Gözəl İslam / Zərər verən qidalar

Zərər verən qidalar

Sual: Zeytun yağı mənim mədəmə ziyan verir. Amma bəzi insanlar, “Zeytun yağında şəfa var, yeyilməsində zərər olmaz” deyirlər. Zeytun yağı yeməyim uyğun olar?

CAVAB

Xəstəliyinizin nə olduğunu bilmirik. Bunu həkimə soruşmaq lazımdır. Həqiqətən mədənizə zərər verirsə, yeməmək lazımdır. Zeytun yağı normal mədələr üçün yaxşıdır. Bal da elədir. Balın şəfa olması Qurani-kərimdə və hədisi-şəriflərdə bildirilir. Ancaq şəkər xəstəsinin zərər verəcək qədər çox bal yeməsi haramdır. Zeytun yağı birisinə zərər verərsə, onu yeməsi də caiz olmaz. Bunun kimi balıq, çiyələk bəzilərinə allergiya verir. Allergiya verən qidaları yemək bu kəslərə caiz olmaz.

 

2-04-2018, 13:34
Geri