Gözəl İslam / Necəsən demək

Necəsən demək

Sual: Vərdiş halında necəsən, deyirik. Məqsədsiz necəsən demək uyğundurmu, riyadırmı?

CAVAB

Uyğun deyildir. Köhnə alimlər bir kimsənin dərdinə dəva ola bilməyəcəksə, söz olsun deyə necəsən, deməzmişlər. Necəsən dediyimiz kimsə, “Bu qədər pula ehtiyacım var, bu dərdim var” desə, əgər gücümüz çatarkən ona kömək etməsək, necəsən deməyimiz anormal bir şey olar. Dərdinə dərman ola biləcəyimiz kimsəyə necəsən deməyimiz lazımdır. Necəsən demək, bir ehtiyacın varsa həll edim, deməkdir. Ehtiyacını həll edə bilməyəcəksək necəsən deməyimiz səmimiyyətdən uzaq olar. Heç olmazsa, “Əlhamdülillah yaxşıyam, Allah razı olsun” deyə dua etməsini təmin etmək məqsədiylə desək, necəsən deməyimiz boşa getməz, riya olmaz.

Sual: Bir yoldaşım var. Necəsən dediyim vaxt, Allah razı olsun deyir, amma o da mənim halımı soruşmur. Onun da mənə necəsən deməsi lazım deyilmi?

CAVAB

Dua etdiyinə görə məmnuniyyətini bildirir. Onun da necəsən deməsi lazımdır amma, bəlkə bir bəhanəsi vardır. Necəsən desə, siz də bu qədər pula ehtiyacım var desəniz, verməsə yoldaşlığa uyğun olmaz, versə bəlkə öz ehtiyacı vardır. Dərdinə dəva ola bilməyəcəyimə görə heç soruşmayım deyir.

Bəzi köhnə alimlər bir kimsənin dərdinə dəva ola bilməyəcəksə, söz olsun deyə necəsən deməzmişlər. Necəsən demək bir ehtiyacın varsa həll edim mənasında olduğu kimi, onun “Əlhamdülillah yaxşıyam, Allah razı olsun” deyə dua etməsini təmin etməkdir. Müsəlman, betərin betəri var deyərək mövcud halına şükr edər.

Necəsən dediyiniz vaxt, o kimsə də pula ehtiyacım var deyərsə, dərhal pul qabını çıxarıb eləcə önünə qoyarsanız, hər kəsə rahatca necəsən deyə bilərsiniz. Yaxud yalnız dua etdirmək, duasını almaq üçün də necəsən deyilə bilər.

 

9-04-2018, 15:50
Geri