Gözəl İslam / Dəvətə getmək lazımdırmı?

Dəvətə getmək lazımdırmı?

Sual: Ziyarətlərə, dəvətlərə, məsələn, toy yeməyinə getmək vacibdir, yoxsa sünnət? Dəvətə getməmək günahdırmı?

CAVAB

“Buxari”dəki hədisi-şərifdə, “Dəvəti qəbul etməyən Allah və Rəsuluna üsyan etmişdir” buyurulur. Alimlər bu hədisi-şərifi açıqlamış, hər növ dəvəti qəbul etməyin vacib deyil, sünnət olduğunu bildirmişlər. (Mənahic-ül-ibad)

Toy yeməyinə çağırıldıqda getmək də sünnətdir. Bəzi alimlər vacib demişdirlər. Yalnız, günah işlənmirsə getmək sünnətdir. Şərtlərdən biri nöqsan isə ziyafətə getmək sünnət deyildir.

Məsələn, yemək riya və şöhrət üçün deyilsə, halal maldan hazırlanmışsa, spirtli içki, çalğı  və bənzəri günah olan şeylər yoxdursa, zəngin-kasıb ayrımı edilmədən hər kəs dəvət edilmişsə, belə dəvətə sünnət olduğunu düşünərək getmək, qarın doyurmağı və başqa şeyləri düşünməmək lazımdır.

Süfyanı Sərvi həzrətləri buyurur ki:

“Allah rizası üçün niyyət etmədən yeməyə dəvət edənə bir günah yazılar. Belə niyyət etmədən gedənə də iki günah yazılar.”

Zamanımızdakı toylar

Sual: İndiki dövrdə toylar ümumiyyətlə, musiqili və qadın-kişi qarışıq olur. Ailəm “Biz getməzsək, onlar da bizim toyumuza gəlməz” deyərək getməyə çalışırlar. Nə etməyimiz lazımdır?

CAVAB

Onlar da bizə gəlməz deyə dinimizdən güzəştə getməməyimiz lazımdır. Allaha üsyan olan işdə insanlara tabe olmamaq lazımdır. İnsanların rizasını Allahu təalanın rizasından üstün tutmamaq lazımdır. Müsəlmanlar dindən güzəştə getməzlərsə, Müsəlmanlığa uyğun toylar da qəribə gəlməz. “Bunlar Müsəlmandı, toyu belə edir” deyərlər. Hər kəs buna da alışar. İnsanlara qəribə gələcək deyə Allahın əmrindən güzəştə getməmək lazımdır.

10-04-2018, 10:56
Geri