Gözəl İslam / Sünnət olmağın dinimizdəki yeri

Sünnət olmağın dinimizdəki yeri

Sual: “Sünnət olunmaq bidətdir, dində yeri yoxdur” deyirlər. 1400 ildən bəri alimi ilə övliyasıyla, müctəhidiylə bütün Müsəlmanlar bidət işləyirlər?

CAVAB                          

Kim olduqları və nəyə xidmət etdikləri hər kəsə bilinməyən bir qisim insanlar, hər şeyə bidət deyirlər. Sanki din yeni gəlmiş kimi, dinin Peyğəmbəri yoxmuş kimi, hər fürsətdə dinimiz və Rəsulullahın varisləri olan İslam alimlərini hesaba çəkməyə çalışırlar. Bunlar qiyamət əlamətidir. Çünki hədisi-şərifdə buyurulur ki:

“Qiyamət yaxınlaşdıqca yenilər əvvəlki alimləri cahilliklə ittiham edəcəkdir.” [İbni Asakir]

Müsəlman, sünnət olunmağa bidət deməz. Missionerlərin belə uydurma sözlərinə müsəlmanların aldanması çox pisdir. Keçmişdə də, “Gavur icadıdır” deyərək müsəlmanları fənnə, texnikadan uzaqlaşdırmaq istəmişdirlər. İndi də hər şeyə bidət deyərək, müsəlmanları dindən uzaqlaşdırmaq istəyirlər.

Sünnət olunmaq məşhur bir sünnətdir. Bilməyən müsəlman yoxdur. Hətta müsəlmanlıqda sünnət olduğunu bilməyən kafir belə yoxdur. Müsəlman olmayanlar belə namazın, təsəttürün, sünnət olmağın İslam dininin əsasları arasında olduğunu bilirlər.

Sünnət olunmaq İslamın şüarındandır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Sünnət olunmaq kişilər üçün sünnətdir.” [Tabərani]

“Fitri sünnət beşdir: Sünnət olunmaq, qasıqları təmizləmək, dırnaq kəsmək, qoltuq altlarını təmizləmək və bığları qısaltmaq.” [Buxari]

“İbrahim əleyhissəlam 80 yaşında [sünnət əmri gələndə gecikməmək üçün] balta ilə özünü sünnət etdi.” [Buxari]

“Sünnətsiz 80 yaşında da Müsəlman olsa yenə sünnət edilər.” [Beyhəqı]

Rəsulullah Müsəlman olan kişiyə 80 yaşında belə sünnət olunmağı əmr etdi. (Tabərani)

Sünnət ikiyə ayrılır: Sünnəti-zəvaid və sünnəti-Xuda

Sünnəti-zəvaid: Rəsulullahın geyim, yemək, içmək, oturmaq, yaşamaq, yatmaq və  gəzməkdəki adətləri bu sünnətə daxildir. 

Sünnəti-Xuda: Azan, iqamət oxumaq, camaat ilə namaz qılmaq kimidir. Bunlar, İslam dininin şüarıdır. Uşaqların sünnət edilmələri də bu sünnətə daxildir. Bu sünnətə Ərəbcədə hıtan deyilir. Sünnət olmaq [hıtan], indiki vaxtda İslamın şüarı olmasa da, ağıl yetkin olanları da sünnət etmək lazımdır. İmana gələn qoca adamın sünnət olunması şərt deyildir. Olmasa da olar deyən müctəhid alimlər olmuşdur. Çünki sünnət etdirmək, övrət yerinin görünməsi üçün üzr olmaz demişdirlər.

Müsəlman olan qoca kişi və xəstələr sünnətin ağrısına dözə bilməzsələr, sünnət edilməzlər. (Hadiqa)

Uşağın sünnət edilməsinin bəlli bir yaşı yoxdur. Ancaq, yeddi ilə on iki yaş arası ən yaxşısıdır.

Sünnət olmayanlarda müxtəlif xəstəliklər görülür. Fransız kitabları bu xəstəlikləri Affection du Prepuce adı altında bildirir. Bunlardan bir neçəsi isə təhlükəlidir.  Bu səbəblə Avropada və Amerikada Xristianlar sağlamlıq səbəbiylə özlərini və uşaqlarını sünnət etdirirlər. Artıq tibb də sünnət etdirməyin zəruriliyini sübut etmişdir. Necə ki, Dr. Dubais Raymondun: “Sünnətin çiçək peyvəndi kimi bütün kişilərə məcbur edilməsi lazımdır” sözü də bu xüsusu vurğulayır.

Sünnətin tarixi çox qədimdir. Çünki Peyğəmbərlərin adətidir. Peyğəmbər əfəndimiz sünnət olmağı fitrət olan beş şeydən biri olaraq bildirmişdir. 

Müsəlman ölkələrində bütün oğlan uşaqlar yetkinlik çağına gəlmədən əvvəl bir toy havası içində sünnət olurlar. Bu baxımdan sünnət olmağa xalq arasında məşhur olaraq Sünnət toyu deyilir. 

Əsrlərdən bəri Müsəlmanlar uşaqlarının sünnət toylarına ayrı bir əhəmiyyət verərdilər, bunu ümumiyyətlə ailədə birinci vəzifə olaraq qəbul edərdilər. Sünnətə qərar veriləndə hər kəs  vəziyyətinə görə hazırlıqlara başlayır. Sandıqdan işlənməli yataq dəstləri çıxarılır, otaq örtülərinin üzləri yenilənir, qablar təmizlənir, ailə üzvlərinə yeni-yeni paltarlar alınardı. Uşağın yatağı bəzədilir. Ümumiyyətlə işləməli bir torba içində uca kitabımız Qurani-kərim baş ucuna asılar. İmkanı olan ailələr kasıb uşaqları da təsbit edib, onları da sünnət etdirərdilər. Bu gün xeyir təşkilatları, toplu sünnət toylarıyla bu ənənəni davam etdirirlər.  

Əvvəllər sünnət günü uşaq geydirilər, minəcəyi at hazırlanar, dualarla ata mindirilərdi. Sonra övliya türbələri ziyarət edilər, sonra hər kəs birlikdə davullar çalaraq küçələr gəzərdilər. Evə gələn uşaq hədiyyələr verilmədən atdan enməz, yaxınları, qohumları hədiyyələri verdikdən sonra dualarla endirilib içəri alınardı. Bu gün at yerinə avtomobillərlə bu iş edilir.

Sünnətdən əvvəl və ya sonra Qurani-kərim və mövlud oxunardı. Sünnət uşağı əl öpdükdən sonra bəzi yerlərdə kirvə deyilən, ailənin çox sevdiyi bir şəxs tərəfindən möhkəm tutulardı. Sünnətçi hər kəsin bir ağızdan bayram təkbirləri arasında sünnəti edərdi. Dərhal bəzəkli yatağa yatırılan uşağa “Maşaallah, bərəkallah” deyə, xeyir-dua edilərdi. Qonaqlara şərbət, şirniyyat və bənzəri ikramlar edilərdi. Bundan sonra qonaqlar sırayla uşağın yatağının yanına gələr, hədiyyələr verib ayrılardılar. 

Saraydakı, qonaqlardakı sünnət toyları dillərə dastan olardı. Şahzadələrin sünnət toylarından bəzilərini hələ də danışırlar. İmkanı yaxşı ailələrin sünnətlərində qaynayan qazanlarla kasıblarda  doyardılar. Qonaqların  yanında hər kəsə açıq olan sünnət toy evi bayram yeri kimi olardı. Köhnədən ümumiyyətlə ətli plov, şirniyyat ikram etmək adət halındaydı. Ayrıca şəkər, şərbət kimi şeylər də verilərdi.

İndiki vaxtda əvvəlki ehtişamında olmasa belə bu gözəl adət hər yerdə bənzəri şəkildə davam edir. Ənənə və adətlərinə çox bağlı olan xalq sünnət toylarına eyni önəmi verir. Ancaq bəzi yerlərdə bu gözəl toya haram qarışdırıldığı spirtli içkili ziyafətlər verildiyi görülür. Sünnət olan belə işlərdə haramın işlənməsi daha böyük günah olur. Müsəlman ailələrin bu işdən uzaq dayanmaları lazımdır. 

İmkanı olmayan şəxslərin  sünnət toyu etdirmələri lazım deyildir.

Sual: Uşağımızın sünnət mərasimi üçün restoran sifariş verdik. Orada spirtli içkilərin günahı bizə də olur? Mövlud oxunan yerlərdə də qadın-kişi qarışıq vəziyyətdə mövlud oxuyacaqlar, zərəri vardır?

CAVAB

Günah hər zaman günahdır. Amma dini mərasimlərdə və məscidlərdə günah işlənməsi daha böyük günah olur.

Sual: Müsəlman sünnətçi tapa bilməsəm, uşağı kafir həkimə sünnət etdirməyim günahdır?

CAVAB

Günah deyildir. Ehtiyac halında kafir həkimə müayinə və müalicə olmaq caizdir. (Hədiqə)

Sual: Sünnətdə elektrik alətindən istifadə etmək caizdir?

CAVAB

Bəli.

Sual: Kafirlər də sünnət olsa, hıtan [sünnət olmaq] sünnəti xudalıqdan  çıxır?

CAVAB

Çıxmaz.

Sual: Uşaqlar sünnət edilərkən təkbir gətirmək caizdir?

CAVAB

Bəli.

Sünnətli doğulan

Sual: Doğuşdan sünnətli doğulan bir uşağı, sünnət deyə bir miqdar kəsib qanatmaq lazımdır?

CAVAB

Xeyr, lazım deyildir. Sünnətli doğana səhv olaraq “Peyğəmbər sünnəti” deyirlər. Bu səhvdir. Peyğəmbər əfəndimiz sünnətli doğmamışdır. Sünnətli doğmaq nöqsanlıqdır.

Sünnətli doğulmaq

Sual: Sünnətli doğulmaq nöqsan deyilir. Peyğəmbər əfəndimiz sünnətli doğulmadı?

CAVAB

Xeyr, Peyğəmbər əfəndimiz sünnətli doğulmadı. Sünnətli doğulduğu görüldü. Kitablarda, Safiyə Xatun və orada olanlar, “Göbəyi kəsilmiş və sünnət edilmiş olaraq gördük” deyirlər. “Göbəyi kəsilmiş” demək, doğulduğunda göbəyi kəsik demək deyil. Çünki göbəyi kəsik uşaq ana qarnında yaşaya bilməz. “Göbəyi kəsilmiş” demək, doğulduğunda göbəyinin kəsildiyi, yəni mələklərin göbəyini kəsdiyi aydın olur. “Sünnət edilmiş olaraq gördük” deyilir. Demək ki, doğularkən mələklərin sünnət etdiyi aydın olur.

Sünnətin günü

Sual: Uşaq sünnəti üçün bəlli bir gün vardır?

CAVAB

Bəlli bir gün yoxdur. Həftənin hər hansı bir günündə sünnət  edilə bilər.

2-04-2018, 13:48
Geri