Gözəl İslam / Uşaq necə tərbiyə edilir

Uşaq necə tərbiyə edilir

Sual: Uşağı necə tərbiyə etmək lazımdır?

CAVAB

     Uşaq ata-ana əlində bir əmanətdir. Uşaqların təmiz qəlbləri qiymətli bir cövhər olub, mum kimi hər şəklə düşə bilir. Kiçik ikən heç bir şəklə girməmişdir. Təmiz bir torpaq kimidir. Təmiz torpağa hansı toxum əkilirsə, onun məhsulu yığılır. Bunun üçün ağac yaşkən əyilər, deyiblər. Bunun kimi uşaq da, nəyə meyl etdirilərsə oraya yönələr. Əgər xeyri adət edər, öyrənərsə, xeyir üzərinə böyüyər. Uşaqlara iman, Quran və Allahu təalanın əmirləri öyrədilər və etməyə vərdiş etdirilərsə, din və dünya səadətinə qovuşarlar. Bu səadətə ata-ana və müəllimləri də şərik olar. Əgər bunlar öyrədilməz və vərdiş etdirilməzsə bədbaxt olarlar. Edəcəkləri hər pisliyin günahı ata-anasına və müəlliminə də verilər.

     Müsəlman əmri altında olanlara cavabdehdir. Hədisi-şəriflərdə buyuruldu ki:

     “Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi siz də evinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara Müsəlmanlığı öyrətməsəniz cavabdeh olarsınız.” [Müslim]

    “Uşaqlarına Qurani-kərim öyrədənlərə və ya Qurani-kərim müəlliminə göndərənlərə, öyrədilən Quranın hər hərfi üçün on dəfə Kəbeyi-muazzama ziyarəti savabı verilər və qiyamətdə başına dövlət tacı qoyular. Bütün insanlar görüb imrənər.” [S.Əbədiyyə]

“Bir çox müsəlman övladı ataları üzündən Veyl adındakı Cəhənnəmə gedəcəkdir. Çünki, onların atası ancaq pul qazanmaq və kef etmək həvəsinə düşüb, yalnız dünya işləri arxasına qaçıb, övladlarına Müsəlmanlığı və Qurani-kərimi öyrətmədilər. Mən belə atalardan uzağam. Onlar da məndən uzaqdır. Uşaqlarına dini öyrətməyənlər Cəhənnəmə gedəcəkdir.”   [S.Əbədiyyə]

Özünün etməsi haram olan şeyi uşağına etdirən şəxs haram işləmiş olar. Uşaqlarına içki içirdən, qumara vərdiş etdirən, əxlaqsız nəşriyyatı oxumasına səbəb olan, yalançılıq, oğurluq kimi pis xasiyyətə vərdiş etdirən, qibləyə qarşı ayaq uzatmasına səbəb olan kimsə günah işləmiş olar. Dinimizin təməli imanı, fərzləri və haramları öyrənmək və öyrətməkdir. Allahu təala Peyğəmbərləri bunun üçün göndərmişdir. Gənclərə bunlar öyrədilmədiyi zaman İslamiyyət yıxılar, yox olar. Allahu təala Müsəlmanlara Əmri-məruf etməyi əmr edir. Yəni, mənim əmrlərimi bildirin, öyrədin buyurur. Nəhyi-münkər etməyi də əmr edərək qadağan etdiyini bildirdiyi haramların edilməsinə razı olmamağımızı istəyir.

Qurani-kərimdə məalən buyurulur ki: “Özünüzü və ailə üzvünüzü Cəhənnəm atəşindən qoruyun!” [Tahrim 6]

Qurani-kərimdə nəfsimizi və ailə üzvlərimizi Cəhənnəm atəşindən qorumağımız əmr edilmişdir. Əlli, yüz illik qısa bir həyat üçün övladımızı dünya fəlakətlərindən qorumağa çalışdığımız kimi, əbədi fəlakətə düçar olmaması üçün axirətini də qorumağımız lazımdır. Bir atanın övladını Cəhənnəm atəşindən qorumağı, dünya atəşindən qorumağından daha mühümdür. Cəhənnəm atəşindən qorumaq da imanı, fərzləri, haramları öyrətməklə, ibadətə vərdiş etdirməklə, pis dostlardan və zərərli nəşriyyatdan qorumaqla olar.

 Bütün pisliklərin əsası pis dostdur. Pis dostları onun kobud, yalançı, oğru və hörmətsiz olmasına səbəb ola bilər. İllərcə bu pis xasiyyətlərdən qurtula bilməz bilməz.

Nə vaxt uşaqda yaxşı bir hərəkət görülərsə, onu təqdir etməli, mükafatlandırmaq lazımdır! İnsanların yanında bəzən onu tərifləmək lazımdır. Əmisi, mənim uşağım belə etdi deyərək, yaxşıya təşviq edilməlidir. Bir qəbahət iş və ya pis bir söz deyərsə bir neçə dəfə görməzdən gəlməli, “bunu etmə” deməməli, danlamamalıdır. Tez-tez danlanan uşaq cəsarətlənər, gizli etdiklərini aşkar etməyə başlayar. Etdiyi pis işlərin zərərini ona şirin dil ilə başa salmalı, xəbərdarlıq edilməlidir! Edilən iş dinə ziddirsə işin zərəri, pisliyi və nəticəsi başa salınaraq, o pis işə mane olmaq lazımdır.

Ata, ata olduğunu, böyük olduğunu hiss etdirməlidir! Ana uşağı atası ilə qorxutmalıdır!

Hər gün bir müddət oynamasına icazə verilməlidir ki, uşaq darıxmasın. Darıxmaqdan və kədərlənməkdən pis xasiyyət hasil olar, qəlbi qaralar. Heç kimdən pul istəməyə icazə verilməməli, artıq danışmamağı, böyüklərə hörmət etməyi öyrədilməlidir. Yaxşı insanların gözəl hallarını anladıb onlar kimi olmağa, pis insanların pisliklərini anladıb onlar kimi olmamağa diqqət etməyi öyrədilməlidir.

Uşağa hər istədiyini almaq və lyuks içində yaşatmaq düzgün deyildir. Böyüyəndə də hər istədiyini ələ keçirməyə çalışar, lakin buna müvəffəq ola bilməyəndə xəyal qırıqlığına düşər, üsyankar olar. Özümüz halal yediyimiz kimi uşaqlarımıza da halal yedirtməliyik. Haramla qidalanan uşağın bədəni nəcasətlə yoğurulmuş palçıq kimi olar. Belə uşaqlar da pisliyə, yanlışlığa meyl edərlər.

Uşağa israf etməməyi, qənaətkar olmağı öyrətmək lazımdır. Bəzən də yavan çörək yeməyə öyrətməlidir. Pis yerlərə getməyinə mane olunmalıdır! Uşaq pis insanların yanında əxlaqsız, yalançı və həyasız olar.

Ata həmişə nə qaşqabaqlı olmalı, nə də uşaqla həddən artıq yaxın olmalı, danışığının heybətini qorumalıdır. Uşağa atasının malı ilə, rütbəsi ilə öyünməməsi başa salınmalıdır! Təvazökar və kübar olmağı öyrədilməlidir! Başqalarından bir şey almağın zillət olduğunu, verən əlin alan əldən üstünlüyünü bildirməlidir! Xəsisliyin çirkin olduğu öyrədilməlidir!

Başqalarının yanında tərbiyəli oturmağı, ayağı ayağın üstünə qoymamağı, yüngül hərəkətlərdən gen durmağı təlqin edilməlidir!

Artıq danışmaq uşağa qadağan edilməlidir! Artıq danışmağın həyasızlığa yol açdığı, boşboğazlığın pis olduğu başa salınmalıdır! Necə olsa uşaq danışmağı öyrənəcəkdir. Məqsəd, ona lazım olanda susmağı və böyüklərin sözünü dinləməyi öyrətməkdir. 

Düzgün də olsa, çox and içməyə icazə verilməməlidir! Vara-yoxa and içmək pis bir vərdişdir. Böyüklərə hörmətin, yerini onlara verməyin və hər kəslə yaxşı dolanmağın əhəmiyyəti başa salınmalıdır.

Uşağı daha kiçik ikən namaza öyrətmək lazımdır. Böyüdükdə namaz qılmaq çətin gələ bilər. Başqasının malını oğurlamağı, haram yeməyi, yalan danışmağı gözündə çirkin göstərəcək şəkildə başa salınmalıdır! Belə böyüdüb, həddi-buluğa çatanda bu ədəblərin incəlikləri ona söylənməlidir.

Hər işi adət olaraq etməməsi, niyyətlə, şüurla etməsinin lüzumu başa salınmalıdır. Məsələn, yeməkdə məqsəd, qulun Rəbbinə ibadət etməsi, insanlara, vətəninə, millətinə faydalı xidmət göstərməyi, insanların səadəti üçün çalışmalı olduğu öyrədilməlidir. Dünyadan məqsədin, axirət üçün azuqə yığmaq olduğu, dünyanın heç kimə qalmadığı, ölümün tez və anidən gələcəyi başa salınmalı, “Nə xoşbəxt o kimsəyə ki, dünyada ikən axirət azuqəsi əldə edər, Cənnətə və Allahu təalaya qovuşar” deməlidir. Kiçik yaşında belə tərbiyə edilərsə, daş üzərinə yazılan yazı kimi olar və asan silinməz.

Peyğəmbər əfəndimiz buyurdu ki:

“Bütün uşaqlar Müsəlmanlığa əlverişli olaraq dünyaya gələr. Daha sonra onları ata-anaları xristian, yəhudi və dinsiz edər.” [Tabərani]

Hədisi-şərifdə Müsəlmanlığın yerləşdirilməsində və yox edilməsində ən mühüm işin uşaqlıqda və gənclikdə olduğu bildirilməkdədir. O halda hər müsəlmanın birinci vəzifəsi övladına İslamiyyəti və Qurani-kərimi öyrətməkdir. Övlad nemətinin qiyməti bilinməzsə əldən gedər. Bunun üçün “Pedaqojiyə”, yəni uşaq tərbiyəsi çox qiymətli bir elmdir.

İslam dininə qarşı olanlar bu mühüm nöqtəni başa düşdükləri üçündür ki, “Gəncliyin ələ alınması birinci vəzifəmizdir. Uşaqları dinsiz olaraq böyütməliyik” deyirlər. İslamiyyəti yox etmək və Allahın əmrlərinin öyrədilməsinə və etdirilməsinə əngəlləmək üçün “Gənclərin başlarını yormamaq lazımdır. Din biliklərini böyüyəndə özləri öyrənərlər” deyirlər.

 Bu gün bütün xristian ölkələrində bir uşaq dünyaya gələrkən ona dinlərinin zərurətini etdirirlər. Hər yaşdakı insanlara xristianlığı həssaslıqla təlqin edirlər. Müsəlmanların imanlarını, dinlərini oğurlamaq, yox etmək və onları da xristian etmək üçün İslam ölkələrinə paket-paket kitab, broşur və kaset göndərirlər.

O halda müsəlmanlar din cahillərinin hiylələrinə, yalanlarına aldanmamalı, uşaqlarımıza sahib çıxmalıyıq. Onlara sahib çıxmaq da, dinimizin əmrlərinə uyğun olaraq böyütməklə olar. Əxlaqı dəyişdirmək mümkün olduğu üçün Peyğəmbər əfəndimiz, “Əxlaqınızı gözəlləşdirin” buyurdu. Əslində din gözəl əxlaq deməkdir. O halda dinin əmrinə uyub, qadağan etdiyindən çəkinən xasiyyətini dəyişdirib gözəl əxlaqlı olar. Gözəl əxlaqlı olan da iki cahanda rahat olar.

Ən  vəhşi heyvan belə tərbiyə ilə əhilləşdirilir. Heç bir vaxt alma çəyirdəyindən portağal olmaz. Lakin, almanın pöhrəsini böyüdərək lazımlı calaq və lazımi tədbirlərlə keyfiyyətli alma verən bir ağac olaraq yetişdirmək mümkündür. Bunun kimi insan təbiətində olan bəzi arzular yox edilə bilməz, lakin tərbiyə edilə bilər.

Uşaqlarımıza necə tərbiyə verməli

Sual: Uşaqlarımıza necə tərbiyə verməliyik və tərbiyədə əsas olanlar nədir?

CAVAB

Tərbiyədə bunu et, onu etmə demək yerinə örnək olmaq lazımdır. Bunun üçün “Lisani-hal, lisani-qaldən əntaqdır” deyilmişdir. Yəni, insanın hal və hərəkəti sözündən daha təsirlidir.

Bir örnək verək:

Bir ticarət karvanı gəlib, gecə Mədinənin girişində dayandı. Yorğunluqdan yatdılar. Xəlifə Həzrəti Ömər onları görərkən, Abdurrahman ibn Avfa “Bu gecə bir karvan gəlmişdi. Hamısı kafirdir. Amma bizə sığınmışdır. Əşyaları çoxdur və qiymətlidir. Yadlar, yolçular onları soya bilər. Gəl onları qoruyaq” dedi. Sabaha qədər gözləyib, sabah namazında məscidə getdilər. Karvandakı bir gənc yatmayıb onları güdməyə başladı. Araşdırdı, bu iki kişidən birinin Xəlifə olduğunu öyrənərkən gəlib yoldaşlarına danışdı. Xəlifənin bu hərəkətindən İslamiyyətin haqq din olduğunu anlayıb hamısı müsəlman oldu.

Ata siqaret çəkir, qumar oynayırsa, uşağına bunları etmə deməyi o qədər də təsirli olmaz. Bunlar pis olsaydı atam etməzdi deyər. Yaxşı şeylər, fədakarlıqlar edilərsə örnək olar. Uşağa yaxşılıq etməyin faydası anladılmalıdır. Beləcə, uşaq paxıl olmaqdan azad edilər. Paxıl böyüyənlər özlərini cəmiyyətə uyğun bilməz, hətta adət və qanun tanımaz olar.

Tərbiyədə əsas olanlar:

Zəka: Uşaq ilk gördüyü əşyanı araşdırmağa, qurcalamağa və soruşub öyrənməyə həvəslidir. Onun üçün uşaqlara həmişə yaxşı və gözəl şeylər göstərilməli, cavabları düzgün cavablandırılmalıdır. Belə olduqda uşağın düşünmə qabiliyyəti inkişaf etmiş olar. [3-6 yaş arası buna çox diqqət etmək lazımdır. Bu vaxtlar beynin və zəkanın inkişafı üçün ən önəmli dövrdür.] 

Ruh: Həssas və küsəyən uşaqlara acı da olsa həqiqətləri görməyi və dözümlülük öyrədilməlidir. Sərt xasiyyətli uşaqlara isə onları duyğulandıracaq, örnək verərək həssas olmağına çalışılmalıdır.

İradə: Güclü iradəyə sahib olmağına çalışılmalıdır. Zəif iradəli uşaqları bir az sərbəst buraxıb özünə olan inamını artırmalıdır. İradəsi qüvvətli uşaqlarda isə tərbiyə daha sərt olmalıdır. Ancaq yenə də sevgi və anlayış göstərmək şərtdir.

Tərbiyədə bunlar önəmlidir:

Din: Allahu təalanın yaxşı, çalışqan və dürüstləri sevdiyini, onları Cənnətə qoyacağını, pisləri sevmədiyini və onları da Cəhənnəmdə cəzalandıracağını öyrətmək lazımdır.

Sevgi: Tərbiyədə sevgi kimi ciddiyyət də çox önəmlidir. Ata-ananın yola getməməyi, hətta ayrılığı uşaq ruhunda fırtınalar qopardır.

Cəza və mükafat: Onu edərsənsə bunu vermərik, bayıra çıxartmarıq kimi bəzi cəzalar uyğun olsa da, qətiyyətlə vermək olmaz. Cəza qəlb qıran olmamalı, kiminsə yanında edilməməlidir. Əvəzində yaşına görə oyuncaq və ya velosiped alıb mükafat verilməlidir. “Qurani-kərimi oxuduğum üçün atam mənə bu velosipedi aldı” deyə bilməlidir.

Oyunlar: Yaşına uyğun olaraq, müxtəlif idman növləri bədənin və zəkanın inkişafını gücləndirər.

Mühit: Hədisi-şərifdə, “İnsanın dini dostunun dini kimidir” buyuruldu. Yaxşı mühit və yaxşı dost əldə edilməlidir.

 Ən dəyərli sərmayə

Sual: Uşaqlar evdə tez-tez dedilər ki, bizə hər həftə jurnal al. Biz də araşdırmaq üçün bir baxaq, dedik. Çünki, səhv bir şey oxudarıq deyə qorxuruq, axı onlar bizim hər şeyimizdir. Bizə tövsiyə edəcəyiniz bir jurnal varmı?

 CAVAB

Əzmli olduğunuz üçün sizi təbrik edirik. Çünki, bu gün insanların ən çox danışdığı mövzulardan biri iqtisadiyyatdır. Bir çox söhbətin mövzusu torpaq sahəsi, birja, avro, dollar, qızıl, aksiya, qiymətli kağızlar və s. İnsanlar ən sərfəli sərmayə vasitəçi hansıdırsa, haqlı olaraq ona tərəf yönəlmək istəyir. Bu normaldır, yadırğamalı tərəfi yoxdur.

Unutmamalıyıq ki, bu sərmayələrdən daha çox önəmli olan bir sərmayə yenə var. O da uşağa edilən sərmayə, insana edilən sərmayə. Dünyanın ən çətin işi insan böyütməkdir. Bir insanın böyüməyində bir çox ünsür rol alır. Bunların içində ən önəmliləri; ailə, mühit, məktəb və mətbuatdır.

Dünyadakı bütün ölkələr öz uşaqlarının və gənclərinin dürüst, çalışqan, gözəl əxlaqlı, bacarıqlı, mədəni, cəmiyyətə xeyirli, vətənpərvər, təhsilli və özü öz dəyərlərinə hörmətli insanlar olaraq böyüməyini istəyər. Bunun üçün səy göstərərlər. Bunu bacaran ölkələrin digər çətinlikləri daha asan və daha tez həll olur. Çünki, hər şeyin əsası insandır. İnsanın yaxşı böyüməsi üçün hər bir məsrəfdən və çətinlikdən yayınmayanlar, uğurun və mədəniyyətin zirvəsinə yüksəldilər. Osmanlı belə etdi. Amerika və Avropa indi [Osmanlını təqlid edərək] belə edir.

Böyük şəhərlər başda olmaq olmaqla ətrafımız da lap kimsəsiz deyil. Yəni, bayır təhlükələrlə doludur.

Kütləvi informasiyanın böyük bir hissəsi şiddət və cinsi mövzulara yer verir. İnsanın tərbiyəsinə zərərli və müxtəlif pislikləri cazibəli hala gətirdiyi üçün baxılmağı, oxunmağı qadağan olunan bir çox yayım var.

 Geriyə nə qaldı… Ancaq ailə…

Bütün valideynlərin tək dərdi uşaqların yaxşı bir şəkildə böyüməsidir. Bu mövzuda öz səyləri kifayət deyil. Uşaqları pis yoldaşların, mətbuatın bütün növlərinin zərərlərindən qorumaq lazımdır.

Bəli, sizə də tövsiyə edəcəyimiz bu mövzuda illərdir üzümüzü ağardan bir yayım var. Biz ona “Ən yaxşı dost” deyirik. Yaxşı ki, var. Uşaqlarımızı bir xanım, bir bəy olaraq böyütmək üçün səy göstəririk. Onlara vətən, millət, bayraq sevgisini, əcdada hörməti, öz mədəniyyətinə və dəyərlərinə sahib çıxmağı öyrədir.

Onlara çalışqan, səbirli, kübar və zərif olmağı, bacarıqlı olmağın yollarını, ata-anaya hörməti öyrədir. Oxumağa vərdiş etdirilir. Onları əyləndirərkən çox dəyərli bilgilər verir. Zəkalarının inkişafı üçün xüsusi tapmacalar, zəka oyunları hazırlayır. Sözün qısası, uşağının yaxşı böyüməsini istəyən valideynlər, ailə birliyinə, qadın-kişi münasibətlərinə zərər verməyən qəzet və jurnallarla tanış etməlidir.

Tək başına bir uşağı böyütmək də mümkün deyildir. Yaxşı bir mühitə düşməli, yaxşı insanlarla dostluq etməsi lazımdır. Aile cəmiyyətinə zərər verməyən mətbuatı yayınları və gözəl ədəb-əxlaq öyrədən dəyərli əsərlər oxumalı və oxutmalıdır.  Hər şeyi ziddi məhv edər. Pis əxlaqı yaxşı əxlaq yox edər. Bu baxımdan özünü zorla da olsa yaxşı işlər etməyə vərdiş etməli, onları adət halına gətirməlidir. Uşaq, işi və əxlaqı gözəl olan insanlarla dostluq etdirilərsə, gözəl əxlaq öz-özündən onun təbiəti olar. Uşaqlar bu əsaslar daxilində böyüdülərsə dünya və axirət səadəti əldə edilər.

 Qiyamət günü ana-ata uşağına öyrətməsi lazım olan elmlərdən məsul olacaq, vəzifəsini etməmişdirsə, yaxud qüsurlu etmişdirsə cəzasını çəkəcək. Uşaqlarını İslam Tərbiyəsi üzərində böyütməyənlər dünya və axirət fəlakətinə məruz qalacaqlar. Nə xoşbəxt uşağını islam əxlaqı ilə böyüdənlərə…

 Uşaq tərbiyəsinin əhəmiyyəti

Gənc bir yazıçının xüsusi tətbiq etdiyi uşaq tərbiyəsi ilə bağlı xüsusların məzmunu belədir:

*Uşağa dərd və sıxıntılar söyləməməliyik, amma nəşə və sevincimizi anlada bilərik.

*Uşağı ailədən biri danlayarsa, digəri ondan arxa çıxmamalıdır.

*Onun yanında həmişə gülər üzlü olmağa çalışmaq lazımdır. Kədərli olsaq uşaq dərhal təsirlənər.

*Onu başqalarının yanında danlamamalıyıq.

*Qüsurlarını qəbul etməyi öyrədilməlidir. Qüsurlarını bilib, etməməyə çalışması həyatda uğurlu olmasına səbəb olar.

 * Uşağı yalançılıqla günahlandırmamalıyıq.

* Bacı-qardaş arasında ayrı seçkilik qoymamalıyıq.

* Qürurun pis olduğunu başa salıb, qürurlanmağın qarşısı alınmalıdır.

* Uşağın səhvləri olur. Dərhal cəzalandırılmamalı. Səhvi izah edilməli, zərəri başa salınmalıdır.

 * “Səndən adam olmaz”, “Sən yaramazsan” kimi təqsirlənmələrdən uzaq durmaq lazımdır. Bunlar uşağın özünə inamını azaldır, kişilik sahibi olmasını əngəlləyər.

* Uşaq böyükləri yamsılayar. Bunun üçün onlara yaxşı nümunə olmalıyıq.

 * Uşağın sevilməyə, oynamağa, söhbətə ehtiyacı vardır. Uşaq özünə soyuq, sərt, kobud və qırıcı davranan böyüklərinin onu sevmədiyini zənn edib, stressə girər. Bu səbəblə onlara şəfqətli, gülər üzlü davranılmalıdır.

 * Uşağa nəsihət vermək yerinə xüsusi tətbiqi iş etdirmək daha uyğun olar. Məsələn, yeməkdən əvvəl əllərini yu, deyə yüz dəfə deməkdənsə, bir neçə dəfə gəl əllərimizi yuyaq deyərək, birlikdə etməyə çalışmaq daha faydalı olar.

*Ona verilən işi təqib etməli, edib-etmədiyini yoxlamaq lazımdır ki, təqib edildiyini bilsin.

 * Uşağın edə bilməyəcəyi  şeyləri söyləməməli. Edəcəyi şeyləri də etməz.

 * Övliya dini hekayələri uşağın zəkasının inkişafında və onlardan alacağı dərsdə rolu böyükdür. Bunlar həssas şəkildə seçilib başa salınmalıdır.

* Yerinə yetirəməyəcəyimiz sözü verməməliyik. Bunlar söz verər, etməz, dedirtməməli.

* “Kişinin dini dostunun dini kimi olar” hədisi-şərifi əsas götürülməli, yaxşı dosta sahib olmasına çalışmalıyıq.

* “Uşaqdan xəbər al” sözünü unutmamalı, sirlərimizi uşağa eşitdirməməliyik.

*Uşağa qarşı nə qədər səbirli və anlayışlı olsaq, o qədər uğurlu olarıq.

* Sözlərinə əhəmiyyət verilməyən və ya davamlı tənqid edilən uşaq, susqun, özünə qapalı, etibarsız, pis xasiyyətli və təcavüzkar olar.

* Onun yanında başqaları pislənməməli.

* Həmişə şiddətdən istifadə edərək uşağı yönləndirməyə çalışan ata-ana, uşağın qorxu içində əsəbi və təcavüzkar olmasına, özünün problemlərini şiddət yolu ilə həll etməyə çalışmasına səbəb olar.

* Uşağın üzünə və başına qətiyyən vurmamalı.

* Uşağa deyiləcək sözdən çox nə zaman və necə söylədiyiniz önəmlidir.

* Yaxşı iş və davranışları mükafatlandırılmalı, pislərinin isə zərəri şirin dillə anladılmalıdır.

* Tənqid kimi çox təqdir də uyğun deyildir. Çox sevgi və təqdir uşağı ərköyün edə bilər.

* Uşağı günahlandırmaq, ləqəb qoymaq, zarafat etmək, hədələmək uyğun deyildir. Get, gəl kimi əmr yerinə, gedərsənmi, gələrsənmi kimi ifadələrdən istifadə edilməli.

* Uşaq tərbiyəli danışmalıdır. “Zəhmət olmasa, təşəkkür edirəm, üzr istəyirəm, bəli” kimi kəlmələrdən istifadə etməyi öyrətmək lazımdır.

*  Səhvimiz olarkən səhvimizi qəbul edib üzr istəməyimiz, onun da səhvi olarsa üzr istəməyi öyrənməyinə yol açar.

Uşaqlara dini sevdirmək

Sual: Kiçik uşaqlara dinimizi necə sevdirə bilər, necə tərbiyə edə bilərik?

yani her yerde namazı, dinimin emir ve yasaklarını düşünürlerdi. Büyüklerin sevgisi, her derde ilaç gibidir. Onların sevgisi ve bereketi ile dinimize uymak çok kolay olur.

CAVAB

Bunu et, onu etmə demək əvəzinə, nümunə olmaq lazımdır. Lisanı-hal, lisanı-qaldan əntaqdır. Yəni, insanın hal və hərəkəti sözündən daha təsirli olur. Özümüz hal və hərəkətlərimizlə gözəl nümunə olarsaq, yarı-yarıya bu işi bacarmış sayılarıq. Daha sonra Peyğəmbər əfəndimizin, Əshabi-kiramın, din böyüklərinin, övliyanın sevgisini aşılamalıyıq. Bu sevgi verilərsə, onların adını söyləyərək Allahu təalanı anlatmaq, dinimizin əmr və qadağalarını öyrətmək asan olar. İnsan sevdiyinə oxşamaq istəyər, insan sevdiyinin sözünə əməl edər. Böyüklər tələbələrinə əvvəl namazdan, orucdan, haramlardan bəhs etməzdilər. Məsələn, İmamı-Rəbbani həzrətlərindən, öz müəllimlərindən bəhs edər, bu böyükləri sevdirərdilər. Bundan sonra onlar, quruda, dənizdə, havada, yəni hər yerdə namazı, dinimin əmr və qadağalarını düşünərdilər. Böyüklərin sevgisi hər dərdə dərman kimidir. Onların sevgisi və bərəkəti ilə dinimizə əməl etmək çox asan olar. 

Allah sevməz demək

Sual: Uşaqlara tərbiyə verərkən, oğurluq edəni Allah daş edər, yalan danışanı Cəhənnəmdə yandırar kimi sözlər söyləmək uyğundurmu? Yaxud bunun tərsini söyləmək lazımdırmı? Məsələn, oğurluq etməyəni, yalan danışmayanı Allah sevərmi, demək lazımdır?

 CAVAB

Oğurluq edəni daş edər deyilərsə, o da oğruları görəndə onlar niyə daş olmadı, deyə düşünərək ana-atasına etibarı qalmaya bilər. Həm də Allahu təala əslində pislik edənləri daş etmir. Həmişə, bunu eləməsən Allah səni sevməz deyə davamlı söylənilsə, bu dəfə də sevmirsə sevməsin deyə bilər. Yaxşılıq edənlərin Cənnətə, pislik edənlərin Cəhənnəmə gedəcəyini uyğun bir dillə başa salmaq lazımdır. Hər səhv hərəkətinə görə Allah səni bu cür edər demək uyğun olmaz. Yaxşılıq edərkən mükafatlandırmalı, pisliklərin isə bəzisini görməmək lazımdır. Pisliyi də uyğun şəkildə cəzalandırmalıyıq.

  Əsas olan sevgidir

Sual: Uşaqlarımıza ilk öncə nələri tövsiyə etməliyik?

CAVAB

Gənclərə əvvəl Əhli-sünnət alimlərinin, Övliyaların, Silsiləyi-aliyyə böyüklərinin həyatını oxumalı və ya oxutmalıyıq. O mübarək şəxsləri tanımalı, sevməliyik.

Əsas olan əmr deyil, sevgidir. Yəni, içində sevgi olmayana bunu et, onu etmə demək fayda verməz. İnsan böyük şəxsləri sevdikcə istər-istəməz dinimizə uyar, əmr və qadağaları yerinə yetirər. Böyüklərin sevgisiylə hasil olan sevgi qalıcı sevgidir. Qəlbə nəqş etmək kimidir.

Uşağı döymək

Sual: Ana-ata nadinc və ya zərərli iş görən uşağını döyə bilərmi?

 CAVAB

Ata lazım olanda  oğluna hirslənib, bağıra bilər. Lüzumlu bilikləri öyrətmək və tərbiyə etmək üçün döyə bilər. Müəllim tələbəsini atasından xəbərsiz döyə bilməz. Yeddi yaşlı uşağa namaz qılmaq əmr edilər, on yaşında qılmazsa, yumruqla deyil, əllə vurula bilər. Müəllim tələbəsinə elm öyrətmək, çalışdırmaq üçün üzü xaric, əllə üç dəfə vura bilər. Daha artıq vura bilməz. Heç bir canlının üzünə vurmaq da caiz deyildir. (S.Əbədiyyə)

   Tərbiyədə vurmaq olmaz. Vurmağın zərərləri çoxdur:

 

1-Uşağı döymək əxlaqının pozulmasına, əsəbi olmasına səbəb olur.

2-Döyülməklə böyüyən uşaq səlis düşünə bilməz. 

3-Döyülmək uşaqda ata-anaya qarşı hirsli olmağa yol açar. Uşaq öz etdiyinin pis bir şey olduğunu fikirləşməz, özünü günahkar görməz, onu döyəni günahlandırar.

4-Döyülən uşağı hirsləndirdikdə o da şiddətə başlayar, bir başqasını döyər. Beləcə, vurmaq təcavüzkarlığa səbəb olar.

5-Sözlə başa düşəcək yaşdakı uşağı vurmaq olmaz. Sözlə başa düşməyəni yüngülcə vurmaq bəs edər. Başa, üzə vurmaq, çubuqla döymək həm günah, həm də zərərlidir. Bunları işgəncə verən edər.

Uşaqları tərbiyə etmək üçün vurmaq düzgün deyildir. Ancaq səhv, zərərli bir iş edərkən cəzalanacağını hiss etdirmək lazım olar. Peyğəmbər əfəndimiz, ev xalqının döyülməməsini əmr etdiyi halda, tərbiyə edilmələri üçün lazım olarsa cəzalanacaqları, döyüləcəkləri hissi daşımaları lazım olduğu bildirmişdir. Bu xüsusdakı hədisi-şərif məalı belədir:

“Ev xalqınızı tərbiyə etmək üçün çəliyinizi onların görəcəyi yerə asın!” [Tabərani]

Deməli, uşaq “Cəzanı haqq edərsək döyülə bilərik” hissini daşımalıdır. “Nə edərsək edək, bizə heç kim qarışa bilməz” fikrinə düşməməlidir. Belə bir fikrə düşərsə, hər cür günahı asanca işləyə bilər.

Uşağı əyləndirmək üçün

Sual: Bir qadının balaca uşağını əyləndirmək üçün dəf çalması caizdirmi?

CAVAB

Bəli, caizdir. (İslam Əxlaqı)

 

Uşaq necə tərbiyə edilir

Sual: Uşağı necə tərbiyə etmək lazımdır?

CAVAB

     Uşaq ata-ana əlində bir əmanətdir. Uşaqların təmiz qəlbləri qiymətli bir cövhər olub, mum kimi hər şəklə düşə bilir. Kiçik ikən heç bir şəklə girməmişdir. Təmiz bir torpaq kimidir. Təmiz torpağa hansı toxum əkilirsə, onun məhsulu yığılır. Bunun üçün ağac yaşkən əyilər, deyiblər. Bunun kimi uşaq da, nəyə meyl etdirilərsə oraya yönələr. Əgər xeyri adət edər, öyrənərsə, xeyir üzərinə böyüyər. Uşaqlara iman, Quran və Allahu təalanın əmirləri öyrədilər və etməyə vərdiş etdirilərsə, din və dünya səadətinə qovuşarlar. Bu səadətə ata-ana və müəllimləri də şərik olar. Əgər bunlar öyrədilməz və vərdiş etdirilməzsə bədbaxt olarlar. Edəcəkləri hər pisliyin günahı ata-anasına və müəlliminə də verilər.

     Müsəlman əmri altında olanlara cavabdehdir. Hədisi-şəriflərdə buyuruldu ki:

     “Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi siz də evinizdə və əmriniz altında olanları Cəhənnəmdən qorumalısınız! Onlara Müsəlmanlığı öyrətməsəniz cavabdeh olarsınız.” [Müslim]

    “Uşaqlarına Qurani-kərim öyrədənlərə və ya Qurani-kərim müəlliminə göndərənlərə, öyrədilən Quranın hər hərfi üçün on dəfə Kəbeyi-muazzama ziyarəti savabı verilər və qiyamətdə başına dövlət tacı qoyular. Bütün insanlar görüb imrənər.” [S.Əbədiyyə]

“Bir çox müsəlman övladı ataları üzündən Veyl adındakı Cəhənnəmə gedəcəkdir. Çünki, onların atası ancaq pul qazanmaq və kef etmək həvəsinə düşüb, yalnız dünya işləri arxasına qaçıb, övladlarına Müsəlmanlığı və Qurani-kərimi öyrətmədilər. Mən belə atalardan uzağam. Onlar da məndən uzaqdır. Uşaqlarına dini öyrətməyənlər Cəhənnəmə gedəcəkdir.”   [S.Əbədiyyə]

Özünün etməsi haram olan şeyi uşağına etdirən şəxs haram işləmiş olar. Uşaqlarına içki içirdən, qumara vərdiş etdirən, əxlaqsız nəşriyyatı oxumasına səbəb olan, yalançılıq, oğurluq kimi pis xasiyyətə vərdiş etdirən, qibləyə qarşı ayaq uzatmasına səbəb olan kimsə günah işləmiş olar. Dinimizin təməli imanı, fərzləri və haramları öyrənmək və öyrətməkdir. Allahu təala Peyğəmbərləri bunun üçün göndərmişdir. Gənclərə bunlar öyrədilmədiyi zaman İslamiyyət yıxılar, yox olar. Allahu təala Müsəlmanlara Əmri-məruf etməyi əmr edir. Yəni, mənim əmrlərimi bildirin, öyrədin buyurur. Nəhyi-münkər etməyi də əmr edərək qadağan etdiyini bildirdiyi haramların edilməsinə razı olmamağımızı istəyir.

Qurani-kərimdə məalən buyurulur ki: “Özünüzü və ailə üzvünüzü Cəhənnəm atəşindən qoruyun!” [Tahrim 6]

Qurani-kərimdə nəfsimizi və ailə üzvlərimizi Cəhənnəm atəşindən qorumağımız əmr edilmişdir. Əlli, yüz illik qısa bir həyat üçün övladımızı dünya fəlakətlərindən qorumağa çalışdığımız kimi, əbədi fəlakətə düçar olmaması üçün axirətini də qorumağımız lazımdır. Bir atanın övladını Cəhənnəm atəşindən qorumağı, dünya atəşindən qorumağından daha mühümdür. Cəhənnəm atəşindən qorumaq da imanı, fərzləri, haramları öyrətməklə, ibadətə vərdiş etdirməklə, pis dostlardan və zərərli nəşriyyatdan qorumaqla olar.

 Bütün pisliklərin əsası pis dostdur. Pis dostları onun kobud, yalançı, oğru və hörmətsiz olmasına səbəb ola bilər. İllərcə bu pis xasiyyətlərdən qurtula bilməz bilməz.

Nə vaxt uşaqda yaxşı bir hərəkət görülərsə, onu təqdir etməli, mükafatlandırmaq lazımdır! İnsanların yanında bəzən onu tərifləmək lazımdır. Əmisi, mənim uşağım belə etdi deyərək, yaxşıya təşviq edilməlidir. Bir qəbahət iş və ya pis bir söz deyərsə bir neçə dəfə görməzdən gəlməli, “bunu etmə” deməməli, danlamamalıdır. Tez-tez danlanan uşaq cəsarətlənər, gizli etdiklərini aşkar etməyə başlayar. Etdiyi pis işlərin zərərini ona şirin dil ilə başa salmalı, xəbərdarlıq edilməlidir! Edilən iş dinə ziddirsə işin zərəri, pisliyi və nəticəsi başa salınaraq, o pis işə mane olmaq lazımdır.

Ata, ata olduğunu, böyük olduğunu hiss etdirməlidir! Ana uşağı atası ilə qorxutmalıdır!

Hər gün bir müddət oynamasına icazə verilməlidir ki, uşaq darıxmasın. Darıxmaqdan və kədərlənməkdən pis xasiyyət hasil olar, qəlbi qaralar. Heç kimdən pul istəməyə icazə verilməməli, artıq danışmamağı, böyüklərə hörmət etməyi öyrədilməlidir. Yaxşı insanların gözəl hallarını anladıb onlar kimi olmağa, pis insanların pisliklərini anladıb onlar kimi olmamağa diqqət etməyi öyrədilməlidir.

Uşağa hər istədiyini almaq və lyuks içində yaşatmaq düzgün deyildir. Böyüyəndə də hər istədiyini ələ keçirməyə çalışar, lakin buna müvəffəq ola bilməyəndə xəyal qırıqlığına düşər, üsyankar olar. Özümüz halal yediyimiz kimi uşaqlarımıza da halal yedirtməliyik. Haramla qidalanan uşağın bədəni nəcasətlə yoğurulmuş palçıq kimi olar. Belə uşaqlar da pisliyə, yanlışlığa meyl edərlər.

Uşağa israf etməməyi, qənaətkar olmağı öyrətmək lazımdır. Bəzən də yavan çörək yeməyə öyrətməlidir. Pis yerlərə getməyinə mane olunmalıdır! Uşaq pis insanların yanında əxlaqsız, yalançı və həyasız olar.

Ata həmişə nə qaşqabaqlı olmalı, nə də uşaqla həddən artıq yaxın olmalı, danışığının heybətini qorumalıdır. Uşağa atasının malı ilə, rütbəsi ilə öyünməməsi başa salınmalıdır! Təvazökar və kübar olmağı öyrədilməlidir! Başqalarından bir şey almağın zillət olduğunu, verən əlin alan əldən üstünlüyünü bildirməlidir! Xəsisliyin çirkin olduğu öyrədilməlidir!

Başqalarının yanında tərbiyəli oturmağı, ayağı ayağın üstünə qoymamağı, yüngül hərəkətlərdən gen durmağı təlqin edilməlidir!

Artıq danışmaq uşağa qadağan edilməlidir! Artıq danışmağın həyasızlığa yol açdığı, boşboğazlığın pis olduğu başa salınmalıdır! Necə olsa uşaq danışmağı öyrənəcəkdir. Məqsəd, ona lazım olanda susmağı və böyüklərin sözünü dinləməyi öyrətməkdir. 

Düzgün də olsa, çox and içməyə icazə verilməməlidir! Vara-yoxa and içmək pis bir vərdişdir. Böyüklərə hörmətin, yerini onlara verməyin və hər kəslə yaxşı dolanmağın əhəmiyyəti başa salınmalıdır.

Uşağı daha kiçik ikən namaza öyrətmək lazımdır. Böyüdükdə namaz qılmaq çətin gələ bilər. Başqasının malını oğurlamağı, haram yeməyi, yalan danışmağı gözündə çirkin göstərəcək şəkildə başa salınmalıdır! Belə böyüdüb, həddi-buluğa çatanda bu ədəblərin incəlikləri ona söylənməlidir.

Hər işi adət olaraq etməməsi, niyyətlə, şüurla etməsinin lüzumu başa salınmalıdır. Məsələn, yeməkdə məqsəd, qulun Rəbbinə ibadət etməsi, insanlara, vətəninə, millətinə faydalı xidmət göstərməyi, insanların səadəti üçün çalışmalı olduğu öyrədilməlidir. Dünyadan məqsədin, axirət üçün azuqə yığmaq olduğu, dünyanın heç kimə qalmadığı, ölümün tez və anidən gələcəyi başa salınmalı, “Nə xoşbəxt o kimsəyə ki, dünyada ikən axirət azuqəsi əldə edər, Cənnətə və Allahu təalaya qovuşar” deməlidir. Kiçik yaşında belə tərbiyə edilərsə, daş üzərinə yazılan yazı kimi olar və asan silinməz.

Peyğəmbər əfəndimiz buyurdu ki:

“Bütün uşaqlar Müsəlmanlığa əlverişli olaraq dünyaya gələr. Daha sonra onları ata-anaları xristian, yəhudi və dinsiz edər.” [Tabərani]

Hədisi-şərifdə Müsəlmanlığın yerləşdirilməsində və yox edilməsində ən mühüm işin uşaqlıqda və gənclikdə olduğu bildirilməkdədir. O halda hər müsəlmanın birinci vəzifəsi övladına İslamiyyəti və Qurani-kərimi öyrətməkdir. Övlad nemətinin qiyməti bilinməzsə əldən gedər. Bunun üçün “Pedaqojiyə”, yəni uşaq tərbiyəsi çox qiymətli bir elmdir.

İslam dininə qarşı olanlar bu mühüm nöqtəni başa düşdükləri üçündür ki, “Gəncliyin ələ alınması birinci vəzifəmizdir. Uşaqları dinsiz olaraq böyütməliyik” deyirlər. İslamiyyəti yox etmək və Allahın əmrlərinin öyrədilməsinə və etdirilməsinə əngəlləmək üçün “Gənclərin başlarını yormamaq lazımdır. Din biliklərini böyüyəndə özləri öyrənərlər” deyirlər.

 Bu gün bütün xristian ölkələrində bir uşaq dünyaya gələrkən ona dinlərinin zərurətini etdirirlər. Hər yaşdakı insanlara xristianlığı həssaslıqla təlqin edirlər. Müsəlmanların imanlarını, dinlərini oğurlamaq, yox etmək və onları da xristian etmək üçün İslam ölkələrinə paket-paket kitab, broşur və kaset göndərirlər.

O halda müsəlmanlar din cahillərinin hiylələrinə, yalanlarına aldanmamalı, uşaqlarımıza sahib çıxmalıyıq. Onlara sahib çıxmaq da, dinimizin əmrlərinə uyğun olaraq böyütməklə olar. Əxlaqı dəyişdirmək mümkün olduğu üçün Peyğəmbər əfəndimiz, “Əxlaqınızı gözəlləşdirin” buyurdu. Əslində din gözəl əxlaq deməkdir. O halda dinin əmrinə uyub, qadağan etdiyindən çəkinən xasiyyətini dəyişdirib gözəl əxlaqlı olar. Gözəl əxlaqlı olan da iki cahanda rahat olar.

Ən  vəhşi heyvan belə tərbiyə ilə əhilləşdirilir. Heç bir vaxt alma çəyirdəyindən portağal olmaz. Lakin, almanın pöhrəsini böyüdərək lazımlı calaq və lazımi tədbirlərlə keyfiyyətli alma verən bir ağac olaraq yetişdirmək mümkündür. Bunun kimi insan təbiətində olan bəzi arzular yox edilə bilməz, lakin tərbiyə edilə bilər.

Uşaqlarımıza necə tərbiyə verməli

Sual: Uşaqlarımıza necə tərbiyə verməliyik və tərbiyədə əsas olanlar nədir?

CAVAB

Tərbiyədə bunu et, onu etmə demək yerinə örnək olmaq lazımdır. Bunun üçün “Lisani-hal, lisani-qaldən əntaqdır” deyilmişdir. Yəni, insanın hal və hərəkəti sözündən daha təsirlidir.

Bir örnək verək:

Bir ticarət karvanı gəlib, gecə Mədinənin girişində dayandı. Yorğunluqdan yatdılar. Xəlifə Həzrəti Ömər onları görərkən, Abdurrahman ibn Avfa “Bu gecə bir karvan gəlmişdi. Hamısı kafirdir. Amma bizə sığınmışdır. Əşyaları çoxdur və qiymətlidir. Yadlar, yolçular onları soya bilər. Gəl onları qoruyaq” dedi. Sabaha qədər gözləyib, sabah namazında məscidə getdilər. Karvandakı bir gənc yatmayıb onları güdməyə başladı. Araşdırdı, bu iki kişidən birinin Xəlifə olduğunu öyrənərkən gəlib yoldaşlarına danışdı. Xəlifənin bu hərəkətindən İslamiyyətin haqq din olduğunu anlayıb hamısı müsəlman oldu.

Ata siqaret çəkir, qumar oynayırsa, uşağına bunları etmə deməyi o qədər də təsirli olmaz. Bunlar pis olsaydı atam etməzdi deyər. Yaxşı şeylər, fədakarlıqlar edilərsə örnək olar. Uşağa yaxşılıq etməyin faydası anladılmalıdır. Beləcə, uşaq paxıl olmaqdan azad edilər. Paxıl böyüyənlər özlərini cəmiyyətə uyğun bilməz, hətta adət və qanun tanımaz olar.

Tərbiyədə əsas olanlar:

Zəka: Uşaq ilk gördüyü əşyanı araşdırmağa, qurcalamağa və soruşub öyrənməyə həvəslidir. Onun üçün uşaqlara həmişə yaxşı və gözəl şeylər göstərilməli, cavabları düzgün cavablandırılmalıdır. Belə olduqda uşağın düşünmə qabiliyyəti inkişaf etmiş olar. [3-6 yaş arası buna çox diqqət etmək lazımdır. Bu vaxtlar beynin və zəkanın inkişafı üçün ən önəmli dövrdür.] 

Ruh: Həssas və küsəyən uşaqlara acı da olsa həqiqətləri görməyi və dözümlülük öyrədilməlidir. Sərt xasiyyətli uşaqlara isə onları duyğulandıracaq, örnək verərək həssas olmağına çalışılmalıdır.

İradə: Güclü iradəyə sahib olmağına çalışılmalıdır. Zəif iradəli uşaqları bir az sərbəst buraxıb özünə olan inamını artırmalıdır. İradəsi qüvvətli uşaqlarda isə tərbiyə daha sərt olmalıdır. Ancaq yenə də sevgi və anlayış göstərmək şərtdir.

Tərbiyədə bunlar önəmlidir:

Din: Allahu təalanın yaxşı, çalışqan və dürüstləri sevdiyini, onları Cənnətə qoyacağını, pisləri sevmədiyini və onları da Cəhənnəmdə cəzalandıracağını öyrətmək lazımdır.

Sevgi: Tərbiyədə sevgi kimi ciddiyyət də çox önəmlidir. Ata-ananın yola getməməyi, hətta ayrılığı uşaq ruhunda fırtınalar qopardır.

Cəza və mükafat: Onu edərsənsə bunu vermərik, bayıra çıxartmarıq kimi bəzi cəzalar uyğun olsa da, qətiyyətlə vermək olmaz. Cəza qəlb qıran olmamalı, kiminsə yanında edilməməlidir. Əvəzində yaşına görə oyuncaq və ya velosiped alıb mükafat verilməlidir. “Qurani-kərimi oxuduğum üçün atam mənə bu velosipedi aldı” deyə bilməlidir.

Oyunlar: Yaşına uyğun olaraq, müxtəlif idman növləri bədənin və zəkanın inkişafını gücləndirər.

Mühit: Hədisi-şərifdə, “İnsanın dini dostunun dini kimidir” buyuruldu. Yaxşı mühit və yaxşı dost əldə edilməlidir.

 Ən dəyərli sərmayə

Sual: Uşaqlar evdə tez-tez dedilər ki, bizə hər həftə jurnal al. Biz də araşdırmaq üçün bir baxaq, dedik. Çünki, səhv bir şey oxudarıq deyə qorxuruq, axı onlar bizim hər şeyimizdir. Bizə tövsiyə edəcəyiniz bir jurnal varmı?

 CAVAB

Əzmli olduğunuz üçün sizi təbrik edirik. Çünki, bu gün insanların ən çox danışdığı mövzulardan biri iqtisadiyyatdır. Bir çox söhbətin mövzusu torpaq sahəsi, birja, avro, dollar, qızıl, aksiya, qiymətli kağızlar və s. İnsanlar ən sərfəli sərmayə vasitəçi hansıdırsa, haqlı olaraq ona tərəf yönəlmək istəyir. Bu normaldır, yadırğamalı tərəfi yoxdur.

Unutmamalıyıq ki, bu sərmayələrdən daha çox önəmli olan bir sərmayə yenə var. O da uşağa edilən sərmayə, insana edilən sərmayə. Dünyanın ən çətin işi insan böyütməkdir. Bir insanın böyüməyində bir çox ünsür rol alır. Bunların içində ən önəmliləri; ailə, mühit, məktəb və mətbuatdır.

Dünyadakı bütün ölkələr öz uşaqlarının və gənclərinin dürüst, çalışqan, gözəl əxlaqlı, bacarıqlı, mədəni, cəmiyyətə xeyirli, vətənpərvər, təhsilli və özü öz dəyərlərinə hörmətli insanlar olaraq böyüməyini istəyər. Bunun üçün səy göstərərlər. Bunu bacaran ölkələrin digər çətinlikləri daha asan və daha tez həll olur. Çünki, hər şeyin əsası insandır. İnsanın yaxşı böyüməsi üçün hər bir məsrəfdən və çətinlikdən yayınmayanlar, uğurun və mədəniyyətin zirvəsinə yüksəldilər. Osmanlı belə etdi. Amerika və Avropa indi [Osmanlını təqlid edərək] belə edir.

Böyük şəhərlər başda olmaq olmaqla ətrafımız da lap kimsəsiz deyil. Yəni, bayır təhlükələrlə doludur.

Kütləvi informasiyanın böyük bir hissəsi şiddət və cinsi mövzulara yer verir. İnsanın tərbiyəsinə zərərli və müxtəlif pislikləri cazibəli hala gətirdiyi üçün baxılmağı, oxunmağı qadağan olunan bir çox yayım var.

 Geriyə nə qaldı… Ancaq ailə…

Bütün valideynlərin tək dərdi uşaqların yaxşı bir şəkildə böyüməsidir. Bu mövzuda öz səyləri kifayət deyil. Uşaqları pis yoldaşların, mətbuatın bütün növlərinin zərərlərindən qorumaq lazımdır.

Bəli, sizə də tövsiyə edəcəyimiz bu mövzuda illərdir üzümüzü ağardan bir yayım var. Biz ona “Ən yaxşı dost” deyirik. Yaxşı ki, var. Uşaqlarımızı bir xanım, bir bəy olaraq böyütmək üçün səy göstəririk. Onlara vətən, millət, bayraq sevgisini, əcdada hörməti, öz mədəniyyətinə və dəyərlərinə sahib çıxmağı öyrədir.

Onlara çalışqan, səbirli, kübar və zərif olmağı, bacarıqlı olmağın yollarını, ata-anaya hörməti öyrədir. Oxumağa vərdiş etdirilir. Onları əyləndirərkən çox dəyərli bilgilər verir. Zəkalarının inkişafı üçün xüsusi tapmacalar, zəka oyunları hazırlayır. Sözün qısası, uşağının yaxşı böyüməsini istəyən valideynlər, ailə birliyinə, qadın-kişi münasibətlərinə zərər verməyən qəzet və jurnallarla tanış etməlidir.

Tək başına bir uşağı böyütmək də mümkün deyildir. Yaxşı bir mühitə düşməli, yaxşı insanlarla dostluq etməsi lazımdır. Aile cəmiyyətinə zərər verməyən mətbuatı yayınları və gözəl ədəb-əxlaq öyrədən dəyərli əsərlər oxumalı və oxutmalıdır.  Hər şeyi ziddi məhv edər. Pis əxlaqı yaxşı əxlaq yox edər. Bu baxımdan özünü zorla da olsa yaxşı işlər etməyə vərdiş etməli, onları adət halına gətirməlidir. Uşaq, işi və əxlaqı gözəl olan insanlarla dostluq etdirilərsə, gözəl əxlaq öz-özündən onun təbiəti olar. Uşaqlar bu əsaslar daxilində böyüdülərsə dünya və axirət səadəti əldə edilər.

 Qiyamət günü ana-ata uşağına öyrətməsi lazım olan elmlərdən məsul olacaq, vəzifəsini etməmişdirsə, yaxud qüsurlu etmişdirsə cəzasını çəkəcək. Uşaqlarını İslam Tərbiyəsi üzərində böyütməyənlər dünya və axirət fəlakətinə məruz qalacaqlar. Nə xoşbəxt uşağını islam əxlaqı ilə böyüdənlərə…

 Uşaq tərbiyəsinin əhəmiyyəti

Gənc bir yazıçının xüsusi tətbiq etdiyi uşaq tərbiyəsi ilə bağlı xüsusların məzmunu belədir:

*Uşağa dərd və sıxıntılar söyləməməliyik, amma nəşə və sevincimizi anlada bilərik.

*Uşağı ailədən biri danlayarsa, digəri ondan arxa çıxmamalıdır.

*Onun yanında həmişə gülər üzlü olmağa çalışmaq lazımdır. Kədərli olsaq uşaq dərhal təsirlənər.

*Onu başqalarının yanında danlamamalıyıq.

*Qüsurlarını qəbul etməyi öyrədilməlidir. Qüsurlarını bilib, etməməyə çalışması həyatda uğurlu olmasına səbəb olar.

 * Uşağı yalançılıqla günahlandırmamalıyıq.

* Bacı-qardaş arasında ayrı seçkilik qoymamalıyıq.

* Qürurun pis olduğunu başa salıb, qürurlanmağın qarşısı alınmalıdır.

* Uşağın səhvləri olur. Dərhal cəzalandırılmamalı. Səhvi izah edilməli, zərəri başa salınmalıdır.

 * “Səndən adam olmaz”, “Sən yaramazsan” kimi təqsirlənmələrdən uzaq durmaq lazımdır. Bunlar uşağın özünə inamını azaldır, kişilik sahibi olmasını əngəlləyər.

* Uşaq böyükləri yamsılayar. Bunun üçün onlara yaxşı nümunə olmalıyıq.

 * Uşağın sevilməyə, oynamağa, söhbətə ehtiyacı vardır. Uşaq özünə soyuq, sərt, kobud və qırıcı davranan böyüklərinin onu sevmədiyini zənn edib, stressə girər. Bu səbəblə onlara şəfqətli, gülər üzlü davranılmalıdır.

 * Uşağa nəsihət vermək yerinə xüsusi tətbiqi iş etdirmək daha uyğun olar. Məsələn, yeməkdən əvvəl əllərini yu, deyə yüz dəfə deməkdənsə, bir neçə dəfə gəl əllərimizi yuyaq deyərək, birlikdə etməyə çalışmaq daha faydalı olar.

*Ona verilən işi təqib etməli, edib-etmədiyini yoxlamaq lazımdır ki, təqib edildiyini bilsin.

 * Uşağın edə bilməyəcəyi  şeyləri söyləməməli. Edəcəyi şeyləri də etməz.

 * Övliya dini hekayələri uşağın zəkasının inkişafında və onlardan alacağı dərsdə rolu böyükdür. Bunlar həssas şəkildə seçilib başa salınmalıdır.

* Yerinə yetirəməyəcəyimiz sözü verməməliyik. Bunlar söz verər, etməz, dedirtməməli.

* “Kişinin dini dostunun dini kimi olar” hədisi-şərifi əsas götürülməli, yaxşı dosta sahib olmasına çalışmalıyıq.

* “Uşaqdan xəbər al” sözünü unutmamalı, sirlərimizi uşağa eşitdirməməliyik.

*Uşağa qarşı nə qədər səbirli və anlayışlı olsaq, o qədər uğurlu olarıq.

* Sözlərinə əhəmiyyət verilməyən və ya davamlı tənqid edilən uşaq, susqun, özünə qapalı, etibarsız, pis xasiyyətli və təcavüzkar olar.

* Onun yanında başqaları pislənməməli.

* Həmişə şiddətdən istifadə edərək uşağı yönləndirməyə çalışan ata-ana, uşağın qorxu içində əsəbi və təcavüzkar olmasına, özünün problemlərini şiddət yolu ilə həll etməyə çalışmasına səbəb olar.

* Uşağın üzünə və başına qətiyyən vurmamalı.

* Uşağa deyiləcək sözdən çox nə zaman və necə söylədiyiniz önəmlidir.

* Yaxşı iş və davranışları mükafatlandırılmalı, pislərinin isə zərəri şirin dillə anladılmalıdır.

* Tənqid kimi çox təqdir də uyğun deyildir. Çox sevgi və təqdir uşağı ərköyün edə bilər.

* Uşağı günahlandırmaq, ləqəb qoymaq, zarafat etmək, hədələmək uyğun deyildir. Get, gəl kimi əmr yerinə, gedərsənmi, gələrsənmi kimi ifadələrdən istifadə edilməli.

* Uşaq tərbiyəli danışmalıdır. “Zəhmət olmasa, təşəkkür edirəm, üzr istəyirəm, bəli” kimi kəlmələrdən istifadə etməyi öyrətmək lazımdır.

*  Səhvimiz olarkən səhvimizi qəbul edib üzr istəməyimiz, onun da səhvi olarsa üzr istəməyi öyrənməyinə yol açar.

Uşaqlara dini sevdirmək

Sual: Kiçik uşaqlara dinimizi necə sevdirə bilər, necə tərbiyə edə bilərik?

yani her yerde namazı, dinimin emir ve yasaklarını düşünürlerdi. Büyüklerin sevgisi, her derde ilaç gibidir. Onların sevgisi ve bereketi ile dinimize uymak çok kolay olur.

CAVAB

Bunu et, onu etmə demək əvəzinə, nümunə olmaq lazımdır. Lisanı-hal, lisanı-qaldan əntaqdır. Yəni, insanın hal və hərəkəti sözündən daha təsirli olur. Özümüz ha

2-04-2018, 13:49
Geri