Gözəl İslam / Şikəst doğulan uşaqlar

Şikəst doğulan uşaqlar

Sual: Ana-atasının səhvi, sərxoşluğu və ya xəstəliyi səbəbiylə kor, topal, kar, lal, ruhi xəstə, şikəst və ya nikahdan kənar olaraq doğulan körpənin günahı varmı? Ana-atası kafir olan və kafir bir ölkədəki bir uşağın İslamı öyrənməsi çox çətin olduğuna görə, bunlar uşağın əleyhinə deyildir?

CAVAB

Həqiqi müsəlman Allahu təalanın razılığından başqa muradı olmayan kimsədir. Allahu təala əmr etdiyi üçün ruzi qazanmağa çalışar. Çalışarkən ibadətlərini tərk etməz və haram işləməz. Qazanarkən də qazandığını sərf edərkən də dinimizə tabe olar. Belə kimsəyə zənginlik də, kasıblıq da faydalı olar. Fəqət, belə olmayan kimsə Allahu təalanın qəza və qədərinə razı olmaz. Kasıb olduğu zaman az deyə etiraz edər. Zəngin olarsa doymaz, daha artıq istəyər. Qazandığını haramlara sərf edər. Zənginliyi də kasıblığı da, dünyada və axirətdə fəlakətinə səbəb olar.  

Korluq, topallıq və digər şikəstliklərin faydalı və ya zərərli olması insandan  insana dəyişir. Kimisi, Allahu təalanın təqdirinə razı olduğu üçün sonsuz olaraq Cənnət nemətlərinə qovuşar, kimisi də razı olmadığı üçün sonsuz olaraq Cəhənnəmdə cəzaya layiq ola bilər. Bir kimsə özü üçün şikəstliyin faydalı və ya zərərli olduğunu bilə bilməz.  

Bir yoldaş, fakültədə oxuyarkən son sinifdə qaldı. Sonra yeni yoldaşlarla tanış olma məcburiyyəti hasil oldu. Bunların içində salehlərlə birlikdə olduğu üçün, pis yolu buraxıb doğru yolu tapdı. Görünüşə görə onun sinifdə qalması pis idi. Fəqət, saleh yoldaşlarla tanış olması dünya və axirət səadətinə səbəb oldu.

Bəzisi mütləq son model bir avtomobilinin olmasını istəyər. Avtomobili alıb ailəsiylə bir dərəyə uça bilər. Onun üçün mütləq bir şeyin olmasını deyil, xeyirli olmasını istəmək lazımdır!

Uşağın şikəst olaraq doğulmasında öz günahı yoxdur. Əgər bundan ana-atasının qüsuru varsa, günahı onlara aiddir. Kor bir kimsə, əgər kor olmasaydı pis işlər arxasında gəzib dünya və axirətini məhv edə bilərdi. Kimi də kor olduğu üçün üsyan edib Yaradanın təqdirinə razı olmaz, əbədi fəlakətinə səbəb olar.

Doğuşdan və ya sonradan kor olan bir müsəlman Cənnətə gedər. İki hədisi-şərif məali:

“Allahu təala iki gözü olmayan müsəlmanı Cəhənnəmə qoymaz.”  [Tabərani]

“Kor səbir edərsə, Allahu təala mükafat olaraq ona Cənnəti verər.” [Buxari]

Yalnız gözü olmayan deyil, digər şikəstlikləri olan da səbir edərsə, ölərkən qəbrində və məhşər yerində çətinlik çəkmədən Cənnətə girər. Cənnətdə isə şikəstlik yoxdur. İmansız olan, sağlam da şikəst də olsa, yeri sonsuz olaraq Cəhənnəmdir.

Ədalətlə ehsanı qarışdırmamaq lazımdır! Hər kəsə çoxu ilə ədalət edilmişdir. Ağıllı-buluğ olmadan ölən kafir uşaqları Cəhənnəmə girməz. İslamiyyəti eşitmədən ölən kafirlər də girməz. Bunlar İslamiyyəti, Cənnəti, Cəhənnəmi eşitdikdən sonra öyrənməz, inad edib inanmazsa, o zaman əzab görər.

Ətrafın təsiri                             

Ağıllı-buluğ olanlar ana-atasının, ətrafının təsiri altında qalmaz. Əgər qalsaydı, illərdir İslam ölkələrində İslam tərbiyəsi ilə yetişən müsəlman uşaqları İslam düşmənlərinin yalan və böhtanlarına aldanmaz, dinsiz olmazdı. Bunlar, ağıllı-buluğ olanda dindən çıxır. Ana-atasına mürtəce deyərək lağ edirlər.

Bu acı örnəklər ana-atanın verdiyi tərbiyənin davamlı olmadığını açıq şəkildə göstərir. Bunun üçündür ki, bu gün dindən çıxmaq, bütün dünyanı sarıyan faciəvi bir axım halındadır. Gənc, qoca, bu fəlakətə qapılmayan çox az kimsə qalmışdır.

Digər tərəfdən bir çox kafirlər, elm, fənn adamları müsəlman olur. Çox az olsa da dinini dəyişdirməyənlərin olması, ana-ata tərbiyəsinin təsirinin, bəzən də davamlı olduğunu göstərir. Bir uşağın müsəlman övladı olması, İslam tərbiyəsi ilə yetişməsi, Allahu təalanın bir ehsanıdır. Kafir uşaqlarına bu ehsanı etmir. Fəqət kimsəyə ehsan etməyə məcbur deyildir. Ehsan etməmək zülm olmaz. Məsələn, dükandan bir kilo düyü alsaq, tam bir kilo çəkməsi ədalətdir. Nöqsan çəksə zülm olar. Bir az çox verərsə ehsan olar. Bu ehsanı istəmək kimsənin haqqı deyildir.

2-04-2018, 13:49
Geri