Gözəl İslam / Zorla küfr söz söylətmək

Zorla küfr söz söylətmək

Sual: Bir Müsəlmana zorla və ya hədə-qorxu ilə küfrə səbəb olan söz söylətsələr, o şəxs küfrə düşərmi?

CAVAB

İkrah edildikdə, bu sözlərdən bəzilərini söyləmək küfr olmaz. İkrah - bir insanı istəmədiyi bir şeyi etməsi üçün, haqsız məcbur etmək deməkdir. Məcburiyyətin ikrah olması üçün dörd şərt lazımdır:

1- Məcbur edənin qorxutduğu şeyi edə biləcək gücdə olması.

2- Məcbur edilənin qorxudulan şeyin mütləq ediləcəyini bilməsi.

3- Qorxudulan şeyin ölüm, bir üzvün kəsilməsi və ya incidici bir şey olması.

4- Məcbur edilən şey edilməməsi lazım olan bir şey olmalıdır.

İkrah iki cür olur:

Mülci ikrah, Mülci olmayan ikrah.

Mülci, ağır olub, insanın rizasını və ixtiyarını yox edər. Məcbur edilən şeyin edilməsi zəruri olur. Bu da, ölüm, bir üzvün və ya bütün malın tələf olması, bu ikisinə səbəb olacaq həbs, işgəncə [Zəruri olan nəfəqəni təmin etmək üçün çalışmağa mane olunması və işləməyə başqa yer tapa bilməmək qorxusu da mülci ikrahdır.]

Mülci olmayan ikrah yalnız rizanı yox edir, hansı ki, bir gündən çox həbs və ya şiddətli işgəncə ilə qorxudulur. [Belə ikrah da küfri-hökmi üçün üzr sayılır.] Elm, şərəf sahiblərinə sərt söz demək onlar üçün ikrahdır. Məhrəm qohumun həbs edilməsi, qanuna uyğun cəza da ikrah sayılır. İkrah ilə edilməsi istənən şey bir neçə növdür:

1- Etmək caiz, etməmək isə savab olan şeylərdir. Mülci ikrah ilə küfrə səbəb olan söz söyləmək, məsələn, Rəsulullahı pisləmək bunlardandır. Lakin, bunları söyləyərkən Təvriyə etməsi, yəni Muhamməd adlı başqasını düşünməsi, bütə səcdə edərkən, Allahü təalaya səcdə etməyi düşünməsi lazımdır. Təvriyə etmək lazım olduğu ağla gəlməsə bağışlanır. Namaz qılma, qadına başını aç demək, özünün və başqasının malını tələf et, arvadını boşa deyə məcbur etmək və qadının zina ilə ikrahı, həmçinin livata da bunlardandır.

2- Mülci ikrah ilə edilməsi haram olan şeylərdir. Bir Müsəlmanı və ya zimmini öldürmək, bir üzvünü kəsmək,  bunlara səbəb olacaq qədər həbs etmək, işgəncə etmək, kişiyə zina et deyə məcbur etmək bunlardandır. Özünü öldürmək üçün ölümlə təhdid edilənin özünü öldürməsi caiz deyil. [Düşmən əlinə keçdikdə, namusuna təcavüz edilib, işgəncə ilə öldürüləcəyini anlayanın, özünü və yaxınlarını öldürməsi caiz deyil.]

Döyüşdükdə öldürüləcəyini, döyüşməzsə əsir olacağını anlayan adam, düşmənə hücum etməz. Düşmənə zərər verəcəyini bilərək hücum edib öldürülsə, caiz olur. Düşmənə zərər verməyəcəksə, hücum emək caiz deyil.

3- Bir Müsəlmanın mülci ikrah ilə etməsi halal, hətta fərz, etməyib ölməsi günah olan şey bunlardır: İçki, qan içmək, leş, donuz yemək.

Mülci olan və ya olmayan bir hədə-qorxu ilə, məcburiyyətlə bağlanan müqavilələr səhih olmaz.

Mülci olmayan ikrah ilə də olan nikah, talaq, nəzir, andiçmə səhihdir. İkrah bitdikdə, nikahdan və talaqdan imtina etmək olar. Nəzirdən imtina etmək olmaz. Nəzir olaraq verdiyini ikrah edəndən istəyə bilməz. İkrah edilərək borclusunu əfv etmək səhih deyil.

Mülci olmayan ikrahla leş, qan və donuz yemək, şərab içmək və Müsəlmanın malını tələf etmək olmaz. Çünki mülci olmayan ikrahla zərurət əmələ gəlmir. Ölməmək üçün leş, donuz yemək və qan, şərab içmək olar. Yeməyib, içməyib ölən, Cəhənnəmə gedər.

Mülci ikrah ilə bu içkini iç, bu malı sat deyilsə, malını satar, şərabı içmək də caiz olar. Caiz olacağını bilmədiyi üçün, içməyib və satmayıb öldürülən adam şəhid olur. Sultanın haqsız yerə, zülümlə pul, mal istəməsi ikrahdır, bunları vermək caizdir. (İbni Abidin, Dürər-ül-hükkam)

2-03-2022, 15:35
Geri