Gözəl İslam / Dua ayələri

Dua ayələri

Sual: Dua ayələrinin məalləri ilə dua etmək caizdirsə, bir neçə dua ayəsinin məalini yaza bilərsinizmi?
CAVAB
  Dua ayələrinin məalləri ilə də dua etmək caizdir. Ancaq məalləri, tam tərcümə olunmadığından çox da doğru sayılmır. Dua ayələrindən bir neçəsinin məali belədir: 

Ey Rəbbimiz bizə dünya və axirətdə yaxşılıqlar ver, bizi Cəhənnəm əzabından qoru! (Bəqərə 201)

Ey Rəbbimiz bizə səbr, cəsarət və təmkin ver, kafirlərə qarşı bizə yardım et! (Bəqərə 250)

Ey Rəbbimiz, əgər unudub və ya xətaya düşsək bizi məsul tutma, bizdən öncəkilərə yüklədiyin kimi bizə də ağır bir yük yükləmə! Ey Rəbbimiz, bizə gücümüzün çatmadığı işləri də yükləmə, bizi əfv et, bizi bağışla, bizə acı, sən bizim Mövlamızsan. Kafirlərə qarşı bizə yardım et! (Bəqərə 286)

Ey Rəbbimiz, bizi doğru yola gətirdikdən sonra qəlblərimizi şübhəyə salma! [bizi azdırma] Bizə tərəfindən rəhmət bağışla! Lütfü ən bol olan Sənsən. (Ali İmran 8)

Ey Rəbbimiz, iman etdik; günahlarımızı bağışla, bizi Cəhənnəm əzabından qoru. (Ali İmran 16)

Ey Rəbbimiz, günahlarımızı və işimizdəki azğınlığı bağışla; ayaqlarımızı [yolunda] sabit qıl; kafirlərə qarşı bizi qalib eylə! (Ali İmran 147)

Ey Rəbbimiz, “Rəbbinizə inanın” deyən elçini [Peyğəmbəri] eşitdik, dərhal iman etdik. Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört, ruhumuzu yaxşılarla birlikdə al! Ey Rəbbimiz, bizə Peyğəmbərlərin vasitəsiylə vəd etdiklərinə də qonaq et və qiyamətdə bizi rəzil-rüsvay etmə; şübhəsiz Sən vədindən dönməzsən. (Ali İmran 193-194)

Ey Rəbbimiz, bizə çox səbr ver, müsəlman kimi canımızı al! (Əraf 126)

Ey Rəbbim, məni və nəslimi namazı davamlı qılanlardan eylə; duamı qəbul et, qiyamətdə hesab olunacağı gün məni, ana-atamı və möminləri bağışla! (İbrahim 40-41)

Ey Rəbbim, mənə hikmət ver və məni salehlərin arasına qat! (Şüəra 83)

14-03-2018, 12:44
Geri