Gözəl İslam / “Keşiş olduq” demək

“Keşiş olduq” demək

Sual: Biriylə mübahisə etdikdə “Keşiş olduq” deyirlər. Belə söyləmək küfrdürmü?
CAVAB
“Mübahisə etdik, bir-birimizi incitdik” mənasında söyləmək küfr olmasa da, uyğun deyil, çünki zarafatla belə “Mən keşişəm”, “Mən xristianam” demək küfr sayılır. Bəziləri, kafir olan keşişləri “təqva sahibi” deyə tərifləyib, keşiş olmağı arzulayırsa, Allahü təala Müsəlmanları keşiş olmaqdan qorusun!

Gəbərmədim demək
Sual:
 Çox yorulduqda, “Gəbərdim” deyirlər. Keçən gün bir yoldaşdan hal-vəziyyət soruşduqda, o da “Hələ gəbərməmişəm” dedi. Mən də, “Kafir gəbərər, tövbə et!” dedim. Yoldaşın elə deməsi küfr oldumu?

CAVAB
Gəbərmək arqo bir ifadə olsa da, “Gəbərdim” və ya “Gəbərmədim” demək küfr sayılmaz. Bir heyvanın ölümünə və ya sevilməyən insan haqqında öldü mənasında “Gəbərdi getdi” deyirlər. Bunu Müsəlman haqqında demək uyğun olmasa da, küfr də deyil. “Evə kömür daşıdım, amma gəbərdim” demək də “Çox yoruldum” deməkdir. Belə söyləmək küfr olmaz. Gəbərmək, həddindən artıq diqqət və sevgi bəsləmək üçün də işlənir. “Filankəs filankəsin dərdindən gəbərir” deyirlər. Bu da küfr deyildir. Çox acıyan adamlar, “Aclıqdan gəbərirəm” deyirlər. Bunların hamısını söyləmək küfr olmasa da, arqo ifadələrdir, uyğun olmaz. Bir də yaramazlıq edən uşaqlara “Gəbərəsicə” deyirlər. Bu da küfr deyildir.

Halal olsun
Sual: “Halal olsun adamlara, axır ki halal şərab da düzəltdilər” demək küfr olmazmı?
CAVAB
Birincisi,
 halal şərab olmaz. İçərisində alkoqol yoxdursa, ona artıq şərab deyilməz. Şərab, alkoqollu içki deməkdir. Bu, təmiz sidikdir, halal sidikdir deməyə bənzəyir. Sidik təmiz də olmaz, halal da olmaz. Şərab da, təmiz və halal olmaz. Təmiz və halal olana da, şərab deyilməz.


Nə niyyətlə olur-olsun, dəqiq haram olan bir şeyə, “Halal olsun” demək küfr olur, niyyətə baxılmaz, ancaq dilimizdə halal olsun sözü, sadəcə təsvib mənasında işlənmir, heyrət, təəccüb bildirmək üçün, “Əfsuslar olsun” mənasında da işlənir. Bu anlamda işləndikdə küfr sayılmaz.

Maşallah
Sual:
 “Maşallah dediyi qırx gün yaşayır” deməklə maşallah sözü pislənmiş olur?

CAVAB
Xeyr, belə deməklə onu söyləyən pislənmiş olur, Maşallah sözü pislənmiş olmur. Adam o qədər ehtiyyatsızdır ki, Maşallah dedikləri belə, çox yaşamır nəzərdə tutulur, amma yenə də maşallah kəlməsi bu işlərə qarışdırılmamalıdır.

Biri var imiş, biri yox imiş
Sual
: Nağıl danışmağa başlayarkən, “Biri var imiş, biri yox imiş” və ya “Biri varmış, iki yoxmuş” deməkdə zərər varmı?

CAVAB
Xeyr, ikisini söyləməkdə bir zərər yoxdur.

Mən münəcciməm?
Sual:
 Birinə bilinməyən bir hadisə haqqında soruşduqda, “Mən münəcciməm ki, bunu bilim, hardan bilim?” deyir. Belə söyləmək caizdirmi? Münəccim qeybi bilirmi?

CAVAB
Münəccimin iki mənası var. Nəcm ulduz, münəccim də astronom, yəni fəza və ulduz elmini bilən deməkdir. Bunlar qeybi bilə bilməz. İkincisi, ulduz falına baxan kimsələr deməkdir. Falçılar da qeybi bilə bilməz. Hansı mənada olur-olsun, nəticədə, “Qeybi münəccim bilir, mən bilmirəm” mənasında söylənərsə küfr olar. Belə təhlükəli sözlərdən çəkinmək lazımdır.

Müsəlmana fanatik demək
Sual:
 Bəyənmədiyimiz xasiyyətlərinə görə bir Müsəlmana fanatik demək uyğundurmu?

CAVAB
Müsəlmana fanatik demək qətiyyən uyğun deyildir. Kafir olmaq təhlükəsi belə vardır, çünki bu ifadəni din düşmənləri, dininə bağlı, namaz qılan, oruc tutan, təsəttürə riayət edən, alkoqollu içki içməyən, haramlardan çəkinən Müsəlmanlara təhqir üçün istifadə olunur. Geridəqalmış demək də belədir. Müsəlmansan deyə təhqir edə bilmədikdə, geridəqalmış, fanatik deyirlər. Din düşmənlərinin işlətdiyi bu kəlməni Müsəlman, Müsəlman haqqında istifadə etməməlidir. Demişdirsə tövbə etməlidir.

İmanım getdi demək
Sual: Çətin bir işdən sonra yorulub, canım çıxdı mənasında “İmanım getdi” deməkdə zərər varmı?
CAVAB
Zərəri vardır. İman kəlməsinə hörmət etməliyik. İmanım zərər gördü deməməliyik. Canım çıxdı deməyin zərəri olmaz.

Ortalıq pozuldu demək
Sual: Cəmiyyətin pis hala düşdüyünü bildirmək məqsədilə, “Yalansız işmi qaldı, faiz yeməyən varmı?” deməyin küfr olduğunu deyirlər. Niyə küfr olur?
CAVAB
Xeyr, bu sözlər küfr deyil. Cəmiyyətin pozulduğunu göstərmək üçün söylənir. Buradan, hər kəs yalan söyləyir, hər kəs faiz yeyir mənası çıxmır. “Ramazanda İzmirdə heç kim oruc tutmur” dedikdə, burada çoxunun oruc tutmadığını demək istəyirlər. “Səni səhərdən bəri gözləyirəm” demək, çoxdandır səni gözləyirəm deməkdir. “Yalansız iş qalmayıb, faiz yeməyən yoxdur” deyilsə və söylənən səhv də olsa, yenə küfr olmaz. Yanlış və ya yalan söyləmiş olar. Qəsdən yalan söyləmək böyük günah olsa da, küfr deyil.

Qədər utansın demək
Sual: 
Qədər utansın demək küfrdürmü?

CAVAB
Burada niyyətin önəmi var. “Taleyim, qədərim pis imiş, əfsuslar olsun bu pis taleyimə” demək küfr olmaz, çünki günahlarımız üzündən taleyimiz pis olmuşdur. Yəni taleyimizin pis olmasına özümüz səbəb olduq. Qədər, öz arzumuzla görəcəyimiz yaxşı və ya pis işlərin qədərimiz kimi müəyyənləşməsidir. Günahlarımızın vəziyyətinə görə, bu pis də ola bilər, yaxşı da ola bilər. Amma “Pis işlərimizi pis olaraq yazmamalıyıq” deyərək, əməllərimizə görə taleyimizi müəyyənləşdirən Rəbbimiz təqsirləndirilərsə əlbəttə küfr olur.

Fərz düşmənimi?
Sual: “Qəza namazı borcu olan, nafilə namaz qıla bilməz” hədisi- şərifinə tabe olub, sünnətləri qılarkən qəzaya da niyyət edənlər haqqında, saqqalsız bir xoca, “Belə etmək sünnət düşmənliyidir” dedi. Sünnətə düşmən olan kafir olmazmı? Biz də ona, “Sən fərz borcun varkən təsbeh namazı qılırsan, nafiləylə, sünnətlə məşğul olursan, sən də fərz düşmənisən” desək, biz də xocanın düşdüyü uçuruma düşmüş, yəni küfrə girmiş oluruq?
CAVAB
Əlbəttə, bir Müsəlmana “Sünnət düşməni” və ya “Fərz düşməni” demək küfr olur.

Saqqal sünnətini yerinə yetirmir deyə, saqqalsız xocaya, “Sünnət düşməni” demək olmaz. “Bəlkə bir səbəbi olduğu üçün saqqal saxlaya bilmir” deməliyik. Heç səbəbi olmasa belə, saqqal sünnətini yerinə yetirmir. Yenə də sünnət düşməni demək olmaz.

Rəsulullah əfəndimizin "sallallahü aleyhi və səlləm" əmrinə tabe olaraq fərzə öncəlik verənə, “Sünnət düşməni” deyə iftira etmək yanlış olduğu kimi, nafiləyə öncəlik verənə də “Sən də fərz düşmənisən” demək yanlış olar. Bunu o xocanın cəhalətinə və ya təəssübünə verib, onun girdiyi bataqlığa düşməməliyik.

İbadətə mənfəət qarışdırmaq
Sual: “Həm arıqlayaram, həm də siqareti tərgidərəm” düçüncəsilə, Allah rızası niyyətilə qəza orucu tutmaq şirk olarmı?
CAVAB
Allah rızası üçün niyyət edib, sonra dünya mənfəətlərini də düşünmək şirk olmaz. Oruc borcundan da qurtulmuş oluruq.

Allah rızası üçün oruca başlayıb “Oruc, arıqlamağa və siqaret vərdişini tərgitməyə də səbəb olur” deyə düşünməyin zərəri olmaz. Zərərli olan, arıqlamaq, siqaretdən qurtulmaq kimi bir dünya mənfəətini düşünərək oruc tutmaqdır. Dəstəmaz alan kimsənin, “Əlim-üzüm də təmizlənmiş olar” deməsinin, namaz qılanın, “Ehtiyac qədər hərəkət etmiş də olaram” deyə düşünməsinin zərəri olmaz.

Cənnətdən çıxan kötək
Sual: “Kötək Cənnətdən çıxmışdır” demək uyğundurmu?
CAVAB
Belə söyləməməliyik. Cənnətdə kötək və başqa üzücü şey yoxdur.

Quran mömini
Sual: 
Bəzi məzhəbsizlər, “Quran mömini” ifadəsini tez-tez istifadə edirlər. Bu ifadə bildiyimiz mömindən fərqlidirmi?

CAVAB
Bəli, çox fərqlidir. Mömin ifadəsi dinimizdəki dört dəlilin hamısına, yəni Quran, Sünnət, İcma və Qıyası-füqəhaya inanan Müsəlman deməkdir. Quran mömini ifadəsi isə, son üç dəlili qəbul etməyən və Qurana da öz şəxsi dünya görüşünə görə yanlış məna verən zindiq deməkdir. İmam Rabbani həzrətləri buyurur ki:
Qurani-kərimin təfsirini yalnız Rəsulullahdan “sallallahü aleyhi və səlləm” eşidildiyi kimi etmək olar. “Qurani-kərimi, şəxsi düşüncəsinə, anlayışına görə təfsir edən, kafir olur” hədisi-şərifi, bunu bildirir. (m. 234)

Yesterday, 13:38
Geri