Sual: “Hələ şükür demək küfrdür. Çünki Hel Roma tanrıçasıdır” deyirlər. Hələ şükür demək küfrdürmü?
CAVAB
Küfr deyildir. Bu, cahillərin uydurmasıdır. Hələ kəlməsi, xüsusilə mənasına gəldiyi kimi, sonunda anlamıyla gecikən davranışları bildirmək üçün işlənən bir sözdür. Hələ şükür demək, sonunda işimiz oldu deməkdir.
Lamı cimi yoxdur demək
Sual: “Lamı cimi yoxdur” demək caizdirmi?
CAVAB
Bəli, caizdir. Qurani-kərimdə səcavənd adlanan durmalar vardır. Bu durmalar Mim, Cim, Lam kimi hərflərlə göstərilir. Məsələn, Cim hərfində durulur, Lam hərfində keçilir. Lamı cimi yoxdur demək, “Bu işin belə bir işarəsi yoxdur” deməkdir. Yəni “Heç bir bəhanə tapmadan və etiraz etmədən dərhal bu işi et!” deməkdir. Bir neçə nümunə verək:
1- Bu işin lamı cimi yoxdur, ən qısa zamanda Qurani-kərim oxumağı öyrənəcəksən.
2- Namazı axsatmağın lamı cimi olmaz.
3- Lamı cimi yoxdur, hər kəs öləcək.
İnsanlar həlak oldu
Sual: Bir hədisi-şərifdə, ““İnsanlar həlak oldu” deyənin özü həlak olmuşdur” buyurulur. Bilindiyi kimi insanların çoxu kafirdir. “Kafirlər həlak oldu” demək caiz olmazmı?
CAVAB
Əlbəttə caizdir. “Dünya həlak olacaq kafirlərlə doludur” deməyin zərəri olmaz. Özünü onlardan üstün bilmək təhlükəlidir. Kafir iman edə bilər, Allah qorusun, biz imansız ölə bilərik. İmanlı ölmədən özümüzü qurtulmuş, onları da həlak olmuş bilmək səhvdir. Özünü dəqiqliklə qurtulmuş zənn etmək küfrdür.
Şərab halal olsaydı
Sual: “Şərab halal olsaydı, ayıq gəzməzdim. Faiz halal olsaydı, sələmçilik edib irəli gedərdim” demək küfr olarmı?
CAVAB
Zina və faiz kimi hər dində haram olan bir şeyin halal olmasını arzu etmək küfrdür. Amma şarabın halal olmasını təmənni küfr deyil. Çünki şərab hər dində haram deyildi. (İslam Əxlaqı)
Gerisinə Allah kərim
Sual: “Bundan sonrasına Allah kərimdir” və ya “Gerisinə Allah kərimdir” kimi sözlər deyirlər. Görəsən, “Buraya qədər biz etdik, bundan sonrasını Allah edər” demək istəyirlər? Bu mənada söyləmək düzgündürmü?
CAVAB
Müsəlman birinin o sözləri “Bu günə qədər Allahın izniylə gəldik, bundan sonrasına da Allah kərimdir” mənasında söylədiyinə hüsnü zənn edilir. Sizin dediyiniz mənada söyləmək, əlbəttə düzgün olmaz.
Cənnəti pisləmək!
Sual: “Cənnəti dəyişmərəm saçının telinə” mahnısını dinləmək küfr olurmu?
CAVAB
Səhv olduğunu bilərək dinləmək küfr olmaz, amma çalğı olduğu üçün haram olur. Cənnəti dəyərsiz sanmaq və o sözü təsdiq etmək isə küfr olur. Amma olduğumuz yerdə istəmədən qulağımıza gəlirsə, o zaman zərəri olmaz.
Kafirin işini bəyənmək
Sual: “Kafir bir həkimə, yaxşı həkimdir demək, başqa kafir haqqında işinin ustasıdır deyə tərifləmək, yaxşı dülgərdir demək təhlükəlidir” deyirlər. Dinini tərifləmirik ki. Buradakı incəlik nədir?
CAVAB
Kafir, Allaha düşməndir. Allahın düşməninə yaxşı deyə bilmərik. Kafirin işi, xasiyyəti, səxavətli olması kimi şeyləri təriflənərkən, dininin təriflənəcək bir vəziyyət, yəni yaxşı insan olduğu anlaşılmamalıdır. Sadəcə, “Səxavətlidir” deməyin zərəri olmaz, amma “Əliaçıqdır, çox yaxşı insandır” deməməliyik. Yaxşı insan deyilərsə, sanki dini də təriflənmiş olar. Bu da əlbəttə çox təhlükəlidir. Belə bir şey anlaşılmazsa, işinin ustasıdır deyə tərfləməyin də zərəri olmaz. Məsələn, “Həkimliyi yaxşıdır” mənasında “Yaxşı həkimdir” deməyin də zərəri yoxdur. Yoxsa “Özü yaxşı bir insandır” mənasında “Yaxşı həkimdir” deməməliyik. Buradakı incəliyi yaxşı anlamaq lazımdır.
Dinsizə hörmət
Sual: Magistratura oxuduğum fakultədəki müəllimlərin çoxu din düşmənidir. Onlara hörmətlə davranmaq məcburiyyətində qalıram. “Müəllim” deyirəm. Yanımıza gəldikdə və ya telefonda, “Buyurun əfəndim” kimi ifadələr işlədirəm. Küfr olurmu?
CAVAB
“Müəllim” və ya “Buyurun əfəndim” demək, davranış qaydası olan bir adətdir. Belə adət olan ifadələri işlətmək küfr olmaz. Zəruri hallarda da küfr olmaz. Məsələn, onlar gəldikdə istəməyərək ayağa qalxmaq kimi hərəkətlər də küfr olmaz. Əgər səbəbsiz və ya istəyərək qeyri-müslimə hörmət göstərilərsə, o zaman küfr olur.
Qərbliləri haqq kimi göstərmək
Sual: Qərbliləri haqq kimi göstərən bir yazıçı, kommunistlərin şeirlərini və məqalələrini başqa dilə tərcümə edən məşhur birini müdafiə etmək üçün “O şəxs sadəcə kommunistlərin əsərlərini deyil, Nəcib Fazilin də şeirlərini tərcümə etmişdir. O şəxsin haqqına girməməliyik” deyərək, azğın bir şəxsi təmizə çıxarıb, paklamaya çalışır. Nəcib Fazilin şeirlərini də tərcümə edirsə, günahı, hətta küfrü əfv olurmu? Dinimizdə “Günaha razılıq günah, küfrə razılıq göstərmək küfrdür” qaydası yoxdurmu?
CAVAB
İnsanın gözünü təəssüb bürüyürsə, hər cür qərblini haqq, haqq olanı da batil olaraq göstərməyə çalışır. Pis şeylərin yanında yaxşı şeylər də edirsə, pis şeylər yaxşı hala gəlmir. Məsələn, şərab içən biri zəmzəm də içsə, “O adam şərab içir” deyilsə, “Zəmzəm içdiyi niyə deyilmir? O adamın haqqına girilir” demək mənasız söz olmazmı? İbadət etmək üçün kilsəyə və məscidə gedən dinsiz biri haqqında, “Bu adam kilsəyə gedir” deyilsə, “Məscidə də getdiyini görmürsünüzmü?” demək nə qədər səhv düşüncədir. Bir insan həm xristian, həm Müsəlman ola bilməz. Yəni iki dinli olan kafirdir. Keçmişdə belə mənasız sözlər danışan, qərbliləri haqlı göstərməyə çalışanlara, “Zırva, təvil götürməz” deyilərdi.