Sual: Mələklər necə varlıqlardır, insanlar kimi ağıllıdırlarmı və pislik etmək xüsusiyyətləri vardırmı?
Cavab: Mələk - elçi, xəbərverici və ya qüvvət deməkdir. Mələklər cisimdir, lətifdir. Qaz halından da daha lətifdirlər. Nuranidirlər, diri və ağıllıdırlar. İnsanlardakı pisliklər mələklərdə yoxdur. Hər şəklə girə bilirlər. Qazlar, maye və qatı olduğu kimi və qatı olduqda şəkil aldığı kimi, mələklər də gözəl şəklə girə bilirlər. Mələklər böyük insanların bədənindən ayrılan ruhlar deyildirlər. Xristianlar mələkləri belə ruh zənn edirlər. Enerji, qüvvə kimi maddəsiz də deyillər. Qədim filosofların bəzisi belə zənn edirdilər. Mələklərin hamısına Məlaikə deyilir. Mələklər hər canlıdan əvvəl yaradılmışdır. Ona görə kitablara imandan əvvəl mələklərə iman edilməsi bildirildi. Kitablar da Peyğəmbərlərdən əvvəldir. Qurani-kərimdə də inanılacaq şeylərin adları, bu ardıcıllıq ilə bildirilmişdir.
Sual: Mələklərin qanadı var deyirlər, əgər varsa, mələklərin qanadları bizim bildiyimiz, gördüyümüz cinsdəndir?
Cavab: Uçan hər heyvanın və təyyarələrin qanadları özlərinin quruluşunda olub, bir-birlərinə bənzəmədiyi kimi, mələklərin qanadı da öz cinslərindəndir. İnsan görmədiyi, bilmədiyi bir şeyin adını eşitdikdə, bunu bildiyi şeylər kimi təsəvvür edib aldanır. Mələklərin qanadları var, buna inanırıq. Lakin, necə olduğunu bilmirik. Kilsələrdə, bəzi jurnal və filmlərdə, rəsm əsərlərində mələk deyə təsvir edilən qanadlı qadın rəsmləri uydurmadır. Müsəlmanlar belə rəsmlər hazırlamaz. Müsəlman olmayanların hazırladıqları bu səhv təsvirləri doğru sanmamalı və aldanmamalıdır.
Sual: Mələklər yaradılmış olduqlarına görə, bunlar da insanlar kimi xəta edə bilirlər, yanıla bilirlər?
Cavab: Mələklər Allahü təalanın dəyərli qullarıdır. Allahü təalanın əmrlərinə üsyan etməzlər. Əmr olunduqlarına əməl edirlər. Evlənmələri yoxdur, doğmazlar, çoxalmazlar. Bunlar xəta etməz, unutmaz, hiylə etməz, aldatmazlar. Bunların Allahü təaladan gətirdikləri hər zaman doğrudur. Şübhəli, ehtimallı deyillər. Mələklər Allahü təalanın əzəməti, cəlalı, böyüklüyündən qorxudadırlar. Onlara verilən əmrləri yerinə yetirməkdən başqa işləri yoxdur.
Sual: Sayı ən çox olan məxluq hansıdır?
Cavab: Sayı ən çox olan məxluq mələklərdir. Bunların saylarını Allahü təaladan başqa heç kim bilməz.