Gözəl İslam / Bu həqiqətən mühümdür?

Bu həqiqətən mühümdür?

İş yerindəki, küçədəki, evdəki mühabisələrə, davalara fikir versək görərik ki, bunların çoxunun əsas səbəbinin cüzi şeylər olduğunu görərik. “Armudun sapı var, üzümün çöpü var...” deyərək, hər şeydə qüsur axtarmaq, heç bir şeyi bəyənməmək, vasvası olmaq mübahisələrə yol açar.

Bir çox insanlar yüksək qabiliyyətə, güclü bir zəkaya sahib olmasına baxmayaraq, faydasız şeylərlə əylənib, özlərini müvəffəqiyyətə aparacaq yolları özləri kəsir. Əhəmiyyətsiz şeyləri dəf edib, əsl hədəfə çata bilməzlər. Xüsusilə də klassik idarəçilərdə bu özünü geniş şəkildə biruzə verir. Bir tərəfdən, bir manatın hesabını dəqiq edərkən, digər tərəfdən milyonları gedir, özünün də xəbəri olmur. 

Təfərrüatla məşğul olub, əsl məsələyə qarşı laqeydlik tək idarəçilikdə deyil, həyatımızın hər sahəsində görülür. Ailə mübahisələrində, iş həyatında, küçədə və s...

İş yerindəki, küçədəki, evdəki mübahisələrə, davalara baxdığımız zaman da bunların çoxu əhəmiyyət kəsb etməyən şeylərdir. Bir an dayanıb, öz-özümüzə, daha əvvəl etdiyimiz davaların gerçək səbəblərinin nə olduğunu heç düşündükmü?

Sakit bir başla düşündüyümüz vaxt, şişirdilmiş davaların yüz faizə yaxınının kiçik, əhəmiyyətsiz şeylərdən başladığını görərik...

Məsələn, evin kişisi evə bir az yorğun, bir az da əsəbi gəlir. Axşam yeməyi onun çox xoşuna gəlməz və başını çevirib, yeməyi tənqid edər. Əslində yeməyin dadında, duzunda heç bir əskiklik yoxdur, ancaq “kişinin” günü stressli olmuşdur, hirsini boşaltması üçün bəhanə axtarır...

Axşama qədər uşaqlardan, ev işlərindən depressiyaya düşən qadın da, Ərim bir gəlsin, dərdləşim, rahatlayım” deyə gözləyərkən, ümid etmədiyi bir vəziyyət ilə qarşılaşır. Hesablar alt-üst olmuşdur və xanım da dərhal bütün gücünü toplayıb, belə bir cavabı verir:

“Bu qədər pulla başqa nə gözləyirdin ki?” və ya “Mənim də hər kəs kimi yaxşı bir sobam, evdə xidmətçilərim olsaydı, daha yaxşı yemək bişirə bilərdim!

Bu cavab “kişinin” qüruruna toxunur və gözünü yumub, ağzını açar:

“Bilirsən nə var, bunun səbəbi pulumuzun az olması deyil, sadəcə sən bu işi bacara bilmirsən!

Təbii ki, bunun da cavabını xanım dərhal verir. Bir müddət bu müzakirə davam edər... Yeməyin ortada qoyub, otaqlarına çəkilərlər. Hər ikisinin də “sinir əmsalları”  artmışdır... Sakitləşmək əvəzinə daha da qızışarlar...

Hər iki tərəf də bir-birini hər cür ittiham edər... Qayınanalar, qayınatalar, pul, evlilik əvvəli və sonrası verilmiş olan sözlər və digər mövzular gündəmə gələr. Evli olduqları bütün müddətdəki hadisələr nəzərdən keçirilir!

Hər iki tərəf də davanı əsəbi və gərgin olaraq tərk edərlər. Heç bir şey yerinə oturmaz və hər iki tərəf də bir sonrakı davanın daha da qızğın olmasını təmin etmək üçün özünə yeni sursatlar, müdafiə vasitələri, yeni taktikalar tapmaq üçün düşünərlər. Bu düşüncə ilə yuxuya gedərlər...

Səhər olub keçmiş günün yorğunluqları, stresləri yuxuda itincə, hər ikisi də etdiklərinə peşman olar. Müzakirə edilən mövzuların əhəmiyyətsiz bir şey olduğunu anlayarlar və açıqdan olmasa da içlərindən hallarına gülərlər. Ümumiyyətlə, həmişə belə kiçik şeylər böyük müzakirələrə səbəb olur. Bu baxımdan döyüşləri önləmək üçün, kiçik düşünməyi bir kənara buraxmaq lazımdır...

Birini tənqid etmədən, danlamadan, onu ittiham etmədən əvvəl və ya hücuma qarşı müdafiəyə keçmədən əvvəl, özümüz-özümüzəə sual verməliyik: “Bu həqiqətən mühümdür?

Bir çox vəziyyətdə mühüm olmadığını anlayar, beləcə əsassız mübahisələrdən çəkinmiş olarsınız. Özünüzdən təkrar-təkrar soruşun: “Həqiqətən də mühümdürmü?

Yeməyin duzunun az və ya çox olması, dadının belə-belə olması, bir az pulu lüzumsuz yerə xərcləməsi və ya evə sevmədiyi qayınanasını, baldızını dəvət etməsi həqiqətən də o qədər mühümdürmü?

Mənfi bir aura içinə girəcəyinizi hiss etdiyiniz an özünüzdən soruşun: “Həqiqətən də mühümdürmü?”  Bu sualın daha xoş bir ev şəkli meydana gətirməkdə böyük rolu vardır.

Bu vəziyyət büroda, iş yerində, küçədə qısaca həyatımızın hər sahəsində etibarlıdır. Evə gedərkən yolda birinin birdən önünüzə keçməsində də. Bu sual həyatda müzakirə meydana gətirməyə əlverişli bütün vəziyyətlərdə işinizə yarayar. Hər vaxt mütləq bu sualı özümüzə soruşaq:

“Həqiqətən də mühümdürmü?

Bu üç günlük dünyada Allahu təala bizi “Həqiqətən mühümləri dərk edənlərdən və ona görə yaşayanlardan etsin!

 

4-04-2018, 13:03
Geri