Gözəl İslam / Övlad sevgisi

Övlad sevgisi

Sual: Ata-ananın böyük olsa da oğlunu, qızını və nəvəsini öpməsi caizdirmi?

CAVAB

     Böyük-kiçik uşaqlarımıza sevgi və şəfqət göstərmək, sevib öpmək sünnətdir. Rəsulullah əfəndimiz evinə gələn kiçik uşaqları sevər, başlarını sığallayar, evin içində oynamaqlarına da icazə verərdi. Ənəs ibn Malik həzrətləri buyurur:

     Rəsulullah uşaqlara qarşı da insanların ən şəfqətlisi idi. Oğlu İbrahimin süd anası Mədinənin bir kənarında yaşayırdı. Qadının əri dəmirçi idi. Rəsulullah ilə bu evə tez-tez gedərdik. Çatanda dəmirçinin tüstü ilə dolmuş evinə girər, uşağı qucaqlayar, öpər və bir müddət sonra qayıdardı. Bir nəvəsi və öz oğlu İbrahim ölərkən də ağlamış, “Şəfqətimdən ağlayıram. Allahu təala ancaq mərhəmətli olana rəhmət edər” buyurmuşdur.

      Hədisi-şəriflərdə buyuruldu ki:

“Uşaqlarınızı çox öpün, hər öpəndə Cənnətdəki dərəcəniz yüksələr” [Buxari]

“Uşaq qoxusu Cənnət qoxusudur” [Tabərani]

“Uşaq dünyada nur, axirətdə sürurdur.” [ Şira]

“Uşaqları sevib oxşayın, onlar könül meyvəsi, göz nurudur.” [Əbu Yala]

“Uşaqlarımız ciyər-paralarımızdır.” [ B. Arifin]

“Uşaq sevgisi Cəhənnəm atəşinə qarşı pərdədir. Uşaqlara yaxşılıq etmək Siratı keçməyə səbəbdir. Onlarla bir yerdə yeyib-içmək Cəhənnəmdən qurtuluşdur.” [Şira]

“Cənnətdəki “Sevinc sarayı”na ancaq uşaqları sevindirənlər girər.” [İ.Adiy]

“Övladınıza ikram edin, necə ata-ananızın sizdə haqqı varsa, övladınızın da sizdə haqqı vardır.” [Tabərani]

“Uşağına yaxşılıq etmək üçün kömək edən ataya Allah rəhmət etsin!” [İ. Hibban]

“Lə iləhə illəllah deyənə qədər uşağı tərbiyə edən hesaba çəkilməz.” [Tabərani]

“Uşaqsız bir evin bərəkəti olmaz.” [Əbuşşeyx]  

  Bir bədəvi “Ya Rəsulallah, siz uşaqları sevib öpürsünüz. Biz heç öpmərik” dediyi zaman ona “Şəfqət və mərhəmət hissi olmayana nə deyim?” buyurdu. (Buxari)

Axnəf ibn Qays həzrətlərinin bir ataya nəsihəti belədir:

“Uşaqlar könlümüzün meyvəsi, arxamızda dayaqdır. Bizlər onların ayağı altında yumşaq yer, başları üstündə kölgə olar və onlar üçün hər çətinliyə qatlanarıq. Nə istəsələr verər, əsəbləşərlərsə qəzəblərini sakitləşdirməyə çalışarıq. Sənə olan sevgisi səni razı etsin. Sıxıntı vermə ki, səndən uzaqlaşmasınlar və ya səndən bezib ölməyini istəməsinlər!”

Bir vəzifəyə təyin edilən şəxs Həzrəti Ömərin uşağını öpməyini görəndə deyər ki:

-Mənim bir neçə uşağım var, amma heç birini öpmürəm.

Həzrəti-Ömər isə buyurur ki:

- Sənin kiçiklərə şəfqətin yox imiş, böyüklərə necə mərhəmət edərsən? Sənə verdiyim vəzifəni geri alıram.

Əbu Sələmə anladır:

Uşaq ikən süfrədəki yeməyi hamıdan əvvəl yeməyə çalışardım. Yenə eyni şeyi edərkən, Rəsulullah yavaşca Bəsmələ çəkilməsini, sağ əl ilə önümdən yeməyi söylədi.

  Nəvə sevgisi

Nəvə sevgisi övlad sevgisindən daha irəlidir. Rəsulullah əfəndimiz namaz qıldırarkən nəvəsi Həzrəti Həsən səcdədə mübarək çiyninə çıxıb oturdu. Rəsulullah əfəndimiz səcdəni uzadarkən, səhabədən, “görəsən əmri haqq vaxtı gəlib, vəfat etdimi?” deyə fikirləşənlər oldu. Namazdan sonra səcdəni nə üçün uzatdığını soruşanlara buyurdu ki:

“Səcdədə ikən nəvəm çiynimə çıxdı. Könlü xoş olana qədər endirmədiyim üçün səcdə uzandı.” [ Nəsai]

Peyğəmbər əfəndimizin Həzrəti Həsəni öpdüyünü görən bir şəxs “On oğlum var heç birini öpmürəm” dedi. Rəsulullah əfəndimiz “Mərhəmət etməyən mərhəmətə qovuşmaz” buyurdu. [Buxari]

Rəsulullah əfəndimiz Həzrəti Həsəni bir dizinə, Həzrəti Hüseyni də o biri dizinə oturdar, bağrına basar, sonra da “Ya Rəbbim, Bunlara rəhmətini ehsan et, bunları sevər, bunlara şəfqətim var”dedi. [Buxari]

Peyğəmbər əfəndimiz Həzrəti Həsəni öpdükdən sonra Əshabı-kirama buyurdu ki:

“Uşaqlar utancaqdır, halı bilinməz, bəlkə kədərlidir.” [B. Arifin]

Qurani-kərimdə malın, övladın fitnə, yəni, imtahan olduğu bildirilir. [Təqabün 15]

“Ya Rəbbim, düşmənlərimə çox mal, çox övlad ver” hədisi-şərifi mal və övlad xeyirli olmadığı təqdirdə bəla olduğunu bildirməkdədir. [Bəriqa]

Mal, uşaq və xanım cihad, namaz kimi ibadətlərə mane ola bilər. Diqqətli olmaq lazımdır. Peyğəmbər əfəndimiz “Axır zamanda sizin ən yaxşınız uşaqları olmayandır” buyurur. Ən yaxşılardan olanlara müjdələr olsun! Bunun üçün bir İslam alimi “Bu dövrdə uşağı olmayan şükür səcdəsi etməlidir” buyurmuşdur.

 

2-04-2018, 13:50
Geri