Gözəl İslam / Qiyabən dua etmək çox qiymətlidir

Qiyabən dua etmək çox qiymətlidir

Sual: Xəbəri olmadan bir yoldaşın arxasından edilən duanın qəbul olduğu doğrudurmu?
CAVAB
Bəli, bir möminin digər din qardaşı haqqında qiyabən, yəni arxasından etdiyi duanı Allahü təala qəbul edir. Buna qiyabən dua deyilir. Kiminsə üzünə qarşı dua edildikdə buna riya qarışa bilər, amma qiyabən olarsa, sırf Allah rızası üçün dua edilmiş olur. Allah rızası üçün olunan duaları da Allahü təala qəbul edər. Din qardaşının qiyabında dua edildikdə, Allahü təala onun üçün istədiyimiz şeyi əvvəlcə bizə verər. Hədisi-şəriflərdə buyuruldu ki:
Bir Müsəlmanın din qardaşının arxasından etdiyi xeyr-dua qəbul olur. O dua etdikdə, bir mələk, “Amin, qardaşın üçün istədiyinin eynisi sənə də verilsindeyər.” [Müslim, Tirmizi, İbni Macə]
Bir kimsənin birinə qiyabında etdiyi dua müstəcəb olar. Edilən duaya bir mələk, “Amin, eyni şeylər sənə də olsundeyər.” [İbni Əbi Şeybə]
“Bir kimsə qiyabında birinə dua edərsə, mələklər eyni şəkildə ona dua edərlər.”
 [Müslim]

“Ən tez qəbul olunan dua insanın din qardaşının qiyabında etdiyi duadır.” [Buxari]
“Gizli [yəni qiyabən] olunan dua aşkar edilən duanın yetmiş mislinə bərabərdir.” [Əbuşşeyx]
“Allah ilə arasında pərdə olmayan iki dua vardır. Biri məzlumun duası, digəri də insanın din qardaşının qiyabında etdiyi duadır.” [Tabərani]
“Ən məqbul dua qaibin qaibə etdiyi duadır.” [Tirmizi]
“Bir kimsənin yoldaşının qiyabında etdiyi dua rədd edilməz.” [Xəraiti]
Qiyabən edilən duanın qəbul olacağını bilən şair belə deyir:
Səndən istəyim yalnız qiyabi bir tək dua,
“Əcəb qəbul olarmı” deyə düşünmə əsla!
Yəni, “Sən mənim arxamdan dua et, gerisinə qarışma! O dua əlbəttə qəbul olar” deməkdir.

14-03-2018, 12:57
Geri