Gözəl İslam / Ayəti-hırz necə oxunur?

Ayəti-hırz necə oxunur?

Sual: Ayəti-hırz necə oxunur?
CAVAB
Dəstəmaz alınıb, 7 istiğfar və 11 salavat oxunub, xəstənin səhhətinə niyyət edərək, günəş çıxdıqdan və əsr namazından sonra, gündə iki dəfə xəstə üzərinə oxunmalı, işarəli yerlərdə xəstə üzərinə üfürülməli, şəfa tapana qədər [qırx günə qədər] davam edilməlidir. Hər dəfə sonunda, bir Fatihə oxuyaraq savabı Peyğəmbər əfəndimizin və Bəhaəddin Buxari, Əhməd Rıfai və imam Rəbbani həzrətlərinin ruhuna hədiyyə edilməlidir. Bir nüsxə də yazıb, üzərində gəzdirilsə, sehirdən, cadudan, nəzər dəyməsindən qoruyar. Murad hasil olar.


Sual: Cin məktubu nədir?
CAVAB
Peyğəmbər əfəndimizin Müsəlmanları cinlərin zərərlərindən qorumaq üçün Həzrəti Əliyə yazdırdığı bir məktubdur. Üzərində gəzdirənə və evində saxlayana o məxluqlar zərər verə bilməz.

Əshabı-kiramdan Əbu Dücanə həzrətləri rəvayət edir:
Yatırdım. Dəyirman səsi və ağac yarpaqlarının səsi kimi səs eşitdim və şimşək kimi parıltı gördüm. Başımı qaldırdım. Otağın ortasında qara bir şeyin yüksəldiyini gördüm. Əlimlə yoxladım. Kirpi dərisi kimi idi. Üzümə qıvılcım kimi şeylər atmağa başladı. Dərhal Rəsulullahın yanına gedib, gördüklərimi danışdım. Buyurdu ki: “Ya Əba Dücanə, Allahü təala evinə xeyir və bərəkət versin!”

Qələm və kağız istədi. Həzrəti Əliyə bir məktub yazdırdı. Məktubu alıb, evə apardım. Başımın altına qoyub, yatdım. Fəryad edən bir səs məni oyandırdı. Deyirdi ki: “Ya Əba Dücanə, bu məktubla bizi yandırıb-yaxdın. Sənin sahibin bizdən əlbəttə çox yüksəkdir. Bu məktubu bizim qarşımızdan qaldırmaqdan başqa bizim üçün qurtuluş yoxdur. Artıq, sənin və qonşularının evinə gələ bilməyəcəyik. Bu məktubun olduğu yerlərə gələ bilmərik.”

Ona dedim ki, sahibimdən izn almadıqca bu məktubu götürmərəm. Cin ağlaşmasından, fəryadından, o gecə mənə çox uzun gəldi. Sübh namazını məsciddə qıldıqdan sonra, cinin sözlərini danışdım. Rəsulullah əfəndimiz buyurdu ki:
“O məktubu götür. Yoxsa, məktubun acısını qiyamətə qədər çəkəcəklər.” [Dəlailün-nübüvvə, Təzkirəyi-Kurtubi]

Cin məktubunun əslini oxumaq üçün buraya tıklayın.

Cindən qorunmaq üçün
Sual: 
Cinlərdən və cadudan qurtulmaq üçün nə etmək lazımdır?

CAVAB
Ayəti-hırzı və arxasından Muhamməd Məsumi Sərhəndi həzrətlərinin üçüncü oğlu Muhamməd Ubeydullah Sərhəndinin “Xəzinətül-məarif” kitabının 148-ci məktubunda yazılmış dua oxunmalıdır. Bu məktub, “Təshilül-mənafi” kitabına da əlavə olunmuşdur. Ayəti-hırz və aşağıdakı duanın ərəbcəsini oxumaq üçün buraya tıklayın. O duanın tərcüməsi belədir:

“Bu məktub, vilayət pənah pirzadəyi-irfanı-dəstgah Hacə Muhamməd Parisanın oğluna yazılmışdır. Məktub, təcrübə edilmiş bəzi faydalı məlumatları izah edir.”

Bismilləhirrahmənirrahim. Allahü təalaya həmd, Rəsuluna salət və səlam edirik. İmam Sərahsi belə buyurdu: Əhməd ibn Saleh belə rəvayət edir: Xidmətçimə cinlər müsallat olmuşdu. Başqa bir xidmətçi gətirdim. Ona da müsallat oldular. Bir gün namaz qıldım, oturarkən biri salam verdi, mən də salamını aldım. “Kimsən?” dedim. “Mən cinlərdən Zəkəriyyə. Sənə bir dua öyrətmək üçün gəldim. Sənin cariyənə olduğu kimi, birinin başına belə bir hal gəlsə, bu duanı oxusa, biiznillah sağlamlığına qovuşar” dedi. Bu duanı yazmaq üçün qələm axtardım, tapa bilmədim. “Divanın altındadır” dedi. Sonra bu duanı yazdırdı:
“Allahü təalaya həmd olsun ki, göyü yüksək, yeri alçaq və dağları dik yaratdı. Küləklər göndərdi. Gecəni qaranlıq və gündüzü aydınlıq etdi. Görülən və görülməyən varlıqları yaratdı. Bunları, yaratdıqlarından heç birinin yardımına möhtac olmadan yaratdı. Ya Rəbb! Səni nöqsan sifətlərdən tənzih edirəm. Qüdrətini düşünən üçün sənin şanın necə də ucadır. Sən Özünə məxsus ucalıqla ucasan, Özünə məxsus yaxınlıqla yaxınsan. Sən yaratdıqlarına qüdrətinlə qalibsən. Sənə üsyan edən Cəhənnəmə, sənə itaət edən isə Cənnətə gedər.

Ya Rəbb! Dua etməyi və edilən duaları qəbul edəcəyini bildirdin. Etdiyimiz dualar Sənin qəzanı geri çevirdi. Dualarımızı qəbul eylə! Sən güc və qüvvət sahibisən. Səndən daha güclü və qüdrətli kimsə yoxdur. Sən Rəhimsən. Səndən daha mərhəmətlisi yoxdur. Sən, Yaqub əleyhissalama mərhəmət edib yenidən görməsini nəsib etdin. Yusif əleyhissalama da mərhəmət edib onu quyudan xilas etdin. Əyyub əleyhissalama da rəhm edib bəla və müsibətlərini aradan qaldırdın. Ya Rəbb, mən də Sənə yalvarıram. Çünki bir şey istənilənlərin ən xeyirlisi Sənsən. Ey zorbaları qəhr edən, qiyamətdə əməllərin qarşılığını verən, çürümüş sümükləri dirildən Rəbbim, Sən keçilməsi üçün Cəhənnəm üzərinə qıldan incə və qılıncdan kəskin körpü qurdun! Sən, [bu adamı] bu acılara, bu xəstəliklərə mübtəla qıldın. Sən, xəstəliyini aparmağa qadirsən, Ya Ərhəmərrahimin.”

“O inkarçıların vəziyyəti, eynilə bağırıb-çağırmadan başqa bir şey eşitməyənlərə [eşitdiyi səsin mənasını anlamayan heyvanlara] bağıran çobanın vəziyyətinə bənzəyir. O inkarçılar kar, lal və kordurlar. Çünki onlar düşünməzlər.” [Bəqərə171]

Əhməd ibn Saleh həzrətləri buyurdu ki: Bu dua suya oxunub xəstə içsə və onunla dəstəmaz alsa, biiznillah sağalar. Oxuduğum hər xəstə biiznillah sağaldı. Əlhamdülilləhi Rabbil aləmin.

16-02-2021, 16:09
Geri