Sual: Süni mayalanma yoluyla uşaq sahibi olmaq caizdirmi?
CAVAB
Uşağı olmayan ər-arvadın silsiləyi-aliyyəni [böyük İslam alimlərini] vəsilə edərək dua etmələri və məşru (dinə uyğun) səbəblərə sarılmaları lazımdır. Nümunələr evli ər-arvaddan alınar və haram işləmədən edilərsə, süni mayalanma da caiz olar. (İ.Əxlaqı)
Bu işi kişi həkimə etdirmək caiz olmaz, çünki həm uşaq sahibi olmaq zərurət deyil, həm də qadın həkim tapmaq imkanı vardır.
Surroqat (daşıyıcı) analıq
Sual: Surroqat analıq caizdir?
CAVAB
Xeyr, caiz deyildir. S.Əbədiyyə kitabında deyir ki: Kişinin spermasını bir boru və ya başqa bir şey içində, yad bir qadının rəhminə qoyub, uşağın əmələ gəlməsinə səbəb olmaq haramdır. Uşaq vələdi-zina olar.
Cinsiyyət təsbiti
Sual: Uşaq doğulmadan əvvəl cinsiyyətini müəyyən etmək, süni mayalanma yoluyla uşaq sahibi olmaqda dinən zərər vardırmı?
CAVAB
Xeyr, bu işlərin özləri zərərli deyildir. Amma bu işlər edilərkən günah işləməmək lazımdır.