Gözəl İslam / Övladın ölümünə səbir

Övladın ölümünə səbir

Sual: Kiçik uşağımız öldü. Ana-ata olaraq çox ağladıq. Bizə günah oldumu?

CAVAB

Ağlamaq mərhəmətdən irəli gəlir. Ağlamaq günah olmaz. Qışqırıb, üsyan etmək günahdır. Uşağın ölməsi, malın əldən çıxması, gözün kor, qulağın kar olması, bir üzvün tələf olması kimi insanın istəyi ilə olmayan müsibətlərə səbir etməkdən daha fəzilətli səbir yoxdur. Səbir edənlərə verilən savabın miqdarını Allahu təaladan başqası bilməz.

Müsibətlərə səbir siddiqlərin dərəcəsidir. Bunun üçün Peyğəmbər əfəndimiz belə dua edərdi:

“Ya Rəbbi, mənə elə yakin (şübhəsiz, sağlam, güclü iman, etiqad) ver ki, müsibətlər mənə asan gəlsin!”  [Tirmizi]

Oğlu İbrahim öləndə də, “Ya İbrahim, ölümünə çox kədərləndik. Gözlərimiz ağlayır, ürəyimiz sızlayır. Fəqət, Rəbbimizi hirsləndirəcək bir şey söyləyə bilmərikbuyurmuşdu.

“Bir uşaq öləndə Allahu təala bildiyi halda mələklərinə soruşar:

Onları Cənnətə aparın

Qiyamətdə Allahu təala möminlərin uşaqları üçün, Onları Cənnətə aparın” buyurur. Mələklər uşaqların Cənnətə girməsini söyləyər. Uşaqlar, “Ana-atamız hanı?” deyərlər. Mələklər, “Onlar sizin kimi günahsız deyildir. Görüləcək hesabları var” deyərlər. Uşaqlar ağlaşar, “Ana-atamızı almadan Cənnətə girmərik” deyərlər. Cənabı Haqq uşaqlara buyurar ki:

“Ey balalar, haydı gedin, ana-atanızı da alıb Cənnətə girin!”  [Nəsai]

Hədisi-şəriflərdə buyuruldu ki:

“Kiçik ikən ölən uşaqlar ana-ataları ilə qarşılaşanda, əllərindən tutub, ana-ataları  Cənnətə girənə qədər onlardan ayrılmazlar.” [Müslim]

“Heç bir Müsəlman yoxdur ki, yetkinliyə çatmamış bir uşağı ölsün, Allahu təala bol rəhməti səbəbiylə onu Cənnətə qoymasın.” [Buxari, Nəsai]

“Üç övladı ölmüş olan bir Müsəlman atəşə girməz.” [Buxari, Müslim]

“Kimin yetkin olmamış üç övladı ölmüşsə, bu uşaqlar onu oddan qoruyan bir qala olar, ölən övlad iki, hətta bir olsa da...” [Tirmizi]

Peyğəmbər əfəndimiz, “Üç uşağı ölən Cənnətə girər” buyurdu. Oradakılar, “İki uşağı ölən də?” deyə sual edəndə, “İki uşağı ölən də Cənnətə girər” buyurdu. “Bəs bir uşağı ölən?” deyə təkrar sual ediləndə, buyurdu ki: “Allaha and içirəm ki, bir uşaq doğulub dərhal ölsə, anası səbir edib savabını Allahu təaladan gözləyərsə, anasını Cənnətə aparar.” [Təbərani]

Yenə buyurdu ki:

“Alan da verən də Allahu təaladır. Uşağı ölən o qadına başsağlığı verin. Səbir etsin, əcrini görəcəkdir.” [Müslim]

Müsibətə uğrayana təsəlli vermək lazımdır. Bir hədisi-şərifdə buyuruldu ki:

“Uşağı ölənə təsəlli verənə Cənnət əbası verilər. Müsibətə uğrayanı təsəlli edən onun savabı qadar savab qazanar.” [Tirmizi]

Sual: Uşağım yoxdur və ya öldü deyə çox kədərlənmək uyğundur?

CAVAB

Xeyr. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala sevdiyi qulu özünə bağlayar. Uşağı ilə məşğul etməz.” [Deyləmi]

Bəlanın gəliş səbəbləri

Sual: Bəzi hədisi-şəriflərdə, Peyğəmbəri sevənin, müxtəlif müsibətlərə məruz qalacağı və Ona düşmənlik edənin isə mal və övladı çox olacağı bildirilir. Bunun şərhi necədir?

CAVAB

İnsanlara dərd, bəla, müsibət bir neçə səbəbdən gələr:

  1. Bunlardan biri işlədiyimiz günahlar səbəbi ilədir. İmam Rəbbani həzrətləri buyurur ki: Bəlanın gəlməsinə səbəb günah işləməkdir. Quranı-kərimdə məalən buyurulur ki:

“Sizə gələn müsibət, işlədiyiniz [günahlar] üzündəndir.” [Şura 30]

“Sənə gələn pislik özündəndir, [günahların üzündəndir] [Nisa 79]                          

“Bir millət özünü pozmadıqca, Allah onların hallarını dəyişdirməz.” [Rad 11]

  1. Bəla, xəstəlik və müsibətlər günahların kəffarəsi [əfv olması] üçün gələr. Dünyada müsibətlərə məruz qalıb haqqı ilə səbir edən axirətə günahsız gedər.

Hədisi-şəriflərdə buyurulur ki:

“Hər müsibət əfv ediləcək bir günah üçün gələr.” [Əbu Nuaym]

“Möminə gələn hər çətinlik günahlarına kəffarə olar.” [Buxari]

“Möminin günahları əfv olana qədər bəla və xəstəlik gələr.” [Hakim]

İnsan ona gələn bəladan xoşlanmaz. Halbuki günahları əfv olacaq və gözəl səbir edərsə axirətdə böyük nemətlərə qovuşacaqdır. Qurani-kərimdə məalən buyuruldu ki:

“Xoşlamadığınız şey sizin yaxşılığınıza, sevdiyiniz şey də pisliyinizə ola bilər. Siz bilməzsiniz Allah bilər.”  [Bəqərə, 216]

  1. Cənnətdə yüksək dərəcələrə qovuşması üçün möminə müsibət gələr. Bunun üçün Peyğəmbərlərə çox bəla gəlmişdir. Hədisi-şəriflərdə buyurulur ki:

“Nemətə qovuşması üçün insana müsibət gələr.” [Buxari]

“Müsibət, qovuşulacaq bir dərəcə üçün gələr.” [Əbu Nuaym]

“Allahu təalanın xeyrini murad etdiyi qul bəlaya məruz qalar.” [Tabərani]

İnsan həmişə səhhət və səlamətdə olsaydı, bu ikisi onun həlakı üçün kafi gələrdi.” [İ.Asakir]

“Mömin, kərtənkələ dəliyində gizlənsə, ona əza edəcək biri müsəllət olar.” [Beyhəqı]

“Dünya, [Cənnətdəki nemətlərin yanında] möminə zindandır.” [Mülsim]

“Allahı və Rəsulunu sevən, bəlaya [hazırlıq olsun] zireh geyinsin!” [Beyhəqı]

 “Ən şiddətli bəla Peyğəmbərlərə, vəlilərə və bənzərlərinə gələr.”  [Tirmizi]

Demək ki, bəlanın ən şiddətlis Allahu təalanın çox sevdiyi kəslərə gəlir. Bəlalara səbir siddiqlərin dərəcəsidir. Peyğəmbər əfəndimiz, ona gələcək müsibətlərə qarşı dayanma gücü verməsi üçün Allaha təalaya dua edərdi.

  1. Bəla, imtahan üçün də gələr. Baxaq, qul Allahu təalanın göndərdiyi bəlaya razı olacaqmı, olmayacaqmı? Hədisi-şəriflərdə buyurulur ki:

“Şübhə edilən qızıl odla yoxlanıldığı kimi, insan da bəa ilə imtahan olunar.”  [Tabərani]

“Ya Rəbbi, məni sevənlərə xeyirli mal ver! Mənə düşmənlik edənə də çox mal, çox övlad ver!”  [İbni Asakir]

Mal və övlad fitnədirmi?

Mal və övlad haqqında Qurani-kərimdə məalən buyurulur ki:

“Mallarınız və uşaqlarınız sizin üçün əlbəttə fitnədir.” [Təqabün 15]

Fitnə imtahan deməkdir. Anarxiya, fitnə-fəsad, günah, şirk, bəla, düşmən və daha başqa mənalarda da işlənir. Mal və uşaqlar xeyirli olmazsa bəla olar, fitnə olar.

İnsan, ümumiyyətlə malından yaxşı yolda istifadə etməz. Bu baxımdan malı özü üçün düşmən olmuş olar. Əslində mal, qılınc kimi bir nemətdir. Yaxşı istifadə edilməzsə sahibini kəsər. Övlad da, bir nemət ikən, yaxşı tərbiyyə edilməzsə, ana-ataları ilə birlikdə Cəhənnəmə gedər. Nemət, düşmən insana olar. Əksər insanlar bu imtahanı qazanmadığı üçün, mala və övlada fitnə deyilmişdir. Məsələn, isveçrəlilər ümumiyyətlə xəsis olduqları üçün hər isveçrəliyə xəsis gözü ilə baxılır. Bəlkə də içlərində çox comərd olanları da vardır. Hökm əksəriyyətə görə verilər. Peyğəmbər əfəndimiz, “Zənginlərin və qadınların çoxunu Cəhənnəmdə gördüm” buyurdu. Halbuki Cənnətə gedəcək zənginlər və qadınlar da çoxdur. (Ramuz)

“Sizin çoxluğunuzla digər ümmətlərə qarşı iftixar edərəm” “Vəlud [doğuran] qadınla evlənin” hədisi-şərifləri evlənməyi təşviq edir. Lazımı İslami tərbiyə verilə bilmədiyi üçün gənclər namaz qılmamaqda, dindən uzaqlaşmaqda, hətta bir qismi dinsiz və anarxist olur.  Peyğəmbər əfəndimiz əlbəttə belə gəncliklə öyünməz. İbi Asakirin bildirdiyi “İki yüz ildən sonra ən yaxşınız xanımı və uşağı olmayandır” hədisi-şərifi, vəziyyət uyğun olmayanda, övlad sahibi olmamağın daha yaxşı olduğunu göstərir.

Sual: Kiçik uşaqlar da ölərkən sıxıntı çəkirmi?

CAVAB

Bir Müsəlman uşaq ölüm döşəyində ikən, 360 mələk gələr, o günahsız qarşısında dayanıb, Ey məsum, müjdələr olsun sənə, bu gün ölmüş olan, əba və əcdadını və bütün qonşularını Haqq təaladan dilə” deyərlər.

Mələklər, başına bir şəfaət tacı ilə qeyrət və qüvvət köynəyini geyindirib, gözünün pərdəsini qaldırarlar. Pərdələr qalxanda, ta Həzrəti Adəm əleyhissəlamdan bəri keçmiş əcdadlarını görər. Onların bəzisi üçün hazırlanan əzabı görəndə, qışqırıb titrəyər. Bunu bilməyənlər can çəkişir zənn edər. 

Can alıcı mələklər gələrlər, “Ey məsum, aləmlərin yaradıcısı sənə salam söyləyib, “Mən onu yaratdım, yenə mənə gəlsin. O ruh əmanətini mən verdim, yenə mənə versin. Onun qarşılığında ona Cənnət və didar verim” buyurdu. Haydı üzünü çevir, bax” dediklərində, o günahsız da baxar, mələkləri görər. Sevincdən coşub titrəyər və döşəyində can verməyə atılar. 

Yenə o əzab içindəki əcdadları gözünə görünəndə, yenə canını vermək istəməyib, “Ey mələklər! Allahu təala qohum və əcdadımı mənə bağışlasın” deyər. Allahu təala da, “İzzim haqqı üçün bağışladım” buyurar.

Mələklər, “Ey məsum, sənə müjdələr olsun, Haqq təala imanı olanların günahlarını bağışladı və bütün diləklərini qəbul etdi” dediklərində, məsum sevincli ikən məsumun anası və atası surətində iki huri gəlib, qollarını açaraq, “Ey övladımız, bizimlə gəl, biz Cənnətdə sənsiz ola bilmərik” deyərlər.

Məsumun əlinə bir Cənnət meyvəsi verərlər. Məsum, meyvəni iyləyərkən Əzrail əleyhissəlam, özü kimi, bir gözəl məsum olub, xəbərsizcə canını alar və Cənnətə aparar.

Orada yaşıl bir səhra vardır. Məsum, “Məni buraya nə üçün gətirdiniz” deyə soruşar.

Mələklər belə cavab verərlər:

Qiyamət yeri vardır. Çox istidir. Bu səhrada, 70 min rəhmət çeşməsi vardır. Rəsuli-əkrəmin havzının başında dayanıb, nurdan badələri görərsən.

Anan, atan qiyamət yerinə gəldiklərində, bu badələri su ilə doldurub onlara verərsən və onları buraxma ki, Cəhənnəm yoluna getməsinlər. Çünki, sənin duan Haqq qatında məqbuldur. Cümə gecələri yer üzünə enərsən. O vaxt Allahu təalanın salamını Müsəlmanlara çatdırarsan.

Uşağı ölüb, səbr edən ana-ata nə xoşbəxtdir...

22-03-2018, 12:29
Geri