Gözəl İslam / Köhnəsi olmayanın yenisi olmaz

Köhnəsi olmayanın yenisi olmaz

Fasiləsiz çalan qapının zəngi, Mübəccəl Xanımı köhnə taxta nərdivanlardan sürətlə aşağı enməyə məcbur edirdi, ancaq o, artıq qocalmışdı. Dizlərinin ağrısı artmış,ona yavaş hərəkət etməsini söyləyir kimi idi.

- Gəldim, gəldim....

- Kimsən?

- Mənəm anacan, qızın Nəriman.

- Nəriman!

Mübəccəl Xanımın qızı Nəriman 2 il əvvəl gəlin getmişdi, kürəkəni yaxşı bir insandı, bir də nəvəsi vardı. Nə gözəl hisdir nəvə sevgisi.

- Xeyirdir qızım bu nədir tələsik, fasiləsiz zəngə basırsan . Gəl-gəl, içəri gəl, qucağındakı körpəni ver görüm.

- Bezdim artıq ana bezdim, dözə bilmirəm. O evə bir daha qayıtmayacam .

- Sakit ol görək! Kec içəri. Belə şeylər qapıda danışılmaz. Mən bir çay qoyum, həm danışar həm də bir şey yeyib-içərik.

- Yaxşı, ana mən uşağı yatızdırım.

Mübəccəl Xanım ocağa çay qoyarkən düşünürdü, nə oldu görəsən? Kürəkən nə etdi, dəli qız kim bilir yenə nəyə hirslənib .

- Danış görək qızım xeyirdir inşallah. Nədir səni belə tələsik bizə gətirən?

Nəriman ağlamaqdan şişmiş gözləri ilə anasına baxdı yenidən ağlamağa başladı, hıçqıraraq ağlayır, “Olmur ana mən artıq o evə qayıtmayacağam”deyə deyinirdi. Mübəccəl Xanım:

- Nə oldu qızım başdan danış.

- Nə olacaq mübahisə etdik. Çox sıxıldım tətilə gedək dedim, “Gedə bilmərik, xanım, işlərim çoxdur, indi icazə ala bilmərəm” dedi. “Qonaq otağındakı xalça köhnəldi, onsuz da kreslolara uyğun gəlmir, dəyişdirək, gələn həftə yoldaşlar bizə gələcək ayıb olar” dedim, məni əşyalarımla sevən mənim yoldaşım ola bilməz dedi. Dəli edəcək məni ana, dəli edəcək. Günah məndədir, əlbəttə Fəridə kimi alıb gətirəcəksən xalçanı qəbul etməyə məcbur olacaq .

Mübəccəl Xanım çayları gətirmək üçün mətbəxə getdiyi vaxt, Nəriman hələ əri üçün bir şeylər söyləyib, qışqırıb çığırırdı. Mübəccəl Xanım əlində çay nəlbəkisi ilə içəri girdi.

- Məni dinləmirsən ana?

- Əlbəttə ki, dinləyirəm. İllər əvvəl mən də sənin kimi ata evinə getmiş, anama ağlamış, qayıtmayacağımı söyləmişdim.

- Nənəm nə demişdi sənə ana?

- Nə deyəcək məni bir gözəl danladı, boxçamı verdi qolumun altina və “bu evdə sənə yer yoxdur, bilirsən ki, evdən çıxan qız qayıda bilməz, get tez qayıt ərinin yanına, üzr istə, yalvar ki, səni bağışlasın” dedi və məni sanki qapıdan qovdu. O vaxt çox hirslənmiş, deyinmişdim anama, indi haqq verirəm. Yaxşı ki, məni geri göndərmişdi ... Sonra sən oldun, atan və mən çox xoşbəxt bir evlilik keçirdik, məni heç kimə möhtac etmədi, Allah onu başımdan əksik etməsin, ondan razı olsun Rəbbim. Budur, belə-belə işlər.

- Yəni ki, indi nənəm kimi sən də məni, geri göndərəcəksən?

- Qızım səninlə danışacağam, indi sənə söyləyəcəklərimi yaxşı dinlə, tarix təkrarlandı, sən də bu dediklərimi öz övladına söyləyəcəksən bəlkə.

Anası təkrar sözə başladı:

- Bax qızım, biz sənə dinini öyrətdik, səni dinini bilən, namazını qılan, gözəl əxlaqlı, çalışqan biri ilə evləndirdik. Bəli, bunlar ana-atanın vəzifələridir, amma biz bu mövzuda Allah rizası üçün həssas davrandıq. Firudunu atan da, mən də çox sevirik, heç hörmətsizliyini görmədik, həm sənə həm də hər kəsə əliaçıqdır. Sənə və uşağına bağlıdır. Sizə daha yaxşı şərait qurmaq üçün, gecə-gündüz işləyir, sizi heç kimə möhtac etmir. Yediyiniz önünüzdə, yemədiyiniz arxanızda. Bizim kimi yoxluq çəkmirsiniz. Paltarı paltaryuyan maşın, qab-qacağı qabyuyan maşın, xalçaları xalça maşını yuyur. Çörək bişirmək, soba yandırmaq dərdiniz yoxdur, evlər isti, sənə və sənin kimilərə rahatlıq batır qızım rahatlıq. Səninki açıq-aşkar ərköyünlükdür... Sən pul qazanmadığın üçün bilmirsən, çörək artıq aslanın ağzında deyil, mədəsində, nə etsin adam başqa iş tapmaq asandırmı? Sən ərini tətillə, xalçayla deyə sıxsan, onsuz da adam yorğun gəlir, ona rahatlıq verməsən, xəstə olar, o vaxt nə edəcəksən?

Sən-sən ol, əsla gərəksiz şeylərlə, dünyalıqla, ərinə sıxıntı vermə, köhnənin qiymətini bilməyənin, yenisi olmaz deyərlər. Lazımsız istək və xərclərdən qaç, özünü ərinin yerinə qoy, bütün gün insanlara söz izah etmək, yük çəkmək asan deyil. Dır-dır edən qadın olma, heç kim səs-küy dinləmək istəməz. Qaldı ki, yorğun gələn ər heç istəməz. Ərinin paltarına diqqət et, ütüsünə diqqət et, çünki kişi çöldə xanımını təmsil edir. Ütüsüz köynək və şalvar ondan əvvəl səni alçaldar. Əsla səsini ərindən çox yüksəltmə, ondan icazəsiz heç bir şey etmə, buraya belə gələrkən icazə almağı unutma. Ərini gülər üzlə şən qarşıla. Heç vaxt rəfiqələrinə ərindən danışma, rəfiqələrini və rəfiqələrinin ərləri haqqında eşitdiklərindən ərinə bəhs etmə!Heç kim bir başqası ilə müqayisə edilməkdən xoşlanmaz. Özünə, paltarına diqqət et. Ərini anan-atan da olsa, heç kimə şikayət etmə. Ailə dağıtmaq asandır, amma qurmaq çətindir. Yuvana sahib çıx, evinin xanımı ol, artıq atanın evində qonaq olarsan, sənin evin, yerin ərinin yanıdır. Ərini incitsən bizi kədərləndirmiş olarsan, bunu unutma. Bizim razılığımızı qazanmaq istəyirsənsə evə getdiyində, ərindən üzr istə. Yaxşımı qızım?

Anası söylədiklərini düşünməsi üçün çayları doldurmak bəhanəsi ilə Nərimanı tək qoydu. Nəriman anasının haqlı olduğunu düşünürdü. Əslində əri yaxşı bir adamdı, pis bir vərdişi yoxdu. Heç  vaxt ona pis davranmamış, hətta müsbət istəklərini yerinə yetirməyə çalışmışdı. O qədər də mühüm deyildi, onsuz da xalçası uyğun olmasa da dəyişdiriləcək qədər köhnəlməmişdi. Başqalarının söyləyəcəkləri üçün hüzurunu pozduğuna dəyərdimi? Bütün bunları düşünərək dalmışdı Nəriman... Anası:

- Uşaq oyandı, ağlayır yəqin, qızım bir bax.

Nəriman içəridəki otaqdan uşağının paltarını geyindirmiş, özü də hazır vəziyyətdə çıxdı. Mübəccəl Xanım:

- Xeyirdir, gedirsənmi qızım? dedi.

- Gedim ana, yəqin sən haqlısan, ərim gəlmədən sevdiyi yeməkləri hazırlayım özümü əfv etdirim.

- Eh sən bilərsən, qızım yaxşı, sağ-salamat get. Bil ki, ən doğrusunu edirsən, budur Müsəlman bir xanım, əlbəttə ki, belə hərəkət edər.

Nəriman, anasının əlini öpüb, iki küçə irəlidəki öz evinə doğru yola düşdü.

Mübəccəl Xanım qızının arxasından uzun-uzun baxıb dua etdi...

İndiki qızlar çətinlik çəkə bilmir, səbr göstərə bilmir, belə evlilik də çox getmir. Evində sıxılan, xanımına hirslənən, əri ilə mübahisə edən, ata evinə qaçır. Boş-boş səbəblərlə boşanırlar. Biz səni küçədən tapmadıq, qoy gəl deyən ana-ata sonra çox peşman olur, amma olan uşaqlara olur. Övladlarına səbrli olmağı, yük çəkməyi, hörmət və sevgini öyrətməyən ailələr nəticələrinə həmişə birlikdə qatlanır.

 

12-04-2018, 17:47
Geri