Gözəl İslam / Təqdirə inanmaq

Təqdirə inanmaq

 

  Və bil-qadəri, xayrihi və şərrihi minallahi Təala: Qədərə, xeyir və şərlərin Allahü təaladan olduğuna inandım deməkdir. İnsanlara gələn xeyir və şər, fayda və zərər, qazanc və ziyanların hamısı Allahü təalanın təqdir etməsidir.
  Allahü təalanın bir şeyin var olmasını istəməsinə
“təqdir” deyilmişdir. Qədərin, yəni varlığı təqdir edilmiş olan şeyin var edilməsinə “qəza” deyilir. Qədər və qəza kəlmələri bir-birinin yerinə də istifadə edilir.
  Allahü təala qullarına
İradə vermiş, bu iradələrini, istəmələrini, işləri yaratmasına səbəb etmişdir. Bir qul bir şey etmək istəyincə, Allahü təala da diləyərsə, o işi yaradır. Qul istəməsə, Allahü təala da istəməz və o şeyi yaratmaz.
  Buraya qədər qısaca bildirdiyimiz Əhli-sünnət etiqadını daha geniş öyrənmək istəyənlər, “Həqiqət Kitabevi”nin dərc etdiyi, islam alimlərinin göz bəbəyi böyük övliya, Mövlana Xalid Bağdadinin farsca
Etiqadnamə kitabını və Kəmahlı Feyzullah Əfəndinin tərcümə etdiyi Hər kəsə Lazım Olan İman kitabını oxusunlar. Çox faydalı, çox gözəl bir əsər olub, feyz və bərəkətləri iki cahan səadəti üçün yetərlidir.
  Allahü təala hər kəsə təvəkkülü əmr etmişdir.
Təvəkkül imanın şərtidir” bu ayəti-kəriməsi bu əmrlərdən biridir. Maidə surəsində, Əgər imanınız varsa, Allahü-Təlaya təvəkkül edin!”, Əli-İmran surəsində, “Allahü təala, təvəkkül edənləri, əlbəttə, sevər”, Talak surəsində, “Bir kimsə Allahü-Təlaya təvəkkül edərsə, Allahü təala ona kafidir”, Zümər surəsində, “Allahü təala, quluna kafi deyildirmi?” deyə daha bir neçə ayəti-kərimə vardır.

  Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurur ki, Ümmətimdən bir qismini mənə göstərdilər. Dağları, səhraları doldurmuşdular. Belə çox olduqlarına çasdım və sevindim. Sevindinmi,dedilər,bəli, dedim. Bunlardan ancaq yetmiş min ədədi hesabsız Cənnətə girər dedilər. Bunlar hansılarıdır,-deyə,soruşdum. İşlərinə sehr, cadu, dağlamaq, fal qarışdırmayıb, Allahü təaladan başqasına, təvəkkül və etimad etməyənlərdir buyuruldu”. Dinləyənlər arasında Ukaşə “radıyallahü anh” ayaqa qalxıb, “Ya Rəsulallah! Dua buyur ki, onlardan olum” deyincə, Ya Rəbb! Bunu onlardan et! buyurdu. Biri qalxıb eyni duanı istəyincə, Ukaşə səndən cəld davrandı” buyurdu.
  Təvəkkül səbəblərə yapışıb, gerisi üçün zehni yormamaqdır.

6-07-2020, 05:19
Geri