Gözəl İslam / Küfrə səbəb olan söz və işlər

Küfrə səbəb olan söz və işlər

Küfrə səbəb olan söz və işlər aşağıdakılardır.

1.Allahü təala Ərşdən və ya göydən bizə baxır demək küfrdür.

2.Sən mənə zülm etdiyin kimi, Allahü təala da sənə zülm edir, demək küfrdür.

3.Filan müsəlman mənim gözümdə yəhudi kimidir, demək küfrdür.

4.Yalan bir sözə, Allahü təala bilir ki, doğrudur, demək, küfrdür.

5.Mələkləri kiçildən şeylər söyləmək küfrdür.

6.Qurani-Kərimi, hətta bir hərfini kiçildən söz söyləmək, bir hərfinə inanmamaq küfrdür.

7.Çalğı çalaraq Qurani-Kərim oxumaq küfrdür.

8.Həqiqi olan Tövrat və İncilə inanmamaq, bunları pisləmək küfrdür. [İndi, həqiqi Tövrat və İncil yoxdur.]

9.Qurani-Kərimi başqa hərflərlə oxuyub, Quran budur, demək küfr olar.

10.Peyğəmbərləri kiçildən şeylər söyləmək küfrdür.

11.Qurani-Kərimdə adları bildirilən 25 Peyğəmbərdən “aləyhimüssaləvatü vəttəslimat” birinə inanmamaq küfrdür.

12.Çox yaxşılıq edən biri üçün Peyğəmbərdən daha yaxşıdır, demək küfr olar.

13.Peyğəmbərlər möhtac idi, demək küfr olar. Çünki onların kasıblıqları öz istəkləri ilə idi.

14.Biri Peyğəmbər olduğunu söyləsə, buna inananlar da kafir olar.

15.Axirətdə olacaq şeylərlə lağ etmək küfr olar.

16.Qəbirdəki və qiyamətdəki əzablara [ağıla, fənnə uyğun deyildir deyərək] inanmamaq küfrdür.

17.Cənnətdə Allahü təalanı görməyə inanmamaq, mən Cənnəti istəmərəm, Allahü təalanı istəyərəm, demək küfr olar.

18.İslamiyyətə inanmamaq əlaməti olan sözlər, fənn elmləri, din elmlərindən daha xeyirlidir, demək küfrdür.

19.Namaz qılsam da, qılmasam da bərabərdir, demək küfrdür.

20.Zəkat vermərəm, demək küfrdür.

21.Faiz halal olsaydı, demək küfrdür.

22.Zülm halal olsaydı, demək küfrdür.

23.Haramdan olan malı kasıba verib savab gözləmək, kasıb verilən pulun haram olduğunu bilərək verənə xeyir dua etmək küfrdür.

24.İmamı-azam Əbu Hənifənin qiyası (ictihadı) haqq deyildir, demək küfrdür. Vəhhabilər, bunun üçün kafir olur.

25.Məşhur sünnətlərdən birini bəyənməmək küfrdür.

26.“Qəbrim ilə minbərim arası [Ravdai mutahhara] Cənnət bağçalarından bir bağçadır” Hədisi-şərifini eşitdikdə, mən minbər, həsir və qəbirdən başqa bir şey görmürəm, demək küfr olar.

27.İslam elminə inanmamaq, bunları və din alimlərini alçaltmaq da küfr olar.

28.Kafir olmağı istəyən kimsə buna niyyət etdiyi anda kafir olar.

29.Başqasının kafir olmasını istəyən kimsə küfrü bəyəndiyi üçün istəyirsə kafir olar.

30.Küfrə səbəb olduğunu bilərək və arzusu ilə küfr kəlmələrini söyləyən kafir olar. Bilməyərək söyləyərsə, alimlərin çoxuna görə yenə kafir olar.

31.Küfrə səbəb olan bir işi bilərək etmək küfr olar. Bilməyərək etdikdə də küfr olar, deyən alimlər çoxdur.

32.Belinə zünnar deyilən keşiş qurşağını bağlamaq və küfrə məxsus bir şey geyinmək küfr olar. Tacirin dar-ül hərbdə (kafir ölkə) də istifadə etməsi küfr olar. Bunları yumor üçün başqalarını güldürmək üçün zarafat üçün istifadə etmək də küfrə səbəb olar.

33.Kafirlərin bayram günlərində, o günə məxsus şeylərini, onlar kimi istifadə etmək, bunları kafirə hədiyyə etmək küfr olar.

34.Ağıllı, elmli, ədəbiyyatçı olduğunu göstərmək üçün və ya yanındakıları heyrətə salmaq, güldürmək, sevindirmək və ya lağ etmək üçün söylənən sözlərdə “küfri hökmi”dən qorxulur. Qəzəb, hirslilik və hirs ilə söylənən sözlər də belədir.

35.Qeybət edən kimsə mən qeybət etmədim, onda olan şeyi söylədim deyərsə, belə söyləmək küfr olar.

36.Uşaq ikən nikah edilmiş qız, ağıllı və yetkin olduğu zaman, imanı, islamı bilməsə, soruşulduqda başa sala bilməsə, ərindən boşanmış sayılır, özü mürtəd olur. Kişi üçün də belədir.

37.Bir mömini [haqsız olaraq], öldürən və ya öldürülməsini əmr edən kimsəyə, yaxşı etdin, deyən kafir olar.

38.Qətli vacib olmayan kimsə üçün öldürülməsi lazımdır, demək küfr olar.

39.Bir kimsəni haqsız olaraq döyən və ya öldürən zalıma, yaxşı etdin, buna layiq idi, demək küfr olar.

40.Yalan olaraq, Allahü təala bilir ki, səni uşağımdan çox sevirəm, demək küfr olar.

41.Vəzifə sahibi bir müsəlman asqırdığı zaman, buna “Yərhamükəllah” de-yən kimsəyə böyüklərə qarşı belə deyilməz, demək küfr olar.

42.Vəzifə olduğuna inanmayaraq, əhəmiyyət verməyərək namaz qılmamaq, oruc tutmamaq, zəkat verməmək küfr olar.

43.Allahın rəhmətindən ümidini kəsmək küfr olar.

44.Özü haram olmayıb, sonradan hasil olan bir səbəbdən dolayı haram olan mala, pula “haramı li qeyrihi” deyilir. Oğurlanan və haram yollardan gələn mal belədir. Bunlara halal demək küfr olmaz. Leş, donuz, şərab kimi, özləri haram olan şeylərə “haram- li eynihi” deyilir. Bunlara halal demək küfr olar.

45.Haram olduqları dəqiq olaraq bilinən bütün günahlara halal demək də küfr olar.

46.Azan, məscid, fiqh kitabları kimi islamiyyətin qiymət verdiyi şeyləri alçaltmaq küfr olar.

47.Dəstəmazsız olduğunu bildiyi halda namaz qılmaq küfr olar.

48.Bilə-bilə qiblədən başqa tərəfə namaz qılmaq küfr olur. Namazı qibləyə qarşı qılmaq lazım deyildir, deyən kafir olar.

49.Bir müsəlmanı pisləmək üçün kafir demək küfr olmaz. Kafir olmasını istəyərək söyləmək küfr olar.

50.Günah olduğuna əhəmiyyət vermədən günah işləmək küfr olar.

51.İbadət etməyin lazım olduğuna və günahdan çəkinməyin lazım olduğuna inanmamaq küfr olar.

52.Toplanan vergilər sultanın mülkü olduğuna inanmaq küfr olar.

53.Kafirlərin dini ayinlərini bəyənmək, zərurət yox ikən zünnar qurşanmaq və küfr əlamətlərini istifadə etmək və bunlara məhəbbət edib əl vurmaq küfr olar.

54.Öz razılığı ilə filan şey filan adamdadır, yaxud yoxdur, kafir olum, yəhudi olum deyə and içmiş olsa, o şey o kimsədə olsun və ya olmasın, o kimsə öz rizası ilə küfrə düşmüşdür.

55.Zina, livata (homoseksuallıq), faiz, yalan kimi hər dində haram olan bir şey üçün halal olsaydı da, mən belə işləsəydim, deyə təmənni etmək küfrdür.

56.Peyğəmbərlərə “aləyhimüssaləvatü vəttəslimat” inandım, amma Adəm əleyhissəlam Peyğəmbərdirmi bilmirəm, demək küfrdür.

57.Muhamməd əleyhissəlamın axır zaman Peyğəmbəri olduğunu bilməyən, kafir olar.

58.Bir kimsə Peyğəmbərlərin dediyi doğru isə, biz qurtulduq desə, kafir olar. [Bu sözü şübhə yolu ilə söylədi isə kafir olar.]

59.Bir kimsəyə, gəl namaz qıl desələr, o da qılmaram desə, kafir olar. Amma muradı, sənin sözünlə qılmaram, Allahü təalanın əmri ilə qılaram, desə kafir olmaz.

60.Bir kimsəyə saqqalını bir tutamdan qısa etmə və ya bir tutamdan artığını kəs, dırnaqlarını kəs, çünki Rəsulullahın “sallallahü təala aləyhi və səlləm” sünnətidir desələr, o da kəsmərəm desə, kafir olar. Digər sünnətlər də belədir. “Sənin sözünlə işləmərəm, amma Rəsulullahın sünnəti olduğu üçün işləyərəm demək küfr olmaz. İnkar məqsədi ilə olarsa küfr olar.”

61.Bir kimsə bığlarını qırxdıqda yanındakı bir şeyə yaramadı, desə, o deyənin küfründən qorxulur. [Bığları qısaltmaq sünnətdir. Sünnətə əhəmiyyət verməmiş olur.]

62.Bir kimsə başdan ayağa kimi ipək geyinsə, başqa biri bu vəziyyətinə mübarək olsun, desə küfründən qorxulur.

63.Bir kimsə qibləyə qarşı ayağını uzadıb yatmaq və ya qibləyə qarşı tüpürmək və ya qibləyə qarşı dəstəmazını pozmaq kimi bir məkruhu işləsə, o kimsəyə bu etdiklərin məkruhdur etmə desələr, o da hər günahımız bu qədər olsa desə, küfründən qorxulur. Yəni məkruhu əhəmiyyətsiz bir şey saydığı üçün.

64.Bir kimsənin xidmətçisi qapıdan içəri girsə, əfəndisinə salam versə, əfəndisinin yanında olan bir kimsə də “sus, əfəndisinə salam vermək olarmı?” desə, o deyən kimsə kafir olar. Amma muradı ədəbi öyrətməkdirsə, salamı qəlbən vermək lazımdı, demək isə, küfr olmaz.

65.İman artar, azalar, demək küfrdür. Amma yaxınlıq imanın gücü etibarı ilə olarsa küfr olmaz.

66.Qiblə ikidir, biri Kəbə, biri Qüdsdür, demək küfrdür. İndiki halda ikidir demək küfrdür. Amma Beyti-Müqəddəs qiblə idi, sonra Kəbə qiblə oldu desə küfr olmaz.

67.Bir kimsə bir islam aliminə səbəbsiz nifrət etsə, söysə o kimsənin küfründən qorxulur.

68.Bir kimsə yemək yeyərkən susmaq, atəşpərəstlərin yaxşı adətlərindəndir desə, yaxud adətli və nifaslı halında xanımı ilə yatmamaq atəşpərəstlərin yaxşı şeylərindəndir desə, kafir olar demişdirlər.

69.Bir kimsəyə sən möminsənmi desələr, o da inşaallah desə, təvil (izah) edə bilməsə küfrdür.

70.Bir kimsə övladı ölən kimsəyə Allahü təalaya sənin oğlun lazım idi desə, kafir olar deyilmişdir.

71.Bir qadın belinə bir qara ip bağlasa, bu nədir desələr, zünnardır desə, kafir olar.

72.Bir kimsə haram yemək yedikdə, Bismillah desə kafir olar. Harami li-eynihi üçün yəni leş, şərab kimi haramlar üçün belədir. Özü haram olmayan, haramı li-qeyrihi üçün belə deyildir. Qəsb edilmiş malı yedikdə bəsmələ çəkmək küfr olmaz. Malın özü haram deyil, qəsb edilməsi haramdır.

73.Bir kimsənin küfrünə razı olmaq küfrdür. Bir kişiyə bəddua (qarğış) edərək, Allahü təala sənin canını küfr ilə alsın desə kafir olmasında alimlər ixtilaf etdilər. Küfrünə razı küfrdür. Amma zülm və günahından ötrü əzabı daim və şiddətli olsun deyə razı olmaq isə küfr deyildir.

74.Bir kimsə Allahü təala bilir filan isi işləmədim desə, halbuki o işi işlədiyini bilsə, kafir olar.

75.Bir kimsə bir qadını şahidsiz nikah etsə, o kimsə və qadın, Allahü təala və Peyğəmbər şahidimizdir desələr, hər ikisi kafir olar. Zira Peyğəmbərimiz “sallallahü təala aləyhi və səlləm” diri ikən qeybi bilməzdi. Qeybi bilirdi, demək küfr olar. [Qeybi, Allahü təala bilir və Onun bildirdikləri bilir.]

76.Mən oğurlananları və qeyb olanları bilirəm desə, söyləyən və inanan kafir olar. Mənə cin xəbər verir desə, yenə kafir olar. Peyğəmbərlər və cinlər belə qeybi bilməz. [Qeybi, Allahü təala və Onun bildirdikləri bilir.]

77.Bir kimsə Allahü təalaya and içmək istəsə, başqa bir kimsə də, mən sənin, Allahü təalaya and içməni istəmirəm boşanmağa vəşərəfə, namusa and içməni istəyirəm desə, kafir olar deyilmişdir.

78.Bir kimsə sevmədiyi bir nəfərə, sənin didarın [üzün, çöhrən] mənə can alıcı kimidir desə kafir olar deyilmişdir. Çünki can alıcı mələk [Əzrayil əleyhissəlam] böyük mələkdir.

79.Bir kimsə namaz qılmamaq xoş işdir desə kafir olar. Bir kimsə bir nəfərə gəl namaz qıl desə, o da mənə namaz qılmaq çətin işdir desə, kafir olar deyilmişdir.

80.Bir kimsə Allahü təala göydə mənim şahidimdir desə, kafir olar. Çünki Allahü təalaya məkan isnad etmiş olar. Allahü təala məkandan münəzzəhdir.

81.Allah baba deyən kafir olar.

82.Bir kimsə Rəsulullah “sallallahü aləyhi və səlləm” yemək yedikdən sonra mübarək barmağını yalayardı desə, bir başqası bu iş tərbiyəsizlikdir, desə kafir olar.

83.Bir kimsə Peyğəmbər “aləyhissalatü vəssəlam” qara idi desə, kafir olar. [Qara itləri ərəb, ərəb deyə çağırmaq, hamam böcəyinə qara Fatimə, demək çox yayılmışıdr. Çəkinmək lazımdır.]

84.Ruzi Allahü təaladandır. Lakin quldan da hərəkət lazımdır desə, bu söz şirkdir. Çünki qulun hərəkəti də Allahü təaladandır.

85.Bir kimsə xristian olmaq yəhudi olmaqdan, Amerikan kafiri olmaq kommunist olmaqdan xeyirlidir desə, kafir olar. Yəhudi xristiandan, kommunist xristiandan daha pisdir deməlidir.

86.Kafir olmaq xəyanət etməkdən yaxşıdır desə, kafir olar.

87.Elm məclisində nə işim var, yaxud alimlərin dediyini etməyə kim qadir olar desə və ya fətvanı yerə atsa və din adamlarının sözü nəyə yarayar desə, kafir olar.

88.Bir kimsə küfr söyləsə, bir nəfər gülsə, gülən belə kafir olar. Gülmək zəruri olarsa, küfr deyildir.

89.Bir kimsə övliyanın ruhları həmişə hazırdır, bilirlər desə, kafir olar. Hazır olar desə, küfr olmaz. [Övliyanın ruhları, Allahü təala kimi hazır və nazır ola bilməzlər. Anıldıqları yerdə hazır olarlar. Anılmadan əvvəl orada yox idilər.]

90.İslamiyyəti bilmirəm və ya istəmirəm desə, kafir olar.

91.Bir kimsə Adəm əleyhissəlam buğda yeməsə idi, biz şaki (üsyankar) olmazdıq desə, kafir olar. Amma biz dünyada olmazdıq desə küfründə ixtilaf etmişdirlər.

92.Adəm əleyhissəlam parça toxuyurdu desə, biri, elə isə biz mahudçu oğlanları imişik desə, kafir olar.

93.Bir nəfər kiçik günah işləsə, biri ona tövbə et desə, o da nə işlədim ki, tövbə edim desə kafir olar.

94.Biri digərinə, gəl islam aliminə gedək və ya fiqh, elmi-hal kitabından oxuyub öyrənək desə, o da mən elmi nə edim desə, kafir olar. Çünki din elmini kiçik görmək, əhəmiyyət verməmək küfrdür.

95.Təfsir və fiqh kitablarını təhqir edən, bunları bəyənməyən, pisləyən kimsə kafir olar.

96.Bir kimsəyə, kimin zürriyyətindənsən, kimin millətindənsən, etiqadda məzhəbin imamı kimdir, əməldə məzhəbin imamı kimdir deyə sual etsələr, bilməsə, kafir olar.

97. Qəti harama halal deyən kafir olar. (Tütünə haram demək təhlükəlidir.)

98. Bütün dinlərdə haram olan, halal edilməsi, hikmətə müxalif olan bir şeyin (zina, livata (homoseksuallıq), doyduqdan sonra yemək, faiz alıb-vermək kimi) halal olmasını arzu etmək küfrdür. Şərabın halal olmasını istəmək küfr deyildir. Çünki, hər dində haram deyildi.

99. Quranı azim-uş-şanı, söz və lətifə arasında istifadə etmək küfrdür.

100. Yəhya adlı kimsəyə, “Ya Yəhya! huz-il-kitabə” desə, kafir olar. Qurani-Kərim ilə lağ etmiş sayılır. Çalğı, oyun, mahnı arasında Qurani-Kərim oxumaq da belədir.

101. İndi gəldim, Bismillahi desə, fəlakətdir. Bir şeyi çox görsə “Mahalakal-lah” desə, mənasını bilməsə, kafir olar.

102. Bir kimsə indi sənə söymərəm, söymənin adını günah qoymuşlar desə, fəlakətdir.

103. Bir kimsə Cəbrayıl buzovu kimi lümbəlüt olmusan desə, fəlakətdir, mələklə lağ etmək sayılır.

104. Oğlumun başı üçün və ya başım üçün kəlmələrinə and olaraq billahi sözünü əlavə etsə, məsələn, vallahi oğlumun başı üçün desə, küfr olmasından qorxulur.

105. Qurani-Kərimi, mövludu və ilahiləri çalğı çalarkən oxumaq və ya çalğı alətləri ilə oxumaq küfrdür.

106. Qurani-Kərimi, mövludu, ilahiləri, salavat-ışərifələri fisq (günah işlənən) məclislərində hörmət ilə oxumaq haram olar. Əyləncə, keyf üçün oxumaq küfr olar.

107. Sünnət üzrə oxunan Azanı Muhammədini dinləməyib qiymət verməzsə, dərhal kafir olar.

108. Qurani-Kərimə öz ağılı ilə məna verən kafir olar.

109. Qurani-Kərimdə və Hədisi-şəriflərdə açıq olaraq bildirilmiş olan və müctəhid imamların söz birliyi ilə bildirdikləri və müsəlmanlar arasına yayılmış iman elmlərinə uyğun inanmayan kafir olar. Küfrün bu formasına “İlhad”, belə inananlara “Mülhid” deyilir.

110. Kafirə hörmət ilə salam verən kafir olar.

111. Kafirə hörmət bildirən bir söz söyləmək, məsələn ustadım, demək küfr olar.

112. Başqasının küfrünə razı olan kafir olar.

113. Qurani-Kərim olan kasetlər və vallar mushafi-şərif kimi qiymətlidirlər. Bunlara da hörmətsizlik etmək küfr olar.

114. Cin ilə tanış olan falçılar və ulduzlara baxıb soruşulan hər şeyə cavab verənlərə və falçılara gedib söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa belə, Allahü təaladan başqasının hər şeyi bildiyinə və hər dilədiyini edə biləcəyinə inanmaq olub, küfr olar. [Fənn elmlərinə inanmamaq belə deyildir.]

115. Sünnətə əhəmiyyət verməyərək tərk etmək küfr olar.

116. Zünnar deyilən keşiş qurşağını bağlamaq və bütlərə, yəni xaç, səlib deyilən dik kəsilən iki çubuq və heykəllərə, bunların rəsmlərinə tapınmaq, hörmət etmək və əhkamı-islamiyyəni bildirən din kitablarından birini təhqir etmək, islam alimlərindən birini istehza, lağ etmək və küfrə səbəb olan bir söz söyləmək, yazmaq və hörmət edilməsi əmr olunan bir şeyi təhqir və təhqir etmək əmr olunan bir şeyə hörmət etmək küfrdür.

117. Bir sahir (sehirbaz) sehr ilə istədiyini əlbəttə edər, sehr mütləq təsir edər, deyən və inanan kafir olar.

118. Müsəlman, özünə kafir deyənə əfəndim kimi qəbul göstərən cavab verərsə, o da kafir olar.

119. Haram olduğu bilinən müəyyən bir mal ilə məscid tikdirmək, sədəqə vermək və başqa xeyir iş görmək və bunlara qarşılıq savab gözləmək küfrdür.

120. Bir kimsə əlindəki qəti haram olan maldan sədəqə versə, savab gözləsə, alan kasıb haramdan olduğunu bilərək verənə “Allah razı olsun” desə, verən də və ya başqa bir kimsə də “amin” desə, hamısı kafir olar.

121. Nikahı haram olan qadın ilə evlənməyə halal deyən kafir olar.

122.Meyxanalarda (şərab içilən yer) oyun yerlərində, günah işlənən məclislərdə, radio və ya mikrofon ilə Qurani-Kərim və mövlud dinləyərək keflənmək küfr olar.

123. Qurani-Kərimi çalğı çalaraq oxumaq küfrdür.

124. Qurani-Kərimin radioda və mikrofonda söylənən, oxunan tam bənzərinə də hörmətsizlik etmək küfr olar.

125. Allahü təaladan başqasına hər nə məqsəd ilə olursa-olsun Yaradan demək küfrdür.

126. Abdülqadir yerinə, Abdülqoydur, demək, qəsd ilə olar isə küfrdür. Abdülaziz yerinə Abdülüzeyz, Muhamməd yerinə Memo, Həsən yerinə Hasso, İbrahim yerinəİbo, demək də belədir. Bu adları ayaqqabı və başmaqlara yazanların və üzərlərinə basanların imanlarının getməsindən qorxulur.

127.Dəstəmazsız olduğunu bilərək namaz qılmaq və sünnət olan bir işi bəyənməmək küfrdür. Sünnətə əhəmiyyət verməmək küfrdür.

128. Cahillərin Övliyanı yaradan hesab etmələrindən qorxduğumuz üçün türbələri yıxırıq sözü küfrdür.

129. Başqasının, hələ öz övladının kafir olmasına səbəb olan kafir olar.

130. Zinaya, livataya (homoseksuallığa) caiz demək, küfrdür.

131. Nass ilə (yəni ayət və hədis ilə) və icma ilə bildirilmiş olan harama əhəmiyyət verməmək küfrdür.

132. Böyük günahlara davam etmək, inad etmək küfrə aparar. Namaza əhəmiyyət verməmək küfrdür.

133. Üzərində islam yazısı, hətta hərf olan kağızı, örtüyü, səccadəni yerə qoymaq (təhqir üçün sərmək və ya istifadə etmək) küfr olar.

134. Allahü təaladan ayrı olaraq bir ölüdən bir şey gözləmək küfr olar.

135. Tez verən baba , demək çox çirkin və küfrə səbəb olar.

136. Meyidi torpağa basdırmaq fərz olduğu üçün bu fərzəəhəmiyyət verməyərək xidmətdən qaçanın, elmi, fənni irəli ataraq, ölüləri basdırmaq gericilikdir. Bütpərəst, brahman, kommunist kafirləri kimi ölüləri yandırmaq daha yaxşıdır, deyənin imanı gedər, mürtəd olar.

137. Allahü təalanın vəlilərindən (övliyalarından) ölü və ya diri hər hansı birini, dil və ya qəlb ilə inkar etmək küfrdür.

138. Övliyaya və elmi ilə amil olanlara düşmənlik küfrdür.

139. Övliyada ismət xüsusiyyəti (günah işləməmək) vardır, demək küfrdür. (İsmət xüsusiyyəti yalnız Peyğəmbərlərdə olur).

140. Batıni elmdən nəsibi olmayanın imansız getməsindən qorxulur. Bundan nəsib almanın ən azı bu elmə inanmaqdır.

141. Qurani-Kərimi din alimlərindən heç birinin oxumadığışəkildə oxumaq, mənanı və kəlmələri pozmasa belə, küfrdür.

142. Keşişlərin ibadətlərinə məxsus şeyi istifadə etmək küfrdür.

143. Hər hansı bir hadisənin öz-özünə olduğuna inanmaq və heyvanların tək hüceyrəlilərdən yüksək quruluşlara doğru, bir-birinə və nəhayət insana döndüyünü söyləmək küfrdür.

144. Namazı bilə-bilə qılmayıb, qəza etməyi düşünməyən, bunun üçün əzab çəkəcəyindən qorxmayan kimsə hənəfi məzhəbində də kafirdir.

145. Kafirlərin ibadətlərini ibadət olaraq etmək, məsələn kilsələrdə çaldıqları orqan kimi çalğıları və zəngləri məscidlərdə çalmaq və islamiyyətin kafirlik əlaməti saydığı şeyləri zərurət və məcburiyyət olmadan istifadə etmək küfr olar.

146. Əshabi-kirama söyənə mülhid deyilir. Mülhid kafir olur.

147. Kafirlərin rəsmlərini yüksəyə asaraq hörmət etmək küfrdür.

148. Rəsmin, heykəlin sahibində və səlibdə (xaçda) və ya ulduz, günəş, inək kimi hər hansı bir şeydə, üluhiyyət (ilahi) xüsusiyyəti olduğuna inanaraq, məsələn, istədiyini yaradar, hər istədiyini edər, xəstəyəşəfa verər deyərək hörmət etmək küfr olar.

149. Həzrəti Aişəyə nalayiq söz deyən (fahişə deyən) və Atasının əshabə olduğuna inanmayan kafir olar.

150. İsa əleyhissəlamın göydən enəcəyi də mütləq olaraq bilinir. Buna inanmayan kafir olar.

151. Qurani-Kərimdə və hədis şərifdə Cənnət ilə müjdələnən kimsəyə kafir, demək küfrdür.

152. Əbu Bəkri Sıddıq ilə Ömər-ül-Farukun “radıyAllahü təala anhüm” xilafətə haqları yox idi, demək küfrdür.

153. Fənnin, təcrübənin xaricində olan, fənn iləəlaqəsi olmayan ayəti-kərimələri fənn elminə uydurmağa çalışmaq, Sələfi-salehinin təfsirlərini dəyişdirmək bö-yük günah olar. Belə təfsir və tərcümə edənlər kafir olar.

154. Müsəlman adlanan bir qız həddi-büluğa çatdıqda müsəlmanlığı bilməzsə, kitabsız kafir olar. Kişi üçün də belədir.

155. Müsəlman qadının başı, qolları və ayaqları açıq olaraq küçəyə çıxması, kişilərə göstərməsi haramdır, günahdır. Əhəmiyyət verməzsə, aldırış etməzsə, imanı gedər, kafir olar.

156. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da, Qurani-Kərimdə açıqca bildirilən fərzlər, haramlar kimi qiymətlidir. Bunlara da inanmayan, qəbul etməyən dindən çıxar, kafir olar.

157. Rükü təsbehində “Zı” ilə “azım”, demək: “Rəbbim böyükdür” , deməkdir. Əgər incə “Zə” ilə “azim” deyilərsə: “Rəbbim mənim düşmənimdir”, demək olar və namaz pozulur, məna dəyişdiyi üçün küfrə də səbəb olar.

158. Qurani-Kərimi melodik şəkildə oxuyan hafıza, nə gözəl oxudun deyən kimsənin imanı gedər, kafir olar. Dörd məzhəbdə də haram olan bir şeyə gözəl deyən kafir olar. Səsi, sədası, Qurani-Kərim oxuması gözəl, demək istəyən kafir olmaz.

159. Mələklərin və Cinin varlığına inanmayan kafir olar.

160. Qurani-Kərimin ayətlərinə, kəlmələrin açıq, məşhur mənaları verilir. Bu mənaları dəyişdirərək, batinilərə (İsmaililərə) tabe olanlar kafir olar.

161. Sehr edərkən küfrə səbəb olan kəlmə və iş olarsa küfrdür.

162. Müsəlmana, “ey kafir” deyən (və ya, müsəlmana masson deyən, kommunist deyən) onu kafir etiqad edərsə, özü kafir olar.

163. İbadətləri edən kimsə imanının pozulmasında şübhə edər və günahım çoxdur, ibadətlərim məni qurtarmaz, deyə düşünərsə, imanının qüvvətli olması hesab edilir. İmanının davam edəcəyindən şübhə edən kafir olar.

164. Peyğəmbərlərin sayını söyləmək, Peyğəmbər olmayanı Peyğəmbər etmək və ya Peyğəmbəri Peyğəmbər qəbul etməmək küfrdür. Çünki Peyğəmbərlər-dən birini qəbul etməmək, heç birini qəbul etməmək, deməkdir. Müsəlman olan kişi və ya qadın, alimlərin söz birliyi ilə küfrə səbəb olacağını bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək, qəsdən (vadar edil-mədən, könüllü) ciddi olaraq və ya yumor, güldürmək üçün söyləyər və ya edərsəmənasını düşünməsə belə imanı gedər, mürtəd olar. Buna “Küfri inadi” deyilir. Küfri inadi ilə mürtəd olanın, əvvəlki ibadətlərinin savabları yox olar. Tövbə edərsə, geri gəlməzlər. Zəngindirsə, yenidən həccə getməsi lazımdır. Mürtəd ikən qılmış olduğu namazları, orucları, zəkatları qəza etməz, ondan əvvəl etmədiklərini qə-za edər. Tövbə etmək üçün yalnız Kəlmeyi-şəhadət söyləmələri kafi deyildir. Küfrə səbəb olan o şeydən də tövbə etmələri lazımdır. (İslamiyyətdən hansı qapıdan çıxmışdısa, o qapıdan girməsi lazımdır). Əgər küfrə səbəb olacağını bilməyib söyləyər, yaxud edərsə və ya küfrə səbəb olması alimlər arasında ixtilaflıolan bir sözü qəsdən söyləyərsə, imanının gedəcəyi, nikahının pozulacağı şübhəlidir. Ehtiyatlı olaraq, təcdidi iman və nikah etməsi yaxşı olar. Bilməyərək söyləməyə “Küfri-cəhli” deyilir. Bilməməsi üzr deyil, böyük günahdır. Çünki hər müsəlmanın bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Küfrə səbəb olan sözü, xəta edərək, çaşaraq və ya vadar edilərək söyləyənin imanı və nikahı pozulmaz. Yalnız tövbə və istiğfar, yəni təcdidi-iman etməsi yaxşı olar. Bir kafir bir kəlmeyi-təvhid söyləməklə mömin olduğu kimi, bir mömin dəbir söz söyləməklə kafir olar. Bir müsəlmanın bir sözündə və ya bir işində yüz məna olsa, yəni yüz şey anlaşılsa, bunlardan biri o kimsənın imanlı olduğunu göstərsə, 99-u, kafir olduğunu göstərsə, o kimsənin müsəlman olduğunu söyləmək lazımdır. Yəni küfrü göstərən 99 mənaya baxılmaz. İmanı göstərən bir mənaya baxılır. Bu sözü səhv anlamamalıdır. Bunun üçün iki nöqtəyə diqqət etməlidir. Birincisi, söz və ya iş sahibinin mü-səlman olması lazımdır. Bir fransız Qurani-Kərimi tərifləsə, bir ingilis, Allah birdir desə, bunların müsəlman olduğu söyləmək olmaz. İkincisi, bir sözün və ya bir işin yüz mənası olsa deyildi. Yoxsa, yüz sözdən və ya yüz işdən biri imanı göstərsə, 99-u küfrü bildirsə, bu kimsəyə müsəlman deyiləcəyi bildirilmədi. – Hər müsəlman səhər və axşam, bu iman duasını oxumalıdır: “ALLAHÜMMƏ İNNİ ƏUZU BİKƏ MIN ƏN ÜŞRİKƏ BİKƏ ŞEY-ƏN VƏ ƏNƏ ALƏMÜ VƏ ƏSTAĞFİRÜ-KƏ Lİ-MA LA-ALƏMÜ İNNƏKƏ ƏNTƏ ALLAMÜL-QUYUB.” “ALLAHÜMMƏ İNNİ ÜRİDÜ ƏN ÜCƏDDİDƏL İMANƏ VƏNNİKƏ-HA TƏCDİDƏN Bİ-QAVLİ LA İLAHƏ İLLALLAHÜ MUHAMMƏDÜN RƏSULULLAH” deyərək də tövbə, təcdidi iman və nikah etməlidir.

5-05-2020, 18:56
Geri