Sual: Allahı xatırlamaq üçün hansı duaları oxumaq lazımdır?
CAVAB
Müsəlman, etiqadını düzəltdikdən sonra, qul və Haqq borclarını ödəməyə səy göstərməli, fürsət tapdıqca hər işdə Allahu təalanı xatırlamağa çalışmalıdır! Bildiyi dua və təsbehləri oxumaq da Allahü təalanı xatırlamaq olar. Qurani-kərimdə məalən buyurulur ki:
“Allahı çox zikr edənlərin [ananların] günahları əfv olar və böyük mükafat verilər”. [Əhzab 35]
“Qəlblər ancaq Allahu təalanı anmaqla, itminana, rahata qovuşar”. [Rad 28]
“Allahın nemətlərini anın ki, qurtulasınız”. [Əraf 69]
“Məni anın ki, mən də sizi anım. Mənə şükür edin; nankorluq etməyin”. [Bəqərə 152]
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Allahu təala, qiyamətdə buyurar ki: Dünyada bir gün məni xatırlayıb anan müsəlmanı, məndən bir kərəcik qorxan müsəlmanı, Cəhənnəmdən çıxarın!” [Tirmizi]
“Gecə ibadət edə bilməyən, malını xeyrə sərf edə bilməyən kəs, Allahu təalanı çox ansın!” [Bəzzar]
“Sizə məcnun deyilənə qədər Allahu təalanı çox anın!” [Hakim]
“Münafiqlər, mürai [riyakar] desələr də Allahu təalanı çox anın!” [Beyhəqı]
“Təklikdə Allahu təalanı zikr edən, kafirlərlə tək başına döyüşən kimidir”. [Şirazi]
“Şükür edən qəlb, zikr edən dil, münasib bir ev və salehə bir qadına sahib olan, dünya və axirətin xeyrinə qovuşmuş deməkdir”. [İbni Nəccar]
İmam Rabbani həzrətləri buyurur ki:
Cənnətin ağacları, çayları dünyadakılara heç bənzəməz. Orada olan hər şey, dünyadakı ibadətlərin, yaxşılıqların meyvələridir.
Peyğəmbər əfəndimiz, “Cənnətdə ağac yoxdur. Təsbeh, təhmid, təmcid və təhlil oxuyaraq, [Yəni “Sübhanallahi vəlhamdü lillahi və la ilahə illallahü vallahü əkbər” deyərək] oraya çoxlu ağac əkiniz” buyurdu. (Müjdəçi məktublar 302)
Hədisi-şəriflərdə də buyuruldu ki:
“Allah qatında ən qiymətli söz, “Sübhanallahi və bihamdihi”dir”. [Müslim]
“Gündə yüz dəfə “Sübhanallahi və bihamdihi” deyənin günahları dəniz köpüyü qədər də olsa əfv edilər”. [Müslim]
“Gecə ibadət etmək özünə çətin gələn və ya malını xeyrə sərf etməkdə xəsislik edən yaxud düşmənlə döyüşməkdən qorxan, çoxca “Sübhanallahi və bihamdihi” desin. Çünki bu, Allah yolunda infaq edəcəyi bir qızıl dağdan daha qiymətlidir”. [Tabərani]
“Dildə yüngül, tərəzidə ağır və bağışlayıcı olan Allah qatında ən qiymətli iki cümlə: “Sübhanallahi və bihamdihi, Sübhanallahilazim”” [Müslim]