “Ümumiyyətlə Əshabım xəstə olmaz” deməkdir. Soyuq ola bilər, yana bilərlər, bir yerləri qırıla bilər. Yoluxucu və ya irsi bir xəstəliyə tutula bilərlər. Daha bir çox xəstəlik vardır. Bunlar ümumi hökmə zidd sayılmaz. Burada sağlam yaşamağın ümumi qaydası bildirilir. İnsan təmizliyə diqqət edər, acmadan süfrəyə oturmaz və doymadan qalxarsa, bədəni sağlam olar. Lakin, bütün bunlara riayət etsə də, yenə yuxarıda bildirilən səbəblərdən biri xəstəliyə səbəb ola bilər.

Ümumi qaydaya riayət edilərsə, xəstəlik azala bilər. Məsələn, mən ağır çəkili idim, təzyiq və astma dərmanlarından istifadə edirdim. Arıqlayanda bu dərmanları buraxdım. Çox yeyib içməyin xəstəliklərə səbəb olduğunu təcrübəylə də gördüm. Çox yeyib içməyəndə əvvəlki sağlamlığıma qovuşdum. Eyni pərhizi edən dostum da, eyni şeyləri söylədi. Şəkər xəstəsi olanlar belə dərmanı buraxmışlar.

23-04-2020, 06:30
Geri