Gözəl İslam / Dərmanların ən yaxşısı

Dərmanların ən yaxşısı

Sual: Ölülərə və xəstələrə Yasin və Fatihə oxunur. Bu surələrin tərcümələrində şəfadan bəhs edilmir. Fatihə surəsini oxuyarkən özümüzə dua edirik. Bunların şəfa ilə bağlılığı nədir?

CAVAB

Nədən bəhs edilirsə edilsin, Qurani-kərimin hər ayəti, hər  hərfi şəfadır. Hədisi şərifdə “Dərmanların ən yaxşısı Qurani-kərimdir” buyuruldu. [İbni Macə]

Peyğəmbər əfəndimiz üç cür dərman istifadə edirdi. Qurani-kərim və ya dua oxuyardı. Elm yolu ilə kəşf edilən dərmanlardan istifadə edirdi. Hər ikisindən birlikdə istifadə edərdi. Bir hədisi-şərifdə buyurulur ki:

“Qurani-kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.” [Deyləmi]

Qurani-kərim və dua şərtlərinə uyğun oxunarsa, əlbətdə şəfa verər. Oxuyanın və xəstənin buna inanması lazımdır. Haram işləyənin və etiqadı düzgün olmayanın oxuması fayda verməz. Qurani-kərimi təmənnalı oxumaq haramdır. [Təfsiri- Mazhari]

Hədisi- şəriflərdə buyuruldu ki:

“Fatihə hər dərdə dəvadır.” [Beyhəqı]

“Fatihə surəsi Allahu təalanın qəzəbinin qarşısını alar.” [Şira]

“Ölülərinizə Yasin oxuyun!” [İ. Əhməd]

“Qəbirstana girən kimsə Yasin surəsini oxusa, o gün ölülərin əzabları azalar. Ölülərin sayısı qədər o kimsəyə savab verilər.” [ Ətfalül-müslimin]

“Yasin oxuyanın sıxıntısı gedər.” [Deyləmi]
“Cümə gecəsi Yasin surəsini oxuyanın günahları əfv edilər.” [ İsfəhani]

“Gecə vaxtı Yasin oxuyan kimsə əfv edilmiş olaraq sabaha çıxar.” [Buxari]

“Allah rizası üçün Yasin oxuyanın günahları əfv olar”. [ İbni Sünni]

“Hər gecə Yasin oxumağa davam edən kimsə şəhid olaraq ölər.” [ Tabərani]

“Hər şeyin bir qəlbi vardır. Quranın qəlbi də Yasindir.” [Tirmizi]

“Bir dəfə Yasin oxuyan on dəfə Qurani-kərimi oxumuş kimi savaba qovuşar.” [ Tirmizi]

Yasin surəsində qiyamətdə olan şeylər, dünyanın ötəri olduğu, Cənnət nemətləri və Cəhənnəm əzabları da bildirilir. Başa düşən xəstə, yanında oxunanda iman ilə getməyə səbəb olan şeyləri eşitmiş olar. İmami Qazali buyurur ki:

“İmami Əhməd bin Hənbəl həzrətləri Cənabı Haqqın “Anlayaraq da, anlamayaraq da Qurani-kərim oxuyan mənim rizama qovuşar” buyurduğunu bildirir. [İhya]

Ölülər üçün də Yasini-şərif oxumaq əmr edilmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yanında Yasini-şərif oxunan xəstə sudan doymuş olaraq vəfat edər, doymuş olaraq qəbrə girər”“Müsəlman bir xəstə yanında Yasin oxunarsa, Ridvan adındakı mələk Cənnət şərbəti gətirər. O şəxs sudan doymuş olaraq ruhunu təslim edər. Doymuş olaraq da qəbrə girər, suya ehtiyacı olmaz.” [S. Əbədiyyə]

Dualar və şəfalar

Xəstəliyin növünə görə müalicə dərman ilə, sədəqə verməklə və dua ilə edilir. Şəfanı verən yalnız Allahu təaladır. Qurani-kərimdə məalən buyuruldu ki:

“İbrahim, “xəstəliyimə ancaq O, şəfa verər” dedi” [Şuara 80]
“Qurani-kərim möminlər üçün şəfa və rəhmətdir.” [İsra 82]

Hədisi-şəriflərdə də buyuruldu ki:

“Əsl dərman Qurandır.” [ İbni Nasr]

“Fatihə ilə Ayətül kürsini oxuyana o gün nəzər deyməz.” [ Deyləmi]

“La iləhə illa əntə sübhanəkə inni küntü minəz-zalimin”i oxuyan dərd və bəladan qurtular.” [Hakim]  “40 dəfə oxuma yaxşı olar”

1- Yeddi dəfə Fatihə oxuyub ağrı olan yerə üflənərsə şəfa hasil olar. [T.Əzizi]

2- Hər gün səhər-axşam 24 dəfə Əstağfirullah, sonra “ Əstağfirullahəlazim əlləzi la ilahə illə hüvəl hayyəl qayyumə və ətubu ileyh” deyilər, sonra 11 ixlas, 7 Fatihə və 33 dəfə Allahummə salli və səllim alə seyyidina Muhammədin və alə əli seyyidina Muhamməd oxunur, savabı Peyğəmbər əfəndimizin, Əshabı-kiram və Övliyanın ruhları ilə Silsiləyi-aliyyə deyilən böyük alimlərin adlarını söyləyib, ruhlarına hədiyyə edilər. Bu böyüklər hörmətinə şəfa verməsi üçün Allahu təalaya dua edilər! Bir hacətə qovuşmaq üçün 2 rəkat namaz qılınar, savabı silsiləyi-aliyyəyə hədiyyə edilərək dua edilər!

3- Bu dua [İslam hərfiylə yazıb] dəliyə oxunarsa ağıllanar, xəstəyə oxunarsa şəfa tapar:

“Rəva Aliyyül Rıda, fə-qalə, Haddəsəni əbi Musəl-Kazım an əbihi Cafəris-Sadıq an əbihi Muhammədənil-Bakır an əbihi Zeynəlabidin Ali an eəbihil-Hüseyn an əbihi Ali bin Əbi talib radıyallahü anhüm, qale haddəsəni habibi ve qurratü ayni Rəsulullahi sallallahu aleyhi və səlləm, qaleha dəhalə hısni və mən dəhalə hısni əminə min azabi”

4- Ağrıyan yeri sağ əl ilə 7 dəfə məsh edib, hər dəfəsində Əuzu biizzətillahi və qudrətihi min şərri ma əcidü və ühazirü oxuyanın, ağrı və sancısı qalmaz.[ B. Arifin]

5- Səhər-axşam Bəqərənin əvvəlindən 4 ayət və Ayətül kürsi ilə sonrakı iki ayət və bu surənin sonundakı 3 ayət dəliyə oxunarsa sağalar.

6- Yağış suyuna Fatihə, Ayətül kürsi, İxlas və Muavvizəteyn 70 dəfə oxunar. Bu sudan aramsız 7 sabah içənin xəstəliyi, ağrısı gedər. [Bunu 5-10 saleh müsəlman oxusa daha yaxşı olar.]

7- Şəfa ayətlərini suya qoyub içilərsə xəstəliklərə şəfa olar.[ Şəfa ayətləri: Tövbə 14, Yunus 57, Nahl 69, İsra 82, Şuara 80, Fussilət 44]

 Dərd, bəla gələndə

Sual: Bir ruhi xəstəmiz var. Həmişə darıxır və kədərlidir. Nevropotoloqa getdik. “Açıq yerdə gəzsin, təsəlli verən insanlarla danışsın, ruhi müalicə üçün nəsihət çox faydalıdır. Tibdə təlqinlə müalicə vardır. Belə psixoloji xəstəliklər üçün dərmanlarla yanaşı dua oxumaq faydalıdır” dedi. Nə etməyimizi tövsiyə edərsiniz?

CAVAB

Bəli, mütəxəssis həkimlərin tövsiyələrinə əməl etmək lazımdır. Psixoloji xəstəliklər üçün təlqin yaxşı olur. Təlqinlə sağlam insana sıxıntı vermək mümkün olduğu kimi, sıxıntılı insanı da müalicə etmək mümkündür. Psixoloji xəstələrə bir şey söyləyib, “Artıq bir şeyin qalmaz, bir az gəz” deyiləndə xəstənin daha rahat olduğu görülmüşdür.

Vücudumuz bizə əmanətdir. Dinimiz onu yaxşı qorumağımızı əmr edir. Xəstəliyi müalicə etdirtmək lazımdır. Müalicənin  xəstəliyin vəziyyətinə görə dərmanla, sədəqə verməklə və dua ilə edilməyi bildirilmişdir. Təcrübə ilə təsirləri qəti olan peyvənd, sistem qoymaq və mikrob öldürücü dərmanları istifadə etmək fərzdir. Yəni, Allahu təalanın əmridir. Təsiri qəti olan dərmanlar qida kimidir, dərman içməyib ölmək günahdır. Peyğəmbər əfəndimiz üç cür dərman istifadə edərdi. Qurani-kərim və  ya dua oxuyardı. Elm ilə kəşf edilən dərmanları istifadə edərdi. Hər ikisini qarışıq da istifadə edərdi.

Qurani-kərimin və duanın təsir etməyi üçün bəzi şərtlərə riayət etmək lazımdır. Oxuyanın və ya yazanın, xəstənin buna inanması, xəstənin zərərli olan qidalardan, şübhəli dərmanlardan pəhriz etməsi, istidən və soyuqdan qorunması lazımdır. Oxuyanın etiqadının səhv olmaması, haram işləməkdən, qul haqqından ehtiyat etməsi, haram və pis şey yeyib-içməməsi və qarşılıq olaraq haqq almaması şərtdir. Hədisi-şərifdə “Dərman istifadə etmək də qədərdəndir, Allahın izniylə fayda verə bilər” buyuruldu. Dua da dərman kimidir. Allahu təala istəsə təsir edər.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Dua möminin silahı, dinin də dirəyidir.” [İbni Əbiddünya]

“Dərd-bəla gələndə Yunis peyğəmbərin duasını oxuyun! Allah o bəladan qurtarar. Dua budur: “La ilahə illa əntə sübhanəkə inni küntü minəz zalimin.”[ Hakim]

“ La havlə və la kuvvetə illa billah” oxumaq 99 dərdə dəvadır. Bunların ən yüngülü sıxıntıdır. [Hakim]

“Allahu təala tövbəyə davam edəni hər sıxıntıdan, hər dərddən qurtarar, ummadığı yerdən ruziləndirər.”[ Nesai]

Səhər-axşam İxlas və Muavvizeteyni [iki qul əuzyunu] üç dəfə oxu!  Bunlar bütün bəlaları, fəlakətləri və istəmədiyin şeyləri yox edər.”[ Tirmizi ]

“Evində Fatihə və Ayətül kürsi oxuyana o gün cin və şeytan zərər verə bilməz.” [Deyləmi]
“Səhər-axşam üç dəfə “Bismillahilləzi la yədurru maasmihi şeyün fil ərdi vəla fissəmaʼi və hüvəssəmiülalim” deyənə heç bir şey zərər verə bilməz.” [İbni Macə]

“Allahu təala hər gün sabah-axşam yeddi dəfə “Hasbiyallahü la ilahə illahü aleyhi təvəkkəltü və hüvə Rabbül arşil azim” deyənin dünya və axirət işlərinə kafidir.” [Beyhəqı]

Peyğəmbər əfəndimiz (sallallahu aleyhi və səlləm) sıxılanda “Ya hayyü ya qayyum bi rahmətikə əstağısü” deyərdi.

Ümmi sıbyan xəstəliyi

Sual: Uşaqlarda görülən ümmü sıbyan xəstəliyi üçün hansı duanı oxumaq lazımdır?

CAVAB

Bu xəstəlikdən qorunmaq üçün 22 Bəsmələ, 1 Fatihə, bir Ayətül kürsi, bir İxlas, bir Fələq, bir Nas surələriylə, Qələm surəsinin 51-ci və 52-ci ayətlərini bir kağıza İslam hərfləriylə yazdıqdan sonra dua halına salaraq uşağın üstünə asmalıdır. Bir hədisi-şərif məalı da belədir:

“Yeni doğulan uşağın sağ qulağına azan, sol qulağına da iqamə oxunarsa, “Ümmü sıbyan” xəstəliyindən qorunmuş olar.” [Beyhəqı]

İflic olan uşağa dua

Sual: İflic olan uşağımızı həkimə apardıq, bir nəticə ala bilmədik. Nə etmək lazımdır?

CAVAB

Daha başqa həkimlərə aparmaq lazımdır. Hər şey Allahu təaladandır. Ondan gələnə səbir etməkdən başqa əlac yoxdur. Allahu təala səbir edənlərlə birlikdədir. Səbir edənlərin gedəcəyi yer Cənnətdir. Şəfa ayətlərini də istifadə etmək yaxşı olar. Bir çox xəstəliyə şəfa verdiyi təcrübələrlə sübut olmuşdur. Ayəti hırzı oxumaq da faydalıdır.

Qurani-kərim şəfadır

Sual: “Quran əzbərləmək və ya oxuyub  xəstəyə üfürmək üçün endirilmədi” demək səhv deyilmi?

CAVAB

Əgər cümləyə “sadəcə” kəlməsi əlavə edilməzsə, yəni “Quran sadəcə əzbərləmək və ya sadəcə oxuyub şəfa məqsədiylə üfürmək üçün endirilmədi” deyilməzsə, çox səhv olar. Allahu təalaya iftira olar. Qurani-kərim bunları da etmək üçün endirildi. Peyğəmbər əfəndimiz oxunmağını, əzbərlənməyini, oxunub xəstələrə üfürməyini təşvik edərkən bunlar üçün göndərilmədi demək, ya pis niyyətən və ya cahillikdən qaynaqlanar. Bu zehniyyətdəki məzhəbsizlər “Hər kəs Quranın məalını oxusun, anlasın və öz başa düşdüyünə əməl etsin!” deyirlər. Halbuki, bazardakı bir-birini tutmayan məalları oxumaqla Qurani-kərimin həqiqi mənası başa düşülməz. Bunları oxuyan sadəcə tərcümə edənin bilik dərəcəsinə görə başa düşdüklərini oxumuş olar. O kiminsə fikirlərinin əsiri olar. Qurani-kərimi əslindən oxumaq, əzbərləmək çox böyük bir nemətdir, hər hərfi şəfadır. Bir ayəti kərimə məalı:

“Qurani-kərim möminlər üçün şəfa və rəhmətdir.” [İsra 82]

Bu mövzulardakı bir çox hədisi-şərif məalı belədir:

“Dərmanların ən yaxşısı Qurani-kərimdir.” [İbni Macə]

“Qurani-kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.” [Deyləmi]
“Fatihə ilə Ayətül kürsini oxuyana o gün nəzər deyməz.” [Deyləmi]

“Səhər-axşam İxlas və Muavvizeteyni [iki Qul Əuzunu] üç dəfə oxu! Bunlar bütün bəlaları, fəlakətləri, sıxıntıları və istəmədiyin şeyləri aradan qaldırar.” [Tirmizi]

“Qurani-kərimi oxuyub əzbərləyin! Allah təala içində Qurani-kərim olan qəlbə əzab etməz.” [Şira Şərhi]

“Hafizəsində Qurani-kərimdən bir şey olmayan, xarab bir evə bənzəyər.” [Tirmizi]

Xəstəlik üçün dua

Sual: Yuxusuzluq çəkən, çibanı çıxan, təzyiqi yüksələn, ayağı burxulan üçün hansı duaları oxumaq lazımdır?

 CAVAB

Hər xəstəlik üçün “Hansı duanı oxuyaq?” deyənlər çox olur. Tibbə görə çarəsi olan xəstəliklər üçün həkimə getmək lazımdır. Dinimiz tibbi dərmanların da istifadə edilməsini əmr edir. Bunları istifadə etməmək dinin əmrinə tabe olmamaq olar. “Tibbin çarəsini tapa bilmədiyi ruhi xəstəliklər üçün hansı duanı oxuyaq?” deyə soruşula bilər. Peyğəmbər əfəndimiz xəstəliklər üçün üç cür dərman istifadə edərdi: Qurani-kərim və dua oxuyardı, elmlə tapılan dərmanları və hər ikisini qarışıq da istifadə edərdi. [Məvahibi-lədünniyyə]

Üç hədisi şərif məalı:

“Dərmanların ən yaxşısı Qurani-kərimdir.” İ. Macə

“Qurani-kərimdən şəfa gözləməyən şəfaya qovuşa bilməz.” [Deyləmi]

“Fatihə hər dərdə dəvadır.” [Beyhəqı]

Qurani-kərim və dua şərtlərinə uyğun oxunarsa, əlbətdə şəfa verər. Oxuyanın və xəstənin buna inanması lazımdır. Haram işləyənin və etiqadı düzgün olmayanın oxuması fayda verməz. Qurani-kərimi pulla oxumaq haramdır. (Təfsiri Mazhari)

Xəstəyə dua

Sual: Narahatam və ya xəstəyəm deyənə necə bir dua oxumaq lazımdır?

CAVAB

Müxtəlif dular var. Biri belədir:

Xəstəyə şəfa üçün 70 istiğfar oxuyub başına üfürməli və şəfaya qovuşması üçün qısa bir dua etməlidir. [S. Əbədiyyə]

 

14-03-2018, 12:39
Geri