Gözəl İslam / Küfrün növləri

Küfrün növləri

KÜFR ÜÇ NÖVDÜR: CƏHLI, CÜHUDI VƏ HÖKMÜ

A) Eşitmədiyi, düşünmədiyi üçün kafir olanların küfrü “Küfr-i cəhli”dir. Cəhl də iki cürdür: Birincisi sadədir. Bu cür kimsə cahil olduğunu bilir. Bu kimi şəxslərdə yanlış etiqad olmaz. Heyvan kimidirlər. Çünki insanı heyvandan ayıran elm və idrakdır. Bunlar, heyvandan da aşağıdırlar. Çünki heyvanlar yaradıldıqlarışeydə irəlidirlər. Cəhlin ikincisi mürəkkəb cəhldir. Yanlış, yolunu azmış etiqaddır. Yunan filosoflarının və müsəlmanlardan 72 bidət qolunun açıqca bildirilmiş olan-lara tabe olmayan etiqadları belədir. Bu cəhalət birincisindən daha pisdir. Dərmanıbilinməyən bir xəstəlikdir.

B) Küfri cühudiyə, küfri inadı da deyilir. Bilərək, tərslik edərək kafir olmaq-dır. Təkəbbürdən, mövqe sahibi olmağı sevməkdən və ya qınaqdan qorxması səbə-bi ilə hasil olar. Firon və yoldaşlarının, Bizans kralı Heraklusun küfrləri belədir.

C) Küfrün üçüncü növü, “Küfr-i hökmü”dür. İslamiyyətin imansızlıq əla-məti dediyi sözləri söyləyən və işləri edən, qəlbində təsdiq olsa da və inandığınısöyləsə də, kafir olar. İslamiyyətin hörmət etmədiyi şeyə təzim, hörmət edilməsi əmr etdiyi şeyi təhqir etmək küfrdür.

5-05-2020, 18:36
Geri