Gözəl İslam / Qonağa necə davranmaq lazımdır

Qonağa necə davranmaq lazımdır

Sual: Ev sahibinin qonağa qarşı necə hərəkət etməsi lazımdır? Qonağa ikram etmək şərtdirmi?

CAVAB

Bəli şərtdir. Ev sahibinin diqqət etməsi lazım olan xüsuslardan bəziləri:

“Şeytan, [xeyirə xərclətməyib] kasıb olarsınız deyə qorxudar, xəsisliyi [və xeyirə xərcləməməyi] təlqin edər. Allah isə  [xeyirə xərcləyənə] məğfirət, lütf, bolluq vəd edər.” [Bəqərə 268]

Hədisi-şərifdə də buyuruldu ki:

“İblis, ən azğın xadimlərini malını xeyirə sərf edənlərə göndərər.” [Tabərani]

Mömin yaxşı kimsədir. Bir hədisi-şərif məali:

“Möminlərin imanca ən yetkini, əxlaqca yüksək olanıdır. Hər kəs onun yanına rahatca gələ bilər, gələni-gedəni çox olar, başqaları ilə ülfət edər, həm də özü ilə ülfət edilər. Ülfət edə bilməyəndə [yola gedə bilməyəndə] xeyir yoxdur.” [Tabərani]

Qonağı yedirməklə, sədəqə verməklə insanın imkanı daralmaz. Peyğəmbər əfəndimiz and içərək, “Səqədə verməklə mal azalmaz” buyurdu. (Tirmizi)

Xəsislik çox pisdir. Qonaq qəbul edib xəsislikdən xilas olmağa çalışmaq lazımdır!

Hədisi-şəriflərdə buyuruldu ki:

“Zəkatını verən, qonaq qəbul edən, darda olanlara kömək edən xəsis sayılmaz.” [Tabərani]

“Ancaq şərli, pis şəxslər qonaq qəbul etməz.” [Beyhəqi]

“Qonaq ruzisi ilə gələr, ev xalqının günahlarının əfvinə səbəb olar.” [İ.Sünni]

“Qonaq, min bərəkət və min rəhmətlə gələr.” [Nisab-ül ahbar]

“Allaha və qiyamətə inanan qonağına ikram etsin!” [Buxari]

İmam Əvzai, “Qonağa ikram, ona qarşı gülər üzlü və şirin dilli olmaqdır” buyurdu. Qonağa ikram çox savabdır. Qonağı nemət və qənimət bilmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Allahu təala xeyr murat etdiyinə hədiyyə olaraq qonaq göndərər.” [E. Nuaym]

Hər nemət bir külfət qarşılığıdır! Külfətsiz nemət olmaz. Qonaq sıxıntılı ola bilər. Tənbəllik etmədən, mülayim şəkildə və lütflə xidmət etmək lazımdır!

“Qonaq girməyən evə, mələklər də girməz.” [Şirə]

“Qonaqla yeyilən yeməkdən sorğu-sual olmaz.” [Deyləmi]

“Qonaq üçün külfətə girməyin, qonaq bundan narahat olar. Qonağını üzən, Allahu təalanı üzmüş olar.”  [İbni Lal]

Həzrəti Əli, “Dostun ən pisi, külfətə girən, özünü yola verməsinə səni məcbur edən, səni üzr istəyici işlərə sövz edəndir” buyurur. [Külfət,  lüzumundan çox ikram, zəhmətli iş, çətinlik deməkdir.]

Hədisi-şərifdə buyuruldu ki:

“Qərib, yatacaq yer tapa bilməyən bir qonağa kömək etmək, yemək yedirmək müsəlmanlar üzərinə borcdur.” [İ.Asakir]

İbrahim əleyhissəlam qonaq olaraq gələn atəşpərəstə, “Müsəlman olarsansa sənə çox ikram edərəm” dedi. Atəşpərəst inciyib getdi. Allahu təala Həzrəti İbrahimə, “Niyə onu qonaq etmək üçün dinini dəyişdirməyi şərt qoydun? O məni tanımadığı halda mən onun yetmiş ildir ruzisini verirəm” buyurdu. Həzrəti İbrahim qaçıb atəşpərəsti tapdı. “Mənə qonaq ol” deyə xahiş etdi. Atəşpərəst heyrət etdi. Həzrəti İbrahim hadisəni anlatdı. Atəşpərəst, “Demək ki, Allah mənə qarşılıqsız nemət verir. O halda mənə İslamiyyəti öyrət, müsəlman olum” dedi. Həzrəti İbrahim ona lüzumlu din bilgilərini öyrətdi. O da kəlimeyi-şəhadət gətirib müsəlman oldu.

Qonaq ruzisi ilə gələr

Qonağa ikram etmək, gözəlcə yola salmaq lazımdır. Qonağa yediriləcək şeylərdən qorxmamalıyıq, qonağa ikram etməyi qənimət bilməliyik! Atalarımız, “Qonaq on qismətlə gələr, birini yeyər, doqquzunu qoyar gedər” demişlər. Hədisi-şəriflərdə də buyuruldu ki:

“Qonaq ruzisi ilə gələr.”   [Şirə]

“Qonaq girməyən evə mələk girməz.” [Şirə]

“Süfrə qonağın önündə olduğu müddətcə mələklər ev sahibi üçün istiğfar edərlər.” [Tabərani]

Heç kəs dostlarla yediyi yeməkdən hesaba çəkilməz.” [İ.Qəzali]

Evdə olan şeyləri bolca ikram etmək, qonağa verilən çox yeməyi israf saymamaq lazımdır. Allah üçün olan şey çox olsa da israf olmaz. Allah üçün olmayan şey az olsa da israfdır.

Qonağa “ye” deyə üç dəfədən çox təklif etməmək lazımdır. Hələ “Allah xatirinə ye” deyə məcbur etməmək lazımdır. Belə məcbur etmələr qonağı incidə bilər. Qonağı incidən Allahu təalanı incidər.  

Hikmət əhlindən birini yeməyə dəvət edirlər. O da, “Bu üç şərtlə qəbul edərəm, deyər:

Təklifə razı oldular. Ev sahibi qonağın yanına kiçik uşağını oturdur. Uşaq zərərli şeylər edər. Ev sahibi də yeməsi üçün təkid edincə qonaq, “Verdiyin sözü pozdun. Üç şərtə də riayət etmədin, gedirəm” deyər. Yenə eyni şəxsi dəvət edərlər. Yenə üç şərt irəli sürər: “Təkəllüf, zülm və xəyanət olmazsa qəbul...” deyər. 

Təkəllüf: Evində olmayan şeyi zəhmət və xərcə girərək gətirmək.

Xəyanət: Evində olanı qonağa ikramdan çəkinmək.

Zülm: Evdə olan hər şeyi qonağa verib uşaqları ac buraxmaq.

Həzrəti Əli yeməyə dəvət ediləndə, “Üç şərtlə qəbul edirəm. Bir şey almaq üçün bazara getməyəcəksiniz. Evinizdə olanı da əsirgəməyəcəksiniz. Mənim üzümdən uşaqlarınızı da ac buraxmayacaqsınız” buyurdu. 

Yeməyi tələsik hazırlayıb gətirmək lazımdır! Qonaqları gözlətmək uyğun olmaz. Dəvətlilərin əksəriyyəti gəlmişsə, bir-iki adam gözləmədən yeməyə başlamaq olar. Gəlməyən kasıb isə və ya qəlbi qırılacaq biri isə gözlənilə bilər. Yalnız beş şeydə tələsmək sünnətdir. Bunlardan biri qonağa yemək hazırlamaqda tələsmək lazımdır.  

Süfrəyə ət və şirin də gətirmək lazımdır! Çünki yeməklərin yaxşısını yedirmək Allahu təlanın rizasını cəlb edər. Yeməkdə yaxşı su olması lazımdır! “Sərin su içmək, Allahu təalaya şükr etməyə səbəb olarbuyurulmuşdur. Süfrədə sirkəli salat olması yaxşıdır. Çünki sirkə və yaşıllıq hədisi-şəriflə təriflənmişdir. Yaşıl tərəvəzlərin olduğu süfrədə mələklər  hazır olar. 

Yeməklərin yaxşısını əvvəl gətirmək lazımdır! Arzu edənlər bunlardan çox yeyər. Digər yeməklərə lüzum qalmaz. Halbuki mədəsinə düşkün olanlar çox yeyə bilmək üçün əvvəl digərlərinin, sonra da nəfis yeməklərin süfrəyə qoyulmasıyla lüzumundan çox yemiş olarlar. Ən yaxşısı bütün yeməkləri ortaya qoymalı, hər kəs arzu etdiyini yeyə bilməlidir. 

Qonaq gülər üz, şirin dil, xoş söhbət istəyər. Bunlara riayət olunarsa məmnun olar. Qonağı qapıya qədər yola salmaq lazımdır! Hədisi-şərifdə “Qonağı 7 addım yola salana, Cəhənnəmin 7 qapısı bağlanar. 8 addım yola salana, 8 Cənnət qapısı açılar və dilədiyi qapıdan girər” buyuruldu. (Şirə)

Qonağı yola salarkən, “Məmnun etdiniz, şərəf verdiniz, hər vaxt gözləyirik” kimi gözəl sözlər söyləyib, yola salmaq, onun da dua etməsini qənimət bilmək lazımdır! Hədisi-şərifdə buyuruldu ki:

“Qonağın duası məqbuldur.” [Beyhəqı]

Qonağın da gedərkən və ya yeməkdən sonra “Evinizdə oruclular iftar etsin, yeməyinizi yaxşı insanlar yesin!” kimi dua etməsi sünnətdir. (Tirmizi)

Sual: Bir növ yemək yeməyin sünnət və sağlamlıq üçün daha faydalı olduğu deyilir. Qonaqlara müxtəlif yemək vermək israf olar?

CAVAB

Qonaqlara müxtəlif yeməklər ikram etmək israf olmaz. Qonaqpərvər, mürüvvət sahibi bir şəxs süfrəyə gətirəcəyi yemək növlərini yazar, qonaqlara ərz edərdi. Bir alim buyurur: Qonaqlar üçün süfrədə müxtəlif yeməklərin olması çox xoş olar. Çünki hər insanın təbiəti fərqlidir. Bunun kimi Allahu təalanın insanların istək və arzularına görə Cənnətdə verəcəyi nemətlərdən 10-u belədir:

“Tərtəmiz şərab içərlər”  [İnsan 21]

Qurani-kərimdə Cənnət əhlinə veriləcək Şərabən tahura deyə buyurulan “Təmiz şərab”dan məqsəd təmiz bir içkidir. Bizim dildə sirop, içki deyilə bilər. Spirtli olan şərab ilə bir əlaqəsi yoxdur. Qurani-kərimdə spirtli içki haramdır (Maidə 90). Ərəbcə şərab içilən şeylərə deyilir.

Cəhənnəmdəki zəqqum ilə dünyadakı zəqqum ağacının da bir bənzərliyi yoxdur. Yalnız adları eynidir. Cənnətdəki qızıl, gümüş, süd, su kimi şeylərin dünyadakılarla yalnız ad bənzərliyi vardır.

Sual: Qonaqlıqda yeyilən yeməkdən qonağa yoxsa ev sahibinə hesab yoxdur?

CAVAB

 Hər ikisinə də hesab yoxdur.

22-04-2020, 23:39
Geri