Gözəl İslam / Qadınların çalışması

Qadınların çalışması

Sual: Qadınların müxtəlif sənaye sahələrində işləməsində bir zərər vardırmı?

CAVAB

Dinimizdə qadın dolanışıq dərdindən, düşüncəsindən ayrı tutulmuşdur. O, işləyərək pul  qazanmağa, bunun üçün beş vaxt namazı axsatmaya, başını, qolunu açaraq və ya kişilərin arasına qarışaraq günah işləməyə məcbur deyildir. Hər şeyi onun ayağına gətirmək məcburiyyəti vardır. Dinimiz ona bu qiyməti vermişdir.

Müsəlman bir qadın  ticarət, elm, sənət və əkinçilik ilə məşğul olmağa məcbur deyil isə də, bunlarla məşğul olması, pul qazanması günah deyildir, öz istəyi ilə işləyə bilər. Lakin bunlarla məşğul olarkən haramlardan çəkinməsi şərtdir. Haram işləyərək ibadət də edilə bilməz. Məsələn, fərz olan həccə qadın məhrəmsiz gedə bilməz. 

Ehtiyac halında işləmək

Sual: Qadın hansı şərtlərdə işləyə bilər?

CAVAB

Bir qadının, qızın anası, atası və məhrəm qohumu yoxdursa və ya varsa da, kasıb isələr və kimsə kömək etməzsə, bu qadın özünün, uşaqlarının və xəstəlik, qocalıq səbəbiylə işləyəbilməyən kasıb ana-atasının ehtiyaclarını təmin etmək üçün işləmək məcburiyyətindədir. Kişiylə qarışıq olmayan qadın işlərində işləyəbilər. Kişi olmayan iş yoxdursa, şərəfini, səhhətini, dinini, namusunu, Müsəlmanlıq şərəfini qoruyacaq qədər fərz olan ehtiyacı qazanmaq üçün yad kişilərin olduğu yerlərdə örtülü olaraq işləməsi caiz olar. Bu ehtiyacı qazanmasına mane olunması ikrah olar. Ehtiyacdan çox orada qalması caiz olmaz. İşləyərkən başını, qollarını açması üçün məcbur etsələr, örtülü olaraq işləyəcək başqa yer tapa bilməyəndə, qolları açıq işləməsi İmam Əbu Yusifin qövlünə görə caiz olar. Qadının qulaqlarından aşağı sallanan saçları örtməsi fərz deyildir deyən alimlər də vardır. Məşəqqət olduğu vaxt bu zəif qövllə əməl etmək caiz olar. Başında olan saçları örtməyin fərz olduğu söz birliyi ilə bildirildisə də, qulaqlardan aşağı sallanan saçların açılması işləmək səbəbiylə caiz olar. Belə çətinlik çəkən qadın hər zaman kişi ilə qarışıq olmayan və ya örtülü işləyəbiləcək yer axtarmalıdır. Tapdığı vaxt orada işləməsi lazım olar. Saçlarını, qollarını küçədə, gedib-gələrkən örtməsi lazımdır. Müsəlman kişiylə evlənəndə bunun nəfəqəsini (ehtiyaclarını) əri təmin etməyə məcburdur. Zəngin olmadığı üçün anasına, atasına və uşaqlarına nəfəqə verməsi lazım gəlməsə də, ərinin icazəsi ilə işləyib onlara baxmalıdır. (S.Əbədiyyə)

Nəfəqə qazanmaq

Sual: Ərim boş yerə xərclər edir. Məsələn, az qala hər gün gərəksiz yerə çöldə yemək yeyir, cib telefonlarını gərəksiz yerə dəyişdirir, telefonla çox uzun danışır, bəzək olsun deyə dəbdəbəli əşyalar alır. Bir də bunlar üçün borclanır, aldığı maaş borclara gedir. Ehtiyaclarımızı təmin etmək üçün ev təmizliyinə getmək kimi bəzi işlər edirəm. Bəzən haram işləmək məcburiyyətində də qalıram. Bu şərtlər altında haram işləməyim olarmı?

CAVAB

Olmaz. Çöldə yemək yemək, cib telefonu dəyişdirmək, dəbdəbəli əşyalar almaq günah deyilsə də, əvvəl evin ehtiyaclarını təmin etməsi lazımdır. Bunu etməyib, ailəsini çətin vəziyyətdə buraxan günahkar olar. İki hədisi-şərif məali belədir:

“Kimsəyə möhtac olmamaq və ana-ata, ailəsini möhtac etməmək üçün işə gedənin hər addımı ibadətdir.” [Tabərani]

“Çalışmayıb özünü sədəqə istəyəcək hala salan 70 şeyə möhtac olar.” [Tirmizi]

Kişi peşəsi

Sual: İslam Əxlaqı kitabında, zərurət olmadan kişilər kimi geyinən, onlar kimi təraş olan və kişilərə məxsus işləri görən qadınların, qadın kimi saçlarını uzadan və bəzənən kişilərin lənətləndiyi bildirilir. Kişilərə məxsus işlər hansılardır?

CAVAB

Bu işlər, zamana görə dəyişsə də, ümumiyyətlə, güləş, hamballıq, polis, sürücü, tikinti, mədən ocaqlarından işləmək kimi peşələr bu sinfə daxildir. Qadın ərinin icazəsi ilə kişilərə məxsus olmayan işlərdə günah iş görmədən işləyə bilər.

4-04-2018, 12:47
Geri