Gözəl İslam / Axirətə inanmaq

Axirətə inanmaq

 

  Vəl yəvmil axıri: Axirət gününə inandım deməkdir. Bu zamanın başlanğıcı, insanın öldüyü gündür. Qiyamətin sonuna qədərdir. Son gün deyilməsi arxasından gecə gəlmədiyi üçündür. Yaxud dünyadan sonra gəldiyi üçündür. Qiyamətin nə zaman qopacağı bildirilmədi. Amma Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” bir çox əlamətlərini xəbər verdi: Həzrəti Mehdi gələcək. İsa-əleyhissəlam göydən Şama enəcək. Dəccal çıxacaq. Yəcüc və Məcüc deyilən kimsələr hər yeri qarışdıracaq. Günəş qərbdən doğacaq. Böyük zəlzələlər olacaq. Din elmləri unudulacaq. Günah, yamanlıq çoxalacaq. Haramlar hər yerdə işlənəcək. Yəməndən atəş çıxacaq. Göylər və dağlar parçalanacaq. Günəş və Ay qaralacaq və s.
   Qəbir sualı vardır. Qəbirdə Münkər və Nəkir mələklərinə cavab olaraq bunları əzbərləməlidir və uşaqlara da əzbərlətməlidir: “Rəbbim Allahü təala, Peyğəmbərim Muhamməd-əleyhissəlam, dinim islam dini, kitabım Qurani-Kərim, qibləm Kəbəi- şərif, etiqadda məzhəbim Əhli-sünnət vəl-camaat, əməldə məzhəbim İmamı-azam Əbu Hənifə məzhəbi”. Qiyamət günü hər kəs diriləcək. Məhşər yerində toplanacaq. Salehlərin əməl dəftərləri sağından, pislərin arxa və ya sol tərəfindən veriləcək. Şirkdən, küfrdən başqa hər günahı Allahü təala istəsə əfv edəcək, istəsə kiçik günah üçün də əzab edəcəkdir.
   Əməllərin çəkilməsi üçün
Mizan (tərəzi) vardır. Sirat körpüsü Allahü təalanın əmri ilə Cəhənnəmin üzərində qurulacaq. Muhamməd Mustafa “sallallahü aləyhi və səlləm” əfəndimizə məxsus “Kövsər hovuzu” vardır.

   “Şəfaət” haqdır. Tövbəsiz ölən möminlərin kiçik və böyük günahlarının əfv edilməsi üçün Peyğəmbərlər, Vəlilər, salehlər, alimlər, mələklər, şəhidlər və Allahü təalanın icazə verdikləri şəfaət edəcək və qəbul ediləcəkdir.

    Cənnət və Cəhənnəm” indi vardır. Cənnət yeddi qat göylərin üstündədir. Cəhənnəm hər şeyin altındadır. Cənnətin səkkiz qapısı vardır. Hər qapıdan bir Cənnətə girilir. Cəhənnəm yeddi təbəqədir. Birinci təbəqədən yeddinci təbəqəyə doğru əzablar şiddətlənir.

7-07-2020, 05:05
Geri