Gözəl İslam / İnsanı qısırlaşdırmaq

İnsanı qısırlaşdırmaq

Sual: Qadın xəstəliklərindən əməliyyat olan bəzi xanımlar bir daha uşaq olmaması üçün borularını bağladırlarmış. Bu iş dinən caizdirmi?

CAVAB 

İnsanı qısırlaşdırmaq haramdır. İbni Abidin həzrətləri buyurur ki:

“Qəssab heyvanlarını kökəlmələri üçün qısırlaşdırmaq caizdir. Digər heyvanları və insanları qısırlaşdırmaq haramdır.” [c.5, s.249]

Hadiqa və Bəriqada da eyni şəkildə yazılır.

Yenə İbni Abidin həzrətləri buyurur ki:

“Üzrsüz, uşaq salmaq [uşaq aldırmaq] haramdır. Ananın və ya süd əmən digər uşağın ölümünə səbəb olan bir üzrlü səbəb varsa, üzvləri təşəkkül etmədən salmaq [və ya aldırmaq] caiz olar.” [c.5, s.276]

Demək ki, səbəbsiz yerə qadınları qısırlaşdırmaq caiz deyildir. Saleh bir həkim, “Bir daha doğum edərsə ölər” deyərsə, yaxud buna bənzər bir səbəb söyləyərsə, o vaxt uşaq aldırmaq və ya uşaq olmağa mane olmaq üçün tədbir almaq [məsələn, qadını qısırlaşdırmaq üçün borularını bağlatmaq] caiz olar.

Sual: Qadını müvəqqəti olaraq qısırlaşdırmaq caizdir?

CAVAB

Cazi deyil, haramdır.

 

4-04-2018, 13:00
Geri