Gözəl İslam / Muta nikahı (siğə) haramdır

Muta nikahı (siğə) haramdır

Sual: Dinimizdə muta nikahı vardırmı?

CAVAB

Muta nikahı dörd məzhəbdə də haramdır. Muta nikahı şahidsiz olaraq bir qadına bəlli bir  miqdar pul verib, bəlli bir zaman üçün birlikdə yaşamağa razılaşmaq deməkdir. Muta nikahının haram olduğunda bütün alimlərin sözbirliyinin olduğu Mizan-ül-kübrada və İbni Abidində yazılıdır. 

İmam Tabərani bildirir ki:

Abdullah İbni Abbas “Muta nikahı əvvəl halal idi. Lakin, “Analarınız sizə haramdır” məalindəki ayəti-kərimə gəldikdən sonra haram edildi. Möminun surəsinin “Ancaq zövcələriniz və sahib olduğunuz cariyələriniz halaldır” məalindəki ayəti-kəriməsi muta nikahının haram edildiyini qəti şəkildə bildirir. Çünki bu ayətdən təkcə zövcələrin və cariyələrin halal olub, başqalarının haram olduğu aydın olur” demişdir.

Muta nikahının haram olduğunu Həzrəti Əli də daxil olmaqla bir çox Səhabeyi-kiram bildirmişdir. “Buxariyi-şərif” kitabında “Həzrəti Əli Abdullah İbni Abbasa, Rəsulullah, Xeybər qəzasında muta nikahını və eşşək əti yeyilməsini qadağan etdi, buyurmuşdur” yazılıdır. Bundan başqa, “Müslimi-şərif” kitabında və İbni Macənin kitabında Peyğəmbər əfəndimizin, “Ey Müsəlmanlar! Qadınlar ilə muta nikahı kəsmənizə icazə vermişdim. Ancaq, indi bunu Allahu təala haram etdi. Kimin yanında belə qadın varsa, onu tərk etsin və ona vermiş olduğu malı geri almasın!” buyurduğu yazılıdır. 

Bütün təfsirlər və fiqh kitabları deyir ki, Nisa surəsi 24-cü ayəsinin “İstimda (faydalandığınız)etdiyiniz qadınların ödənişini verin” məali-alisi muta nikahı üçün deyildir. Nikahdakı (kəbin)  mehr pulunu vermək haqqındadır. Məsələn, “Bəydavi təfsiri”ndə  və bunun haşiyəsi olan “Şahzadə təfsiri ikinci cild 26-cı səhifədə yuxarıdakı ayənin təfsirində buyurur ki:

“Bu ayəti-kərimə səhih olan nikahı bildirir. Muta nikahının mübah olmasını göstərmir. Belə ki,  mehr pulunu verməyi əmr edir. Muta nikahı əvvəl mübah olmuşdu. Sonra qadağan edildi. İslamiyyətdə bəlli bir müddət üçün nikah etmək yoxdur.”

[Muta nikahı haqqında geniş bilgi üçün, İbni Səcilik maddəsində Həzrəti Ömərə dil uzadıla bilməz qisminə baxın]

Muta nikahı və müvəqqəti nikah

Sual:  Muta nikahı ilə müvəqqəti nikah arasında fərq vardırmı?

CAVAB

Bəli, fərq varsa da ikisi də dörd məzhəbdə haramdır. Muta nikahı şahidsiz olaraq bir qadına pul verib, bir müddət üçün birlikdə olmaq deməkdir. Bu birliyin haram olduğunda bütün alimlərin sözbirliyinin olduğu, Mizan-ül-kübra və İbni Abidində yazılıdır.

Müvəqqəti nikah yüz il belə olsa, bəlli bir zaman sonra boşayacağını söyləyərək digər bütün şərtlərinə uyğun kəsilən, ancaq zaman təyin edildiyi üçün haram olan bir nikahdır. Zamanı  söyləməyib, yalnız qəlbindən keçirərsə, nikah səhih olar. (S.Əbədiyyə)

28-04-2020, 20:57
Geri